Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6128/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iş üzrə (Açar sözlər: nəvəyə baxılması faktının müəyyən edilməsinə dair) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə1, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddiası barədə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-4329/2024 nömrəli qətnaməsindən ərizəçinin apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistanın Amasiya rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İsmayılova (Rəsulova) Validə Kərim qızı xx.xx.1984-cü il tarixdə X2 ilə nikahlarının bağlamışlar (İİ-SL seriyalı 345034 №-li nikah haqqında şəhadətnamə). Onların xx.xx.1985-ci il tarixdə uşaqları X4 doğulmuşdur (AZ-İ seriyalı 401284 №-li doğum haqqında şəhadətnamə). Ərizəçinin oğlu X4 ilə X5 birgə nikahından xx.xx.2018-ci il tarixdə uşaqları - X11 doğulmuşdur (AZ-İV seriyalı 095687 №-li doğum haqqında şəhadətnamə). Ərizəçinin oğlu X4 (Uğurun atası) xx.xx.2013-cü il tarixdən "xxxx" ASC-də işə başlamış, hal-hazırda sığorta hadisələrinin tənzimlənməsi idarəsinin müdiri vəzifəsində saat 09:00-dan 18:00-dək həftə ərzində beş gün işləyir ("xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18 №-li arayış). Ərizəçinin gəlini (Uğurun anası) X8 xx.xx.1990-cı il tarixdə doğulmuşdur, «Azərbaycan Metrologiya İnstitutu» publik hüquqi şəxsdə etalon saxlayıcının köməkçisi vəzifəsində işləyir və aylıq vəzifə maaşı 600 manat təşkil edir (elektron məhkəmə sistemindən əldə edilmiş məlumat, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti «Azərbaycan Metrologiya İnstitutu» publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış). Ərizəçinin əri X2 xx.xx.2023-cü il tarixdə ölmüşdür (AZ-İİ seriyalı 320494 №-li ölüm haqqında şəhadətnamə). Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən ərizəçi ünvan 1 ünvanında əri X2 (ölən günədək), oğlu X4, gəlini X8, nəvəsi X11 və digər ailə üzvləri ilə yaşayır. Ərizəçi Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edərək, mərhum həyat yoldaşı X1 ölümündən sonra ona ayrılmış əmək pensiyasının nəvəsi X9 baxdığına və işləmədiyinə görə ona təyin edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 25 avqust 2023-cü il tarixli, 3-17-1/2-1- 194877/2023 №-li məktubu ilə Ərizəçi nəvəsi X9 mərhum X1 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Hazırda ərizəçi nəvəsi xx.xx.2018-ci il təvəllüdlü X9 anadan olan vaxtdan babası X2 və nənəsi Ərizəçi tərəfindən baxılması, X1 ölməsindən sonra isə Ərizəçi tərəfindən baxılmasının müəyyən edilməsini istəyir. Birinci instansiya məhkəməsində icraat Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il təvəllüdlü X7 anadan olan vaxtdan babası X1 və nənəsi Ərizəçi öhdəsində olması, X1 ölməsindən sonra isə Ərizəçi öhdəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, X2 ilə xx.xx.1984-cü il tarixdən birgə nikahda olmuşdur. xx.xx.1985-ci ildə X4 anadan olmuşdur. Ərizəçinin oğlu X4 ilə X5 birgə nikahından xx.xx.2018-ci il tarixdə nəvəsi X11 anadan olmuşdur. X11 anadan olan vaxtdan ona babası X2 və nənəsi Ərizəçi baxmış, Uğur onların yanında yaşamışdır. Qeyd edilən fakt həmçinin Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışı ilə də təsdiq olunur. X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Vəfat etməmişdən öncə ona yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya kartı açılmışdır. Ərizəçi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edilərək, mərhum həyat yoldaşı X1 ölümündən sonra ona ayrılmış əmək pensiyasının nəvəsi X9 baxdığına və işləmədiyinə görə ona təyin edilməsi xahiş edilmişdi. ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 25 avqust 2023-cü il tarixli, 3-17-1/2-1- 194877/2023 №-li məktubu ilə pensiya təyin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü və 7ci maddələrinin bəzi müddəalarına istinad edilsə də, imtina qanunsuz və əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Göründüyü kimi, ərizəçinin tələbi qanunun istinad edilən normasında müəyyən edilmiş şərtlərə tam uyğundur. Həmçinin ərizəyə əlavə edilən sənədlərdən də göründüyü kimi, X7 valideynləri - atası X4 "xxxx" ASC-də, anası X8 “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsində işləyirlər, azyaşlı Uğura ərizəçi baxır. Buna baxmayaraq, maraqlı şəxs tərəfindən ərizəçinin qanunla müəyyən edilmiş hüququnun həyata keçirilməsindən imtina edilmişdir ki, bu da ərizəçinin həm “Əmək pensiyaları haqqında” qanunla, həm də Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş hüquqlarının pozulması ilə nəticələnmişdir. Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Ərizəçi tərəfindən cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş və cavabdeh inzibati orqanın imtinasının qanunsuz hesab edilərək, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 xx.xx.2018-ci il təvəllüdlü nəvəsi X9 baxdığına görə Ərizəçi əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Hazırda həmin e-2-1(112)-2762/2024 №-li inzibati iş Bakı İnzibati Məhkəməsinin icraatındadır. Həmin məhkəmə işi üzrə məhkəmə tərəfindən izah edilmişdir ki, ərizəçiyə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün nəvə X7 mərhum babası X1 və nənəsi Ərizəçi (ərizəçinin) öhdəsində olması faktı müəyyən edilməlidir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizəyə qarşı etirazını onunla əsaslandırmışdır ki, Ali Məhkəmənin Plenum Qərarından aydın olur ki, şəxsin öhdədə olma faktı dedikdə ərizəçi digər şəxsin onun öhdəsində olması faktını deyil, şəxsin yəni ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktını nəzərdə tutur. İş materiallarına əsasən müəyyən olunur ki, Ərizəçi nəvəsi X7 öz öhdəsində olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin qanunvericiliyin təhlilindən görünür ki, qeyd olunan hal şəxsin öhdədə olma faktı kimi qiymətləndirilə, yəni ərizəçi qismində Ərizəçi çıxış edə bilməz. Digər məsələ ondan ibarətdir ki, qeyd olunan faktın təsdiq edilməsi hüquqi nəticə yaratmalıdır. Bu fakt ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi və s. məqsədilə müəyyən edilə bilər. Qeyd olunan iş üzrə ərizəçinin həmin halı təsdiqlətməsi mümkün deyildir, həmçinin heç bir hüquqi nəticə yaratmayacaqdır. Belə ki, "Əmək pensiyaları haqqında” Qanunun 14-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə. Qeyd olunan qanunvericiliyin məzmunundan da aydın olur ki, Ərizəçi qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda və digər şərtlər ödənildiyi təqdirdə ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilə bilər. "Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsi əvvəlki redaksiyada aşağıdakı kimi qeyd edilmişdir: "Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır”. Belə ki, xx.xx.2020-ci il tarixdə "Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik edilmiş və qeyd olunan ifadə qanundan çıxarılmışdır. Ümumilikdə isə belə nəticəyə gəlmək olar ki, ailə başçısının öhdəsində olan yəni vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxslərin ailə başçısını itirməyə görə pensiya almaq hüququ artıq mövcud deyildir. Bundan başqa, məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. İş materiallarına əsasən müəyyən olunur ki, Ərizəçi qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs deyildir. Sonradan ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə1 tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2018-ci il təvəllüdlü X9 anadan olan vaxtdan babası X2 və nənəsi Ərizəçi tərəfindən baxılması, X1 ölməsindən sonra isə Ərizəçi tərəfindən baxılması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin ərizəsinin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə istinad edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. İşin faktiki hallarından və hüquqi əsası kimi istinad etdiyi maddi hüquq normasından göründüyü kimi ərizəçinin tələbi uşağın öhdədə olması faktının müəyyən olunmasına deyil, yalnız 8 yaşma çatmamış uşağa baxılması ilə əlaqədar qanunvericiliklə təsbit edilmiş təminatın alınmasına yönəlmişdir. İstinad edilən normanın məzmunundan göründüyü kimi, qanunverici həmin normanı qanuna daxıl etməklə, ilk növbədə uşağın üstün hüquqlarım nəzərə almışdır. Belə ki, bir tərəfdən 8 yaşma çatmamış uşağın hərəkətlərinə və davranışına, o cümlədən təhlükəsizliyinə daimi nəzarət tələb olunur, digər tərəfdən uşağa baxmaq üçün valideynlərdən birinin və ya hər ikisinin əmək fəaliyyəti ilə məşğul olmaması da uşağın mənafelərinə zidd olan nəticələrə (uşağın maddi təminatının kəskin azalması) səbəb ola bilər. Göründüyü kimi, ərizəçinin tələbi də uşağın həm qanunvericiliklə, həm də beynəlxalq Konvensiyalarla təsbit olunmuş üstün hüquqlarının təmin olunmasına yönəlmişdir. Hazırkı iş üzrə maraqlı şəxsin ərizəyə qarşı etirazında Azərbaycan Respublikası Ali Məhkəməsinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 3-cü bəndinə istinad edilmişdir ki, həmin bənd də uşağa baxılması faktının deyil, “öhdədə olması” faktının müəyyən edilməsi ilə bağlıdır ki, həmin dəlillər hazırkı iş üzrə nəzərə alınmalı deyildir. Ona görə də, xx.xx.2018-ci il təvəllüdlü X9 anadan olan vaxtdan babası X2 və nənəsi Ərizəçi tərəfindən baxılması, X1 ölməsindən sonra isə Ərizəçi tərəfindən baxılması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-4329/2024 nömrəli qətnaməsinə əsasən, ərizə rədd edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan)” şəxslərin ailə başçısını itirməyə görə pensiya almaq hüququ artıq mövcud deyildir. Belə olan halda, belə bir hüquqi fakt hüquqi nəticə doğurmadığına görə onun təsdiqi də məhkəmə qaydasında yolverilməzdir və maraqlı şəxsin də mövqeyi məhz bundan ibarətdir. Lakin, məhkəmə hesab edir ki, hazırki faktın müəyyən edilməsi hazırda qüvvədə olan 14.1.3-cü maddədə nəzərədə tutulan hüquqi nəticə üçün lazımdır. Belə ki, həmin maddəyə əsasən yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə vəfat etmiş və ya həlak olmuş ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Beləliklə, əgər xx.xx.2023-cü il tarixdə ölmüş X1 öldüyü günədək nəvəsi X9 baxması və onun ölümündən sonra nəvəyə Ərizəçi tərəfindən baxılması təsdiq edilərsə, Ərizəçi ailə başçısını itirdiyinə görə əmək pensiyası hüququ yaranır. Odur ki, məhkəmə hesab edir ki, hazırki hal Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 3-cü bəndinin təsirinə düşmür. Lakin, məhkəmə hesab edir ki, ərizəçi ona lazım olan faktın təsdiqinə dair mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, ərizəçi həmin faktı onunla sübut etməyə çalışmışdır ki, nənə, baba, nəvə və nəvənin valideynləri bir yerdə yaşamış, nəvənin valideynləri işlədiklərinə görə uşaqlarına baxa bilməmişlər və bunu baba ilə nənə etmişdir. Lakin, nənə, baba tərəfindən nəvəyə baxmağa kömək etmək həmin nəvəyə baxmaq deyil. Göründüyü kimi, Uğurun valideynləri heç 40 yaşına çatmamışlar, hər ikisi işləyir və əmək haqqı alır. Valideynlər işdə olan zaman nənə baba tərəfindən nəvəyə baxmaq, onu uşaq baxçasına, məktəbə, əyləncə yerlərinə aparmaq, ona hədiyyələr almaq "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1.3-cü maddəsinin təsiri altına düşə bilməz. Odur ki, məhkəmə hesab edir ki, faktın təsdiq edilməsi üçün əsas mövcud olmadığından ərizə rədd edilməlidir. Məhkəmə öz mövqeyini "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun “Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri” adlanan 14-cü maddəsinə dəyişiklər edilməsinə dair 29 dekabr 2020-ci il tarixli 240-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 1.2, 3, 3.1-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 305.1.1, 307.1., 307.2.2., 307.2.11, 308, 310.1-ci maddələrinə istinadla əsaslandırılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-4329/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Ərizəçi tərəfindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cəlb edilməklə ərizə və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək, xx.xx.2018-ci il təvəllüdlü X9 anadan olan vaxtdan babası X2 və nənəsi Ərizəçi tərəfindən baxılması, X1 ölməsindən sonra isə Ərizəçi tərəfindən baxılması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsimi xahiş etmişdir. Həmin iddiaya maraqlı şəxs tərəfindən etiraz verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-4329/2024 saylı qətnaməsi ilə ərizənin təmin edilməməsi qət edilmişdir. Məhkəmə qətnaməsini onunla əsaslandırılmışdır ki, “Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ərizənin əsassız olduğu qənaətinə gəlmişdir... Lakin, məhkəmə hesab edir ki, hazırki faktın müəyyən edilməsi hazırda qüvvədə olan 14.1.3-cü maddədə nəzərdə tutulan hüquqi nəticə üçün lazımdır. Belə ki, həmin maddəyə əsasən yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərindən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə vəfat etmiş və ya həlak olmuş ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Beləliklə, əgər xx.xx.2023-cü il tarixdə ölmüş X1 öldüyü günədək nəvəsi X9 baxması və onun ölümündən sonra nəvəyə Ərizəçi tərəfindən baxılması təsdiq edilərsə, Ərizəçi ailə başçısını itirdiyinə görə əmək pensiyası hüququ yaranır. Odur ki, məhkəmə hesab edir ki, hazırki hal Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 3-cü bəndinin təsirinə düşmür. Lakin, məhkəmə hesab edir ki, ərizəçi ona lazım olan faktın təsdiqinə dair mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, ərizəçi həmin faktı onunla sübut etməyə çalışmışdır ki, nənə, baba, nəvə və nəvənin valideynləri bir yerdə yaşamış, nəvənin valideynləri işlədiklərinə görə uşaqlarına baxa bilməmişlər və bunu baba ilə nənə etmişdir. Lakin, nənə, baba tərəfindən nəvəyə baxmağa kömək etmək həmin nəvəyə baxmaq deyildir. Göründüyü kimi, Uğurun valideynləri heç 40 yaşına çatmamışlar, hər ikisi işləyir və əmək haqqı alır. Valideynlər işdə olan zaman nənə baba tərəfindən nəvəyə baxmaq, onu uşaq baxçasına, məktəbə, əyləncə yerlərinə aparmaq, ona hədiyyələr almaq "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1.3-cü maddəsinin təsiri altına düşə bilməz.” Birinci instansiya məhkəməsi bir tərəfdən “Beləliklə, əgər xx.xx.2023cü il tarixdə ölmüş X1 öldüyü günədək nəvəsi X9 baxması və onun ölümündən sonra nəvəyə Ərizəçi tərəfindən baxılması təsdiq edilərsə, Ərizəçi ailə başçısını itirdiyinə görə əmək pensiyası hüququ yaranır. Odur ki, məhkəmə hesab edir ki, hazırki hal Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 3-cü bəndinin təsirinə düşmür.” Qeyd etməklə ərizəçinin istinad edilən qanun norması ilə nəzərdə tutulmuş “ailə başçısını itirməyə görə əmək pensiyası hüququ”nun olduğunu təsdiq edir, lakin bunu hazırkı şikayətin 7-ci bölməsində qeyd edilən prosessual hüquq normasının tələbini pozmaqla “xx.xx.2023-cü il tarixdə ölmüş X1 öldüyü günədək nəvəsi X9 baxması və onun ölümündən sonra nəvəyə Ərizəçi tərəfindən baxılması təsdiq edilərsə” şərti ilə şərtləndirmişdir. Halbuki, iş üzrə təqdim edilmiş sübutlardan bu halın mövcudluğu təsdiq olunur. Belə ki, işin faktiki hallarından və hüquqi əsası kimi istinad etdiyi maddi hüquq normasından göründüyü kimi ərizəçinin tələbi 8 yaşına çatmamış uşağa baxılması ilə əlaqədar qanunvericiliklə təsbit edilmiş təminatın alınmasına yönəlmişdir. İstinad edilən normanın məzmunundan göründüyü kimi, qanunverici həmin normanı qanuna daxil etməklə, ilk növbədə uşağın üstün hüquqlarını nəzərə almışdır. Belə ki, bir tərəfdən 8 yaşına çatmamış uşağın hərəkətlərinə və davranışına, o cümlədən təhlükəsizliyinə daimi nəzarət tələb olunur, digər tərəfdən uşağa baxmaq üçün valideynlərdən birinin və ya hər ikisinin əmək fəaliyyəti ilə məşğul olmaması da uşağın mənafelərinə zidd olan nəticələrə (uşağın maddi təminatının kəskin azalması) səbəb ola bilər. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə Azərbaycan Respublikasının da qoşulduğu “Uşaq hüquqları haqqında Konvensiya”nın 3cü maddəsinə əsasən, uşaqların sosial müdafiəsi ilə məşğul olan dövlət və yaxud xüsusi təşkilatlar, məhkəmələr, inzibati yaxud qanunverici orqanlar tərəfindən edilməsindən asılı olmayaraq, uşaqlara münasibətdə bütün hərəkətlərdə ilk növbədə diqqət uşağın maraqlarının daha yaxşı təmin edilməsinə yönəldilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Məhkəmənin “...nənə, baba tərəfindən nəvəyə baxmağa kömək etmək həmin nəvəyə baxmaq deyil. Göründüyü kimi, Uğurun valideynləri heç 40 yaşına çatmamışlar, hər ikisi işləyir və əmək haqqı alır. Valideynlər işdə olan zaman nənə baba tərəfindən nəvəyə baxmaq, onu uşaq baxçasına, məktəbə, əyləncə yerlərinə aparmaq, ona hədiyyələr almaq "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1.3-cü maddəsinin təsiri altına düşə bilməz.” qeyd etməsi ilə ərizəçinin hüquqlarının pozulması ilə yanaşı uşağın da üstün hüquqları pozulmuşdur. Halbuki, ərizəçinin tələbi uşağın həm qanunvericiliklə, həm də beynəlxalq Konvensiyalarla təsbit olunmuş üstün hüquqlarının təmin olunmasına yönəlmişdir. Uşağa mərhum babası və nənəsi baxmış, babası vəfat etdikdən sonra və hal-hazırda nənəsi (ərizəçi) baxır. Uşağın valideynlərinin 40 yaşına çatmaması, hər ikisinin işləməsi və əmək haqqı alması ərizənin rədd edilməsinə əsas ola bilməzdi. Belə ki, uşağın valideynlərinin gün ərzində iş saatlarını, işə getmək və qayıtmaq üçün sərf olunan zaman da nəzərə alınsa, gün ərzində valideynlərini azyaşlı uşağa baxa bilməsindən söhbət gedə bilməz. İş materiallarında olan Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışı ilə də təsdiq olunur ki, X11 anadan olan vaxtdan ona babası X2 və nənəsi Ərizəçi baxmış, Uğur onların yanında yaşamışdır. Sual olunur, hər iki valideyni gün ərzində işdə olarkən, azyaşlı uşağa kim baxmışdır? “Nəvəyə baxmaq” anlayışını yalnız “Valideynlər işdə olan zaman nənə baba tərəfindən onu uşaq baxçasına, məktəbə, əyləncə yerlərinə aparmaq, ona hədiyyələr almaq”la məhdudlaşdıran məhkəmə nəzərə almamışdır ki, nəvəyə baxmaq yalnız sadalanan hərəkətlərin həyata keçirilməsi ilə məhdudlaşmır, bunlarla yanaşı ən vacib məsələ - 8 yaşına çatmamış uşağın hərəkətlərinə və davranışına, o cümlədən təhlükəsizliyinə daimi nəzarətin edilməsidir ki, bu da hazırda ərizəçi tərəfindən edilir. Digər tərəfdən isə uşağa baxmaq üçün valideynlərdən birinin və ya hər ikisinin əmək fəaliyyəti ilə məşğul olmaması da uşağın mənafelərinə zidd olan nəticələrə (uşağın maddi təminatının kəskin azalması) səbəb ola bilər. Göründüyü kimi, istənilən halda ərizəçinin tələbi uşağın üstün hüquqlarının təmin olunmasına yönəlmişdir, lakin hazırda şikayət verilən qətnamə uşağın üstün hüquqlarının təmin edilməsinə xidmət etmir. Məhkəmə ərizəçinin hazırkı tələbinin qanuni əsasının olduğunu qəbul edir, lakin nəvəyə baxılması halını təsdiq edən sübutların məhkəməyə təqdim edilmədiyini qeyd edir. Qeyd edilməlidir ki, iş materiallarında olan Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, nəvə mərhum babası vəfat edənədək babası və nənəsi ilə, babası vəfat etdikdən sonra isə nənəsi ilə birgə yaşayır, iş yerlərindən verilmiş arayışlardan da görünür ki, uşağın valideynləri işləyirlər. Göründüyü kimi, uşağın valideynləri gün ərzində uşağın yanında olmur və nənəsi-ərizəçi uşağa baxır, yəni təkcə uşaq baxçasına, məktəbə, əyləncə yerlərinə apararaq, ona hədiyyələr alaraq deyil, ən əsası azyaşlı uşağın hərəkətlərinə və davranışına, o cümlədən təhlükəsizliyinə daimi nəzarət edərək baxır. Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı) Ərizəçinin tələbində AR MPM-in 310.1-ci maddəsində nəzərdə tutulduğu qaydada faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilmiş, müvafiq sübut ərizəyə əlavə edilmiş, lakin məhkəmə “nəvəyə baxılması”nı təsdiq edən sübutların məhkəməyə təqdim edilmədiyi əsası ilə ərizəni rədd etmişdir. Apellyasiya şikayətinin 6-cı və 7-ci bölməsində istinad edilən dəlillərdən də göründüyü kimi, birinci instansiya məhkəməsinin şikayət verilən qətnaməsi hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmamışdır. Belə olan halda, birinci instansiya məhkəməsinin hazırda şikayət verilən qətnaməsi Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin tələbləri baxımından qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə iş üzrə hazırkı şikayətin 7-ci bölməsində sadalanan prosessual hüquq normasını tətbiq etmədiyi üçün, uşağın nənəsinin və mərhum babasının uşağa (nəvəyə) baxmalarının hansı hərəkətlərdə ifadə olunduğunu tam aydınlaşdırmamışdır. Halbuki, bu halların iş materiallarında olan sübutlarla birgə araşdırılması ərizənin əsaslı olduğuna dəlalət edir. Məhkəmə “nənə, baba tərəfindən nəvəyə baxmağa kömək etmək həmin nəvəyə baxmaq deyil. Göründüyü kimi, Uğurun valideynləri heç 40 yaşına çatmamışlar, hər ikisi işləyir və əmək haqqı alır. Valideynlər işdə olan zaman nənə baba tərəfindən nəvəyə baxmaq, onu uşaq baxçasına, məktəbə, əyləncə yerlərinə aparmaq, ona hədiyyələr almaq "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1.3-cü maddəsinin təsiri altına düşə bilməz.” qeyd etməklə “nəvəyə baxmaq” anlayışını dar çərçivə ilə məhdudlaşdırmış və bununla da ərizəçinin, həmçinin uşağın hüquqlarının pozulmasına xidmət edən qətnaməni qəbul etmişdir. Ona görə də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-4329/2024 saylı qətnaməsinin ləğv edilərək, ərizənin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırmışdır ki, iddiaçının apellyasiya şikayəti əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(008)-4329/2024 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Ali Məhkəmənin Plenum Qərarından aydın olur ki, şəxsin öhdədə olma faktı dedikdə ərizəçi digər şəxsin onun öhdəsində olması faktını deyil, şəxsin yəni ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktını nəzərdə tutur, iş materiallarına əsasən müəyyən olunur ki, Ərizəçi nəvəsi X7 öz öhdəsində olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin qanunvericiliyin təhlilindən görünür ki, qeyd olunan hal şəxsin öhdədə olma faktı kimi qiymətləndirilə, yəni ərizəçi qismində Ərizəçi çıxış edə bilməz. Digər məsələ ondan ibarətdir ki, qeyd olunan faktın təsdiq edilməsi hüquqi nəticə yaratmalıdır. Bu fakt ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi və s. məqsədilə müəyyən edilə bilər. İlk öncə bildirilir ki, qeyd olunan iş üzrə ərizəçinin həmin halı təsdiqlətməsi mümkün deyildir, həmçinin heç bir hüquqi nəticə yaratmayacaqdır. Belə ki, "Əmək pensiyaları haqqında” Qanunun 14-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə. Qeyd olunan qanunvericiliyin məzmunundan da aydın olur ki, Ərizəçi qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda və həmçinin digər şərtlər ödənildiyi təqdirdə ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi məsələsinə baxıla bilər. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırılır ki, “Əmək pensiyaları haqqında Qanunun 14.1-ci maddəsi əvvəlki redaksiyada aşağıdakı kimi qeyd edilmişdir: “Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tan təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəy kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır”. Belə ki, xx.xx.2020-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik edilmiş və qeyd olunan ifadə qanundan çıxarılmışdır. Ümumilikdə isə belə nəticəyə gəlmək olar ki, ailə başçısının öhdəsində olan, yəni vəfat edənin tam təminatında və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxslərin ailə başçısını itirməyə görə pensiya almaq hüququ artıq mövcud deyildir. Bundan başqa, məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. İş materiallarına əsasən müəyyən olunur ki, Ərizəçi qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs deyildir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsi xahiş olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 apelyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun “Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri” adlanan 14-cü maddəsinə dəyişiklər edilmiş, 29 dekabr 2020-ci il tarixli 240-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 14.1-ci maddəsindən “öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan)” sözləri çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı xx.xx.2019-cü il tarixli, 3 nömrəli Qərarı: Bənd 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Bənd 3. Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Bənd 3.1. Şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. Bənd 13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə ərizə təmin edilmədiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə ərizəçi tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ərizəçi ərinin ölümündən sonra sonuncuya məxsus pensiyanı almaq üçün nəvəsinə əvvəl əri ilə birlikdə, ərinin ölümündən sonra isə nəvəsinə özünün baxmasını hüquqi əhəmiyyətli fakt olaraq müəyyən edilməsinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, məhkəmə ərizəçinin ona lazım olan faktın təsdiqinə dair mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməməsi səbəbindən ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, sağlam, tam fəaliyyət qabiliyyətli, valideyinlik hüquqları məhdudlaşdırılmayan, valideynlik hüquqularından məhrum edilməyən, daimi qazancları olan valideynləri ilə birlikdə yaşayan, valideynləri ilə yanaşı yaxın qohumlarının (eyni zamanda nənəsinin) da qayğısı ilə əhatə olunan xx.xx.2018-ci il təvəllüdlü X7 baba və nənəsinin himayəsinə ehtiyacının olması, bu səbəbdən ona babası və nənəsi tərəfindən baxılması araşdırma zamanı öz təsdiqini tapmadığından ərizəçinin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, ərizəçinin uşağın (nəvəsinin) üstün hüquqlarının təmin olunmasına yönələn hər bir tələbi qanuni və əsaslı olmalıdır. İstinad olunanlara əsasən kollegiya hesab edir ki, ərizəçi tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-4329/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına ərizəçi tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6128/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6128/2024
27.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver