Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-613/2025 25.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh X4 qarşı “qanuna uyğun olmayan konstruktiv dəyişikliklərin ləğvi” tələbinə dair iş üzrə (Açar sözlər: iddiadan imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-95/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 07 iyun 2006-cı il tarixli, 146 saylı sərəncamı ilə "xxxx" X5 ünvan 1 ünvanda 2 girişli, zirzəmili, 14 (+mansard) mərtəbəli yaşayış binasının inşasına icazə verilmiş və həmin icazə əsasında "xxxx" MMM-in sifarişinə əsasən ünvan 1 ünvanda, 2 girişli, 14 (+mansard) mərtəbəli, sahəsi 13258,0 kv.metr olan 104 mənzildən (yaşayış üçün istifadə olunan mansardla birlikdə) və sahəsi 3726,0 kv.metr olan qeyriyaşayış sahələrindən (zirzəmi, 1-ci və 2-ci mərtəbə da daxil olmaqla) ibarət olmaqla, ümumi sahəsi 18156,9 kv.metr olan yaşayış binası inşa edilmişdir.
2. "xxxx" MMM-nin təsisçisi E.B.Ələkbərov və X9 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 91 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı ünvan 2 ünvanda yerləşən 1 saylı, 2 girişli yaşayış binasında 2-ci giriş, mansarda mərtəbədə, sahəsi 117,01 kv.m olan 3 otaqdan ibarət 295 nömrəli mənzilin tikintisini, alıcı isə həmin mənzilin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüş, "xxxx" MMM-nın təsisçisi NümayəndəB. tərəfindən verilmiş xx.xx.2017-ci maliyyə arayışına görə mənzilin tam dəyəri (140.412 manat) X9 tərəfindən ödənilmişdir. Aydın Mürvələdov xx.xx.2020-ci il tarixdə ölmüş, 03 fevral 2021-ci il tarixdə notariat orqanında vərəsəlik işi açılmış, onun vərəsələri - arvadı Cavabdeh (cavabdeh), uşaqları X6, X10, X11 və X12r.
İş üzrə qəbul olunmuş məhkəmə aktları
3. İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh X3 qanunsuz əməllərinin aradan qaldırılmasının, mövcud qanunvericiliyin tələblərinə zidd olaraq həyata keçirilmiş tikintiquraşdırma işlərinin layihəyə uyğun bərpa olunması öhdəliklərin cavabdehin üzərinə qoyulmasını, aparılacaq bərpa işlərinin layihəyə uyğun icrasına nəzarət səlahiyyətinin İddiaçı MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-95/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməsi, Bakı şəhəri, N.Rəfiyev küçəsi 1210- cu məhəllədə yerləşən yaşayış binasının mansard hissəsində 295 saylı mənzildə (faktiki olaraq 294 və 295 saylı mənzillərdə) Cavabdeh tərəfindən aparılmış tikinti işləri qanunsuz hesab edilməsi, ünvan 2də yerləşən yaşayış binasının mansard hissəsində 295 saylı mənzildə (faktiki olaraq 294 və 295 saylı mənzillərdə) Cavabdeh tərəfindən aparılmış tikintiquraşdırma işləri həmin ünvanda yerləşən yaşayış binasının layihəsinə uyğun bərpa edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Qətnamədən cavabdeh X8 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(01xx-xx/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İş apellyasiya məhkəməsinin icraatında olarkən xx.xx.2025-ci il tarixdə iddiaçı "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək iş üzrə Cavabdeh ilə mübahisənin məhkəmədənkənar qaydada həll olunması üçün razılaşdıqlarını, mübahisənin artıq həllini tapdığını, ona gərə də iddia tələbindən imtina etdiyini bildirmiş, göstərilənlərə əsasən, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
7.İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə hər hansı bir məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
8. Maddə 52.1 İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
9. Maddə 52.5 İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
10. Maddə 191.1 İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
11. Maddə 191.2 Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.
12. Maddə 261.0.4 İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.
13. Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası iş materiallarını və iddiadan imtinaya dair iddiaçı tərəfin ərizəsini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçının iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir.
15. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq iş üzrə tərəflər arasında razılıq əldə edildiyini, bu səbəbdən iddiadan imtina etdiklərini bildirərək icraatda olan mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
16. Mülki Prosessual Məcəlləsinin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.
17. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi onun həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-95/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. 18.Kollegiya eyni zamanda qeyd edir ki, iş üzrə birinci instansiya mərhələsində keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdeh X1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 370, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: İddiaçı "xxxx" MTK-nın iddiadan imtina etməsi qəbul edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-95/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh X4 qarşı “qanuna uyğun olmayan konstruktiv dəyişikliklərin ləğvi” tələbinə dair mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqatı dəyəri olan 100 (bir yüz) manat pul cavabdeh X1 alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Sabit Bəhrəmzadə