Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6136/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb olunmaqla mülki iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və XN ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-5069/2024 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı SX № ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.N974-cü il təvəllüdlü Ərizəçi Firodvsi oğlu SHXÇDX-nin Nərimanov rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.N992-ci ildə hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2022-ci il tarixli N683 nömrəli arayışın surətindən görünür ki, vətəndaş Ərizəçi həqiqətən xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müailicədə olmuşdur. Diaqnoz: Odlu silah yaralanması nəticəsində çənə oynağının xırdalanmış sınığı. Əsas: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının N993-cü ilə məxsus 3 №-li stasionar xəstələrin qeydiyyatı kitabının 2909-cu sayındakı qeyd. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun HP-N2/298 nömrəli, xx.xx.2022ci il tarixli cavab məktubunda (surət) Ərizəçi xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixə kimi N və N nömrəli hərbi hissələrdə xidmət etməsi ilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işinin və ya təqsirləndirici materialın olması barədə məlumat aşkar edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-N3-N2-N/2- R-2633xx/xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxx N974-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuş Ərizəçi məhkumluğu yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli, 3-25/2-R-693-N/2024 nömrəli arxiv arayışının surətindən görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N7 nömrəli əmrində (əsas: səh.-7, §N; qeyd: əmrdə adı və atasının adı tam, hərbi vəzifəsi yazılmamış, adının baş hərfi “U" qeyd edilmişdir; əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 94 nömrəli əmrinə əsasən, sıravi U.F.Rəcebovun müalicə olunmaq üçün mərkəzi hərbi xəstəxanaya göndərilərək, ərzaq təminatından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N2N nömrəli əmrində (əsas: səh.-N6, §İN, sıra-9; qeyd: əmrdə soyadı “Rəcəfov” yazılmış, atasının adı, hərbi rütbəsi və vəzifəsi qeyd olunmamışdır) Bakı şəhəri Güzdək qəsəbəsindən gəlmiş Ülfət Rəcəfovun həmin tarixdən etibarən N nömrəli hərbi hissənin Tank taborunun şəxsi heyətinin siyahısına daxil edilərək, ümumi qaydada təchizatla təmin edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissənin sənədlər qovluğunda (əsas: iş №-N; səh.-48) çavuş və əsgərlərin şəxsi heyətinin siyahısında N992ci ilin İİ yarım ilində Orduya çağırılmış, N974-cü il təvəllüdlü Ərizəçi adı qeyd edilmişdir. N nömrəli hərbi hissənin sənədlər qovluğunda (əsas: İş №-N; səh.-38; qeyd: qovluqda çağırıldığı RHK: “Nizami RHK” qeyd edilmişdir) N nömrəli hissə üzrə xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək həlak olan və yaralananlar haqqında məlumat siyahısında Nizami RHK-dan çağırılmış, xx.xx.N993-cü il tarixdə Şahbulaq qəsəbəsində qəlpə yarası almış Ərizəçi adı qeyd edilmişdir. Hərbi hissəni tərk etdiyinə görə sıravi X2 Azərbaycan Respublikası Müdafiə Nazirinin N nömrəli fərmanına əsasən, N nömrəli hərbi hissə komandirinin 3N dekabr N994-cü il tarixli N nömrəli əmri ilə (əsas: səh.-36, §N2, sıra-76; qeyd: əmrdə adı “Ülvət" yazılmış, hərbi vəzifəsi qeyd olunmamışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, hərbi bileti X5 etmə Məntəqəsinə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin oktyabr-dekabr N992-ci il, yanvar-aprel, iyun-dekabr N993-cü il, yanvar-noyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin N992-ci il tarixli şəxsi heyətin əlifba qeydiyyatı kitablarında və Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında Ərizəçi xidməti barədə əlavə məlumat aşkar olunmamışdır. Birinci instansiya məhkəməsində icraat Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.N993-cü il tarixli N2N nömrəli əmrində yazılmış “Rəcəfov” soyadlı və AR MN-in N nömrəli hərbi hissə komandirinin 3N dekabr N994-cü il tarixli N nömrəli əmrində qeyd edilmiş “Ülvət” adlı şəxslərin Ərizəçi olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.N992-ci ildə Nərimanov Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılmışdır. xx.xx.N993-cü ildə Ağdam rayonunun Şahbulaq kəndində gedən döyüşlərdə yaralanmışdır. Müdafiə Nazirliyinin Qospitalında müalicə olunduqdan sonra Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N993-cü il tarixli, 4090 nömrəli Şəhadətnaməsi əsasında başında və bədəninin müxtəlif yerlərində çoxlu sayda qəlpələr olduğuna görə hərbi xidmətə yararsız olduğu təyin edilmiş, sonra isə TSEK tərəfindən 2-ci qrup əlillik verilmişdir. Hazırda 2-ci qrup müharibə əlili, Prezident təqaüdçüsüdür. O, əlillik qrupu aldıqdan sonra şəhadətnaməni və əlilliklə bağlı digər sənədlərini Nərimanov Hərbi Komissarlığına təqdim etmiş və komissarlığın müvafiq şöbəsində müharibə əlili kimi qeydiyyata alınmışdır. Mərkəzi Hərbi Həkim Komissiyasından və Hərbi komissarlıqdan ona bildirilmişdir ki, şəhadətnamənin bir nüsxəsi hərbi hissəyə göndəriləcək və hərbi biletində müvafiq qeydlər aparıldıqdan sonra Komissarlığa göndəriləcək. Sonradan Hərbi Komissarlıqda ona bildirilmişdir ki, o yaralandıqdan sonra hərbi hissənin yerləşdiyi kənd işğal olunmuşdur, hərbi hissənin harda yerləşdiyi məlum deyildir və bu səbəbdən hərbi hissənin yerini müəyyən etmək mümkün olmadığına görə onun hərbi bileti barədə məlumat yoxdur. Ərizəçi Nərimanov Hərbi Komissarlığında qeydiyyatda olduğu müddət ərzində dəfələrlə müraciət etsə də, hərbi bileti tapılmamışdır. O, 2004-cü ildə Nərimanov Hərbi Komissarlığından qeydiyyatdan çıxaraq sakini olduğu Laçın rayonu Hərbi Komissarlığına qeydiyyata düşmüş və hərbi biletin ona o vaxtdan verilmədiyini bildirmişdir. Sonradan Laçın Hərbi Komissarlığı tərəfindən hərbi bilet tapılmış və ona verilmişdir. Ancaq məlum olmuşdur ki, heç bir əsas olmadan və dəqiqləşmə aparılmadan, kimlərinsə səhlənkarlığından onun hərbi biletində doğru olmayan məlumatlar yazılmış, yəni onun hərbi hissəni güya özbaşına tərk etməyi, hətta xx.xx.N993-cü ildə hərbi and içməyi barədə qeydlər edilmişdir (köhnə hərbi biletin 6cı və 8-ci səhifələri) hansı ki o, həmin vaxt mülki həyatda olmuş, hərbi qulluqçu kimi statusu olmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-5069/2024 nömrəli qətnaməsi ilə ərizə təmin edilərək xx.xx.N993-cü il tarixli N2N nömrəli əmrində yazılmış “Rəcəfov” soyadlı və AR MN-in N nömrəli hərbi hissə komandirinin 3N dekabr N994-cü il tarixli N nömrəli əmrində qeyd edilmiş “Ülvət” adlı şəxslərin “Ərizəçi” ilə eyni şəxs olması faktı müəyyən edilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş sənədlərindən görünür ki, “Ərizəçi”nun səhvən xx.xx.N993cü il tarixli N2N nömrəli əmrində yazılmış “Rəcəfov” soyadlı və AR MN-in N nömrəli hərbi hissə komandirinin 3N dekabr N994-cü il tarixli N nömrəli əmrində qeyd edilmiş “Ülvət” adlı şəxs kimi göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ali Məhkəməsinin N2 aprel 20N9cu il tarixli, 03 saylı qərarının 6, 6.2, 6.3-cü bənlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.N, 9.3, N4.2, 88, 2N7.N, 2N7.3, 2N7.4, 2N8.N, 2N8.3, 220.4, 305.N.N, 307.N, 307.2.5, 308-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-5069/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Ərizəçi ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində saxlanılan N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli (paraqraf-NN, səhifə-N6, sıra-9) N2N nömrəli və xx.xx.N994-cü il tarixli (paraqraf N2, səhifə 36, sıra 76) 363 nömrəlli əmrlərinin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin N6 avqust 2024-cü il tarixli 2(008)-5069/2024 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir. Qətnamə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinə 27 avqust 2024-cü il tarixdə daxil olmuşdur. Qətnamə qəbul edilərkən işin halları məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmamış, bu da ərizənin əsassız olaraq təmin edilməsinə səbəb olmuşdur. Ərizəçinin tələbinin əsassız olmasının prosessual əsası MPM-in 307.2.5-ci maddəsində birmənalı olaraq təsbit edilmişdir. Belə ki, AR MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyət orqanları (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmə tərəfindən baxılır. Normanın dispozisiyasından göründüyü kimi şəxsin sənəddə göstərilən adının şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olmasının məhkəmə qaydasında müəyyən edilsə də hərbi sənədlər burada istisna təşkil edir. Təcrübədə bu kateqoriya işlərin ümumiləşdirilməsi və rəhbər tövsiyələrin verilməsi zərurəti olduğundan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən N2 aprel 20N9-cu il tarixli 03 saylı qərar qəbul edilmişdir. Belə ki, Plenum Qərarının 6.N-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və s.) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericliliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədi vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Beləliklə də normanın və normanı şərh edən Plenum qərarının mahiyyətindən aydın olur ki, qanunverici hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsini təsbit etsə də hərbi sənədlər burada istisna təşkil edir və onların şəxsə məxsus olması məhkəmə tərəfindən müəyyən edilə bilməz. İddiaçı ərizəsində hərbi biletində olan hərbi hissəni özbaşına tərk etməsi haqqında qeydlərin yalnış olduğunu bildirsə də, məhkəmə qətnamədə N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N nömrəli əmrində qeyd olunmuş “Ülvət” adlı şəxsin iddiaçı “Ərizəçi” ilə eyni şəxs olması faktını müəyyən etmişdir. Həmçinin, qeyd olunan Plenum Qərarının 6-cı bəndinə əsasən Azərbaycan MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın, yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi qaydada baxılaraq müəyyən edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən biri kimi, məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməsi, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmamasının bildirilməsi qeyd olunmuşdur. Qeyd etmək zəruridir ki, xx.xx.N993-cü il tarixli N2N nömrəli əmrdə qeyd olunmuş “Rəcəfov” soyadlı şəxsin iddiaçı ilə eyni şəxs olması halının sübut edilməsinə dair hansı dəlillərə əsaslanılması sadalanmamışdır. Həmçinin iddiaçı ilə bağlı N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri mövcud deyildir. Məhkəmənin hansı sənədə (arayışa) əsasən qeyd olunan faktı müəyyən etməsi məlum deyildir. Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə xx.xx.N993-cü il tarixli N2N nömrəli əmrində yazılmış “Rəcəfov” soyadı və AR MN-in N nömrəli hərbi hissə komandirinin 3N dekabr N994-cü il tarixli N nömrəli əmrində qeyd edilmiş “Ülvət” adlı şəxsin iddiaçı “Ərizəçi” ilə eyni şəxs olması faktını müəyyən etmişdir. Lakin iddia ərizəsinin mahiyəti və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə qəbul edilmiş qərar arasında uyğunsuzluq vardır. Belə ki, iddiaçı ərizəsində hərbi hissəni özbaşına tərk etmədiyini qeyd etsə də, hərbi hissəni özbaşına tərk etmə ilə əlaqədar olan əmrin ona aid olması qərarına gəlinmişdir. Ona görə də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin N6 avqust 2024-cü il tarixli 2(008)-5069/2024 nömrəli qətnaməsi ləğv edilərək iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinin təmin edilməməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə rəsmi qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinə etiraz edərək, ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq izahatında göstərmişdir ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə məqsədi ona məxsus hərbi biletdə qeyd edilən doğru olmayan məlumatların ləğv edilməsindən ibarətdir. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 305.N. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.N.N. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.N. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3N0.N. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 26N.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 26N.0.N. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 262.3. Bu Məcəllənin 26N.0.N-ci və ya 26N.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 26N-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən N0 gün müddətində. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N2 aprel 20N9-cu il tarixli 3 nömrəli Qərarı Bənd N.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Bənd N.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin N53.2.N-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 26N.0.N-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Bənd 6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Bənd 6.N. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Bənd 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Bənd 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Bənd N4. Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.N. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.N. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.20N5-ci il tarixli 4 nömrəli Qərarı Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-5069/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda qeyd edildiyi kimi hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Sadalanan bütün bu şərtlər birlikdə mövcud olmalı, onların hər hansı birinin mövcud olmaması halı isə həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Ərizənin mümkünlüyünü yoxlayan birinci instansiya məhkəməsi hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan MPM-nin N53.2.Nci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 26N.0.N-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Ərizədən və ərizəçinin Məhkəmə kollegiyasının iclasında verdiyi izahatdan müəyyən olunur ki, ərizəçinin hüquqi marağı özünə məxsus olan hərbi biletdə qeyd olunmuş xx.xx.N993-cü il tarixli N2N nömrəli əmrin və AR MN-in N nömrəli hərbi hissə komandirinin 3N dekabr N994-cü il tarixli N nömrəli əmrinin ona aid olmasının müəyyən olunmasından deyil, əksinə bu əmrlərin doğru olmayan məlumat kimi onun hərbi biletinə yazıldığı üçün silinməsindən ibarətdir. Apellyasiya şikayətinin dəlillərindən də müəyyən olunur ki, maraqlı şəxs xx.xx.N993cü il tarixli N2N nömrəli əmrdə qeyd olunmuş “Rəcəfov” soyadlı şəxsin ərizəçi ilə eyni şəxs olması halını inkar edir, N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrinin isə mövcud olmadığını qeyd edir. İstinad olunanlara əsasən kollegiya qeyd edir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməz olduğundan, belə bir faktın müəyyən edilməsi isə hüquqi nəticə doğurmadığından, hərbi biletində yazılmış məlumatların doğru olmasını mübahisələndirən ərizəçinin həmin məlumatların ona aid olmasını hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsini tələb etməsi mümkün olmadığından, ərizəçinin hərbi biletində yazılmış özünə aid olmayan məlumatların silinməsini inzibati orqandan tələb etmək hüququ olduğundan maraqlı şəxsin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-5069/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməli, Ərizəçi Firodvsi oğluna hərbi biletində aparılmış qeydlərin ləğv edilməsi tələbinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təmin edilmədiyi təqdirdə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26N.0.N., 262.3., 384.0.5., 402.2.4., 405.0.2.-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-5069/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. Ərizəçi Firodvsi oğluna hərbi biletində aparılmış qeydlərin ləğv edilməsi tələbinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təmin edilmədiyi təqdirdə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunur. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən N0 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6136/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6136/2024
11.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver