Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6139/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-170/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1nə və "Cavabdeh2" MMC-yə qarşı “torpağın boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi və tikililərin sökülməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda mülkiyyətində olan torpaq sahəsinə qanunsuz olaraq açılmış darvaza və qapının, həmçinin torpaq sahəsinin altından çəkilmiş su və çirkab su xətti borularının və digər tikili və qurğuların cavabdehlərin vəsaiti hesabına sökülüb ləğv edilməklə, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi vəzifəsinin, həmçinin torpağına hər hansı formada müdaxilə olunmasının qadağan edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı iddiaçıya məxsus torpaq sahəsindən piyada və avtomobil keçidi üçün istifadə hüququnun təmin olunması tələbinə dair qarşılıqlı iddia ərizəsi verərək, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 5 metr enində olan hissəsindən Murtuza Muxtarov küçəsinə piyada və avtomobil keçidi üçün iddiaçı tərəfindən istifadə hüququnun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil2 iddianı təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə məhkəmədə həll olunana gədər Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi, 190 ünvanında yerləşən İddiaçı məxsus torpaq sahəsində qazıntı və tikinti-quraşdırma işlərinin aparılmasının cavabdeh “xxxxx” MMC-yə və 3-cü şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-170/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi Vəkil2 iddianı təmin etmə tədbiri barədə ərizəsi rədd edilmişdir. xx xxxx 2020-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Yasamal rayon məhkəməsinin 2(004)-170/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, ləğv edilməsinixahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-170/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 xx xxxx 2020-ci il tarixdə məhkəməyə etiraz ünvanlayaraq İddiaçı nümayəndəsi Vəkil2 şikayətinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh1 tərəfindən iddiaçıya məxsus torpaq sahəsi zəbt edilməmiş, universitetə yeni tədris binasının inşası üçün ünvan 4 ünvanında torpaq sahəsi ayrılmış, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Universitetə həmin ünvanda tədris binasının tikintisinə icazə verilmiş, “xxxxx” MMC tərəfindən tədris binasının inşasının Dövlət Baş Ekspertizası ilə razılaşdırılmış lahiyəyə uyğun aparılmış və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli məktuba əsasən iddiaçının mübahisələndirdiyi tədris binasının giriş hissəsinin qarşısında yerləşən torpaq sahəsinin dövlət mülkiyyətində olduğu qeyd olunmuşdur. İddiaçı iddia təmin tədbiri barədə öz ərizəsində Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi, 190 ünvanında yerləşən İddiaçı məxsus torpaq sahəsində qazıntı və tikinti-quraşdırma işlərinin aparılmasının cavabdeh “xxxxx” MMC-yə və 3-cü şəxslərə qadağan edilməsini xahiş etmişdir. İddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi yer müəyyən deyil, bununla bağlı müvafiq ekspertialar təyin olunmuş və rəy alınmamışdır. Digər tərəfdən cavabdehlər tərəfindən mübahisəli torpaq sahəsində qətnamənin gələcəkdə icrasını mümkünsüz edə biləcək əsaslı tikinti işləri aparılmamışdır və aparılmır. Belə olan halda məhkəmə haqlı olaraq iddia təmin tədbiri barədə ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 etirazı müdafiə etdiyini bildirirərək şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-170/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun göstərilən müddəaları baxımından iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. İş materiallarından görünür ki, cavabdehlər tərəfindən mübahisəli torpaq sahəsində qətnamənin gələcəkdə icrasını mümkünsüz edə biləcək əsaslı tikinti işləri aparılmamışdır və aparılmır. Buna görə də kollegiya hesab edir ki, ərizənin rədd edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-170/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi və vəkili Vəkil2 şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-170/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6139/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6139/2020
22.07.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver