Məhkəmə qərarları › İş №2(103)-6147/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6147/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6147/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı nümayəndəsi və vəkili X1 Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(005)-5/2019 saylı qərardadından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, QSC “Bank Standart” KB və Səbail RİŞ-nə qarşı hərracın nəticələri haqqında protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mülki iş üzrə iddiaçı təkrarən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, QSC “Bank Standart” KB və Səbail RİŞ-nə hərracın nəticələri haqqında protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi iddiaçının məhkəməyə gəlməməsi səbəbindən baxılmamış saxlanılmışdır. İddiaçı vəkili və nümayəndəsi X2 xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmənin xx.xx.2019-cu il tarixli, 5(005)-5/2019 saylı qərardadının ləğv edilməsini və işin yenidən məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(005)-5/2019 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı vəkili və nümayəndəsi X1 Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(005)-5/2019 saylı qərardadından verdiyi şikayət, həmin məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X2 şikayəti müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası iddiaçının vəkilinin izahatını dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(005)-5/2019 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. İş materiallarında olan mülki işin baxılmamış saxlanılmasına dair xx.xx.2019-cu il tarixli, 5(005)-5/2019 saylı qərardad xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfindən rəsmi qaydada qəbul edilmiş olsa da, qərardadın ləğvinə dair ərizə ilə vaxtında müraciət edilməmiş, bir ilə yaxın müddətdən sonra müraciət edilmişdir. Həmçinin İddiaçı xx.xx.2019-cu tarixə təyin olunmuş məhkəmə iclasında iştirak etməməsinin üzürlü səbəbdən baş verməsini əsaslandırmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(005)- 5/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar