Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6148/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1617/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X4 cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə və Cavabdeh2nə qarşı “hərracın nəticəsinə dair yekun protokolun etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə və Cavabdeh2n tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, 18C saylı fərdi yaşayış evinin məcburi qaydada satışı ilə əlaqədar keçirilmiş hərracın nəticəsinə dair yekun protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın təmin tədbiri barədə ərizə təqdim edərək, iddia tələbinə mahiyyəti üzrə baxılıb qurtarana qədər, mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, 18 C saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulmaqla həmin əmlakın özgəninkiləşdirilməsinin və bununla bağlı digər icra hərəkətlərin (hərəkətsizliyin) edilməsinin cavabdehlərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1617/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı X1 cavabdehlər "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə və Cavabdeh2nə qarşı "hərracın nəticəsinə dair yekun protokolun etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddianın təmin tədbirinin görülməsinə dair iddiaçının ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərarda Azərbaycan Respublikasının Konstitusiyasının 129;Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2;Azərbaycan Respublikasının "İcra Haqqında” qanunun 3.1;İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(002)-3399/2019 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən 382381,56 USD və 2(002)-3399/2019 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən 552089,27 USD məbləğində kredit borcunun həmin işlər üzrə cavabdehlərdən tutulması və hər iki qətnamə üzrə onun mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 23/25 ünvanında yerləşən 305,4 kvadrat metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, 18C saylı evə yönəldilməsi qət edilmiş və icra vərəqəsi verilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 borclu X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, 18C saylı evin hərrac yolu ilə satılmasını "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə sifariş vermiş və bu barədə "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən elan verilmiş, lakin təkrar hərracın baş tutmadığından ipoteka saxlayana evin satış qiymətindən 25 faizdən az olmayan qiymətlə təklif edilmişdir. Belə olan halda ipoteka predmeti olan iddiaçı X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, 18C saylı evin açıq hərracda və ya digər formalarda satılmamış və ya özgəninkiləşdirilməmişdir. Həmin evin üzərinə həbs qoyulması, satılması və ya digər formada özgəninkiləşdirilməsi cavabdehlər "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə və Cavabdeh2nə qadağan edilməsi sözügedən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(002)-3399/2019 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə icra sənədinin icra olunmasının qarşısını alır.Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, 18C saylı evin üzərinə məhdudiyyət qoyulmaqla hərrac vasitəsilə satılmasının dayandırılması məhkəmə qətnaməsinin məcburi icrasına maneə yaratması ilə nəticələnə bilər. Belə olan halda hazırkı ərizə yuxarıda qeyd oluna tələblərə cavab vermədiyindən təmin edilməməlidir. İddiaçı X4 qərardaddan şikayət verərək Nərimanov rayon məhkəməsinin 2(005)- 1617/2020 saylı xx.xx.2020-ci ıl tarixli qərardadının ləğv edilməsi və iddianın təmin tədbirinə dair vəsatətinin təmin edilməsi haqqında qəradad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyasının 12.1, 25.1, 26.2, 60.1,71, 72.2, 80, 147.1; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 269-cu maddəsinə istinadən qeyd edilmişdir ki, mülkiyyətində olan mənzilin məcburi satışı ilə əlaqədar keçirilmiş qanunsuz hərrac nə qədər ki, tərəfindən mübahisələndirilır mübahisəli mənzilinin üzərinə həbs qoyuimalı və onun özgəninləşdirılməsi cavabdehlərə qadağan edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1617/2020 saylı işi üzrə xx.xx.2020ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24, 80, “X8 haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 63-67 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2,14, 15,77, 88, 157-164, 236, 386, 388; 397.2, 398, İcra haqqında Qanunun 26,45,48-ci maddələrinə əsasən hesab edir ki, qərardad ləğv edilməli, bu və ya digər növdə iddia təmini tədbirinin müzakirəsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericilik heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını ehtiva edir. Həbsin əmlak üzərinə qoyulması lüzumsuz məhdudiyyətlərə səbəb olsa da, nisbi tarazlığı qorumaqla iddia təmini tədbirinin həyata keçirilməsi gələcəkdə məhkəmə tərəfindən nəzarət etməli olan qətnamənin icrasına və məcburi icra tədbirlərinin həyata keçirilməsinin mümkünlüyünə təminatdır. Diqqətə çatdırılmalıdır ki, gələcəkdə iddia tələbinin təmin edilmədiyi halda cavabdehin iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməkdə haqlıdır, bununla da, müvəqqəti məhdudlaşdırılması ehtimal edilən hüquqları bərpa etmək imkanı saxlanılmaqdadır. Lakin bunun təmin edilməməsi iddia tələbinin təmin edildiyi təqdirdə şəxsin və digər şəxslərin hüquqlarının məhdudlaşmasına səbəb olan haldır. Qeyd edilənlər nəzərə alınmaqla birinci instansiya məhkəməsi işin hallarını müvafiq araşdırmaqla ərizədə (şikayətdə) tələb edilən və ya başqa təminat tədbirlərindən birini (və ya bir neçəsini) müəyyən etməli, və ya icra edilməkdə olan məhkəmə qətnamələrin icrasına nəzarət qaydasında icra icraatının dayandırılması prosedurlarını iddiaçıya izah etməlidir. Əks təqdirdə mülki icraatın vəzifələrinə zidd sui-istifadəyə və özbaşınalığa şəraitin yaranması istisna edilmir ki, bunu da qanunvericilik yolverilməz hal kimi qəti olaraq qadağan etmişdir. Bununla belə, iddiaçının diqqətinə çatdırılmalıdır ki, iddianı təmini tədbirin həyata keçirilməsi üçün ilk növbədə buna yönəlik predmet və onun hazırda statusunu sübut edən sənədlər edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157, 263 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı X1 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1617/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin və iddianın təmini tədbiri ərizəsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-6148/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6148/2020
27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver