Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-615/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı cavabdehlər (qarşılıqlı iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı (Maraqlı şəxs1 MMC, 1 saylı Bakı Ərazi İdarəsi və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-615/2025 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X4 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdehlərin nümayəndəsi-vəkili Vəkil2 və cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı (Maraqlı şəxs1 MMC, X8 və 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” ilkin, Cavabdeh1 və Cavabdeh2 MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-61/2024 nömrəli 18 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "xxxx" MTK ilə X8 arasında bağlanmış 10 iyun 2006-cı il tarixli kooperativ binada mənzil tikintisi üçün müqaviləyə görə Cavabdeh2 MTK Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 1030 məhəllədə tikilən Cavabdeh2 MTK-da 140 kv.m qeyri-yaşayış sahəsini X6 verməyi öhdəsinə götürmüşdür. X8 pay haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməklə son nəticədə həmin sahəni qəbul etməyi öz üzərinə götürmüşdür.
2. 02 oktyabr 2012-ci il tarixli 033 nömrəli müqaviləyə görə Cavabdeh2 MMC (Satıcı) Bakı şəhəri, X25 10A ünvanında tikintisini həyata keçirdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindən 32 kv.m qeyri-yaşayış sahəsini X6 (Alıcı) satmışdır.
3. 02 oktyabr 2012-ci il tarixli 034 nömrəli müqaviləyə görə Cavabdeh2 MMC (Satıcı) Bakı şəhəri, X25 10A ünvanında tikintisini həyata keçirdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindən 108 kv.m qeyri-yaşayış sahəsini İddiaçı (Alıcı) satılmışdır.
4. Cavabdeh2 MMC-nin xx.xx.2015-ci il tarixli, 48 saylı arayışına əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən 10 kv.m qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir və şirkətə borcu yoxdur. Göstərilən yaşayış sahəsi İddiaçı məxsusdur.
5. Cavabdeh2 MMC tərəfindən İddiaçı ünvanlanan 18 oktyabr 2016-cı il tarixli məktubundan görünür ki, İddiaçı bildirilir ki, 02 oktyabr 2012-ci il tarixli 034 nömrəli müqaviləyə əsasən istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 10/30 ünvanda yerləşən 22 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 108 kv.m sahəyə malik qeyri-yaşayış sahəsi tərəfinizdən istifadə olunduğu halda, 5 il müddətində şirkətə kommunal, işıq, qaz, su və istilik haqqı olaraq heç bir ödəniş edilməmişdir. 5 iş günü müddətində qeyd olunan məsələni həll etməsi tələb olunur. Əks halda 24 oktyabr 2016-cı il tarixdən hüquq mühafizə orqanlarına müraciət edilməklə, qeyd olunan qeyri-yaşayış sahəsinin su, işıq və istilik təchizatı dayandırılacaqdır.
6. Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 10 saylı hüquq məsləhətxanasının vəkili Vasif Mirzəyevə ünvanlanan 24 fevral 2018-ci il tarixli məktubunda bildirilir ki, Cavabdeh2 MMC-nin təsisçilərinin birgə yığıncağının protokollarında iclasa sədrlik edən sədr və iclas katibinin imzalarının həqiqiliyi və protokol surətləri xx.xx.2014-cü il tarixdə 7902, 7903 və 7905 reyestrlərlə qeydə alınaraq tərəfindən təsdiq edilmişdir. Sənədlərdən surət çıxarışlarının və imzanın həqiqiliyinin təsdiqi ilə bağlı notariat hərəkəti aparılarkən notariat kontorunda heç bir nüsxə saxlanılması “Notariat haqqında” Qanunda və “Notariat hərəkətlərinin aparılması haqqında” Təlimatda nəzərdə tutulmadığından notariat arxivində saxlanılmadığına görə onların surətlərini ona təqdim etmək imkanları xaricindədir.
7. 29 iyun 2018-ci il tarixli icra müddətinin sonlandırılması barədə xəbərdarlıqa görə icarəçi "xxxx" MMC-nin direktoru X10, icarəyə verən fiziki şəxs İddiaçı Məhəmməd qızına bildirir ki, 30 avqust 2016-cı il tarixli icarə müqaviləsinə əsasən son altı aylıq 10 avqust 2018-ci il tarixə qədər ödəniş etmələrinə baxmayaraq, fəaliyyətlərini 31 iyul 2018-ci il tarixdən dayandırma qərarına gəlmişdirlər. Müqavilənin şərtlərinə uyğun olaraq xitam üçün ona bir ay əvvəldən xəbərdarlıq edirlər.
8. Cavabdeh2 MMC-nin Şahbazov Şahbaz Qara oğluna ünvanlanan 15 noyabr 2018-ci il tarixli məktubunda göstərilmişdir ki, onun xx.xx.2018-ci il tarixə kommunal, işıq, qaz, su və istilik haqqı üzrə istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 10/30 ünvanında yerləşən 22 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 767 kv.m-dən ibarət olan 25, 26, 27 nömrəli mənzillərə görə 37791 manat, ümumi sahəsi 291,5 kv.m ibarət olan 50 nömrəli mənzilə görə 14976 manat, həmin binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə görə 2916 manat, həmin binanın 3-cü mərtəbəsində ümumi sahəsi 726,42 kv.m ibarət olan qeyri-yaşayış sahəsində uzun müddət fəaliyyət göstərmiş və faktiki rəhbəri olduğu “Nigar” Tibbi Klinikasına görə 19620 manat, ümumilikdə 75303 borcu vardır. Göstərilən borc məbləğinin 5 gün müddətində Cavabdeh2 MMC-yə ödənilməsi ondan tələb edilir. Əks təqdirdə 75303 manat borcun alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəkdir.
9. "xxxx" Azərbaycan ASC-nin xx.xx.2021-ci il tarixli 0475 nömrəli ödəniş tapşırığına görə Cavabdeh1 tərəfindən Cavabdeh2 MMC-nin hesabına 75000 ABŞ dolları məbləğində pul ödənilmişdir.
10. "xxxx" Azərbaycan ASC-nin xx.xx.2021-ci il tarixli 0137 nömrəli ödəniş tapşırığına görə Cavabdeh1 tərəfindən Cavabdeh2 MMC-nin hesabına 75000 ABŞ dolları məbləğində pul ödənilmişdir.
11. Cavabdeh2 MMC-nin 16 avqust 2021-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 1030-cu məhəllə, 1 saylı binanın kürsülü mərtəbəsində ümumi sahəsi 105,4 kv.m qeyri-yaşayış sahəsinin pay dəyərini müqavilə əsasında mülkiyyətçi Cavabdeh1 tərəfindən razılaşma yolu tam ödənilmişdir və heç bir borcu qalmamışdır.
12. Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 1030-cu məhəllədə yerləşən 1 saylı binanın kürsülü mərtəbəsindəki qeyri-yaşayış sahəsi 16 avqust 2021-ci il tarixli binanın qeyriyaşayış sahəsi tikintisi haqqında Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən şirkət müqavilə əsasında mülkiyyətçiyə verməyi, müqavilə əsasında mülkiyyətçi isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və müqavilə əsasında mülkiyyətçi ilə şirkət arasında qeyri-yaşayış sahəsini qəbul etməyi və müqavilə əsasında mülkiyyətçi ilə şirkət arasında qeyri-yaşayış sahəsinin dəyərinin razılaşdırma yolu ilə ödəməyi (12 avqust 2021-ci il tarixli Protokol №02) “ müqavilə əsasında mülkiyyətçi” öhdəsinə götürmüşdür.
13. 29 sentyabr 2020-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, X25 1030 ünvanda yerləşən qeyri-yaşayış sahəsini Maraqlı şəxs1 MMC-yə icarəyə vermişdir.
14. 11 noyabr 2021-ci il tarixli icarə müqaviləsinə görə İddiaçı Bakı şəhəri, X25 1030 ünvanda yerləşən qeyri-yaşayış sahəsini Maraqlı şəxs1 MMC-yə icarəyə vermişdir.
15. 643828 nömrəli Çıxarışa görə Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 1030-cu məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2500/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin eidlmiş, cavabdehlər Şahbazov Şahbaz Qara oğlu və İddiaçı müştərək qaydada dəymiş zərəin əvəzi kimi 220000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul alınaraq iddiaçı X6 verilmiş, iddia tələbi cavabdeh X13 münasibətdə təmin edilməmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-697/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı və Şahbazov Şahbaz Qara oğlu tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2500/2021 saylı, 30 aqvust 2021-ci il tarixli qətnaməsi iddia tələblərinin təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbləri həmin hissədə təmin edilməmişdir.
18. "xxxx" ASC-nin 58798 saylı abunə haqqında məlumatlarına görə H.Əliyev 1030 ünvanındakı **********01930 nömrəli abunə kodu İddiaçı məxsusdur.
19. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1775/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2022-ci il tarixə, saat 14:00-a və xx.xx.2022ci il tarixə, saat 11:00-a təyin edilmiş Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının keçirilməsi ilə bağlı bildirişlər, xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMCnin təsisçilərinin ümumi yığıncağının protokolu, onun əsasında qəbul edilmş xx.xx.2022-ci il tarixli qərar və həmin qərar əsasında hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyi etibarsız hesab edilmiş, Cavabdeh2 MMC-nin (VÖEN **********) əvvəlki qanuni təmsilçisi X9 (Ş/V: AZE 02805424, FİN: 3NFY6VA) cəmiyyətin qanuni təmsilçisi qismində fəaliyyəti bərpa edilmiş və bu barədə məlumat kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmiş, cavabdeh Şahbazov Şahbaz Qara oğlundan dəymiş mənəvi ziyanın əvəzi olaraq 10.000 (on min) manat tutularaq iddiaçı X11 ödənilmişdir.
20. Cavabdeh2 MMC-nin 26 aprel 2023-cü il tarixli arayışında göstərilmişdir ki, arayış verilir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)- 305/2023 saylı mülki iş üzrə ondan ötrü ki, həqiqətən Cavabdeh2 MMC Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 1030-cu məhəllə ünvanında olan çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 108 kv.m qeyri-yaşayış sahəsinə görə İddiaçı ilə heç bir müqavilə bağlamamış, İddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh2 MMC-yə ümumiyyətlə ödəniş edilməmiş və xx.xx.2015-ci il tarixdə İddiaçı adına cəmiyyətin direktoru tərəfindən heç bir sənəd hazırlanmamış və təsdiqlənməmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-721/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Şahbazov Şahbaz Qara oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2-2(113)-1775/2023 saylı qətnaməsi – “xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolu, onun əsasında qəbul edilmş xx.xx.2022-ci il tarixli qərarın və həmin qərar əsasında hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin etibarsız hesab edilməsi, Cavabdeh2 MMC-nin (VÖEN **********) əvvəlki qanuni təmsilçisi X5 (Ş/V: AZE 02805424, FİN: 3NFY6VA) cəmiyyətin qanuni təmsilçisi qismində fəaliyyətinin bərpa edilməsi, bu barədə məlumatın kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi, cavabdeh Şahbazov Şahbaz Qara oğlundan dəymiş mənəvi ziyanın əvəzi olaraq 10.000 (on min) manat tutularaq iddiaçı X11 ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır.
22. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2024-cü il tarixli, 4/1975-5/1680 nömrəli rəyindən görünür ki, məhkəmə-xəttşünaslıq ekspertizası üzrə ekspertizaya təqdim edilmiş, mülki işin 3-cü cildinin 62-63-cü vərəqələrində olan xx.xx.2012-ci il tarixli 034 saylı müqavilənin sonunda “Satıcı” Cavabdeh2 MMC-nin direktoru” qrafasındakı imza - X7 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.
23. Sənədlərin texniki ekspertizası üzrə - tədqiqata təqdim edilmiş xx.xx.2012-ci il tarixli 034 saylı müqavilənin və xx.xx.2015-ci il tarilxi 48 nömrəli sənədin üzərlərində olan möhür əksi relyef klişeden sənədlərin üzərlərinə birbaşa vurulmuşdur. Təqdim edilmiş xx.xx.2012-ci il tarixli 034 saylı müqavilə və xx.xx.2015-ci il tarilxi 48 nömrəli sənədin üzərlərində olan möhür əksi öz aralarında eynilik təşkil etmirlər. Tədqiq olunan sənədlərin üzərlərindəki möhür əksləri təqdim edilmiş Cavabdeh2 MMC-yə məxsus möhürün eksperimental əks nümunələrindən məzmununa, konsentrik dairənin sayına və ay-ulduz təsvirlərinə görə fərqləndiyi üçün onların müqayisəli tədqiqatları aparılmadı. Cavabdeh2 MMC-yə məxsus möhürün sərbəst əks nümunələri təqdim edilmədiyi üçün ekspert qarşısında qoyulmuş “iş materiallarında olan xx.xx.2012-ci il tarixli 034 saylı müqavilənin və xx.xx.2015-ci il tarilxi 48 nömrəli sənəddə olan möhür əksləri Cavabdeh2 MMC-yə məxsus möhürlə eynilik təşkil edirmi?” sual üzrə tədqiqat aparılmadı.
24. CD diskdə olan görüntülərdən görünür ki, Cavabdeh2 MMC-nin direktoru Heydər İbrahimov bildirir ki, Şahbazov Şahbaz Qara oğlundan kommunal ödənişlər tələb edilir, lakin 5 ildən çoxdur ki, onun tərəfindən ödənişlər icra edilmir. Həm mənzil, həm də klinikanın kommunal borcları Şahbazov Şahbaz Qara oğlu tərəfindən ödənilmir. Onun tərəfindən 18 oktyabr 2016-cı il tarixində 4 məktub göndərilmiş və borcların 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Hazırda 03 dekabr 2016-cı ildir və Şahbazov Şahbaz Qara oğlu tərəfindən kommunal borclar hələ də ödənilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
25. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 1030-cu məhəllə ünvanında yerləşən, sahəsi 105.40 kv.m. qeyri-yaşayış sahəsinə dair bağlanılmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə aparılmış ********** qeydiyyatın və buna dair Cavabdeh1 verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə, səlahiyyətli şəxslərin əməllərində cinayətin əlamətlərinin olması səbəbindən bu barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
26. Eyni zamanda Cavabdeh1 və Cavabdeh2 MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 034 saylı müqavilənin və xx.xx.2015-ci il tarixli 48 saylı arayışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 1030-cu məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilkin olaraq 140 kv.m. sahəyə münasibətdə "xxxx" MTK ilə X8 arasında xx.xx.2006-cı il tarixdə bağlanılmış alğı-satqı müqaviləsinə əsasən sonuncunun sahiblik və istifadəsinə verilmişdir. Daha sonra R.İbişzadə sözügedən sahənin 108 kv.m-ni xx.xx.2012-ci il tarixdə öz razılığı ilə ona satmış, bundan sonra R.İbişzadə tərəfindən MTK-ya verilmiş razılıq ərizəsi əsasında sözügedən sahəyə dair MMC ilə arasında xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsi bağlanılmışdır. Eyni zamanda MMC-nin həmin tarixdə direktoru olmuş Heydər İbrahimov tərəfindən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 1030-cu məhəllə ünvanında yerləşən 108 kv.m. qeyri-yaşayış sahəsi üzrə MMC-yə hər hansı borcunun olmamasına dair maliyyə arayışı verilmişdir. Qeyd edir ki, sözügedən qeyriyaşayış sahəsinə dair R.İbişzadə ona, Ş.Şahbazova və Y.Şahbazova qarşı pul tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 220000 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq, iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2500/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, həmin qətnamədən cavabdehlərin verdiyi apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-697/2022 saylı qətnaməsi ilə təmin edilmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2500/2021 saylı qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. Apelyasiya məhkəməsinin sözügedən qərarı ilə bir daha mübahisələndirilən qeyri-yaşayış sahəsinin ona qanuni əsaslarla satıldığı və həmin sahənin onun qanuni əsaslarla sahiblik və istifadəsində olması halı müəyyən edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilməmiş və qətnamə qanunu qüvvəsini almışdır. Eyni zamanda qeyd edilməlidir ki, R.İbişzadə Ş.Şahbazova, ona və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, iddia ərizəsində MMC-nin nizamnamə kapitalının 50% payına sahib olan X19 üçüncü şəxs qismində göstərmiş və sonuncu tərəfindən onun hüquqlarını şübhə altına alacaq hər hansı etiraz və ərizə məhkəməyə daxil olmamışdır. Göstərilən əsaslardan çıxış edərək, qeyri-yaşayış sahəsini etibarnamə üzrə nümayəndəsi X20 vasitəsilə Maraqlı şəxs1 MMC ilə bağlamış olduğu xx.xx.2021-ci il tarixli, 3M-1598 saylı icarə müqaviləsinə əsasən icarəçinin istifadəsinə vermişdir. Lakin hazırda məlum olmuşdur ki, MMC sözügedən qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixdə alğısatqı müqaviləsi bağlayaraq, sonuncuya maliyyə arayışı vermiş, bunun əsasında qeyri-yaşayış sahəsi dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, sözügedən qeyri-yaşayış sahəsi tərəfindən bir kimsəyə satılmamış, hər hansı formada özgəninkiləşdirilməmişdir. Belə olan təqdirdə həmin əmlak artıq MMCnin balansından çıxdığı və ona məxsus olmadığı üçün, MMC özünə məxsus olmayan əmlaka – hazırki halda qeyri-yaşayış sahəsinə dair hər hansı formada başqa müqavilə bağlaya bilməzdi.
28. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli 034 saylı müqaviləni isə ilk dəfədir görməklə yanaşı qeyd edirlər ki, həmin müqavilə saxtadır və qanunsuzdur. Belə ki, Cavabdeh2 MMC xx.xx.2002-ci il tarixdə təsis edilərək dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2002-ci il tarixli 479 saylı Sərəncamı ilə Nəsimi rayonu, X25 küçəsi, 1030-cu məhəllədə Cavabdeh2 MMC-nin mövcud istifadəsində olan 0,26 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış evinin və ofis binasının layihələndirmə, tikinti və abadlıq işlərinin aparılmasına icazə verilmişdir. Həmin sərəncam və digər hüquq müəyyənedici sənədlər əsasında Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu X25 küçəsi 1030 məhəllə ünvanında çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Həmin, çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 108 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh2 MMC ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə heç bir müqavilə bağlanmamış və həmin qeyri-yaşayış sahəsi cavabdehə satılmamışdır. Adi gözlə də müəyyən etmək olar ki, xx.xx.2012-ci il tarixli, 034 saylı müqavilə saxtadır, həmin müqavilə Cavabdeh2 MMC-nin direktoru X9 tərəfindən imzalanmamışdır və cəmiyyətin möhürü ilə eynilik təşkil etməyən saxta möhür ilə təsdiqlənmişdir. Bundan əlavə, müqavilədə qeyd olunan qeyri-yaşayış sahəsinin dəyəri ilə bağlı İddiaçı tərəfindən cəmiyyətə heç bir məbləğdə vəsait ödənilməmişdir. Göründüyü kimi, Cavabdeh2 MMC ilə İddiaçı arasında heç bir müqavilə bağlanmamış, xx.xx.2012-ci il tarixli, 034 saylı müqavilədə Cavabdeh2 MMC-nin rəhbərinin imzası, cəmiyyətin möhürü saxtalaşdırılmışdır. Bununla yanaşı bildirilir ki, Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 1030-cu məhəllə ünvanında yerləşən, sahəsi 105.40 kv.m. qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixədək Cavabdeh2 MMC-nin balansında olmuş, hal-hazırda isə xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətindədir. Məhz həmin qeyri-yaşayış sahəsinin cəmiyyətin balansında olması bir daha iddia ərizəsində qeyd etməklə Cavabdeh2 MMC-də 50% paya malik olan təsisçi X24 Cavabdeh1 qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 1030-cu məhəllə ünvanında yerləşən, sahəsi 105.40 kv.m. qeyriyaşayış sahəsinə xüsusi mülkiyyət hüququnun verilməsinə dair aparılmış qeydlərin etibarsız hesab edilməsi və verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin işə isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 3119/2022 saylı qərardadı ilə xitam verilmişdir.
29. Təqdim edilmiş ekspertiza rəyində xx.xx.2012-ci il tarixli 034 saylı müqavilənin sonunda “Satıcı” Cavabdeh2 MMC-nin direktoru” qrafasındakı imzanın - X7 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilməsi və həmin müqavilə ilə xx.xx.2015-ci il tarilxi 48 nömrəli sənədin üzərlərində olan möhürün əksinin relyef klişeden sənədlərin üzərlərinə birbaşa vurulmaları, sözügedən müqavilə və sənədin üzərlərində olan möhürün əksinin öz aralarında eynilik təşkil etməməsi göstərilmişdir.
30. Birinci instansiya məhkəməsində ekspert X14 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1975-5/1680 rəyi tərəfindən tərtib edilmişdir. Sözügedən rəy əsaslı olaraq iş materiallarında olan sənədlər əsasında tərtib edilmişdir. Nümunə vermək nə qədər çox olarsa rəy vermək daha uyğundur. Nümunənin olmaması mümkün deyildir və 146-cı vərəqdə etibarnamənin nümunəsi var idi. Vəsatətdən sonra götürülmüş nümunələr təqdim edilib, iş materiallarında olan nümunəyə əsasən rəy tərtib edilmişdir.
31. X3 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1975-5/1680 rəyi tərəfindən tərtib edilmişdir. Sözügedən rəy əsaslı olaraq iş materiallarında olan sənədlər əsasında tərtib edilmişdir. O, möhürlər üzrə ekspertdir. Rəydə 3-cü bənddə eksperimental nümunədir və sərbəst nümunələr təqdim edilməsini istəmişdir. Lakin təqdim edilməmişdir. Eyniləşdirmə üzrə sual qoyulub və aşkar edilməyib. Vəsatətə əsasən rəyini tərtib etmişdir. 3-cü sual üzrə təhqiqat aparmamışdır, çünki aydın müəyyən edilir. 4-cü sual üzrə isə nümunələr təqdim edilərsə tədqiqat aparıla bilər.
32. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-61/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 MMC-nin iddia tələbinə “maliyyə arayışının etibarsız hesab edilməsi” hissəsində xitam verilmişdir.
33. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2024-cü il tarixli 2(005)-61/2024 nömrəli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) ilkin iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilmiş, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh1 və Cavabdeh2 MMC-yə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir.
34. Məhkəmə işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə rəyini hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qəbul edilməlidir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara verilən cavablar qeyri-müəyyən xarakter daşımır. Məhkəmə ilk iddia tələbində iddiaçının istifadəsində olan sahənin bir çox məhkəmələrin predmeti olmaqla işdə olan çoxsaylı məhkəmə qərarlarına istinad etməsinə qiymət verərək bu halların mövcud olmasını qeyd etməklə yanaşı vurğulayır ki, həmin məhkəmə çəkişmələri zamanı xx.xx.2012-ci il tarixli 034 saylı müqavilədə tərəf kimi göstərilən Cavabdeh2 MMC-i tərəfindən edilmiş imzanın onun direktoru tərəfindən yox, başqa şəxs tərəfindən icra edilməsi, başqa sözlə, müqavilənin mülki qanunvericiliyin tələblərinə uyğun olmaması məlum deyildi. İlk iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallar əsaslı sayıla bilməz və Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu X25 küçəsi 1030 məhəllə ünvanında çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 108 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh2 MMC ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış xx.xx.2012-ci il tarixli, 034 saylı müqavilə etibarsız olmaqla heç bir hüquqi nəticə yaratmır. Bu fakt məlum olana kimi ilk iddiaçının həmin müqavilədən istifadə etməklə bağladığı müqavilələr və digər razılaşmalar bağlandığı andan əhəmiyyətsizdirlər.
35. Məhkəmə ilk iddia üzrə hesab etmişdir ki, sahəsi 105.40 kv.m. olan qeyri-yaşayış sahəsinə dair bağlanılmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqavilənin qanuni əsaslarla bağlanması müəyyən edildiyindən daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə aparılmış ********** qeydiyyatın və buna dair Cavabdeh1 verilmiş çıxarışın ləğv edilməsinə dair tələbə hüquqi qiymət verilməsinə zərurət yoxdur.
36. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verərək İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 034 saylı müqavilənin etibarsız sayılması üçün irəli sürülən dəlillərin məhkəmə araşdırması zamanı təsdiqini tapdığı üçün təmin edilməsi qənaətinə gəlir.
37. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 148.2, 14.2.1, 140, 152.1, 182.1, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.5, 339.1, 339.2, 339.3, 359.1, 351.2, 351.3, 340.1, 340.2, 354.1, 404, 405.1 Mülki Prosessual Məcəllənin 76.1, 77.1, 78.1, 218.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
38. Qətnamədən İddiaçı apellyasiya şikayəti və apellyasiya baxışı zamanı apellyasiya şikayətinə əlavə verərək onun ləğv edilməsini, ilkin iddia tələbinin tam təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
39. Apellyasiya şikayətinin əsasları ilkin iddia ərizəsi ilə eynilik təşkil edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
41. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
42. Cavabdeh tərəf apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər.
43. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
44. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
45. Maddə 337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
49. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
52. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir.
54. xx.xx.2002-ci il tarixdə təsis edilərək dövlət qeydiyyatına alınmış Cavabdeh2 MMCyə Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2002-ci il tarixli 479 saylı Sərəncamı ilə Nəsimi rayonu, X25 küçəsi, 1030-cu məhəllədə Cavabdeh2 MMC-nin mövcud istifadəsində olan 0,26 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış evinin və ofis binasının layihələndirmə, tikinti və abadlıq işlərinin aparılmasına icazə verilmişdir. Həmin sərəncam və digər hüquq müəyyənedici sənədlər əsasında Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu X25 küçəsi 1030 məhəllə ünvanında çoxmərtəbəli yaşayış binası inşa edilmişdir.
55. Hazırda tərəflər Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 1030-cu məhəllə ünvanında yerləşən, qeyri-yaşayış sahəsinə dair bağlanılmış müqavilələrin qanuniliyini mübahisələndirirlər. İddiaçı sözügedən ünvanda yerləşən, sahəsi 105.40 kv.m qeyriyaşayış sahəsinə dair bağlanılmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığını və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə aparılmış ********** qeydiyyatın və buna dair Cavabdeh1 verilmiş çıxarışın ləğv edilməsini, qarşılıqlı iddiaçılar isə həmin ünvandakı 108 kv.m qeyri-yaşayış sahəsinə dair İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 034 saylı müqavilənin etibarsız hesab edilməsini tələb etmişdir.
56. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni olmamışdır.
57. Sahəsi 105.40 kv.m və 108 kv.m göstərilən qeyri-yaşayış sahəsinin eyni sahə olması mübahisə predmeti deyil.
58. İş materiallarında olan qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-697/2022 nömrəli 03 fevral 2022-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, mübahisələndirilən ünvan 7 ünvanında tikilən "xxxx" MTK-da 140 kv.m qeyri-yaşayış sahəsi 340.200 manat məbləğinə xx.xx.2006-cı il tarixli müqaviləyə əsəsən Cavabdeh2 MMC-nin sədri C.Məmmədov ilə X8 arasında bağlanmış müqaviləyə əsasən sonuncuya satılmışdır.
59. R.İbişzadə Cavabdeh2 MMC-yə yazdığı 2 sentyabr 2012-ci il tarixli ərizəsində Bakı şəhəri, Ak.H.Əliyev küçəsində yerləşən 108 kv.m sahəsi olan obyektin İddiaçı adına keçirilməsinə razı olduğunu, həmin obyekti 300.000 ABŞ dolları məbləğinə İddiaçı satdığını göstərmişdir.
60. İddiaçı ilə Cavabdeh2 MMC-nin direktoru H.İbrahimov arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə görə ünvan 7 ünvanında tikilən "xxxx" MTK-da 108 kv.m qeyri-yaşayış sahəsi müəyyən olunmuş ümumi dəyərinin tam məbləği ödənilməklə İddiaçı satılmışdır. Müqavilədə eyni xətt nümunəsi ilə qeyri-yaşayış sahəsinin X8 tərəfindən satılmasına dair qeyd mövcuddur.
61. Göründüyü kimi qanuni qüvvəsini almış qətnamə ilə müəyyən edilmişdir ki, mübahisəli ünvan 7 ünvanında tikilən "xxxx" MTK-da 140 kv.m qeyri-yaşayış sahəsi 2006-ci il tarixdə X2, sonuncu da xx.xx.2012-ci il tarixdə həmin qeyri-yaşayış sahəsinin 108 kv.m hissəsini İddiaçı satmışdır.
62. Alqı-satqıdan sonra xx.xx.2012-ci il tarixdə yerdə qalan 32 kv.m sahəyə dair R.İbişzadə ilə 033 saylı, satılan 108 kv.m sahəyə dair İddiaçı ilə 034 saylı müqavilələr bağlanmışdır.
63. Qeyd olunan qətnamə ilə müəyyən edilmiş faktlar Cavabdeh2 MMC üçün preyudisial əhəmiyyət kəsb etməsə də, Kollegiya nəzərə alır ki, MMC-nin təsisçilərindən olan İlqar Əliyev həmin iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak etmiş və qətnaməni mübahisələndirməmişdir.
64. Digər tərəfdən Cavabdeh2 MMC tərəfindən İddiaçı ünvanlanan 18 oktyabr 2016-cı il tarixli məktubla bildirilmişdir ki, 02 oktyabr 2012-ci il tarixli 034 nömrəli müqaviləyə əsasən istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 10/30 ünvanda yerləşən 22 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 108 kv.m sahəyə malik qeyri-yaşayış sahəsi tərəfindən istifadə olunduğu halda, 5 il müddətində şirkətə kommunal, işıq, qaz, su və istilik haqqı olaraq heç bir ödəniş edilməmişdir. Ondan 5 iş günü müddətində qeyd olunan məsələni həll etməsi tələb olunur. Əks halda 24 oktyabr 2016-cı il tarixdən hüquq mühafizə orqanlarına müraciət edilməklə, qeyd olunan qeyri-yaşayış sahəsinin su, işıq və istilik təchizatı dayandırılacaqdır.
65. Cavabdeh2 MMC-nin Şahbazov Şahbaz Qara oğluna ünvanlanan 15 noyabr 2018-ci il tarixli məktubundan görünür ki, onun xx.xx.2018-ci il tarixə kommunal, işıq, qaz, su və istilik haqqı üzrə istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 10/30 ünvanında yerləşən 22 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 767 kv.m-dən ibarət olan 25, 26, 27 nömrəli mənzillərə görə 37791 manat, ümumi sahəsi 291,5 kv.m ibarət olan 50 nömrəli mənzilə görə 14976 manat, həmin binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə görə 2916 manat, həmin binanın 3-cü mərtəbəsində ümumi sahəsi 726,42 kv.m ibarət olan qeri-yaşayış sahəsində uzun müddət fəaliyyət göstərmiş və faktiki rəhbəri olduğu “Nigar” Tibbi Klinikasına görə 19620 manat, ümumilikdə 75303 borcu vardır. Göstərilən borc məbləğinin 5 gün müddətində Cavabdeh2 MMC-yə ödənilməsi ondan tələb edilir. Əks təqdirdə 75303 manat borcun alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəkdir.
66. CD diskdə olan görüntülərdən görünür ki, Cavabdeh2 MMC-nin direktoru Heydər İbrahimov bildirir ki, Şahbazov Şahbaz Qara oğlundan kommunal ödənişlər tələb edilir, lakin 5 ildən çoxdur ki, onun tərəfindən ödənişlər icra edilmir. Həm mənzil, həm də klinikanın kommunal borcları Şahbazov Şahbaz Qara oğlu tərəfindən ödənilmir. Onun tərəfindən 18 oktyabr 2016-cı il tarixində 4 məktub göndərilmiş və borcların 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Hazırda 03 dekabr 2016-cı ildir və Şahbazov Şahbaz Qara oğlu tərəfindən kommunal borclar hələ də ödənilməmişdir.
67. 29 sentyabr 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, X25 1030 ünvanda yerləşən qeyri-yaşayış sahəsini Maraqlı şəxs1 MMC-yə icarəyə vermişdir.
68. Beləliklə müəyyən olunur ki, mübahisəli qeyri-yaşayış sahəsi İddiaçı istifadəsində olmuşdur, MMC tərəfindən göndərilmiş bildirişdə məhz xx.xx.2012-ci il tarixli 034 saylı müqaviləyə istinad edilərək istifadəsində olan qeyri-yaşayış sahəsinə görə kommunal ödənişlər tələb edilmişdir.
69. Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında müqavilə 16 avqust 2021-ci il tarixdə bağlanmışdır, ödənişlərə dair sonuncu tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 0475 nömrəli ödəniş tapşırığına görə Cavabdeh2 MMC-nin hesabına 75000 ABŞ dolları məbləğində pul, xx.xx.2021-ci il tarixli 0137 nömrəli ödəniş tapşırığına görə də 75000 ABŞ dolları məbləğində pul ödənilmişdir.
70. Həmin ödəniş tapşırıqlarının hər ikisinə nəzər yetirdikdə məlum olur ki, ödənişin təyinatı və əsas kimi “xx.xx.2021-ci il tarixli borc müqaviləsinə əsasən verilən borc” göstərilmişdir.
71. Belə olan halda Cavabdeh1 tərəfindən sözügedən müqavilə üzrə qeyri-yaşayış sahəsinin alınması üçün ödəniş edilməsi də müəyyən edilmir.
72. Kollegiya qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsinin satılmasına dair birinci dəfə müqavilə 2006-ci ildə MTK ilə X8 arasında bağlanmışdır.
73. Həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. ”
75. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır.
76. X8 mülkiyyətçi olaraq 2012-ci il tarixdə öz iradəsinə uyğun olaraq həmin qeyriyaşayış sahəsinin 108 kv.m hissəsini İddiaçı satmışdır, həmin alqı-satqı müqaviləsinin Cavabdeh2 MMC ilə rəsmiləşdirilməsi isə formal xarakter daşımışdır, belə ki, təşəkkül tapmış işgüzar adətlərə uyğun olaraq belə münasibətlərin rəsmiləşdirilməsi bu qaydada həyata keçirilmişdir (hazırda da bu qaydada həyata keçirilir). Ancaq bu o demək deyil ki, əmlakın satıcısı məhz MMC və ya MTK-dır. Sonuncu həmin sahəni 2006-cı ildə R.Ə.İbişzadəyə satdıqdan sonra bu sahə ilə bağlı hər hansı sərancam hüququnu itirmişdir. Yəni xx.xx.2021-ci il tarixdə həmin sahəyə dair Cavabdeh1lə alqı-satqı müqaviləsi bağlayarkən həmin əmlak barəsində səlahiyyətli şəxs olmamışdır.
77. Ona görə də Kollegiya hesab edir ki, mübahisəli sahə də daxil olmaqla cəmi 140 kv.m qeyri-yaşayış sahəsi 2006-cı ildə X1 sonra, həmin sahəyə dair MTK-nın (o cümlədən MMC-nin) hər hansı hüququ qalmamışdır, sonuncu yalnız kommunal xərclərin yığımı ilə məşğul olmuşdur.
78. Hətta hesab olunsa belə ki, İddiaçı ilə bağlanmış müqavilə etibarsızdır, onda mübahisəli 108 kv.m qeyri-yaşayış sahəsinin sərancam hüququ Cavabdeh2 MMC-yə yox, əmlakın əvvəlki mülkiyyətçisi Rəhman İbişzadəyə qayıtmalıdır. Sonuncunun isə belə bir iddiası yoxdur.
79. İşin göstərilən halları o qədər aşkardır ki, mübahisəni həll etmək üçün hər hansı ekspertiza və digər araşdırmaya ehtiyac qalmır.
80. Qeyd olunanlara əsasən Kollegiyanın qənaəti ondan ibarədir ki, mübahisəli qeyriyaşayış sahəsi İddiaçı məxsus olmuşdur və onunla bağlanmış müqavilə ləğv edilmədən digər şəxs ilə onun iradə ifadəsi olmadan hər hansı müqavilə bağlana bilməzdi.
81. Beləliklə Kolleiya hesab edir ki, İddiaçı tələbi haqlı olduğundan təmin edilməli, MMC ilə Cavabdeh1 arasında Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 1030-cu məhəllə ünvanında yerləşən, sahəsi 105.40 kv.m qeyri-yaşayış sahəsinə dair bağlanılmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməlidir.
82. Belə olan halda qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
83. Cavabdeh1 mübahisəli qeyri-yaşayış sahəsinə görə hər hansı məbləğdə ödəniş etməsində israrlı olduğu təqdirdə, bununla bağlı MMC-yə qarşı əsassız varlanma iddiası qaldıra bilər. Çünki, bununla bağlı təqdim olunmuş ödəniş tapşırıqları borc müqaviləsi üzrə ödənişlərlə bağlıdır, digər tərəfdən isə həmin qeyri-yaşayış sahəsinə görə ödəniş edilib-edilməməsi hazırki mübahisəyə təsir edən amil hesab olunmur, məhkəmə xx.xx.2021-ci il tarixli əqdin etibarlılıq şərtlərini yoxlayır. Yəni, həmin müqavilə üzrə Cavabdeh1 MMC-yə hər hansı məbləğdə vəsait ödəyib-ödəməməsi əqdin etibarlı olub-olmamasına təsir etmir. Əgər ödəniş edibsə, həmin vəsaiti kondiksiya (əsassız varlanma) qaydasında da geri tələb edə bilər və restitusiya qaydalarının tətbiq edilməməsi pozuntu sayılmamalıdır.
84. Səlahiyyətli şəxslərin əməllərində cinayətin əlamətlərinin olması səbəbindən bu barədə xüsusi qərardad çıxarılması barədə iddiaçının vəsatətinə münasibətdə Kollegiya qeyd edir ki, bu iddia tələbi sayılmır və prosessual qanunvericiliklə məhkəmələrə verilmiş hüquqdur, belə ki, Azərbaycan Respublikası MPM-nin 265.4-ci maddəsinə görə, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Kollegiya izah edir ki, hazırki işin nəticəsindən asılı olaraq, iddiaçı özü bununla bağlı müvafiq orqanlara müraciət edə bilər.
85. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-61/2024 nömrəli iş üzrə 18 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İlkin iddia tələbi təmin edilsin. Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 1030-cu məhəllə ünvanında yerləşən, sahəsi 105,4 kv.m. qeyri-yaşayış sahəsinə dair bağlanılmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilsin və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə aparılmış ********** nömrəli dövlət qeydiyyatı ləğv edilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. 200 manat ekspertiza xərci cavabdehlərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.