Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6157/2023 20.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin ( ləğv prosesində olan) Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (avtomobilin təhvil verilməsi və pul) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “avtomobilin təhvil verilməsi və pul" tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-198/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - LPO İddiaçı ASC) Cavabdeh qarşı “avtomobilin təhvil verilməsi və pul" tələbinə dair iddiası ilə məhkəməyə müraciət edərək LPO «Amrahbank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixli 257/LAU nömrəli X9 Müqaviləsinə əlavə razılaşmaya xitam verilməsi, cəmi borcu 39420.91 manat bundan 24813.26 manat əsas, 14307.05 manat faiz, 3.90 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 296.70 manat faiz və iş üzrə ödənilmiş 208.26 manat dövlət rüsumunun Cavabdeh tutulması və Cavabdeh sahiblik və istifadəsinə verilmiş “BMW 520İ" minik markalı (Tip sedan, Ban X4XXG55470DS38572, rəngi ağ, buraxılış ili 2012-ci il) **-AJ-*** dövlət qeydiyyat nişanlı olan avtomobilin tam işlək vəziyyətdə ləğv prosesində olan LPO «Amrahbank” ASC-yə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 2.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)198/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 21 oktyabr 2019-cu il tarixli 257/LAU saylı daxili lizinq müqaviləsi ləğv edilmiş, “BMW 520İ" minik markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq LPO İddiaçı ASCnə qaytarılması, Cavabdeh 23606,09 manat əsas, 7274,47 manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 281,96 (5 faizlə) manat faiz borcu, 3,90 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 162,0 manat olmaqla, cəmi 31328,42 manat pul vəsaiti tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi , ödənilmiş dövlət rüsumun 46,26 manat məbləği iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200,0 manatın 156,0 manatı Cavabdeh oğıundan, 44,0 manatı iddiaçı LPO İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X1, KOD 210005 VÖEN ********** MüxbirhesabAZ 41 NABZ**********000003944 SWİFTBİKCTREAZ 22) hesabına ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 445.1, 462.1, 462.2, 465.2, 747.1, 748-10.1, 748-10.2-ci maddələrinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 101.3, 103.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, cavabdeh lizinq müqaviləsi əsasında iddiaçıdan lizinq obyektini almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında lizinq məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş lizinq mükafatını iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh lizinq müqaviləsi əsasında iddiaçıdan lizinq obyektini almasına dair hüququndan istifadə etmiş, lizinq vəsaitini və həmin lizinqdən yaranan lizinq mükafatını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, mükafat borcunun, faizin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin iddiaçıya əsas, mükafat borcunun və gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış faiz borcu ödənilməsi mübahisəsiz halı olsa da əsas və faiz borcunun məbləğinə görə qismən təmin edilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə əmtəəşunaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/3306 saylı ekspert rəyinə əsasən, Cavabdeh İddiaçı ASC-ə ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, cari hesabdan çıxarış məlumatları, xx.xx.2019-cu il tarixli 257/LAU saylı X9 müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı ASC-ə olan əsas borc üzrə 23606,09 manat, mükafat borcu üzrə 7274,47 manat və faiz borcu üzrə 281,96 manat olmaqla cəmi 31162,52 manat məbləğində müəyyən edilir. Həmçinin məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən göstərilən lizinq müqaviləsi üzrə 23606,09 manat əsas və 7274,47 manat faiz (mükafat) borcu və gecikdirilmiş vaxt üçün 281,96 manat faiz borcu tutulmalıdır. Borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin borclu pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi lizinq obyektinin iddiaçıya qaytarılmasına dair hissəsində əsaslıdır. Lizinq obyektinin lizinq alanın geri almaq hüququ tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğundan, Cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı lizinq obyektinin lizinq alanın istifadəsindən geri alınmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. 3.İşin icraatı zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki : - LPO «Amrahbank” ASC ilə Cavabdeh arasında bağlanmış 09 yanvar 2017–ci il tarixli 257/LAU saylı "Daxili lizinq müqaviləsi"nə əsasən Cavabdeh sifarişi ilə 2012–ci il buraxılışlı, “BMW 520i minik" markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı, X4XXG55470DS38572 ban, 1997 m3 mühərrik, nömrəli ağ rəngli avtomobil 27500 manat məbləğinə LPO «Amrahbank” ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi"nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 24 % hesablanmaqla 31 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 1198,90 manat olmaqla, ümumilikdə isə 37165,89 manat məbləğində pulu LPO «Amrahbank” ASCnin hesabına ödəməyi öhdəsinə götürmüşdür. X6, Cavabdeh və LPO «Amrahbank” ASC arasında bağlamış 21 oktyabr 2019–cu il tarixli 257/LAU saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən 21 oktyabr 2019–cu il tarixli 257/LAU saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 21 oktyabr 2019-cu il tarixli təhvil-təslim aktlarına əsasən X6, LPO «Amrahbank” ASC-nin Azadlıq filialının direktoru X7 və Cavabdeh istifadəsində olan və LPO «Amrahbank” ASC-nin mülkiyyətində olan “BMW 520i minik" markalı, 99–AJ–730 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışlar. xx.xx.2019-cu il tarixli 257/LAU №-li Daxili Lizinq müqaviləsinə 1№-li əlavədən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 257/LAU №-li Daxili Lizinq müqaviləsinə xx.xx.2019-cu il tarixli əlavə razılaşma müqaviləsinə əsasən lizinqə verilmiş lizinq obyektinə 47000 (qırx yeddi min) manat məbləğində olan “BMW 520i minik" markalı, sedan tipli, Ban: X4XXG55470DS38572 rəngi ağ, buraxılış ili 2012 olan minik avtomobili daxildir. xx.xx.2022-ci il tarixli bildirişin surətinə əsasən , tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, borcun ödənilməsi, lizinq obyekti olan “BMW 520i minik" markalı, 2012-ci il buraxılışlı, ağ rəngli, Ban: X4XXG55470DS38572, 99–AJ–730 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini tam işlək vəziyyətdə 3 (üç) gün ərzində lizinq verənə geri qaytarılmasının təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.Cavabdeh Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-198/2023 saylı qətnaməsini ləğv edilib, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1, 748-2.1, 748-1.1, 748-2.3; Mülki Prosessual Məcəllənin 88, 212, 357.1, 362, 384.0.2, 384.0.3, 385.1.1, 386, 389-cu maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmə iddia tələbinin lizinq obyektinin iddiaçıya qaytarılması hissəsini araşdırarkən nəzərə almamışdır ki, lizinq obyekti hazırda onun faktiki sahibliyində və istifadəsində deyil, lizinq obyekti lizinq müqaviləsinin başlanmasından bir neçə ay sonra onun sahibliyindən çıxmışdır. Ona görə də, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 748-2.3-cü maddəsini təbiq etməklə səhvə yol vermişdir. Habelə, lizinq obyekti hazırda onun faktiki sahibliyində və istifadəsində olmadığından, lizinq obyekti olan “BMW 520İ" minik markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ondan alınaraq LPO İddiaçıASC-nə qaytarılması ilə bağlı gəldiyi nəticəni əsaslandırarkən məhkəmə həmin maddəyə istinad etməkdə səhvə yol vermişdir. Həmçinin, məhkəmə yeni sübutların təqdim olunması və mübahisənin düzgün həllinə nail olmaq üçün iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması vacibliyini nəzərə alınaraq mülki işə mahiyyəti üzrə baxılmasının təzələnməsi və iş üzrə hazırlıq iclasının təyin edilməsi barədə vəsatətə heç bir münasibət bildirməmişdir. Məhkəmə təqdim edilmiş sübutlara qeyri-obyektiv baxmış, iş üzrə sübutlar hərtərəfli və tam araşdırılmamış, habelə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verməmişdir. Bu barədə iddiaçı məlumatlıdır, hətta iddiaçı bankın əməkdaşları onun hüquqi savadsızlığından və lizinq müqaviləsinin bu halda onun üçün hansı nəticələrə səbəb olacağını bilməyən onu lizinq obyektini başqa şəxslərin istifadəsinə verilməməsini təşkil etmək üçün qanunsuz hərəkətlərə, cinayət əməllərinə yol vermişlər. Belə ki, onlar lizinq müqaviləsinə xitam verilməsi adı ilə ondan üçüncü şəxsin adına mülki etibarnamə verməsini tələb etmiş, bununla da lizinq müqaviləsi ilə bağlı onun adından çıxış etmək, əqdlər bağlamaq imkanı əldə etmişlər. Məhkəmə araşdırması zamanı bunlar məhkəmənin nəzərinə çatdırılmış, iddiaçı tərəfindən qeyd olunanların təkzib olunması istiqamətində məhkəməyə hər hansı dəlil təqdim edilməmiş, əksinə, həmin faktlar iddiaçı tərəfindən qəbul olunmuşdur. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə proses iştirakçılarının izahatları: 5.Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini əsassız hesab etdiyini, cavabdehin apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəyə minməsini süni şəkildə uzatdığını, apellyasiya şikayətinin dəlilindəki əsas məqamlardan birinin avtomobilin guya 2020-ci ildə banka təhvil verildiyi, faktiki olaraq birinci instansiya məhkəməsində də bu yanaşma ilə çıxış etdiklərini, əslində avtomaşının lizinq müqaviləsi bağlanan zaman təhvil-təslim aktına əsasən cavabdehə təhvil verildiyini, bundan sonra banka təhvil verilməsi ilə bağlı hər hansı təsdiqedici sənədin mövcud olmadığını bildirərək, Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 6.Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385-390, 425.1, 427.3, 442, 443.1, 445, 448.1, 560, 739, 741, 743, 744, 747-751; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82, 119, 217.4, 385-390-cı maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarına; lizinq müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar.Lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alğı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Kredit şərtləri və ya hər hansı digər əsasla əldə olunan əmlakdan fərqli olaraq, lizinq şərtləri ilə əldə olunan əmlak üzərində onun mülkiyyət hüququ dərhal yaranmır. Qeyd edildiyi kimi, lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız, ziddiyyətli və aidiyyəti olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran əsaslar müəyyən etmir və apellyasiya şikayətinin özünün dəlillərini hüquqdan sui-istifadəyə yönəlmiş cəhd kimi qiymətləndirir. Şikayətin əsasını lizinq obyektinin qaytarılması olmuş və bu əsas iş üzrə heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Qeyd edilənlərdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci isə onu ödəyən şəxsə aid edilməlidir. 9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən: 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.748-1.2. Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir.748-1.3. Lizinq alan bilavasitə lizinq obyektinin satıcısı qarşısında bu obyektin keyfiyyət və komplektliyi, göndərilmə müddətləri barədə və satıcı ilə lizinq verənin arasında alğı-satqı müqaviləsi ilə nəzərdə tutulan digər tələbləri irəli sürə bilər.748-1.4. Lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.748-1.5. Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır.748-1.6. Lizinq obyektinə təminatlı xidmət, əgər bu, alğı-satqı müqaviləsində nəzərdə tutulubsa, satıcı tərəfindən həyata keçirilir. 748-1.7. Lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9. Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.10. Əgər lizinq alan lizinq verənin yazılı razılığı ilə lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdırıbsa və bu, lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, bu yaxşılaşdırılmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malikdir. 748-1.11. Əgər lizinq alan lizinq verənin yazılı razılığı olmadan lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdırıbsa və bu lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan bu yaxşılaşdırmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malik deyildir. 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə;748- 1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə;748- 1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 748-1.13. Lizinq müqaviləsi iştirakçılarının digər hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.2. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. 748-2.3. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. 748-2.4. Lizinq alanın həyata keçirdiyi lizinq obyektinin ayrılan yaxşılaşdırılmaları, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, onun mülkiyyətidir. 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-7.2. Satıcının müflisləşməsi ilə bağlı riskin məsuliyyətini, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, satıcını seçən tərəf daşıyır. 748-7.3. Lizinq obyektinin lizinq müqaviləsinə əsasən istifadə məqsədlərinə uyğunsuzluğu ilə bağlı riskin məsuliyyətini, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektini seçən tərəf daşıyır. 748-9. Əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 748-10.3. Əgər lizinq alan və lizinq verən arasında lizinq ödənişləri ilə bağlı hesablaşmalar lizinq obyekti vasitəsilə istehsal olunan məhsulla (natura formasında) aparılırsa, belə məhsulun qiyməti tərəflərin razılığı ilə müəyyənləşdirilir və lizinq müqaviləsində qeyd edilir. 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. 748-10.5. Lizinq müqaviləsində lizinq ödənişlərinə lizinq obyektindən istifadəyə başlanıldığı vaxtından 6 ay (180 gün) keçənədək möhlət verilməsi nəzərdə tutula bilər. 748-10.6. Lizinq ödənişləri bilavasitə lizinq verənin hesabına köçürülür. 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-11.1.4. lizinq verənin mükafatının məbləği; 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ;748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. 748-11.2. Lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır. 749.1. Kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır. 749.2. Tərəflər razılığa gələ bilərlər ki, lizinq alan lizinq verənə qarşı pretenziyalar irəli sürməzdən əvvəl tələbin əmlakı göndərən tərəfindən yerinə yetirilməsini tələb etməlidir. 750. Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. 10.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 198/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6157/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6157/2023
20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver