Məhkəmə qərarları › İş №2(103)-6158/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6158/2020

27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6158/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “lizinq borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(002)- 1047/2020 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən lizinq ödənişləri üzrə əsas borc 6548,61 manat, faiz borcu 6117,66 manat olmaqla, cəmi 12666,27 manat borcun tutularaq QSC-nin xeyrinə köçürülməsi, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulub QSC-nin xeyrinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli məhkəmə iclasında şifahi vəsatət verərək, mülki işin aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, vəsatəti onunla əsaslandırmışdır ki, o, Füzuli rayonunda rəsmi qeydiyyatdadır, həmişə rəsmi qeydiyyatda olduğu ünvan məhz ünvan 2 Qaradağ rayonunda Umid qəsəbəsində lizinq müqaviləsinin bağlanıldığı vaxt müvəqqəti məskunlaşmışdır. Hazırda qeydiyyatda olduğu ünvanda yaşayır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(002)-1047/2020 saylı qərardadı ilə mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı tərəfdən şikayət verilərək, qərardadın ləğv edilməsi və işin baxılmasının Qaradağ Rayon Məhkəməsində davam etdirilməsi xahiş edilmişdir. Şikayətə görə qərardad əsassız və qanunsuzdur. Cavabdeh qeydiyyatda olduğu ünvanda yaşadığı barədə hər hansı sübut təqdim etməmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarında olan AZEMİS elektron informasiya sistemindən əldə olunmuş şəxsiyyət vəsiqəsi məlumatından müəyyən edilir ki, Cavabdeh Füzuli Rayonu, Dədəli Ərazi D., Qarğabazar kəndində qeydiyyatdadır. Həmçinin görünür ki, şəxsiyyət vəsiqəsi xx.xx.2019-cu il tarixdə verilmişdir. İddiaçı iddia ərizəsini xx.xx.2020-ci il tarixdə vermişdir. Yəni, artıq iddia ərizəsi verilən vaxt cavabdeh Füzuli Rayonu, Dədəli Ərazi D., Qarğabazar kəndində qeydiyyatda olmuşdur. İddiaçının şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mülki işin aidiyyatı üzrə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(002)- 1047/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar