Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6163/2025 24.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və qeyrilərinə qarşı “alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, borcun və maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-10857/2016 saylı qərardadından Cavabdeh7 nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10857/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməklə, İddiaçı MMC ilə Cavabdeh5 arasında ünvan 1 ünvanında tikilən yaşayış binasının 11-ci mərtəbəsindəki 136,25 kv.m-dən ibarət üç otaqlı 77 nömrəli mənzilin alqı-satqısına dair 31 avqust 2015-ci il tarixdə bağlanmış, Cavabdeh2 arasında həmin binanın 8-ci mərtəbəsindəki 138,76 kv.m dən ibarət üç otaqlı 55 nömrəli mənzilin alqı-satqısına dair xx.xx.2015-ci il tarixində bağlanmış, X2 arasında həmin binanın 12-ci mərtəbəsindəki 138,76 kv.m-dən ibarət üç otaqlı 83 nömrəli mənzilin alqı-satqısına dair 04 noyabr 2015-ci il tarixdə bağlanmış, X3 arasında həmin binanın 12-ci mərtəbəsindəki 98,45 kv.m-dən ibarət iki otaqlı 79 nömrəli mənzilin alqı-satqısına dair 13 noyabr 2015-ci il tarixində bağlanmış, Cavabdeh7 arasında həmin binanın 9-cu mərtəbəsindəki 106 kv.m-dən iki otaqlı 59 nömrəli mənzilin alqı-satqısına dair 18 noyabr 2015-ci il tarixində bağlanmış, Cavabdeh1 Firuddun oğlu arasında həmin binanın 14-cü mərtəbəsindəki 136,60 kv.m-dən ibarət üç otaqlı 98 nömrəli mənzilin alqı-satqısına dair 21 noyabr 2015-ci il tarixində bağlanmış, Cavabdeh3 arasında həmin binanın 1-ci giriş, 10-cu mərtəbəsindəki 59 kv.m-dən ibarət bir otaqlı 64 nömrəli mənzilin alqı-satqısına dair 09 aprel 2016-cı il tarixdə bağlanmış və Cavabdeh4 arasında həmin binanın 11-ci mərtəbəsindəki 59 kv.m-dən ibarət bir otaqlı 71 nömrəli mənzilin alqı-satqısına dair 15 aprel 2016-cı il tarixdə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh7 nümayəndəsi-vəkili məhkəməyə müraciət edərək yekun qətnamədən apellyasiya şikayətinin verilməsi üçün mülki iş materialları ilə tanış olmaq və sənədlərdən çıxarışlar etmək barədə ərizəsinin təmin edilməsini xahiş etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10857/2016 saylı, xx.xx.2016cı il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixində cavabdehin nümayəndəsi-vəkili Vəkil təqdim edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10857/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılmamış hesab edilməsi barədə ərizə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 10857/2016 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 10857/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən Cavabdeh7 nümayəndəsi-vəkili Vəkil tərəfindən verilən apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh7 nümayəndəsi-vəkili Vəkil şikayəti verərək, şikayətinin təmin olunması və Binəqədi Rayon Məhkəməsinin 2(001)-10857/2016 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılmamış hesab edilərək apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki mülki iş üzrə onun kostitusion hüquqları kobud surətdə pozulmuşdur. Belə ki, hakim onun iştirakını məhkəmə iclasında təmin etməmiş və bunun üçün zəruri tədbirləri görməmişdir. Bunun nəticəsində o, məhkəmə iclasında iştirak edə bilməmiş və iş üzrə zəruri sübutları təqdim edə bilməmişdir. Hazırki qərardadı qəbul edən hakim də iş materiallarına istinad edərək onun iştirak etməməyini hərəkətsizlik və hüquqdan sui-istifadə kimi qəbul etdirməyə çalışsa da, məhkəmənin vəzifəsi olaraq tərəfləri müvafiq qaydada məlumatlandırmasını gözardı etmiş və onun gedən proseslərdən xəbəri olmamağını qeyd etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatında olarkən isə Cavabdeh7 xx.xx.2017-ci il tarixində Binəqədi Rayon Məhkəməsinə müraciət etməsini qeyd etsə də, yenə də qeyd edir ki, qətnamə Cavabdeh7 müvafiq qaydada çatdırılmamışdır. Hazırki mülki iş üzrə qətnamədə qeyd edilən xüsusatlar üzrə görünür ki, iddiaçının iddia ərizəsi tamamilə formal mülahizələrə əsaslanmış və heç bir faktiki və hüquqi əsası yoxdur, ona görə də, həmin qətnamə yuxarı instansiyalar tərəfindən ləğv edilmişdir. Lakin ləğv yalnız şikayət olunan hissədə olmuş və onun həmin məhkəmənin gedişatından və çıxarılmış yekun qərarlardan vaxtında məlumatı olmadığından mübahisələndirə bilməmiş və qanunsuz qərar ona aid hissədə qüvvədə qalmış, hüquqları kobud surətdə pozulmuş və yenə də hüquqları kobud surətdə pozulur ki, həmin qətnaməni hazırki qərardada əsasən mübahisələndirə bilmir. Hazırki mülki iş üzrə məhkəmə proseslərinin gedişatında iştirak edə bilməməyi səbəbindən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmiş və qarşılıqlı çəkişmədən məhrum olmuşdur ki, bu da nəhayətində qanunsuz yekun qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Hazırki prosessual normanın tələbinə əsasən müvafiq qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizə verməyinə baxmayaraq həmin ərizəyə baxmadan, qanunun birbaşa tələbinə əsasən ərizəyə məhkəmə iclasında baxmalı olduğu halda apellyasiya şikayətini geri qaytarmış və prosessual normanın kobud surətdə pozulması nəticəsində onun hüquqlarının pozmasına gətirib çıxarmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 10857/2016 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, cavabdeh qətnaməni rəsmi olaraq xx.xx.2025-ci ildə əldə etməklə, xx.xx.2025-ci il tarixində apellyasiya şikayəti versə də, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh7 xx.xx.2017-ci il tarixində Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, (hansı ki, ərizədə özünü Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Anaşkin küçəsi, yeni tikilidə yaşan kimi göstərmiş) İddiaçı MMC tərəfindən ona qarşı qaldırılmış iddia ilə əlaqədar məhkəmə qərarı barədə ona məlumat verilməsini xahiş etmiş, mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğundan, ərizə cavablandırılması üçün Binəqədi Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Cavabdeh7 öz ərizəsində göstərdiyi ünvana (ünvan 2ri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 10857/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin nəticə hissəsi və işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olması barədə xx.xx.2017-ci il tarixli, 2(103)- 3009/2017 saylı məktubla məlumat göndərilmiş, lakin məktub sonuncuya ünvanın tam olmaması səbəbindən çatdırılmadan məhkəməyə geri qaytarılmışdır (cild 2, i.v.76-80). Həmin tarixdən sonra isə ümumiyyətlə cavabdeh nə mülki işin nəticəsi barədə, nə də ki, ərizəsinin aqibəti ilə (verilməli olan cavabla) maraqlanmamışdır. Halbuki, ərizəsinin məzmunundan məlum olur ki, cavabdeh "xxxx" MMC-nin ona qarşı ünvan 1 ünvanında tikilən yaşayış binasındakı mənzilə münasibətdə alqı-satqı müqaviləsinin etibarsızlığına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddianın qaldırılmasından məlumatlı olmuşdur. Göründüyü kimi apellyasiya şikayəti verilməsi müddət ötürülmüşdür. Bu da öz növbəsində apellyasiya şikayətinin geri qaytarılması üçün əsas yaradır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin davam edən məhkəmə araşdırmasından və keçirilən məhkəmə iclaslarından 2017-ci ildən məlumatlı olmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməməsi və dolayısı ilə məhkəmə prosesinin gedişatı, nəticəsi barədə məlumat almaq üçün hərəkətsizlik göstərməsi və qətnaməni almaq üçün 8 ildən sonra müraciət etməsini birinci instansiya məhkəməsi düzgün olaraq prosessual hüquqlardan sui-istifadə kimi qiymətləndirmişdir. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bundan başqa cavabdeh tərəf şikayətdə müvafiq qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizə vermiş olduğunu bildirsə də, məhkəməyə təqdim edilən ərizədə apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürülməmiş hesab edilməsi xahiş edilmişdir. Həmin ərizənin məzmunundan da aydın olduğu kimi apellyasiya şikayəti verən şəxs prosessual müddəti ötürmədiyi qənaətində olmuşdur. Halbuki Cavabdeh7 qətnamənin qəbul edilməsindən, həmçinin qətnamənin icraya yönəlməsindən keçən uzun müddət ərzində qəbul edilmiş qətnamədən məlumatlı olmuşdur, həmçinin qətnamənin artıq icraya yönəldilməsi, apellyasiya şikayətinin qətnamənin çıxarılmasından uzun müddət sonra verilməsi belə qənaətə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti Cavabdeh7 tərəfindən ötürülmüşdür. Bu baxımdan, qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası cavabdehin şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin apellyasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır, onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Cavabdeh7 nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 10857/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6163/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6163/2025
24.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver