Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6166/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi) İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzinin və lizinq müqaviləsinin ləğvi” barədə ilkin, Cavabdeh İddiaçı ASC-yə qarşı “pul tələbi”nə barədə qarşılıqlı iddia tələblərinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3980/2020 saylı iş üzrə qəbul etdiyi 26 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3136 manat vurulmuş ziyanın əvəzi, 30 manat ödənilmiş dövlət rüsumu tutulması və tərəflər arasında bağlanmış 01 avqust 2019-cu il tarixli lizinq müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdehla İddiaçı ASC arasında bağlanmış 01.08.2019-cu il tarixli lizinq müqaviləsinə əsasən, Cavabdeh “Lada Granta” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin lizinq dəyəri 20.880 manat müəyyən edilməklə 48 ay müddətinə lizinqlə icarəyə götürmüşdür. Cavabdeh həmin avtomobili 23.12.2019-cu il tarixdə qəzaya uğradaraq onu yarasız hala salmışdır. "xxxx" ASC sığorta müqaviləsinin şərtlərinə əsasən avtomobilin təmiri üçün 11.400 manat sığorta haqqı ödəmişdir. Bu məbləğ avtomobilin tam təmirinə kifayət etmədiyinə görə lizinq alandan avtomobilin tam təmirinin başa çatdırılması tələb edilmişdir. Lakin Cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi pozaraq, avtomobilin təmirindən boyun qaçırmışdır. Bu səbəbdən lizinq verən 4600 manat əlavə vəsait sərf edərək avtomobili tam təmir etmişdir. Cavabdeh cəmi 1744 manat ödəniş etmiş, qəzadan sonra sığorta təşkilatı 11.400 manat ödəmiş, lizinq verən isə 4600 manat vəsait sərf etmişdir. Bundan sonra avtomobilin qalıq dəyəri üzrə İddiaçı ASC 3136 manat ziyana düçar olmuşdur. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh İddiaçı ASC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-dən 6240 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, 01.08.2019-cu il tarixli, 53 nömrəli daxili lizinq müqaviləsinə əsasən “Lada Qranta” markalı **-PU-*** dövlət nömrə nişanlı minik avtomobili ona uzunmüddətli icarəyə verilmişdir. İlkin ödəniş olaraq 4500 manat və ödəniş cədvəlinə əsasən hər ay vaxtı-vaxtında ödəniş edilərək, cəmi 1740 manat ödəniş etmişdir. 23.12.2019-cu il tarixdə avtomobil qəzaya uğrayaraq yarasız vəziyyətə düşmüşdür. Avtomobilin dəyəri sığota şirkəti tərəfindən tam ödənilmişdir. Cavabdeh tərəfindən isə cəmi 4500 manat ilkin ödəniş və aylar üzrə 1740 manat olmaqla, cəmi 6240 manat İddiaçı ASC-yə ödəniş etmişdir. O, İddiaçı ASC-dən maşını və yaxud ilkin ödənişi tələb etsə də, onlar onu məhkəməyə verəcəklərini bildirmiş və avtomobili geri qaytarmamışlar. Bu səbəbdən də Cavabdeh qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3980/2020 saylı iş üzrə qəbul etdiyi 26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01.08.2019-cu il tarixli lizinq müqaviləsinin ləğv edilməsi, ilkin iddia tələbi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Xəzər-Lada” ASC-yə aid edilməsi, qarşılıqlı iddia tələbinin də qismən təmin edilməsi, İddiaçı ASC-dən 3506 manat pul məbləğinin tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddia tələbi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh özünə aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı ASC-nin nümayəndəsi və Hüseyn Fəridbəyli apellyasiya şikayəti verərək onun ilkin iddia tələbinin təmin edilməyən, qarşılıqlı iddia tələbinin isə təmin edilən hissəsində ləğv edilməsi və ilkin iddia tələbinin tam edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 4500 manat ilkin ödənişin guya ödənilməsini cavabdehin izahatından başqa təsdiq edən bu və yadigər sübut yoxdur. Halbuki lizinq müqaviləsindən göründüyü kimi ilkin ödəniş 972 manat sığorta haqqı və 22 manat dövlət rüsumu, cəmi 994 manat olmuşdur və cavabdehin iddia etdiyi kimi heç də o, göstərilən 994 manatdan əlavə ilkin ödəniş etməmişdir. Digər tərəfdən 4600 manat isə heç də məhkəmənin qeyd etdiyi kimi ödəniş deyil, işə əlavə edilmiş sığorta təşkilatı ilə iddiaçı arasında bağlanmış sığorta hadisəsi ilə əlaqədar 19 mart 2020-ci il tarixli aktaəsasən iddiaçının ziyanına aid edilmişdir. Göründüyü kimi avtomobilin qalıq dəyərindən göstərilən öənişlər və 4600 manat vsait çıxıldıqda sonra iddiaçı qalıq 3136 manat ziyanın əvəzini cavabdehdən tələb edir. Həmçinin məhkəmə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtlərinə də qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki halda qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnaməni ilkin iddianın rədd edilən və qarşılıqlı iddianın təmin edilən hissəsində mübahisələndirdiyindən və cavabdeh qətnaməni mübahisələndirmədiyindən Kollegiya qətnamənin əsaslılığını ilkin iddianın rədd edilən və qarşılıqlı iddianın təmin edilən hissəsində yoxlayır. İş materiallarında olan maliyyə arayışından və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 01.08.2019-cu il tarixli lizinq müqaviləsinə əsasən **-PU-*** dövlət qeydiyyat nişanlı “Lada Qranta” markalı avtomobil 435 manatdan 48 ay müddətinə icarəyə verilmiş və avtomobilin lizinq üzrə qalıq dəyəri 3136 manat hesablanmışdır. İş materiallarında olan 01.08.2019-cu il tarixli, 1 nömrəli uzun müddətli icarə (daxili lizinq) müqaviləsinə, 1 nömrəli əlavəyə və 2 nömrəli qəbul aktına əsasən, Cavabdeh 48 ay müddətinə 20.880 manata 2019-cu il buraxılışlı **-PU-*** dövlət qeydiyyat nişanlı “Lada Qranta” markalı avtomobil satılmış, sonuncu isə həmin avtomobili təhvil almışdır. İş materiallarında olan borc tələbi və lizinq müqaviləsinin ləvğ edilməsinə dair 27.04.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 10 gün ərzində 3136 manat borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayışdan görünür ki, İnzibati xətalar haqqında işlərə və ya cinayət işlərinə baxmağa səlahiyyəti olan orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarına əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxs Cavabdehdur. İş materiallarında olan sığorta hadisəsi nəticəsində tam itkiyə uğramış avtonəqliyyat vasitəsinin qalıq hissə dəyərinin məbləğinin qarşılıqlı razılaşdırılmasına dair AKT-dan görünür ki, 23.12.2019-cu il tarixdə qəzaya məruz qalmış **-PU-*** dövlət qeydiyyat nişanlı Lada Granta markalı avtomobil tam itkiyə məruz qalmış və avtomobilin hadisədən sonrakı qalıq hissə dəyəri 4.600 manat, bazar dəyəri isə 16.000 manat məbləğində müəyyənləşdirilmişdir. İş materiallarında olan 17.03.2020-ci il tarixli sığorta aktından görünür ki, avtomobilin real bazar dəyərindən 4600 manat qalıq hissə dəyəri çıxılmaqla 11.400 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. İş materiallarında olan zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, **-PU-*** dövlət qeydiyyat nişanlı Lada Granta markalı avtomobil təmiri üçün ehtiyyat hissələrinə 10.040 manat, zəhmət haqqına 3.050 manat olmaqla, cəmi 13.090 manat təşkil etmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, qətnamənin – qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsinə münasibətdə apellyasiya şikayətinin dəlilləri əsaslıdır və birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini qismən təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan 01.08.2019-cu il tarixli, 1 nömrəli uzun müddətli icarə (daxili lizinq) müqaviləsinə, 1 nömrəli əlavəyə və 2 nömrəli qəbul aktına əsasən, Cavabdeh 48 ay müddətinə 20.880 manata 2019-cu il buraxılışlı **-PU-*** dövlət qeydiyyat nişanlı “Lada Qranta” markalı avtomobil satılmış, sonuncu isə həmin avtomobili təhvil almışdır. Həmin müqaviləyə əsasən əlavə məsrəflər və xərclər üçün cavabdeh tərəfindən 972 manat sığorta haqqı və 22 manat qeydiyyat nişanının alınması üçün rüsum olmaqla cəmi 994 manat ödəniş edilmişdir. Həmçinin cavabdeh tərəfindən avtomobilin istismarına görə 1744 manat ödənilmişdir. Qeyd olunan hallar işin mübahisələndirilməyən hallarıdır. Lakin qarşılıqlı iddia tələbində eləcə də qətnamədə göstərildiyi kimi cavabdeh tərəfindən ilkin ödənişlə bağlı lizinq verənə 4500 manat məbləğində vəsait ödənilməsini təsdiq edəcək hər hansı mötəbər sübut iş materiallarında mövcud olmamışdır. Həmçinin cavabdeh tərəfindən həmin ödənişin edilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi sığorta haqqı və qeydiyyat nişanının alınması üçün rüsumunun müqavilə ilə müəyyən olunmasına istinad etməklə düzgün olaraq həmin məbləğlərin lizinq verəndən tutulmaması barədə qənaətə gəlsə də 4500 manatın ilkin ödəniş qismində (iş materiallarında bu barədə hər hansı sübut yoxdur) ödənilməsi barədə səhv nəticəyə gəlmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilən hissədə əsassız olduğundan (qarşılıqlı iddianın rədd edilən hissəsi apellyasiya baxışının predmeti olmamışdır) qətnamə həmin hissədə ləğv edilməklə qarşılıqlı iddia tələbi qeyd edilən hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə həmçinin qeyd edir ki,birinci instansiya məhkəməsi ilkin iddia tələbinin rədd edilməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, lizinq alan lizinq verənə müqavilənin şərtlərinə görə 48 ay müddətində, yəni müqavilə müddətinin sonuna hər ay 435 manat ödəməklə, cəmi 20880 manat pul məbləği ödəməli idi. İşdə olan sənədlərdən aydın olur ki, avtomobilin real bazar dəyərindən 4600 manat qalıq hissə dəyəri çıxılmaqla 11.400 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Göründüyü kimi baş vermiş qəzadan sonra avtomobilin real bazarı dəyəri müəyyən edilmiş və həmin məbləğdən 4600 manat qalıq hissə dəyəri çıxılaraq lizinq verənə 11400 manat sığorta ödənişi edilmişdir. Lizinq verən iddia tələbində 3136 manat vurulmuş ziyanın əvəzinin tutulmasını xahiş etsə də bu barədə, yəni lizinq verən tərəfindən avtomobilin təmirinə qeyd olunan məbləğdə vəsait xərclənməsi barədə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsassız olmuşdur və ilkin iddia tələbinin mübahisələndirilən hissəsində təmin edilməsi üçün əsaslar olmamışdır. Beləliklə də, Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən – qarşılıqlı iddianın təmin edilən İddiaçı ASC-dən 3506 (üç min beş yüz altı) manat pul məbləği tutularaq Cavabdeh ödənilməsi hissəsində ləğv edilməklə həmin hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia tələbi qeyd edilən hissədə rədd edilməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.2, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3980/2020 saylı iş üzrə qəbul etdiyi 26 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən – qarşılıqlı iddianın təmin edilən İddiaçı ASC-dən 3506 (üç min beş yüz altı) manat pul məbləği tutularaq Cavabdeh ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia tələbi həmin hissədə, yəni İddiaçı ASC-dən 3506 (üç min beş yüz altı) manat pul məbləğinin tutularaq Cavabdeh ödənilməsi hissəsində təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6166/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6166/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver