Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6168/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı nümayəndələri və vəkilləri Vəkil2 və Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “müqaviləsinin qismən etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-346/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 39,5 kv.m olan qeyri-yaşayış sahəsini inşa edib iddiaçıya təhvil verməyi, iddiaçı isə həmin əmlakın dəyərini təşkil edən 47.000 manat məbləğində pulu cavabdehə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. xx.xx.2007-ci il tarixli maliyyə arayışına əsasən qeyd edilən əmlakın dəyərini təşkil edən 47.000 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MTK həmin ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 134 kv.m olan qeyri-yaşayış sahəsini inşa edib Cavabdeh2 təhvil verməyi, sonuncu isə həmin əmlakın dəyərini təşkil edən 150.160 manat məbləğində pulu Cavabdeh1 MTK-ya ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. xx.xx.2008-ci il tarixli maliyyə arayışına əsasən qeyd edilən əmlakın dəyərini təşkil edən 150.160 manat məbləğində pul Cavabdeh2 tərəfindən Cavabdeh1 MTK-ya ödənilmişdir. İddiaçı xx.xx.2007-ci il tarixli müqavilənin predmeti olan qeyri-yaşayış sahəsinin 2017-ci il tarixdə ona təhvil verildiyini, həmin sahəyə onun tərəfindən dəmir giriş qapısının quraşdırıldığını, lakin sahəyə bir müddət nəzarət edə bilmədiyini və onu təmir etdirmədiyini, 2018-ci ildə isə sahənin Cavabdeh2 tərəfindən zəbt edilərək, istifadə edildiyini müəyyən etdiyini, həmin əmlakın ona təhvil verilməsi ilə bağlı aralarında məhkəmə mübahisəsi olduğunu və nəticədə ona 39,5 kv.m. ölçüdə sahənin təhvil verilməsi qət edilsə də, həmin sahənin ona bu günədək təhvil verilmədiyini, onunla daha əvvəl müqavilənin bağlanmasına baxmayaraq, ona məxsus sahənin cavabdeh tərəfindən zəbt edildiyini bildirir və cavabdehlər Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış “yaşayış binasında mənzilin tikintisi haqqında” xx.xx.2008-ci il tarixli müqavilənin qismən, yəni ona məxsus olan 39,5 kv.m hissəsində bağlandığı andan etibarsız hesab edilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış “yaşayış binasında mənzilin tikintisi haqqında” xx.xx.2008-ci il tarixli müqavilənin qismən, yəni ona məxsus olan 39,5 kv.m hissəsində bağlandığı andan etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 39,5 kv.m olan qeyri-yaşayış sahəsini inşa edib iddiaçıya təhvil verməyi, iddiaçı isə həmin əmlakın dəyərini təşkil edən 47.000 manat məbləğində pulu cavabdehə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Həmin tarixli maliyyə arayışına əsasən qeyd edilən əmlakın dəyərini təşkil edən 47.000 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MTK həmin ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 134 kv.m olan qeyri-yaşayış sahəsini inşa edib Cavabdeh2 təhvil verməyi, sonuncu isə həmin əmlakın dəyərini təşkil edən 150.160 manat məbləğində pulu Cavabdeh1 MTK-ya ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Həmin tarixli maliyyə arayışına əsasən qeyd edilən əmlakın dəyərini təşkil edən 150.160 manat məbləğində pul Cavabdeh2 tərəfindən Cavabdeh1 MTK-ya ödənilmişdir. Hazırda iddiaçı xx.xx.2007-ci il tarixli müqavilənin predmeti olan qeyri-yaşayış sahəsinin 2017-ci il tarixdə ona təhvil verildiyini, həmin sahəyə onun tərəfindən dəmir giriş qapısının quraşdırıldığını, lakin sahəyə bir müddət nəzarət edə bilmədiyini və onu təmir etdirmədiyini, 2018-ci ildə isə sahənin Cavabdeh2 tərəfindən zəbt edilərək, istifadə edildiyini müəyyən etdiyini, həmin əmlakın ona təhvil verilməsi ilə bağlı aralarında məhkəmə mübahisəsinin olduğunu və nəticədə ona 39,5 kv.m. ölçüdə sahənin təhvil verilməsi qət edilsə də, həmin sahənin ona bugünədək təhvil verilmədiyini, onunla daha əvvəl müqavilənin bağlanmasına baxmayaraq, ona məxsus sahənin cavabdeh tərəfindən zəbt edildiyini bildirir və cavabdehlər Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış “yaşayış binasında mənzilin tikintisi haqqında” xx.xx.2008-ci il tarixli müqavilənin qismən, yəni ona məxsus olan 39,5 kv.m hissəsində bağlandığı andan etibarsız hesab edilməsini tələb edir. Cavabdeh2 iddianı qəbul etmir, iddiaçının mübahisələndirdiyi sahənin ona hər hansı aidiyyətinin olmadığını, bu halın onların arasında olan digər məhkəmə mübahisəsi çərçivəsində müəyyən edildiyini bildirir və iddianın rədd edilməsini tələb edir. Cavabdeh1 MTK iddianı əsaslı hesab edir və xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən iddiaçıya təhvil verilməli olan 39,5 kv.m. sahənin hazırda Cavabdeh2 tərəfindən zəbt edildiyini bildirir və iddianın təmin edilməsini xahiş edir. Məhkəmə tərəfindən mübahisəli əmlakda keçirilmiş yerində müayinə zamanı mübahisəli sahənin həm yol, həm də binanın həyəti tərəfindən girişinin olduğu, binanın həyəti tərəfindən olan girişdən içəri daxil olduqda 1 sahənin olduğu, həmin sahədən digər sahəyə keçmək üçün balaca qapının olduğu, sahələrin divarla biri-birindən ayrıldığı, yol tərəfdə olan girişdən içəri daxil olduqda həmin sahənin biri birindən divarlarla ayrılmış və birindən digərinə keçidləri olan sahələrdən ibarət olduğu, bu sahənin binanın həyətinə gedən yola baxan qapısının da olduğu, bütün girişlərin qapılarının açarlarının Cavabdeh2 olduğu müəyyən edilmişdir. Yerində müayinə zamanı iddiaçı binanın həyəti tərəfindən girişi olan sahənin məhz onun mübahisələndirdiyi və onunla bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin predmeti olan 39,5 kv.m. sahənin olduğunu bildirmişdir. Hazırki mübahisədən əvvəl tərəflər arasında mübahisəli sahənin təhvil verilməsi ilə bağlı mübahisə olmuşdur. Həmin mübahisə çərçivəsində İddiaçı Cavabdeh1 MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddiası Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-897/2018 saylı qətnaməsi ilə təmin edilmiş, cavabdehin ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39,5 kv.m olan qeyri-yaşayış sahəsinin sahiblik və istifadə etmək məqsədi ilə iddiaçıya təhvil verilməsi cavabdehə həvalə edilmişdir. Həmin qətnamədən iş üzrə maraqlı şəxs Cavabdeh2 apellyasiya şikayəti, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)- 6852/2020 saylı qətnaməsi ilə qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 897/2018 saylı qətnaməsi ləğv edilmiş və iddia qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh1 MTK-nın tikilməkdə olan binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39,5 kv.m olan qeyri-yaşayış sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-2296/2021 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6852/2020 nömrəli, xx.xx.2020 il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqqında” xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 Cavabdeh1 MTK-nın ünvan 3 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 134 kv.m. öçüdə qeyri-yaşayış sahəsinin dəyərini təşkil edən 150.160 manat məbləğində pulu ödəmiş və həmin əmlak Cavabdeh1 MTK tərəfindən ona təhvil verilmişdir. Lakin bu əmlakın real ölçüsü müqavilədə göstərilən sahədən 31 kv.m.ölçüdə az olmaqla cəmi 103 kv.m. təşkil edir. Bu hal tərəflər arasında olmuş digər mülki iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası zamanı müəyyən edilmiş və ekspert rəyində əks olunmuşdur. Belə ki, İddiaçı hazırda məhz Cavabdeh2 istifadə və sahibliyində olan qeyri-yaşayış sahəsinin 39,5 kv.m. hissəsinin ona məxsus olduğunu iddia edir. Bundan əvvəl o, Cavabdeh1 MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddia qaldırmış və ünvan 3 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39,5 kv.m. olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini tələb etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmiş və qeyd edilən qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi Cavabdeh1 MTK-ya həvalə edilmişdir. Həmin qətnamə Cavabdeh2 maraqlarına toxunduğundan onun tərəfindən mübahisələndirilmiş və onun şikayətinə apellyasiya qaydasında baxılan zaman iddiaçıya həmin ünvanda tikilməkdə olan binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39,5 kv.m. olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə etmək məqsədi ilə Cavabdeh2 istifadəsində olan sahə ilə əlaqəli olmayan sahənin təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması əsaslı hesab edilmiş və nəticədə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və Cavabdeh1 MTK-nın üzərinə onun tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən binanın 1-ci mərtəbəsində yerləşən və Cavabdeh2 istifadəsində olan sahə ilə əlaqəli olmayan 39,5 kv.m. ölçüdə qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Buna baxmayaraq, iddiaçı hazırda əsassız olaraq Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış müqavilənin qismən etibarsız hesab edilməsini və bununla da ona təhvil verilmiş sahənin 39,5 kv.m. hissəsinin ona təhvil verilməsini tələb edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil3 iddianı qəbul edərək, bildirmişdir ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə, Cavabdeh2 arasında isə xx.xx.2008-ci il tarixdə “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilələr bağlanmışdır. Lakin xx.xx.2007-ci il tarixli müqavilə ilə iddiaçıya təhvil verilməli olan 39,5 kv.m. qeyri-yaşayış sahəsi Cavabdeh2 tərəfindən zəbt edilmiş və hazırda onun qanunsuz istifadə və sahibliyindədir. Onların sahələri biri-birinə bitişik yerləşir, bu sahələri bir divar ayırır və binanın həyəti tərəfindən sahəyə olan giriş məhz iddiaçının sahəsinə olan girişidir. Girişdən divaradək olan sahə məhz xx.xx.2007-ci il tarixli müqavilədə göstərilən və iddiaçıya məxsus olan sahədir. Bu səbəbdən iddiaçıya təhvil verilməli, bunun üçün xx.xx.2008-ci il tarixli müqavilə qismən, yəni iddiaçıya məxsus olan 39,5 kv.m. hissədə etibarsız hesab edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-346/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “müqaviləsinin qismən etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsini qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı Cavabdeh1 MTK ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə istinadən artıq ona qarşı iddia qaldıraraq, bu müqavilənin predmeti olan 39,5 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini tələb etmişdir. Bu iddianın Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-897/2018 saylı qətnaməsi ilə təmin edilməsi nəticəsində iddiaçıya məhz xx.xx.2008-ci il tarixli müqavilə ilə Cavabdeh2 təhvil verilmiş qeyri-yaşayış sahəsinin 39,5 kv.m. hissəsinin təhvil verilməsi zərurəti yarandığından Cavabdeh2 həmin qətnaməni mübahisələndirmişdir. Apellyasiya baxışı zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və aparılmış ekspert tədqiqatı nəticəsində hər iki tərəfin müqaviləsində göstərilən qeyri-yaşayış sahələrinin sərhədlərini, hüdudlarını, koordinatlarını, hansı oxlar arasında yerləşməsini müəyyən etmək mümkün olmamış, buna uyğun olaraq da iddiaçının mübahisələndirdiyi 39,5 kv.m. qeyri-yaşayış sahəsinin Cavabdeh2 təhvil verilmiş 134 kv.m. sahə ilə üst-üstə düşməsini də müəyyən etmək mümkün olmamışdır. Nəticədə məhkəmə iddiaçıya Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39,5 kv.m. olan, lakin xx.xx.2008-ci il tarixli müqavilə ilə Cavabdeh2 təhvil verilmiş sahə ilə əlaqəli olmayan sahənin təhvil verilməli olması qənaətinə gəlmiş və bu qənaətə uyğun olaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-6852/2020 saylı qətnaməsində Cavabdeh1 MTK-nın üzərinə binanın 1- ci mərtəbəsində yerləşən ümumi sahəsi 39,5 kv.m. olan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi vəzifəsi qoyulmuşdur. Azərbaycan Respublikasının Ali Məhkəmə xx.xx.2021-ci il tarixli, 2(102)-2296/2021 saylı qərarı ilə bu nəticə ilə razılaşmışdır. Bakı Apellyasiya Məhkəməsinin 23 oktyabr 2020 il tarixli, 2(103)-6852/2020 nömrəli qətnaməsi hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, həmin qətnamədə iddiaçıya təhvil verilməli olan 39,5 kv.m. ölçüdə qeyri-yaşayış sahəsinə aydınlıq gətirilmiş, o cümlədən ona təhvil verilməli olan sahənin Cavabdeh2 istifadə və sahibliyində olan qeyriyaşayış sahəsinə hər hansı aidiyyətinin olmadığı açıq və aydın şəkildə qeyd edilmişdir. Hüquqi nəticə etibarı ilə İddiaçı Cavabdeh2 hər hansı sahədə qeyri-yaşayış sahəsini tələb etmək hüququnun olmaması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilməsinə baxmayaraq, iddiaçı hazırki iddia ilə ona verilməli qeyri-yaşayış sahəsinin cavabdehdən alınmasını tələb edir. Bu da öz nöbəsində hazırki iddianın rədd edilməsini şərtləndirir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 15 iyul 2015-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırılmışdır. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iş materiallarından da göründüyü kimi İddiaçı ilə Cavabdeh1 MTK arasında “yaşayış binasında mənzil tikintisi haqqında” 15 iyul 2007-ci il tarixli müqavilə bağlanmış və bu müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 2-ci giriş 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 39.5 kv.m olan qeyri-yaşayış sahəsi alğı-satqı yolu ilə iddiaçıya 47.000 (qırx yeddi min) manata satılmışdır. Alğı-satqı olunan qeyri-yaşayış sahəsinin pay dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənildiyini təsdiq edən xx.xx.2007-ci il tarixli maliyyə arayışı da verilmişdir. Bu hal iddiaçının hazırkı iddia tələbi ilə çıxış etməsi üçün subyektiv hüququnun olduğunu birbaşa təsdiq edir. Hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir. Tərəflər arasında olan əvvəlki məhkəmə çəkişmələri üzrə çıxarılmış məhkəmə aktlarından görünür ki, İddiaçı Cavabdeh1 MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddiası Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-897/2018 saylı qətnaməsi ilə təmin edilmiş, cavabdehin ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39,5 kv.m olan qeyri-yaşayış sahəsinin sahiblik və istifadə etmək məqsədi ilə iddiaçıya təhvil verilməsi cavabdehə həvalə edilmişdir. Həmin qətnamədən iş üzrə maraqlı şəxs Cavabdeh2 apellyasiya şikayəti, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6852/2020 saylı qətnaməsi ilə qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 897/2018 saylı qətnaməsi ləğv edilmiş və iddia qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh1 MTK-nın tikilməkdə olan binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39,5 kv.m olan qeyriyaşayış sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir, yəni iddia tələbindən 2-ci giriş sözü çıxarılmışdır. Həmin qətnamə yuxarı instansiyalarda dəyişdirilmədən saxlanılmışdır. Həmçinin bu iş üzrə müvafiq ekspertiza təyin edilmiş və rəyə əsasən mübahisəli sahələrin üst-üstə düşüb düşməməsi müəyyən olunmamışdır. Lakin birinci instansiya məhkəməsi qətnaməsində göstərir ki, Bakı Apellyasiya Məhkəməsinin 23 oktyabr 2020 il tarixli, 2(103)- 6852/2020 nömrəli qətnaməsi ilə iddiaçıya təhvil verilməli olan 39,5 kv.m. ölçüdə qeyriyaşayış sahəsinə aydınlıq gətirilmiş, o cümlədən ona təhvil verilməli olan sahənin Cavabdeh2 istifadə və sahibliyində olan qeyri-yaşayış sahəsinə hər hansı aidiyyətinin olmadığı açıq və aydın şəkildə qeyd edilmişdir. Halbuki, tərəflər arasında olan əvvəlki məhkəmə mübahisələri üzrə çıxarılmış məhkəmə aktlarından görünür ki, hər iki tərəf müqavilə əsasında MTK-dan pay haqqını tam ödəməklə qeyri-yaşayış sahələri almış və həmin sahələr tərəflərə təhvil verilməlidir, ekspert rəyi ilə də mübahisəli sahələrin bir-birinə aidiyyatının olub-olmadığı müəyyən olunmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi bu hissədə də səhv nəticəyə gəlmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri-vəkilləri apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh2 və Cavabdeh1 MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gələməmələrinin səbəbinin üzürlü olması ilə bağlı məhkəməyə məlumat verməmişdirlər. Bu səbəbdən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnamə bütövlükdə yoxlanılır Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 15 iyul 2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında isə göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki Məcəllə: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
352. Əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəsini qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6852/2020 saylı qətnaməsinin hazırki iş üzrə preyudisiyal olması ilə əsaslandıraraq İddiaçı Cavabdeh2 hər hansı sahədə qeyri-yaşayış sahəsini tələb etmək hüququnun olmaması ilə əlaqələndirmişdir. Apellyasiya şikayətinin məzmununa əsasən isə iddiaçı tərəflər arasında olan əvvəlki məhkəmə mübahisələri üzrə çıxarılmış məhkəmə aktlarının hazırki iş üzrə predyudisial əhəmiyyət daşıması ilə razılaşmaması görünür. Belə ki, apellyator hesab edir ki, hər iki tərəf müqavilə əsasında MTK-dan pay haqqını tam ödəməklə qeyri-yaşayış sahələri almış və həmin sahələr tərəflərə təhvil verilməli olsa da, iş üzrə ekspert rəyi ilə də mübahisəli sahələrin bir-birinə aidiyyatının olub-olmadığı müəyyən olunmamışdır. Belə olan halda isə Bakı Apellyasiya Məhkəməsinin 23 oktyabr 2020 il tarixli, 2(103)- 6852/2020 nömrəli qətnaməsi ilə iddiaçıya təhvil verilməli olan 39,5 kv.m. ölçüdə qeyri-yaşayış sahəsinə aydınlıq gətirilmiş, o cümlədən ona təhvil verilməli olan sahənin Cavabdeh2 istifadə və sahibliyində olan qeyri-yaşayış sahəsinə hər hansı aidiyyətinin olmadığı açıq və aydın şəkildə qeyd edilməsi səhvdir. İşin materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ünvan 3 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39,5 kv.m. olan qeyriyaşayış sahəsinin ona təhvil verilməsi qət edilmişdir. Kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6852/2020 saylı qətnaməsi ilə qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 897/2018 saylı qətnaməsi ləğv edilmiş və iddia qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh1 MTK-nın tikilməkdə olan binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39,5 kv.m olan qeyriyaşayış sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində iddia tələbindən 2-ci giriş sözü çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, əvvəlki iş üzrə keçirilmiş müvafiq ekspertizanın rəyinə əsasən mübahisəli sahələrin üst-üstə düşüb düşməməsinin müəyyən olunmaması hazırki iddianın əsaslı olması kimi qiymətləndirilə bilməz. Həmçinin kollegiya birinci instansiya məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin 23 oktyabr 2020 il tarixli, 2(103)- 6852/2020 nömrəli qətnaməsi ilə iddiaçıya təhvil verilməli olan 39,5 kv.m. ölçüdə qeyri-yaşayış sahəsinə aydınlıq gətirilmiş, o cümlədən ona təhvil verilməli olan sahənin Cavabdeh2 istifadə və sahibliyində olan qeyri-yaşayış sahəsinə hər hansı aidiyyətinin olmadığı açıq və aydın şəkildə qeyd edilməsi fikri ilə razılaşır və bu qənaətini apellyasiya instansiyası məhkəməsinin qətnaməsində iddia tələbindən 2-ci giriş sözü çıxarılması ilə əsaslandırır. Başqa sözlə, 2-ci giriş sözü çıxarılmaqla iddiaçıya Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh1 MTK-nın tikilməkdə olan binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39,5 kv.m olan qeyri-yaşayış sahəsinin onun sahibliyinə və istifadəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması artıq başqa sahəni özündə ehtiva edir. Belələklə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6852/2020 saylı qətnaməsinin hazırki iş üzrə preyudisiyal olması və bununla da İddiaçı Cavabdeh2 hər hansı sahədə qeyri-yaşayış sahəsini tələb etmək hüququnun olmamasına dair nəticələrini qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək hesab edir ki, iddiaçının xx.xx.2008-ci il tarixli müqavilənin qismən, yəni ona məxsus olan 39,5 kv.m hissəsində bağlandığı andan etibarsız hesab edilməsi barədə tələbinin maddi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1 və 352-ci maddələrini birinci instansiya məhkəməsi hazırki mübahisəyə düzgün olaraq tətbiq etməmişdir. Hazırki iş üzrə iddiaçı xx.xx.2008-ci il tarixli müqavilənin qismən də olsa da etibarsızlığını mübahisələndirsə də, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6852/2020 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, həm iddiaçı, həm də maraqlı şəxs ilə cavabdeh arasında bağlanmış müqavilələrin qanuniniliyi hər hansı mübahisə doğurmur. Belə ki, məhkəmə iclasında iştirak edən şəxslər həmin müqavilələrin etibarlılığını qəbul etmişlər. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillərə dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, hazırki tələblə əvvələr baxılmış tələbin fərqli olmasını iddiaçı sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsini qanuni və əsaslı sayır. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-346/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov