Məhkəmə qərarları › İş №2(103)-617/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-617/2025

22.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-617/2025 22.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kompensasiya ödənilməklə özbaşına tikintinin boşaldılması və sökülməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-4333/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən 25,31 ha torpaq sahəsinin daxilində olan və Cavabdeh məxsus ümumi sahəsi 42,88 kv.m olan M-122A nömrəli özbaşına tikili evin, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh 27.000 manat kompensasiya ödənilməklə boşaldılaraq sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-4333/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021ci il tarixli, 340 nömrəli sərəncamına əsasən yaşayış kompleksinin tikintisi məqsədilə iddiaçı "xxxx" ASC-yə icarə əsasında istifadəyə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən 25,31 ha torpaq sahəsinin daxilində olan və Cavabdeh məxsus ümumi sahəsi 42,88 kv.m olan M-122A nömrəli özbaşına tikili evin, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh 27.000 manat kompensasiya ödənilməklə boşaldılaraq sökülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman iddiaçı "xxxx" ASC “Elektron” məhkəmə informasiya sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında olan hazırki mübahisənin məhkəmədənkənar qaydada həll edildiyini, tərəflərin qarşılıqlı razılığına əsasən cavabdehə kompensasiya ödənildiyini, qarşı tərəfin tikililəri sökülməsi üçün təhvil verdiyini və artıq onun söküldüyünü, bu səbəbdən iddiadan imtina etdiklərini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ona kampensasiya ödənildiyini və tikilini boşaldaraq şirkətə təhvil verdiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb olmadan iddiaçı "xxxx" ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin lazimi qaydada məlumatlandırılmasını və cavabdehin ərizəyə münasibətini nəzərə alıb, işə, o cümlədən iddiaçının iddiadan imtinası barədə ərizəsinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, iddiaçının iddiadan imtina barədə ərizəsini, mülki işin materialları ilə birlikdə nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir; 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır; 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur; 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hərəkətlərin qanuna zidd olması dedikdə müvafiq prosessual hərəkətin qanunvericiliyin tələbi pozulmaqla edilməsi və həmin hərəkətin mahiyyətinin qanuna zidd olması başa düşülür. Həmin hərəkətlərin hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması dedikdə isə bu hərəkətlərin doğurduğu hüquqi nəticələrin konkret hüquqi və ya fiziki şəxsin qanuni maraqlarına birbaşa zidd olması başa düşülür. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyil, habelə hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, bu səbəbdən qəbul edilməli və iddiaçının iddiası üzrə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə ləğv edilməklə mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191-ci, 261-ci, 263- 264-cü, 370-ci, 384-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-4333/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar