Məhkəmə qərarları › İş №2(103)-6170/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6170/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6170/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Bakı şəhəri 21 saylı Notariat ofisinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “razılıq ərizəsinin və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və qeydiyyatın əsassız hesab edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Bakı şəhəri 21 saylı Notariat ofisinə qarşı “razılıq ərizəsinin və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və qeydiyyatın əsassız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-155/2024 nömrəli 19 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2014-cü il tarixli etibarnaməyə əsasən İddiaçı Cavabdeh2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun daşınar əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən, bank orqanlarından, poçtdan və teleqraflardan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzrə sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlara, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir.

2. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 fevral 2024-cü il tarixli 4/1904 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən İddiaçı adından Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizədə “Kərimov” yazısı və “Kərimov” yazısının qarşısındakı imzaCavabdeh2 tərəfindən icra olunmuşdur.

12. AN-İ ******* №li xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 185 kv.m olan qeyriyaşayış sahəsini 119.000 (yüz on doqquz min) manata satmışdır. Daşınmaz əmlakın alqısatqı müqaviləsi Cavabdeh2 əvəzinə Cavabdeh3 tərəfindən imzalanmışdır.

3. AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 185 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur.

4. Elektron notariat Avtomatlaşdırılmış İnformasiya sistemindən çıxarışa əsasən xx.xx.2021-ci il tarixli ərizə İddiaçı əvəzinə Cavabdeh2 tərəfindən imzalanmışdır.

5. Bakı şəhəri 21 saylı Notariat ofisinə verilmiş ərizələr və kassa mədaxil orderi.

6. AR-İİ 215693 №li Etibarnaməyə əsasən Cavabdeh2 Cavabdeh3 AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, 301 nömrəli reyestr kitabının 28589 nömrəli vərəqində qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən özünə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 185 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində məhdudiyyət və yüklülük olubolmaması barədə arayışı, Forma 2 arayışı almağı, satmağı, bağışlamağı, dəyişməyi notariat ofisində müqavilə bağlamağı, pulu banka qoymağı, pulunu almağı, bütün bank əməliyyatları aparmağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir.

7. Bakı şəhəri 21 saylı Notariat ofisində verilmiş **********063 nömrəli xx.xx.2021-ci il tarixli ərizəyə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 185 kv.m olan qeyri-yaşayış sahəsinin satılmasına heç bir etiraz etməmişdir. İddiaçı adından Cavabdeh2 ərizəni imza etmişdir.

8. xx.xx.2019-cu il tarixli Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləyə əsasən Cavabdeh2 sifarişçi, "xxxx" MMC podratçıdır. Podratçı ünvan 1 ünvanında tikilməkdə olan yaşayış binasının 2-ci korpusunda, 2(5) girişində İ mərtəbədə, qeyri-yaşayış sahəsinin tikintisini öz üzərinə götürür. Ümumi sahəsi 192 kv.m, müqavilənin qiyməti- 153.600 (yüz əlli üç min altı yüz) manatdır.

9. Maliyyə arayışına əsasən Cavabdeh2 şəhəri, Xətai rayonu, Neapol küçəsi 26A ünvanında yerləşən yaşayış binasının 2-ci giriş 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi (192 kv.m) dəyərini tam ödəmişdir.

10. AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 185 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh4 məxsusdur.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2752/2023 nömrəli qərarına əsasən iddiaçı Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2303/2023 nömrəli 29 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

12. AZ-İ 884640 nikah haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 və Polçuyeva (Kərimova) Rəna Ramis qızı xx.xx.2013-cü il tarixdə Ağdam RİHB-nun Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyində rəsmi nikaha daxil olmuşlar və bu barədə 40 №-li akt qeydi aparılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Bakı şəhəri 21 saylı Notariat ofisinə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsinin alğı-satqısına iddiaçının adından verilmiş 07 yanvar 2021-ci il tarixli razılıq ərizəsinin və bunun əsasında imzalanmış 24 noyabr 2021-ci tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin nəticəsi olaraq verilmiş mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarışın ləğv olunması, qeyd olunan müqavilə üzrə ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsinə dair dövlət reyestrində Cavabdeh4 adına aparılmış qeydiyyatın əsassız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə birgə nikahda olduğu dövrdə ünvan 2 ünvanda yerləşən və ümumi sahəsi 185.0 kv.m olan qeyri-yaşayış sahəsi əldə etmişdir. Əldə etdiyi məlumata əsasən həmin qeyri-yaşayış sahəsi 24 noyabr 2021-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində 119.000 manat məbləğinə Cavabdeh4 satılmışdır. Alğı-satqı müqaviləsini satıcı adından iddiaçının həyat yoldaşı Cavabdeh2 Yaqub oğlunun 21 saylı Notariat ofisində xx.xx.2021-ci il tarixdə verdiyi etibarnamə əsasında Cavabdeh3 imzalamışdır. Həmçinin, etibarnamə ilə eyni gündə, yəni 07 yanvar 2021-ci il tarixdə eyni notariat ofisində Cavabdeh2 onun adından 8i-63 reyestr nömrəli ərizə imzalayıb və birgə mülkiyyətlərində olan ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsinin satılmasına etirazının olmadığını bildirib. Həmin ərizədə iddiaçının adından ərizə vermək səlahiyyəti səlahiyyəti iddiaçı tərəfindən ona xx.xx.2014-cü il tarixdə verilmiş 7E-72701 reyestr nömrəli etibarnamə ilə təsdiqlənib. Lakin bu zaman tərəflər, xüsusi ilə də notarius tərəfindən bir hala diqqət yetirilməmişdir (qəsdən edilməsini də istisna etmir) ki, iddiaçı tərəfindən verilmiş etibarnamə yalnız DAŞİNAR əşyalara aiddir və həmin etibarnamədə daşınmaz əmlaklarla bağlı iddiaçı tərəfindən həyat yoldaşına heç bir səlahiyyət verilməmişdir. Qeyd olunan səbəblərdən iddiaçı hesab etmişdir ki, Cavabdeh2 iddiaçının adından imzaladığı 8i-63 reyestr nömrəli ərizə və bunun nəticəsi olaraq imzalanmış ünvan 2 ünvanda yerləşən və ümumi sahəsi 185.0 kv.m olan qeyri-yaşayış sahəsinin alğı-satqısına dair 24 noyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab olunmalı həmin əmlaka dair verilmiş çıxarışlar ləğv olunmalıdır.

15. Cavabdeh4 məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

16. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-155/2024 nömrəli 19 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim X4) iddia təmin edilmiş, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alğı-satqısına Cavabdeh2 tərəfindən İddiaçı adından verilmiş 07 yanvar 2021-ci il tarixli razılıq ərizəsi və həmin ərizə əsasında bağlanmış 24 noyabr 2021ci tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 185 kv.m olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh4 adına AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi və hüquqların dövlət qeydiyyatının əsassız hesab edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

17. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, İddiaçı Cavabdeh2 xx.xx.2014-cü il tarixli etibarnamə vermişdir. Etibarnamənin verilmə tarixi, forma və məzmunundan aydın olur ki, iddiaçı özünün mülkiyyətində olan yalnız daşınar əşyalarla bağlı əmlak hüquqlarını Cavabdeh2 həvalə etmişdir. xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə razılıq ərizəsini verərkən cavabdehin belə bir hüququ mövcud olmamış, dolayısı ilə iddiaçı paylı mülkiyyətinin satılmasına razılıq verməmişdir. Cavabdeh4 nümayəndəsi (vəkili) Vəkil2 iddia müddətinin tətbiqi barədə ərizəni məhkəməyə təqdim etmiş və qeyd etmişdir ki, “iddia ərizəsi 17 may 2023-cü il tarixdə verilmiş, lakin tərəflər arasında mübahisə predmeti olan müqavilə isə 24 noyabr 2021-ci il tarixdə imzalanmışdır. Təxmini 1 il 6 aydan sonra məhkəməyə iddia tələbi ilə müraciət edilmişdir. Cavabdeh2 hazırki iddiaçıdan daha əvvəl məhkəməyə müraciət etməsi hazırki iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməməsinə səbəb kimi göstərilə bilməz. iddiaçınını alğı-satqı müqaviləsinin bağlandığı zaman məlumatının olmamasını (iradə ifadəsi mövcud deyil), mübahisəli əmlakın qeyri-yaşayış obyekti olması, həyat yoldaşı Cavabdeh2 19 iyul 2022-ci il tarixdə iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etməsi ilə məlumatlı olması ehtimalını (məhkəmə bildirişlərinin ünvana göndərilməsi və sairə halları) nəzərə alsaq iddiaçının mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmədiyi qənaətinə gəlmiş olarıq. Belə ki, MM-in 354.2.-ci maddəsinə əsasən maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Mülki iş materiallarından da göründüyü kimi iddiaçı iddia müddətini ötürməmişdir. Məhkəmə hesab etmişdir ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin alğı-satqısına iddiaçının adından verilmiş 07 yanvar 2021-ci il tarixli razılıq ərizəsinin və bunun əsasında imzalanmış 24 noyabr 2021-ci tarixli alğı-satqı müqaviləsi etibarsızdır. Belə ki, MM-nin 225.6-ci maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin, əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi İddiaçı 24 noyabr 2021-ci tarixli alğı-satqı müqaviləsinin bağlanmasına razılıq verməmişdir. Məhkəmə qeyd etmişdir ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin alğı-satqısına iddiaçının adından verilmiş 07 yanvar 2021-ci il tarixli razılıq ərizəsi onun razılığı ilə imzalanmamış və bunun əsasında imzalanmış 24 noyabr 2021-ci tarixli alğı-satqı müqaviləsi iddiaçının razılığı ilə baş verməmişdir. Belə olduğu təqdirdə məhkəmə digər törəmə tələblərin, yəni 24 noyabr 2021-ci tarixli alğı-satqı müqaviləsi üzrə ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair dövlət reyestrində Cavabdeh4 adına aparılmış qeydiyyatın əsassız sayılmasına dair tələblər üzrə mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun olaraq əlavə araşdırmanın aparılmasını zəruri hesab etmir. Belə ki, 24 noyabr 2021-ci tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edildiyindən müqavilə tərəfləri əvvəlki vəziyyətə qayıtmaqla, müqavilədən irəli gələn hüquqi nəticələr də ləğv edilməlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29-cu, 34-cü, 60-cı, 127-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 140-cı, 144-cü, 149-cu, 215-ci, 225-ci, 324-cü, 337-ci, 354-cü, 359-cu, 362-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 76-cı, 77-ci, 78-ci, 82.3-cü, 88-ciŞ 89-cu, 107ci, 119.1-ci və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh4 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı və ondan da əvvəl ərinin analoji iddia tələbləri ilə məhkəməyə müraciətetmələri sübut edir ki, onların hər ikisinin əmlakın geri qaytarılmasında maraqları mövcuddur. Çünki eyni şəxs əvvəlcə iddiaçının ərinin daha sonra isə hazırki iş üzrə iddiaçının vəkili olmuşdur. Hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh4 vicdanlı alıcı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Qanunverici məsuliyyəti vicdanlı alıcının deyil, vəzifəli şəxslərin üzərinə qoyur. Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasənəgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. B u zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Müdafiə etdiyi Cavabdeh4 qanunvericiliyə uyğun qaydada alğı-satqı müqaviləsi bağlamış və həm onun özünün həm də satıcının səlahiyyətləri notarius tərəfindən yoxlanılmış və müqavilənin etibarsızlığına səbəb ola biləcək hər hansı hal aşkar edilməmişdir. Həmçinin, qeyd etmişdir ki, məhkəmə tərəfindən sorğu verilərək etibarnamənin əsli əldə edilmişdir. Etibarnaməyə diqqət yetirildikdə etibarnamə əsasında İddiaçı ərinə “bütün dövlət orqanlarında onun adından ərizə vermək” səlahiyyətini də etibar etmişdir. Məhz alğı-satqı müqaviləsinin bağlanması üçün İddiaçı adından notariusda verilmiş ərizə də bura aid edilməlidir. Dəyanət hal-hazırda dövlət qurumlarından birində çalışır, iddiaçının nümayəndəsi (vəkilinin) qeyd etdiyi kimi onun Kənanın işçisi olması inandırıcı hal deyil və iddia tələbinə aidiyyatı yoxdur. Sadəcə əri tərəfindən verilmiş iddianın təmin olunmadığını görən iddiaçı son ümid yeri kimi hazırki iddianı qaldırmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin Cavabdeh4 münasibətdə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə həmçinin qətnamənin əsaslandırma hissəsində nümayəndəsi olduğu şəxsin üçüncü şəxs olmadığını və müqavilə tərəfi olduğunu qeyd edir. Cavabdeh4 alqı-satqı zamanı ər-arvada münasibətdə üçüncü şəxsdir və ər-arvad arasında olan hüquq münasibətlərinə istinad edən məhkəmə məsələyə elə həmin aspektdən yanaşaraq Cavabdeh4 həmin hüquq normalarına münasibətdə üçüncü şəxs olduğunu düzgün qiymətləndirməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil2 hər biri ayrıayrılıqda apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətin təmin olunmasını xahiş etmişdilər.

23. İddiaçı və digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə iddiaçının və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.6-ci maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 359.3-ci maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

25. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etməklə, qətnamə yalnız cavabdeh Kamil Əliyevə aid hissədə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

31. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

32. İddiaçının irəli sürdüyü faktiki hallar ondan ibarətdir ki, iddiaçı ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin alğı-satqısına iddiaçının adından verilmiş 07 yanvar 2021-ci il tarixli razılıq ərizəsinin və bunun əsasında imzalanmış 24 noyabr 2021-ci tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin nəticəsi olaraq verilmiş mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarışın ləğv olunması, qeyd olunan müqavilə üzrə ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair dövlət reyestrində Cavabdeh4 adına aparılmış qeydiyyatın əsassız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, əsas tələb ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsinin alğı-satqısına iddiaçının adından verilmiş 07 yanvar 2021-ci il tarixli razılıq ərizəsinin və bunun əsasında imzalanmış 24 noyabr 2021-ci tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsidir. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

33. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı ilə Cavabdeh2 xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar, xx.xx.2019-cu il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləyə əsasən Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 185 kv.m olan qeyri-yaşayış sahəsini almış və xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən həmin əmlak xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur. Göründüyü kimi mübahisə predmeti olan əmlak birgə nikah dövründə əldə edildiyindən ümumi birgə mülkiyyət sayılır.

34. Qeyd edilməlidir ki, əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir. Mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

35. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.

36. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

37. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsində əqdlərin etibarsızlığı hallarının iki növü göstərilmişdir: bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.

38. Hər hansı əqddə iradə və onun bəyanı arasında uyğunsuzluq (iradə və onun bildirilməsi vahidliyinin olmaması) şüurlu şəkildə (bilərək/istəyərək) ola biləcəyi kimi, istəmədən də ola bilər. Eyni zamanda iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli və ya iki tərəfli (və ya daha çox) ola bilər. Tək tərəfli uyğunsuzluq halına misal olaraq zarafatla edilmiş (qeyri-ciddi) iradə ifadəsi göstərilə bilər (MM-nin 341-ci maddəsi). İradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn iki tərəfli uyğunsuzluq halının ən geniş yayılmış nümunəsi isə uydurma və yalan əqdlərdir. Bu növ əqdlərdə iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli deyil, ən az iki tərəfin qarşılıqlı sövdələşməsi ilə əmələ gəlir. Uydurma və yalan əqddə tərəflər qarşılıqlı şəkildə razılığa gələrək ya əqdin ümumiyyətlə hüquqi nəticələr yaratmayacağı ya da həmin əqdin deyil, başqa bir əqdə aid olan qaydaların tətbiq ediləcəyi yönündə sövdələşirlər.

39. İşin materiallarından görünür ki, AN-İ ******* №li xx.xx.2021- ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 185 kv.m olan qeyri-yaşayış sahəsini 119.000 (yüz on doqquz min) manata satmışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi Cavabdeh2 əvəzinə Cavabdeh3 tərəfindən imzalanmışdır. (§12) Bakı şəhəri 21 saylı Notariat ofisində verilmiş **********063 nömrəli xx.xx.2021-ci il tarixli ərizəyə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 185 kv.m olan qeyri-yaşayış sahəsinin satılmasına heç bir etiraz etməmişdir. İddiaçı adından Cavabdeh2 ərizəni imza etmişdir.

40. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. İlk növbədə aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.

41. İş materiallarına əsasən İddiaçı Cavabdeh2 xx.xx.2014-cü il tarixli etibarnamə vermişdir. Etibarnamənin verilmə tarixi, forma və məzmunundan aydın olur ki, iddiaçı özünün mülkiyyətində olan yalnız daşınar əşyalarla bağlı əmlak hüquqlarını Cavabdeh2 həvalə etmişdir. xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə razılıq ərizəsini verərkən cavabdehin belə bir hüququ mövcud olmamış, dolayısı ilə iddiaçı paylı mülkiyyətinin satılmasına razılıq verməmişdir.

42. Apellyasiya şikayətinin dəlillərinə istinadən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçınını alğı-satqı müqaviləsinin bağlandığı zaman məlumatının olmamasını (iradə ifadəsi mövcud deyil), mübahisəli əmlakın qeyri-yaşayış obyekti olması, həyat yoldaşı Cavabdeh2 19 iyul 2022-ci il tarixdə iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etməsi ilə məlumatlı olması ehtimalını (məhkəmə bildirişlərinin ünvana göndərilməsi və sairə halları) nəzərə alınsa, iddiaçının mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmədiyi qənaətinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Mülki iş materiallarından da göründüyü kimi iddiaçı iddia müddətini ötürməmişdir. Eyni zamanda, Cavabdeh2 iddiaçı qismində çıxış etdiyi mülki işlə bağlı qeyd edilməlidir ki, həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2752/2023 nömrəli qərarının 54 və 55-ci bəndində də qeyd edilir ki, “... iddiaçının öz həyat yoldaşının adından da həmin əmlakı satmaq barədə notarial qaydada yazılı razılıq verməsinə və bunun əsası kimi də həyat yoldaşının iddiaçıya verdiyi etibarnaməyə istinad etmişlər. ... Lakin işdə olan etibarnamədən görünür ki, iddiaçının həyat yoldaşı İddiaçı yalnız daşınar əmlaklara dair sərəncam səlahiyyətini iddiaçıya vermişdir.”Cavabdeh4 isə hazırki mübahisə üzrə vicdanlı alıcı olmasına dair dəlilə münasibətdə üçüncü şəxs qismində deyil, mübahisə edilən alğı-satqı müqaviləsinin tərəfi kimi çıxış edir. Belə ki, MM-in 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Eyni zamanda 225.6-ci maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir.

43. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsinin alğı-satqısına iddiaçının adından verilmiş 07 yanvar 2021-ci il tarixli razılıq ərizəsinin və bunun əsasında imzalanmış 24 noyabr 2021-ci tarixli alğı-satqı müqaviləsi etibarsızdır. Belə ki, MM-nin 225.6-ci maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin, əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi İddiaçı 24 noyabr 2021-ci tarixli alğı-satqı müqaviləsinin bağlanmasına razılıq verməmişdir.

44. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək və işin araşdırılmış hallarına əsasən hesab edir ki, hazırki mübahisə üzrə İddiaçı 24 noyabr 2021-ci tarixli alğı-satqı müqaviləsinin bağlanmasına razılıq verməsi ilə bağlı iradə ifadəsi olmamasına dair birinci instansiya məhkəməsinin nəticəsi işin araşdırılmış hallarına tam uyğundur.

46. Belə olan halda ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin alğı-satqısına iddiaçının adından verilmiş 07 yanvar 2021-ci il tarixli razılıq ərizəsi onun razılığı ilə imzalanmamış və bunun əsasında imzalanmış 24 noyabr 2021-ci tarixli alğı-satqı müqaviləsi iddiaçının razılığı ilə baş verməmişdir. Belə olduğu təqdirdə digər törəmə tələblərin, yəni 24 noyabr 2021-ci tarixli alğı-satqı müqaviləsi üzrə ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair dövlət reyestrində Cavabdeh4 adına aparılmış qeydiyyatın əsassız sayılmasına dair tələblər üzrə mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun olaraq əlavə araşdırmanın aparılmasını zəruri hesab etmir. Belə ki, 24 noyabr 2021-ci tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edildiyindən müqavilə tərəfləri əvvəlki vəziyyətə qayıtmaqla, müqavilədən irəli gələn hüquqi nəticələr də ləğv edilməlidir.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-155/2024 nömrəli 19 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilməlidir.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh4 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-155/2024 nömrəli 19 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar