Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6172/2022 24.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi cəlb olunmaqla) iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-6172/2022 (Açar sözlər: “əmək haqqı, işlə təmin olunmağı və birdəfəlik müavinatın verilməsi”) Bakı şəhəri 24 oktyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(005)- 3137/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmək müqaviləsinə dəyişiklik edlməsi ilə bağlı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən və məzmunundan görünür ki, Cavabdeh MMCişəgötürən ilə İddiaçı-işçi arasında iş yeri 40->40 saylı marşrut xəttində sürücü vəzifəsinə işə götürülməsinə dair müddətsiz olaraq xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmışdır. Əməyin ödənilməsi forması vaxtamuzd, əmək haqqı məbləği 260 manat göstərilmişdir.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müfdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********4 №-li məktubdan görünür ki, X5 və diğərlərinin “Çinar Trans" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətlərə X9 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Bununla bağlı aparılan araşdırma zamanı "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təqdim edilən sənədlərdən X7, X4, X1, X8 və X2 əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi və son haqq-hesablarının ödənilmədiyi məlum olmuşdur. Eyni zamanda məktubda müəssisənin maliyyə problemlərinin olduğu və qısa zamanda bu problemlərin aradan qaldırılacağı bildirilmişdir. Sizin və digərlərinin əmək haqqlarının eyni zamanda əmək müqaviləsinə xitam verilmiş işçilərin son haqq-hesablarının ödənilməməsi ilə bağlı “Çinar Trans" MMC-nin vəzifəli şəxsi barəsində tərəflərindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4, maddəsinə uyğun olaraq xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmiş, sizə və digərlərinə olan borcun ən qısa zamanda ödənilməsi barədə "xxxx" MMC-nin rəhbərliyinə müvafiq məktub ünvanlanmışdır. Razılaşmadıqları təqdirdə məhkəməyə müraciət etmək hüquqları vardır.
3. İnzibati tənbeh vermə haqqında 04 may 2021-ci il tarixli, MN 1064494№-li qərardan görünür ki, CavabdehMMC-nin direktoru X6 AR İXM-nın 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1000 (bir min) manat inzibati cərimə növü tətbiq edilmişdir.
4. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçı ünvanladığı 29 iyun 2021-ci il tarixli məktub ilə müəyyən edilir ki, həmin xidmətin müraciətinə CavabdehMMC cavab olaraq bildirmişdir ki, İddiaçı 40 saylı maşrut xəttində sürücü işləməsinə görə cəmiyyət tərəfindən əmək haqqı və digər ödənişlər ödənilməmişdir (iş vərəqə 32).
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin 06 may 2021-ci il tarixli məktubu ilə müəyyən edilir ki, X11 və digərlərinin əmək müqaviləsinə Cavabdeh MMC tərəfindən xitam verilsə də onlara son haqq-hesab ödənilməmişdir (iş vərəqə 8).
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdehnə qarşı “əmək haqqı, işlə təmin olunmagı və birdəfəlik müavinatın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cinar Trans MMC-dən işlədiyi müddət ərzində əmək haqqının hesablanaraq ödənilməsi, kompensasiyanın və işlə təmin olunmağı və dövlət tərəfindən ayrılan birdəfəlik müavinətin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixdən halhazıra kimi Cavabdeh MMC-də 40 nömrəli xətt maşurutunda sürücü vəzifəsində çalışır. Belə ki, ilk dəfə Cavabdeh MMC-də əmək müqaviləsi hazırlanan zaman ondan yalnız məhkumluq barədə arayış, narkoloji dispanserdən arayış şəxsiyyət və sürücülük vəsiqəsinin surəti tələb olunmuşdur. Ona müqavilənin şərtləri ümumiyyətlə izah olunmamışdır. Rəsmi müqaviləni ümumiyyətlə görməmişdir. Belə ki, Respublikada baş vermiş pandemiyadan sonra məlum olmuşdur ki, cavabdeh tərəfindən ona aylıq əmək haqqı yazılmışdır. Əmək müqaviləsi olduğu üçün ona dövlət tərəfindən birdəfəlik maddi yardım verilməmişdir. Sonradan əmək haqqını cavabdeh tərəfdən dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh pulu ödəməkdən imtina etmişdir. Bununla əlaqədar olaraq aidiyyəti üzrə aidiyyəti orqanlara və DƏM-nə rəsmi müraciət etmişdir. Məsul şəxslər tərəfindən qətiyyətlə ondan tələb olunmuşdur ki, şikayətindən imtina edir. DƏM-tərəfindən verilmiş rəsmi cavabda göstərilir ki, son haqq hesabı cavabdeh tərəfindən ödənilməlidir. Lakin buna baxmayaraq cavabdeh orqan əmək haqqını ödəməkdən imtina edir. Əmək müqaviləsi qüvvədə olmasına baxmayaraq cavabdeh onu işə buraxmır. Nəticədə hüquqlarının qorunması məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
8. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək təmin edilməsi barədə qətnaməm mqəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.
10. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X12 məhkəmə iclasında hazırkı mülki iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3137/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “əmək haqqı, işlə təmin olunmagı və birdəfəlik müavinatın verilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət olunmuşdur.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı MMCdə işləməyə başladığı vaxtdan, yəni xx.xx.2018-ci il tarixdən etibarən günəmuzdçu kimi fəaliyyət göstərmiş, gündəlik qazancının müəyyən faizi ona günlük əmək haqqı kimi ödənilmişdir. İddiaçının özünün də məhkəmə iclasında verdiyi izahatında gündəlik qazancın müəyyən hissəsinin dispeçerə verdiyini, qalan hissəsinin isə özünə qaldığını etiraf etmişdir. İddiaçının adına əmək haqqı kartı açılsada həmin karta mədaxil və məxaric olunmamışdır. Belə olan halda iddia əsassızdır və rədd edilməlidir.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbi cavabdeh tərəfindən verilmiş iddia müddətinə dair ərizə tətbiq edilməklə də rədd edilməlidir. Belə ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən etibarən əmək haqqı aylıq deyil, gündəlik ödənilmişdir. Günəmuzd işlədiyi barədə məlumatlı olmuşdur. Lakin buna baxmayaraq məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etməklə Azərbaycan Respublikası Əmək Məcələsinin 296-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür.
14. Məhkəmə iddiaçının digər tələbləri - “işlə təmin olunmağı və birdəfəlik müavinatın” ödənilməsi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında hazırda əmək münasibətləri davam edir və iddiaçı işdən azad olunmamışdır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə, 42.1ci maddəsinə, 287-ci maddəsinə, 288-ci maddəsinə, 292-ci maddəsinə, 294-cü maddəsinə, 296-cı maddəsinə, 288-ci maddəsinin “a” bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarına, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3137/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2021-ci il tarixli, 2(103)-9590/2021 saylı qətnaməsi ilə (hakimlər Vəfaddin İbayev (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova və Rəşad Həsənov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3137/2021saylı, xx.xx.2021- ci il tarixli qətnaməsi qismən əmək haqqı və son-haqq-hesabın ödənilməsinin təmin olunmaması hissəsində ləğv, həmin hissədə iddia tələbinin təmin edilməsi, Cavabdeh MMC-dən İddiaçı xeyrinə xx.xx.2018-ci il tarixdən 31 may 2021-ci il tarixə (iddia tələbi ilə məhkəməyə müraciət olunan tarixə) kimi hər ayda 350 manat olmaqla əmək haqqı və son haqq-hesab tutulmaqla İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materialları ilə iddiaçının xx.xx.2018-ci il tarixdən MMC-də sürücü işləməsinə baxmayaraq, əmək haqqı və son haqq-hesabı almaması sübuta yetirilmişdir.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən məhkəməyə müraciət etmə müddətinin ötürülməsi barədə qənaəti ilə razılaşmayaraq qeyd etmişdir ki, mülki işdə iddiaçının işdən azad olunmasına dəlalət edən sübut mövcud olmadığına görə o əmək haqqını tələb etmək hüququna malik olmuşdur.
20. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154, 155, 156, 157, 160, 173, 174-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
21. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102) -2824/2022 saylı Qərarı ilə apellyasiya instansiyası məhəməsinin qətnaməsinin ləğv olunmsı və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi Qərara alınmışdır.
23. Kollegiya hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
24. Belə ki, apellyasiya məhkəməsi iddianı əmək haqqının ödənilməsi və son haqqhesabın tutulması hissəsində təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2018-ci il tarixdən MMC-də sürücü işləməsinə baxmayaraq, əmək haqqı və son haqq-hesabı alması sübuta yetirilmir.
25. Bununla əlaqədar Kollegiya bildirmişdir ki, işçilərin əməyinin vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilməsi qanunda nəzərdə tutulmuşdur.
26. İş materiallarından görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin 30 iyun 2021-ci il tarixdə keçirilmiş iclasında gördüyü işə görə gündəlik 15-20 manat məbləğində vəsait aldığını etiraf etmişdir.
27. Rayon məhkəməsi iddianı rədd edərkən bu xüsusatı nəzərə alsa da, apellyasiya məhkəməsi əməyin ödənilməsinə dair sübut kimi iddiaçının etirafını (iddianın həllinə təsirini) lazımi şəkildə qiymətləndirməmiş, həmin etirafdakı məlumat nəzərə alınmaqla işçinin aldığı vəsaitin həcmi üzrə müvafiq araşdırma aparmamışdır. Halbuki, bu xüsusat mübahisənin düzgün hüquqi həlli üçün mühüm əhəmiyyət kəsb edir.
28. Qeyd edilənlər apellyasiya məhkəməsi tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılması, sübutetmə yükünün düzgün müəyyənləşdirilməsi, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilməsinə dair prosessual hüquq normalarına əməl olunmadığına dəlalət edir.
29. Kollegiya, apellyasiya məhkəməsinin iddia müddətinə dair mövqeyi ilə də razılaşmamışdır. Belə ki, məhkəmə iddiaçının işdən azad olunmadığına görə iddia müddətinin keçmədiyini bildirmişdir.
30. Halbuki, iddia müddətinin əvvəli işçinin öz hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır və bu müddət bir ildir.
31. Hazırkı işdə iddiaçının istinad etdiyi hüquq pozuntusu bir neçə il ərzində aylıq əmək haqqının ödənilməməsi barədədir.
32. Qanunvericiliyə görə, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
33. Göründüyü kimi, qanunda əmək haqqının hər ay üzrə ödənilməsinə dair qayda, ay tamam olduqda əmək haqqı almayan işçinin həmin dövr üzrə almalı olduğu ödəncə münasibətdə hüququnun pozulduğunu bilməsinə dəlalət edir. Başqa sözlə, işçinin əmək haqqı tələbinə iddia müddəti vəsaitin ödənilmədiyi məlum olduğu vaxtdan hər ay üzrə ayrıca hesablanır.
34. Hazırkı işdə isə apellyasiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən bu qaydalara əməl olunmamış, iddia müddətinə dair maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
d) Apellyasiya şikayətinin dəlilləri
35. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayəti əvvəlki şikayətin dəlilləri ilə oxşar olaraq əsaslandırılmışdır ki, məhkəmə işin həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, istinad etdiyi maddi hüquq normasını düzgün təfsir etməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur. İddiaçının xx.xx.2018-ci il tarixdən 25 avqust 2021-ci il tarixinə kimi Cavabdeh MMC-də 40 nömrəli xətt marşrutunda sürücü vəzifəsində işləməyinə və vatmuz əmək haqqı aldığına dair qeyd əmək müqaviləsinin olmasına baxmayaraq Nərimanov rayon Məhkəməsində aparılan icraat zamanı vaxtamuz yazısı nəzərə alınmamış onu günəmuz işçi kimi qeyd etmişdir. e) Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
ə) Məhkəmə icraatı iştirakçılarının izahatları
36. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin və apellyasiya şkayətinin dəlillərinə istinad edərək, tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
37. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
38. Cavabdeh MMC məhkəməyə yazılı çıxışla müraciət edərək bildirmişdir ki, hazırki iş üzrə bundan əvvəl, yəni digər instansiya məhkəmələrində keçirilən iclaslarda çıxış etdikləri mövqedən bir daha çıxış edərək bildirlər ki, iddia tamamən əsassızdır. Belə ki, İddiaçı cavabdehə qarşı “əmək haqqı” tələbi ilə məhkəməyə müraciət etsə də, həm gördüyü iş qarşılığında günlük əmək haqqı aldığını etiraf etmiş, həm də qanunla məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Birinci instansiya məhkəməsi göstərilən hər iki halı nəzərə alaraq iddianı haqlı olaraq rədd etmişdir. Lakin qətnamədən verilmiş apellyasiya şikayəti əsasında keçirilmiş məhkəmə iclaslarında məhkəmə göstərdikləri xüsusatları nəzərə almamış, hətta İddiaçı işləmədiyi dövr üçün də "xxxx" MMCdən pul məbləği tutulması qənaətinə gələrək tamamən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Qətnamədən verdikləri kassasiya şikayətində göstərilən xüsusatları bir daha məhkəmə kollegiyasının nəzərinə çatdırılmış və AR Ali Məhkəməsinin Mülki Kolegiyasının 2(102)-2824/2022 saylı qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yenidən apellyasiya baxışna göndərilmişdir.Göstərilənlərə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
39. 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
40. 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir;
41. 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz;
42. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır;
43. 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir;
44. 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
45. 294-cü maddəsi 1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. 3. Əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər. 4. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. 5. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
46. 296-cı maddəsi 1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
47. 288-ci maddəsinə əsasən bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi;
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarı:
48. “Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
54. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
55. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
56. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
f) Apellyasiya baxışının hədləri
58. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
59. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
g) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
61. Kollegiya qeyd edir ki, iddiaçı MMC-də işləməyə başladığı vaxtdan, yəni xx.xx.2018-ci il tarixdən etibarən günəmuzdçu kimi fəaliyyət göstərmiş, gündəlik qazancının müəyyən faizi ona günlük əmək haqqı kimi ödənilmişdir. İddiaçının özünün də məhkəmə iclasında verdiyi izahatında gündəlik qazancın müəyyən hissəsinin dispeçerə verdiyini, qalan hissəsinin isə özünə qaldığını etiraf etmişdir. İddiaçının adına əmək haqqı kartı açılsada həmin karta mədaxil və məxaric olunmamışdır. Belə olan halda iddia əsassızdır və rədd edilməlidir.
62. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbi cavabdeh tərəfindən verilmiş iddia müddətinə dair ərizə tətbiq edilməklə də rədd edilməlidir. Belə ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən etibarən əmək haqqı aylıq deyil, gündəlik ödənilmişdir. Günəmuzd işlədiyi barədə məlumatlı olmuşdur. Lakin buna baxmayaraq məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etməklə Azərbaycan Respublikası Əmək Məcələsinin 296-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür.
63. Məhkəmə iddiaçının digər tələbləri - “işlə təmin olunmağı və birdəfəlik müavinatın” ödənilməsi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında hazırda əmək münasibətləri davam edir və iddiaçı işdən azad olunmamışdır.
64. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əmək haqqı, işlə təmin olunmagı və birdəfəlik müavinatın verilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür.
65. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(005)- 3137/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.