Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6174/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 462/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 3 saylı notariat konturuna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçı iddianın təmin tədbiri barədə ərizə vermiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(103)-3350/2020 saylı qərardadı ilə şikayətə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Sonradan İddiaçı şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadın ləğv edilməsini və iddianın təmini barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qərardaddan verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, mülki işin 172-ci vərəqəsində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(103)-3350/2020 saylı qərardadının surəti xx xxxx 2020-ci il tarixdə rəsmi qaydada İddiaçı verilmişdir. Lakin iddiaçının şikayəti və ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi xx xxxx 2020-ci il tarixdə birinci instansiya məhkəməyə daxil olmuşdur. Halbuki iddiaçının Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(103)-3350/2020 saylı qərardadının surətini aldıqdan sonra 10 günlük müddət “COVİD- 19” virusunun yayılmasının qarşısının alınması ilə əlaqədar ölkədə elan olunmuş xüsusi karantin rejimindən əvvəl, yəni xx xxxx 2020-ci il tarixdə artıq başa çatmışdır. Eyni zamanda sərtləşdirilmiş xüsusi karantin rejimi xx xxx 2020-ci il tarixdə yumşaldılsa da, iddiaçının yeni şikayəti 25 gün sonra verilmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış, həmçinin prosessual qaydalara da əməl etməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(103)-3350/2020 saylı qərardadı ilə qeyri-mümkün hesab edilməsinə baxmayaraq, iddiaçı tərəfindən birinci dəfə verilmiş şikayəti geri qaytarmamış, ikinci dəfə verilmiş şikayətə əlavə olunan prosessual müddətin bərpası barədə ərizəyə isə münasibət bildirməmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsində göstərilən 10 günlük müddətdə verilməmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinin tələblərinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İddiaçı şikayətinin Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsində göstərilən müddətdə verilmədiyini nəzərə alaraq və həmin Məcəllənin 363.1.3, 366.2-ci maddələrini rəhbər tutaraq kollegiya hesab edir ki, onun tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 363, 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-462/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçıtərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki işin materialları Bakı şəhəri NəsimiRayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2(103)-6174/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6174/2020
04.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver