Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6179/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli və xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinin ləğvi və miras payının müəyyən olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müddətin bərpa edilməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X11 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli və xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinin ləğvi və miras payının müəyyən olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-1043/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli və xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinin ləğvi və miras payının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)1043/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-1043/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən ərizə verilərək, qeyd olunan qətnamədən şikayət verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-1043/2024 nömrəli qərardadına əsasən, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli və xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinin ləğvi və miras payının müəyyən olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)1043/2024 nömrəli qətnaməsindən şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair İddiaçı ərizəsinin təmin edilməməsi, apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin İddiaçı geri qaytarılması qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, sözügedən məhkəmə qətnaməsi xx.xx.2024-cü il saat 15:04-də İddiaçı nümayəndələrinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetinə yerləşdirilməklə rəsmi şəkildə təqdim edilmişdir. Beləliklə, 1 aylıq müddət nəzərə alınmaqla apellyasiya şikayəti verilməsinin son günü xx.xx.2024-cü il tarix olmuşdur. Məhkəmə qərar qəbul edərkən nəzərə alır ki, iddiaçı, onun nümayəndəsi (oğlu) və vəkili mülki iş üzrə bütün məhkəmə iclaslarında şəxsən iştirak etmişdir. İddiaçı tərəfindən bir neçə dəfə sözügedən qətnamədən apellyasiya şikayəti verilmiş, digər prosessual hərəkətlər edilmiş, lakin, həmin prosessual fəaliyyət mülki prosessual qanunvericiliyin tələblərinə zidd şəkildə təşkil edildiyindən nəticə əldə edə bilməmişdir. Mülki iş bir neçə dəfə iddiaçının şikayəti əsasında apellyasiya instansiya məhkəməsinin icraatında olmuşdur. İddiaçı tərəf mülki iş üzrə vəkil ilə təmsil olunsa da, prosessual fəaliyyətini qanuna uyğun şəkildə təşkil edə bilməmişdir. İddiaçı tərəfə dəfələrlə məhkəmə aparatı əməkdaşları tərəfindən zəng edilərək prosessual nöqsanların aradan qaldırılması izah edilsə də, müsbət nəticə əldə edilməmişdir (əvvəlki qərardadlarda bu xüsusatlara geniş toxunulmuşdur). Ərizəçinin vəkili Vəkil məhkəmə iclasında iştirak edərkən bildirmişdir ki, məhkəmə tərəfindən əvvəllər apellyasiya şikayətləri geri qaytarılan zaman iddiaçıya forma elementlərinin konkret olaraq hansı hissələrdə pozulması göstərilməmişdir. Məhkəmə vəkilə izah edir ki, əvvəla həmin nöqsanlar qərardadda aydın şəkildə göstərilmiş, hətta apellyatora bir neçə dəfə zəng edilərək düzəldilməsi üçün izahlar verilmişdir. Bundan əlavə, mülki prosessual icraatda hakimin funksiyası vəkillik deyil, arbitr rolunu oynamaqdır. Tərəf isə mülki iş üzrə icraatda lap əvvəldən vəkillə (eyni vəkil) təmin edilmişdir, hətta vəkil (eyni vəkil) tərəfindən iddia ərizəsində cavabdehlərin düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə vəkilə izahlar verərək iddia tələbinin düzgün formada tərtib edilməsinı köməklik göstərmişdir. Belə ki, hazırki vəkil iddia ərizəsini məhkəmə təqdim edərkən müvafiq şəhadətnamə üzrə Cavabdeh2 ümumiyyətlə cavabdeh qismində qeyd etməmişdi. Tərəf məhkəmə prosesi, məhkəmə aktı barədə məlumatlandırıldıqdan dərhal sonra prosessual fəaliyyətə başlamalıdır. Prosessual fəaliyyət operativ qaydada, qanuna müvafiq şəkildə təşkil edilməlidir. Məhkəmə nəzərə alır ki, prosessual müddət bir neçə (3-5) gün deyil, daha uzun müddət, təxminən 3 ay ötürülmüşdür. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla, apellyasiya şikayətinin və buraxılmış prosessual müddətin bərpasına dair ərizə cavabdeh tərəfindən müddət buraxılmaqla bir neçə ay sonra verilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi müəyyənlik prinsipi, qanuna itaətin və hüquqi intizamın təmin olunması məqsədilə qanuni qüvvəyə minməsindən bir neçə ay sonra qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizənin təmin olunması qanuni və əsaslı hesab edilə bilməz. İddia tələbi üzrə cavabdehin hüquqi maraq və mənafelərini nəzərə almaq lazımdır. Nəzərə almaq lazımdır ki, qanunu (hüququ) bilməmək məsuliyyətdən azad etmir. Cavabdehin öz prosessual hüquqlarından istifadə etməməsi nəticəsində hazırki ərizə üzrə prosessual müddətin bərpa olunması hüquqi müəyyənlik prinsipinə zidd olmaqla mülki prosessual münasibətlərdə qeyri-müəyyənliyə, mülki hüquq münasibətlərinin subyektlərinin hüquqlarının və qanuni maraqlarının pozulmasına, hüquqdan sui-istifadəyə səbəb ola bilər. Müvafiq rəsmi sənədlərin təqdim edilməsinin məhkəmənin mülahizəsi ilə fərqli formada təfsir edilməsi yolverilməzdir. Qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1043/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X26 1960-cı ildə Bakı şəhərində anadan olmuş, ata, anası el adəti ilə toy edib evlənmiş, aralarında rəsmi nikah olmadığı üçün doğum haqqında qeyd kitabında atasının adı yazılmamışdır, soy adı anasının atası Əlimərdanov adı ilə verilmişdir. 2 yaşlı olanda atası Frans elektrik enerjisi gərqinliyi altında düşərək vəfat etmişdir, atası vəfat edəndən sonra anası başqa şəxslə əilə qurmuş, onu isə atasının anası X31 öz himayəsinə götürərık saxlamışdır. X8 1969-cu ildə X33 oqlu ilə rəsmi nikaha qaxil olaraq ailə qurmuş və onu özü ilə İbrahimin Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 20 nömrəli evinə qətirərək, ömrünün axrına qədər orada yaşamış və 1992-ci ildə vəfat etmişdir. Uşaq yaşlarından nənəsi Bilqeyesin himayəsində olmaqla evin yiyəsi İbrahim Cəfərovun razılığı ilə həmin evə qeydiyyata düşub ailə üzvü kimi yaşayır. Hərbi xidmətdə olduğu vaxt 1981-ci ildə İbrahim Cəfərov vəfat etmiş, əsgəri xidmətdən sonra 1983-cü ildən mübahisəli evdə yenidən pasport qeydiyyatına alınaraq orada nənəsi Bilqeyeslə yaşayır. Sonradan ailə qurmuş, arvadı Taranə və oğlu Fərhad 1988-ci ildən həmin evdə pasport qeydiyyatadır və həmin ünvanda yaşayırlar. Mübahisəli ev İbrahim Cəfərovun arvadı X3 adına olmuşdur. İbrahim Cəfərov oğlanları Teymur, Sabir və Əhməd tərəfindən müxtəlif adamlara satmışdır. Evin ilkin texniki sənədində olan hissəsi İbrahimin oğlanları müxtəlif adamlara satmışdır. Teymur öz payını Qurbanəliyə, Əhməd öz payını Tofiq Əskərova (sonradan Tofiq aldığı hissəni Bilala satmışdır). Sabir öz payını İsmayıl Abdullayevə satmışdır. Həmin vaxtdan onlar evdən cıxıblar ayrı yerlərdə özünə evlər alıblar. İbrahim Cəfərovun oğlanları öz paylarını satdığı ücün 1970-ci illərdə onun təkidi ilə satıqları evdən pasport qeydiyyatan cıxmışdırlar. Onun uşaqlarından hec kim həmin məmzildə qalmamışdır və indiyənə qədər yaşamırlar. O vaxtan evin 1/3 hissəsi Qurbanəli Babayevin, 2/3 hissəsində isə İsmail Abdullayev ailəsi ilə, Bilal Zeynalov ailəsilə və o, ailəsi ilə yaşayırlar. Evdə komunal xidmətləri və bütün komunikasiya görə xərcləri bu üc ailə tərəfindən ödənilir. Beləliklə, 45 ildən artıq müddətdə fasiləsiz yaşadıqları evdə 45 ildə onun uşaqları nə də Cavabdeh2 mübahisəli evdə yaşamırlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixlı qətnaməsi ilə iddiacı X15 cavabdeh Nümayəndə, X12, X13, X24, X9 və oğluna, X24, X9 və digərlərinə qarşı mübahisəli mənzilə istifadə faktının müəyyən edilməsi və mənzildən çıxarılma tələbinə dair onun mənzilə köcürülməsinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 may 2018-ci il tarixli qətnaməsi ilə iddiacı X15 apellyasiya şikayati təmin olunmamış və sonrada onun şikayati Ali Məhkəmənin qərarı ilə təmin olunmamışdır. Bundan sonra, Yasamal Rayon Məhkəməsinin qətmaməsi ilə atalığı müəyyən edilmiş və 20 fevral 2020-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şahadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında vətandaş X19 xx xxx 1960-ci il ildə vətandaş X7 X10 atası hesab edilmişdir. 11 iyun 2020ci il tarixli adın, ata adının və soy adının dəyişdirilməsi haqqında şəhadətnamə əsasında X22 xx xxx 1960-ci ildə doğulmuş soyadı Əlimərdanovdan Ələkpərova dəyişdirilmişdir. Seriya em 035467 mömrəli qediyat vəsiqəsindən görünür ki, mübahisəli ev X6 adına qediyyatdadır. 62 nömrəli 11 dekbr 1936-ci il tarixli şəhadətnamədən görunur ki, X15 atası X27 anası X4r. 14. 10. 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında 12 saylı notariat kontorunda verilmiş şəhadətnamədən görünür ki, xx.xx.1963-cü il tarixdə ölmüş X1 vərəsəsi X27 mübahisəli evin 2/3 pay almışdır. xx.xx.2023-cü il tarixli B83321 nömrəli cıxarışdan görünür ki, mübahisəli ev X15 mülkiyyətinə kecib. xx.xx.2023-cü il tarixlı 683321 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında 12 saylı notariat kontorunda verilmiş şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə olmüş X15 vərəsəsi qızı Cavabdeh2dır və mübahisəli evin tam hissəsində pay almışdır. xx.xx.2023-cü il tarixli 683321 nömrəli çıxarışdan görünür ki, mübahisəli ev Cavabdeh2 adına kecib. Bakı şəhəri 12 saylı notariat kontorunun xx.xx.2023-cü il tarixli 4547 nömrəli sənadə əsasən X5 Məşədi Səfi qızının vərəsəsi olduğunu müəyyən edir. X27 həmin evə 09.12. 2002-ci ildə qeydiyyata alınıb və həmin evdə yaşamayıb. Miras goyan X21 qizı xx.xx.1963-cü ildə ölmüşdür. Ölümündən sonra atası X28 mirası faktiki olaraq qəbul edib. 1969-cu ildə nənəsi Bilqeyiz Məmməd-səfi qızı Cəfərova ilə 11 avqust 1969-cu ildə rəsmi evləniblər. O, 1960-cı ildə anadan olmuş və 1969-cu ildən nənəsinin yanına həmin evə köcmüş və bu qünə qədər bu evdə qeydiyyatdadır və ailə üzvləri ilə yaşayır. Cəfərov İbrahim xx.xx.1981ci ildə vəfat edib və bundan sonra mübahisəli mirası evi faktiki olaraq qəbul etmişdir. Bilqeyiz Məmməd-səfi qızı Cəfərova 10 04.1992-ci ildə vəfat edib. Mübahisəli mirası evi faktiki olaraq o, X26 qəbul etmişdir. Faktiki olaraq X27 isə notariat kontoruna 2016-cı ildə müraciyyət edib buda qanunun tələbinə ziddir. Məhkəmənin qərarı əsasında o, miras əmlakə sahib ola bilərdi. Onu da qeyd edir ki, X27 2007-ci ildə notariat kontoruna ərzə ilə müraciyyət edərək öz payından imtina edib. 23 fevral 2024-cü il tarixdə Yasamal Rayon məhkəməsinə təqdim etdiyi iddia ərizəsinin həcminin artırılmasına dair ərizə və ona əlavə etdiyi sənədlərin surətlərindən iddia tələbinin hüquqi və faktiki əsasları məhkəməyə aydın şəkildə təqdim edilmişdir. Məhkəmə iclasılarında geniş şifahı izahatlarda verilmişdir. Beləki, əlavə edilmiş sənədlərin biri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddiacı X45 oqlunun cavabdeh X40 və qeyrilərinə mirasın qəbul edilməsi faktının, vərəsəliyin açılma yerinin, vərəsəliyin, mülkiyyət huquqların və payın müəyyən edilməsi, çıxarılma, köçürülmə və öz başına inşa edilmiş tikintilərin sökülməsi haqqında qarışıqlı iddia ərizəsinin ikinci vərəqdə göstərilib ki, miras qoyan X2 (1962-ci ildə vəfat etmişdir) vəfatından sonra aşağıda qeyd olunan birinci növbədə vərəsələri qalmışlar. Əri - X28- xx.xx.1981-ci ildə vəfat etmişdir. oğlu-X25- xx.xx.2004-cü ildə vəfat etmidir. varisi- X32. oğlu- X29. oğlu- X27. qızı- X16. qızı- X17. Həmin iddia ərizəsini iddiçılar X27, X32, X29, X16 öz imzaları ilə təstiq ediblər. Həmin ərizəyə notariat qaydasında təstiq olunmuş vərəsəliyə aid olunan butün sənədlərin surətlərini qoşma edərək məhkəməyə təqdim ediblər. Məhkəmə iclasında 15 mart 2024-cü il tarixdə məhkəməyə həmin sənədlərin surətlərini təqdim edərək vəsatət vermişdir ki, Yasamal Rayon Məhkəməsinin arxivində olan yuxarda qeyd olunan 2(004)- 41/08, 2(103)-3851/2013 nömrəli X15, X18 cavabdeh Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin Bakı Ərazi İdarəsinə qarşı işini tələb edib sənədlərə baxış kecirilsin. Vəsatəti təmin olundu iş tələb edildi. Qeyd etmək itəyirəm məhkəmə iclas protokolunda isə göstərilib ki, həmin səndləri və subutları təqdim edəcəkdir. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak rdən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarına əsasən müəyyən edilir ki, sözügedən məhkəmə qətnaməsi xx.xx.2024-cü il saat 15:04-də İddiaçı nümayəndələrinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetinə yerləşdirilməklə rəsmi şəkildə təqdim edilmişdir. Beləliklə, 1 aylıq müddət nəzərə alınmaqla apellyasiya şikayəti verilməsinin son günü xx.xx.2024-cü il tarix olmuşdur. Həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Bakı şəhərı Yasamal Rayon Məhkəməsinin 2(004)1043/2024 nömrəli 16 may 2024-ci il tarixli qərardadı ilə verilmış apellyasiya şikayəti qeri qaytarılmışdır. Lakin hakim Əlizadə Fariz mənzuniyətə qetdiyi ücün həmin şikayətə 2 iki ay kecdikdən sonra xx.xx.2024-ci il tarixdə baxılmışdır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-1043/2024 nömrəli qərardadına əsasən, şikayətin təmin edilməməsi, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli və xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinin ləğvi və miras payının müəyyən olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1043/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 1043/2024 saylı qərardadı ləğv edilməli, iddiaçının buraxılmış müddətin bərpasına dair ərizəsi təmin olunmalıdır. Belə ki, mülki işdən görünür ki, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-1043/2024 saylı qətnaməsindən ilk dəfə vaxtında apellyasiya şikayətini məhkəməyə təqdim etmiş, lakin apellyasiya şikayətinin formasına əməl edilmədiyi üçün apellyasiya şikayəti geri qaytarılmış, bundan sonra iddiaçı birinci instansiya məhkəməsinin qərardadlarında göstərilən müxtəlif nöqsanları aradan qaldırmağa çalışsa da, hüquqi savadı olmadığından buna nail olmamış, apellyasiya instansiyasında ona hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağladıqdan sonra qanunla müəyyən olunmuş formada tərtib olunan apellyasiya şikayətini birinci instansiya məhkəməsinə təqdim etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən ilk dəfə verilən apellyasiya şikayəti prosessual qanunvericiliklə nəzərdə tutulmuş müddətdə verilmiş, şikayət qaytarılması qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən forma və məzmuna uyğun olmaması səbəbi ilə olmuşdur. Bundan sonra yenidən verilmiş apellyasiya şikayətinin müddəti artıq iddiaçıdan asılı olmayan səbəblədrən keçmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət üzrlü səbəbdən buraxılmışdır və ona görə də həmin müddət bərpa edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.3, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı oğlunun şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-1043/2024 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-1043/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab olunaraq bərpa edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6179/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6179/2024
31.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver