Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6191/2025 22.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1na (Azərbycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı işi üzrə Açar sözlər: (“alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1 və Cavabdeh3 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1na qarşı (Azərbycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb etdiyi) “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzildən çıxarılma” tələbinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-29/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1na qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb etdiyi) alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzildən çıxarılma tələbi ilə (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə) məhkəməyə müraciət etməklə Cavabdeh2 Oqtay oğlu ilə Cavabdeh3 arasında ünvan 1ində 0,05 ha torpaq sahəsi üzərində yerləşən sahəsi 75,6 kv.m olan fərdi yaşayış evinə dair Bakı şəhər 9 saylı Notariat Ofisində rəsmiləşdirilmiş AN-1 №1153126 xx.xx.2025-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin evə dair sonuncunun adına verilmiş çıxarışın ləğvi, Cavabdeh3 ilə Cavabdeh4 arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhər 18 saylı Notariat Ofisində bağlanmış AN-1 № ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və Cavabdeh4 ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və 1000 manat ekspertiza xərcinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, pula ehtiyacı olduğu üçün borc pul axtarmış və tanışı Rəşad adlı şəxs ona bildirmişdir ki, onun tanıdığı Cavidin faizə borc pul verən dindar bir dostu vardır. O və Rəşad qərara almışlar ki, Cavidlə görüşüb həmin şəxsdən faizə pul alsınlar və bu məqsədlə də Cavid onları Cavabdeh2 Oqtay oğlu ilə tanış etmiş və o iddiaçıya bildirmişdir ki,onlara lazım olan 17500 manat pulu aylıq 15 faizlə verə bilər, lakin bunun üçün notariat qaydada ona əmlak girov qoymalıdılar ki, o da vermiş olduğu pula görə narahat olmasın. İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri, Ləcət kəndində 0,05 ha torpaq sahəsi üzərində yerləşən evini həmin vaxt 60000 manata satışa çıxarmışdır. Cavabdehə bildirmişdir ki, narahat olma, ona pul 1 aylığa lazımdır, bu 1 ay ərzində evinə alıcı tapıb satacaq və aldığı pulu aylıq 15 faizlə birlikdə ona verəcəkdir. Lakin cavabdeh bunu bildikdə ona demişdir ki, o bu şərtlə pulu verəcəkdir ki, notariat qaydada iddiaçı həmin evi notariusda girov qoyub, bunun üçün o iddiaçını və Rəşadı özünün tanıdığı Bakı şəhəri Nərimanov rayonunda yerləşən 9 saylı Notariat Ofisinə aparmış və orada notariusla danışdıqdan sonra onlara yaxınlaşaraq bildirmişdir ki, «notarius borc pul ilə bağlı sənədləri hazırlayır, bunun üçün o həmin sənədləri imzalamalıdır və evinin çıxarışını da notariusa verməlidir, pul qaytarılana qədər nə o, nə də iddiaçı bu evi sata bilməyəcəkdir. Evə alıcı tapanda həmin alıcını bu notariusa gətirib orada alıcı ilk növbədə ondan aldığı pulları ona ödədikdən sonra qalan pulu ona ödəyər, o da evi həmin şəxsin adına rəsmiləşdirəcəkdir». İddiaçı onun bu şərti ilə razılaşaraq notariat ofisində ona təqdim olunan sənədlərə imza atmış və notarius evinə dair çıxarışı ondan alaraq stolunun siyirməsinə qoymuş və bildirmişdir ki, «narahat olmasın, nə o Cavabdeh2 Oqtay oğlunun, nə də o iddiaçının razılığı olmadan bu evi sata bilməyəcəkdir, buna görə də etibarnamənin altına «bilməz» sözü yazılmışdır» demişdir. O, bundan sonra Cavabdeh2 Oqtay oğlundan 2 dəfəyə 17500 manat pulu almış və bu müddət ərzində evə alıcı axtarışı ilə məşğul olmuşdur. Nəhayət ki, o bu evə alıcı tapmış və ondan 1000 manat beh alaraq evi onun adına alğı-satqı etmək üçün Bakı şəhər 9 saylı Notariat Ofisinə gəlmiş və xx.xx.2023-cü ildə orada ona məlum olmuşdur ki, artıq bu ev onun adından çıxmışdır, cavabdehdən pulu aldıqdan sonra 2 gün ərzində o, evi başqa bir şəxsə satmış və onunla alğı-satqı müqaviləsi bağlanmışdır. Mənzil üzərində mülkiyyət hüquqları başqa bir şəxsin adına keçmişdir. Notariat ofisində notariusa evinə dair sənədin onda olduğunu və bu müqaviləni nə üçün bağladığını soruşduqda o onun etibarnamə əsasında 1 ay müddətinə cavabdehə bu səlahiyyəti verdiyini bildirmişdir. O, Cavabdeh2 Oqtay oğlu tərəfindən aldıdıldığı və ona borc olaraq verdiyi 17500 manat müqabilində 60000 manat dəyərində olan evini sataraq ona qarşı dələduzluq etdiyini başa düşüb onun barəsində AR DİN-nin 102 xidmətinə şikayət etmiş və özü ilə əlaqə saxlamış, evini tələb etmiş, lakin bu dəfə onun iddiaçıya sözü bu oldu ki, «əgər ona 45000 manat verərsə, o bu evi qaytara bilər». Bu şəxslə borc danışığının olması və onun iddiaçıya 1 aylıq borc kimi 17500 manat məbləğində borc pul verməsi ilə bağlı danışıqları kamera ilə qeydə alınmışdır. Bundan başqa iddiaçının bu şəxsdən borc pul aldığını təsdiqləyən şahidləri və telefon, votsap danışıqları da mövcuddur. Evini satmaq üçün cavabdeh Bakı şəhər 9 saylı Notariat Ofisinin rəhbəri ilə əlbir olaraq onun barəsində sistem çıxarışları (nikahının pozulması barədə arayış, qeydiyyat yeri üzrə arayışı) əldə etmiş,evin yerləşdiyi ərazinin bələdiyyəsindən arayış almışdır. Hətta xx.xx.2023-cü il tarixdə həmin evin çıxarışını əldə etdikdən sonra dərhal həmin evi satmaq üçün yenidən həmin bələdiyyədən arayış almaq üçün müraciəət etdiyi də iddiaçıya məlum olmuşdur. Cavabdeh2 Oqtay oğlu xx.xx.2023-cü ildə özünün «əqidə» dostu olan Cavabdeh3 adlı şəxslə həmin notariat ofisində alğı-satqı müqaviləsi bağlamaqla iddiaçının evini öz aralarında 15000 manat dəyərində qiymətləndirmişlər. Həmin alğı-satqı müqaviləsi etibarsız hesab olunmalı və Cavabdeh3 adına AR DƏDRX 5 saylv Xaçmaz ərazi İdarəsi tərəfindən verilmiş çıxarış ləğv olunmalıdır.
2. Cavabdeh3 iddia tələbinə etiraz ünvanlayaraq iddiaçı-İddiaçı iddia tələblərinin əsassız və qanunsuz olduğundan təmin edilməməsini xahiş etmişdir. Cavabdeh3 nümayəndəsi Vəkil2 iddia tələbinə etirazını aşağıda qeyd edilən hallarla əsaslandırmışdır: 1. iddiaçı hazırki iddiadan əvvəl aidiyyatı üzrə hüquq mühafizə orqanlarına şikayətlər etməklə həm də guya ona qarşı qanunsuzluqlar, xüsusən də əmlakının talanmasını bildirmiş, lakin əməldə cinayət tərkibi olmadığı üçün "cinayət işinin rədd edilməsi barədə" qərar qəbul edilmişdir. Yəni şikayətdə göstərilən halların heç biri öz təsdiqini tapmamışdır. 2. müqavilə üzrə tərəflər əmlakın qiymətini razılaşdırmış və bununla bağlı notarial qaydada müqavilə imzalamışlar. İqtisadi baxımından əmlakın qiymətinin hansı məbləğdə olmasından asılı olmayaraq tərəflər müqavilənin ilkin şərtlərindən olan onun qiymətini razılaşdırmışdırlar. 3. Cavabdeh4 vicdanlı əldən edən olmaqla hazırki mübahisəyə aidiyyəti yoxdur. 4. Həmçinin nəzərə alınmalıdır ki, xx.xx.2023-cü ildən (mülki işin məhkəmənin icraatına qəbul edilməsi tarixindən) bu vaxta kimi icraatın zəruri dayandırılması və təzələnməsi də nəzərə alınmaqla istənilən prosessual müddətlər ötürülmüşdür. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - xx.xx.2023-cü il tarixli, AR-İİ № 917017 saylı etibarnaməyə əsasən İddiaçı Cavabdeh2 Oqtay oğluna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Ərazi İdarəsi tərəfindən xx.xx.2022ci ildə verilmiş çıxarışa əsasən Xaçmaz rayonu, Ləcət kəndi ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 75.6 kv.m olan fərdi yaşayış evinə dair bütün dövlət orqanlarda, o cümlədən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin istənilən idarələrində, MKİS-də, Notariat İdarələrində, Banklarda, İcra Hakimiyyətində və daşınmaz əmlakın dövlət qeydiyyatını aparan digər İcra Hakimiyyəti orqanlarında onu təmsil etməyi, forma 1, forma 2 və s. arayışları almaqla sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqavilələri imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı Rafiq qızının adına qeydiyyata alınmışdır; - Cavabdeh3 tərəfindən Bakı Şəhəri 9 Saylı Notariat Ofisində verilmiş, xx.xx.2023-cü il tarixli, 8İ-5323 saylı notarial ərizəyə əsasən xx.xx.2023-ci il tarixdə, 4Ə-625 reyestr nömrəli alğısatqı müqaviləsi onun adına rəsmiləşdirilmişdir və həmin mənzilə elektron çıxarışın və texniki pasportun 15 gün müddətinə alınması üçün DƏDRX-nin müvafiq ərazı idarəsina elektron formada ötürülməsini xahiş etmişdir; - xx.xx.2023-cü il tarixdə İddiaçı Rafiq qızı tərəfindən Bakı Şəhəri 9 Saylı Notariat Ofisində verilmiş ərizəyə əsasən İddiaçı məxsus olan ünvan 2ünvanında yerləşən fərdi yaşayış evinin (1/1 hissə,0.05 ha) ünvan 4nda yerləşən fərdi yaşayış evinin (1/1 hissə,75.6 kv/m), ünvan 3nvanında yerləşən torpaq sahəsinin (1/1 hissə,0.05 ha) ünvan 4nda yerləşən torpaq sahəsinin (1/1 hisse,75.6 kv/m) 15000 manat 00 qəpik (on beş min manat sıfır qəpik) qiymətə satılması barədə İddiaçı Rafiq qızı ilə Cavabdeh3 razılığa gəlmişlər; - Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsini "Alıcı" öz üzərinə götürmüşdür; - xx.xx.2023-cü il tarixli, AN-İ №1153126 saylı "Daşınmaz Əmlakın Alq-Satqı Müqaviləsi”nə əsasən İddiaçı Xaçmaz rayonu, Ləcət kəndi ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh3 satmışdır; - "Muğanbank” Açıq Səhmdar Cəmiyyətinin 6 saylı Şöbəsinin xx.xx.2023-cü il tarixli, X-2253 saylı məktubuna əsasən İddiaçı məxsus olan ünvan 4nda yerləşən fərdi yaşayış evinin (1/1 hissə,0.05 ha) ünvan 4nda yerləşən fərdi yaşayış evinin (1/1 hissə,75.6 kv/m), ünvan 3nvanında yerləşən torpaq sahəsinin (1/1 hissə,0.05 ha) ünvan 4nda yerləşən torpaq sahəsinin (1/1 hisse,75.6 kv/m) 15000 manat 00 qəpik (on beş min manat sıfır qəpik) qiymətə satılması barədə razılığa gəlmişlər. Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsini "Alıcı" öz üzərinə götürür. "Alıcı" bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabınıza qəbul olunmasını xahiş etmişdir. "Satıcı" həmin məbləğin müvafiq müqavilə tərəfinizdən təsdiq edildikdən sonra Sizin depozit hesabınız vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin mənə izah olunmasını xahiş etmişdir; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz ənlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışa əsasən ünvan 6i ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh3 adına qeydiyyata alınmışdır; - xx.xx.2023-cü il tarixli, AN-İ №1124902 saylı "Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsi”nə əsasən Cavabdeh3 Xaçmaz rayonu, Ləcət kəndi ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh4 satmışdır; - Xaçmaz Rayon Polis X8 Bölməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilmişdir; - "Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş hesabata əsasən Xaçmaz rayonu, Ləcət kəndi ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evinin 24 iyul 2023-cü il tarixinə bazar dəyəri 55,900 manat təşkil edir; - Xaçmaz Rayon İcra Hakimiyyətinin Başçısının Ləcət kənd İƏD üzrə arayışa əsasən Xaçmaz rayonu, Ləcət kəndində Cavabdeh3 məxsus 1 mərtəbəli 4 otaqdan ibarət yaşayış evi vardır və fərdi yaşayış evində heç kəs qeydiyyatda yoxdur; - Xaçmaz Rayon Prokurorunun xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv olunmuşdur; - X5 Mərkəzi tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən Xaçmaz rayonu, Ləcət kəndində 0.005 ha torpaq sahəsinin və onun üzərində inşa edilmiş 1 mərtəbəli, 2otaqlı 75.60 kv.m sahədən ibarət fərdi yaşayış evinin qiymətləndirmə tarixinə bazar dəyəri 31.090 AZN təşkil etməsi müəyyən edilmişdir; - "Expressbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2023- cü il tarixli, №200/200/0922/2023 saylı arayışa əsasən Hacıyeva X2 Sumqayıt filialına ev Təminatlı nağd istehlak krediti üçün may ayında müraciət etmişdir, lakin qaydalara uyğun olaraq rəsmi iş yeri olmadığı üçün şifahi şəkildə imtina edilmişdir; - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ekspert rəyinə əsasən Xaçmaz rayonu, Ləcət kəndində 0.05 ha torpaq sahəsi üzərində yerləşən 75.60 kv.m olan fərdi yaşayış evinin bazar dəyəri 37100 (otuz yeddi min yüz) manat, likvid dəyəri 33400 (otuz üç min dörd yüz) manat təşkil edir. ünvan 1ində 0.05 ha torpaq sahəsi üzərində yerləşən 75.60 kv.m olan fərdi yaşayış evinin həyətində əkilmiş fındıq ağaclarının (faktiki 32 ağac) illik ortalama məhsul dəyəri və ağaclara baxım xərcləri çıxıldıqdan sonra mövcud olan illik xalis gəlir məbləği 830,00 manat təşkil edir. ünvan 1ində 0.05 ha torpaq sahəsi üzərində yerləşən 75.60 kv.m olan fərdi yaşayış evində olan əşyaların bazar dəyəri 4 310,00 manat təşkil edir. ünvan 1ində 0.05 ha torpaq sahəsi üzərində yerləşən 75.60 kv.m olan fərdi yaşayış evinin bazar (likvid) qiyməti yerləşdiyi torpaq sahəsi, qiymətləndirilən əşyalar və əkilmiş ağaclarla birlikdə bazar dəyəri 37 100,00 + 830,00 +4 310,00 = 42 240,00 manat təşkil edir; xx.xx.2025-ci il tarixli, № 317310 saylı kassa mədaxil orderinin qəbzinə əsasən İddiaçı Rafiq qızı qiymətləndirmə xidməti üzrə 1000 manat ödəniş etmişdir.
4. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-29/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 60; Mülki Məcəlləsinin 6.1, 6.2, 14.2, 139.1, 139.3, 140, 152.1, 228.1, 228.2, 228.5, 324.1, 324.2, 331.1, 337.1, 337.5, 339.2, 339.3, 340.1, 340.2, 354.2, 359.1, 362.1, 362.2, 390.1, 366.2, 399.1, 404.1, 404.2, 430.1; Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 78.1, 88, 89.1, 89.3, 107, 119.1, 217.1, 217.2, 217.3, 217.4, 217.5, 218.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarına; Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 7 mart 2016-cı il Qərarına; 09.12.19 B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 9 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına; Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarına; T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1 dekabr 2020-ci il Qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il Qərarına; “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarına istinadən qeyd edilmişdir ki, iddiaçının tələbi Cavabdeh2 Oqtay oğlu ilə Cavabdeh3 arasında ünvan 1ində 0,05 ha torpaq sahəsi üzərində yerləşən sahəsi 75,6 kv.m olan fərdi yaşayış evinə dair Bakı şəhər 9 saylı Notariat Ofisində rəsmiləşdirilmiş AN-1 №1153126 xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin evə dair sonuncunun adına verilmiş çıxarışın ləğvi, Cavabdeh3 ilə Cavabdeh4 arasında xx.xx.2023cü il tarixdə Bakı şəhər 18 saylı Notariat Ofisində bağlanmış AN-1 № ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və Cavabdeh4 ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması ilə bağlıdır. Göründüyü kimi iddia tələbi bir-biri ilə əlaqəli əsas və törəmə tələblərdən ibarətdir. Əsas tələbin təmin və ya rədd edilməsi digər tələblərin də hüquqi həllini müəyyənləşdirir. İddiaçının əsas tələbi Cavabdeh2 Oqtay oğlu ilə Cavabdeh3 arasında ünvan 1ində 0,05 ha torpaq sahəsi üzərində yerləşən sahəsi 75,6 kv.m olan fərdi yaşayış evinə dair Bakı şəhər 9 saylı Notariat Ofisində rəsmiləşdirilmiş AN-1 №1153126 xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab olunmasıdır. Göründüyü kimi iddia tələbi mülkiyyət hüququnun keçməsi ilə bağlı müqavilənin etibarsızlığı ilə bağlıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; 3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. Məhkəmə qeyd edir ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqazidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Göründüyü kimi məhkəmə araşdırması zamanı iddiaçının cavabdehlər tərəfindən aldadılması halı öz əksini tapmamışdır. İddiaçı bunun əksini, yəni qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış edərək aldadıldığına istinad etmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhər Xətai rayon məhkəməsinin 2(011)- 29/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsini ləğv etməklə onun Cavabdeh2 Oqtay oğlu ilə Cavabdeh3 arasında ünvan 1ində 0,05 ha torpaq sahəsi üzərində yerləşən sahəsi 75,6 kv.m. olaı fərdi yaşayış evinə dair Bakı şəhər 9 saylı Notariat Ofisində rəsmiləşdirilmiş AN-1 №1153126 xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin evə dair sonuncunun adına verilmiş çıxarışın ləğvi, Cavabdeh3 ilə Cavabdeh4 arasında xx.xx.2023-cü il tarixdə Bak şəhər 18 saylı Notariat Ofisində bağlanmış AN-1 № ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və Cavabdeh4 ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması, tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və 1000 manat ekspertiza xərcinin cavabdehlərdən onun xeyrinə tutulması barədə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini və cavabdehlərin və Elnur Tahirov adlı şəxsin əməllərində etibardan sui-istifadə və əmlakın qanunsuz mənimsənilməsi ilə bağlı cinayət tərkibinin olmasını nəzərə alaraq həmin şəxslər barəsində xüsusi Qərardad qəbul etməklə istintaqa nəzarəti həyata keçirən Prokurorluğa göndərilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəlləsinin 152, 337, 339, 340; Mülki Prosessual Məcəlləsinin 9, 14, 76, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddia tələbini onunla əsaslandırmışdır ki, ona təcili borc pul lazım olmuş və bu məqsədlə həyat yoldaşı Rəşadın tanışı Cavid adlı şəxsin vasitəçiliyi ilə Cavabdeh2 Oqtay oğlu ilə tanış olmuş və cavabdeh bildirmişdir ki, lazım olan pulu aylıq 15 faizlə verə bilər, lakin bunun üçün notariat qaydada ona əmlak girov qoymalıdır ki,o da vermiş olduğu pula görə narahat olmasın. O, mülkiyyətində olan Xaçmaz şəhəri, Ləcət kəndində 0,05 ha torpaq sahəsi üzərində yerləşən evini borc pul müqabilində girov qoymaq məcburiyyətində qaldı və həmin girov müqabilində cavabdeh ona 20000 manat verməli olduğu halda əvvəlcə 13000 manat və bir neçə gün sonra isə 4500 manat olmaqla, cəmi 17500 manat 1 aylıq qaytarmaq şərti ilə borc pul verdi və ondan «başqa şəxsə verə bilməz» hüququ ilə 1 aylıq etibarnamə aldı. Bu pulu qaytarmaq üçün evi normal bazar qiymətinə sataraq onun pulunu qaytarmalı idi və üstündə də razılaşmaya əsasən 5000 manat faiz verməli idi. Cavabdeh onun xəbəri olmadan 2-3 ərzində bu evi öz əqidə dostu olan digər Cavabdeh3 adına alğı-satqı müqaviləsi əsasında rəsmiləşdirmiş, lakin evin açarları onda olduğu üçün o, bir neçə dəfə bu evə təklif etdiyi 50-60 min manat civarında alıcılar aparmaqla evi onlara göstərirdi. Hətta Cavabdeh2 Oştay oğlunun evi satdığı və sonuncu alğı-satqı müqaviləsi bağladığı hazırki iddia tələbi üzrə Cavabdeh4 da cavabdeh tərəfindən gəlib bu evə onun iştirakı ilə baxmış və evin tərəfindən təklif olunan dəyərindən-boş vəziyyətdə 40-45 min manata satıldığından məlumatlı olmuş, lakin evin baha satıldığını və bəyənmədiyini bildirməklə almamışdır. Cavabdeh4, yəni bu evin 2-ci formal alıcısı polisə verdiyi izahatında bu evin sahibi kimi onu tanıdığını və onunla evin qiymətində razılaşmayaraq getdiyini göstərmiş, lakin buna baxmayaraq o cavabdehlərlə formal alğı-satqı müqaviləsi bağlamaqla onların vasitəsi ilə evin qapısını kəsməklə onun mülkiyyətində olmuş mənzilə daxil olaraq əmlaklarını mənimsəmiş və ələ keçirmişlər, bu əməllərinin gizlin qalması üçün evinin hər bir otağına və giriş-çıxış qapısına quraşdırılan kameraları söndürmüş və gizlətmişlər. Cavabdeh2 oğlu etibarnaməni əldə etdikdən 2 gün sonra mənzili onları tanış edən və bu söhbətlərdə birbaşa iştirak edən Elnur Tahirov adlı şəxsin bacısı oğlu Fuadın adına alğı-satqı müqaviləsi bağlamış və məhkəmədə Cavabdeh3 verdiyi izahatından da göründüyü kimi o alğı-satqı müqaviləsi bağlanan vaxta kimi həmin ünvanda olmamış, evi görməmiş və görmədən bu müqaviləni bağlamışdır. Əvvəlki məhkəmə proseslərində Cavabdeh3 ziddiyyətli ifadələr vermiş, açıq aşkar da görünürdü ki, bu şəxsin bu evdən ümumiyyətlə məlumatı yoxdur, məhkəmədə onun verdiyi ifadəsi ilə təsdiq olundu ki, evin onun əlindən 17500 manat müqabilində borc pul əvəzi olaraq ələ keçirmək və nəticədə həmin pulun 3 qatı məbləğində gəlir əldə etmək bu dəstə üzvlərinin əvvəldən planı olmuşdur. Məhz buna görə də Cavabdeh3 guya aldığı evin harada olduğunu və bu evin hansı qiymətə satıldığını da bilmirdi, hətta evi aldığı notariat ofisində eyni gündə evi ona satan cavabdeh X3 adına bu evlə bağlı bütün hüquqlara dair baş etibarnamə də vermişdir. Bu hal da həmin müqavilənin formal olaraq bağlanmasına bir sübut olmuşdur. Bundan başqa, məhkəməyə təqdim olunmuş Cavabdeh2 oğlunun onunla və digər şəxslərlə olan danışıqlarını əks etdirən səs yazılarından da göründüyü kimi Cavabdeh2 oğlu öz sözləri ilə təsdiqləmişdir ki, «o bu evi Fuadın adına keçirmiş və bunu etməyə səbəb o idi ki, birdən o, etibarnaməni ləğv etdirər və onun verdiyi pulu qaytarmaz», yəni bu alğı-satqı müqaviləsi əslində formal görünüş üçün bağlandığını cavabdeh F.M.Oqtay oğlu da etiraf etmişdir. Hətta, həmin səs yazısında cavabdeh F.M.Oqtay oğlu bildirir ki, «Fuad kimdir ki, nə olsun ki, ev onun adınadır, qərarı verən mənəm və qərarı da mən verirəm». Məhz bunun sübutu olaraq o, Fuadın adından bu evlə bağlı götürdüyü etibarnamə əsasında bir ayın içində 2-ci dəfə, pulun qaytarılması üçün qoyulmuş müddətin tamamına bir neçə gün qalmış mənzili digər Cavabdeh4 adına rəsmiləşdirmişdir. Qeyd olunan evi o, heç kimə təhvil verməmiş və açarlar da onda olmuşdur, bu evin açarlarının onda olmasını, ona məxsusluğunu və mənzili 60 min manata bazara çıxardığını və sonu 45 min manata satdığını Cavabdeh4 da bilirdi və o, Xaçmaz rayon Polis İdarəsində verdiyi izahatında da bu xüsusatları təsdiq etmişdir. Lakin o evi öz adına alğı-satqı müqaviləsi bağladıqdan sonra evin çöl giriş-çıxış qapısı «laqonda» ilə kəsilmiş və bu şəxslər həmin evə daxil olmuş və evdə olan kameraları söndürmüşlər ki, bu cinayətləri üzə çıxmasın. O, evinin kənar şəxslər tərəfindən yarılması barədə qonşulardan məlumat əldə edən kimi həmin ünvana getmiş və polisə şikayət etmiş, lakin hadisə yerinə gələn polis evin həyətinə tökülmüş əmlaklarına və «laqonda» ilə kəsilmiş qapıya, evinin hər bir otağına quraşdırılmış kamera görüntülərinə göz yumaraq bu şəxslər barəsində tədbir görməmiş və bildirmişdir ki, qarşı tərəfin əlində alğı-satqı müqaviləsi olduğu üçün heç nə edə bilməzlər, yalnız məhkəmə qaydasında həmin müqavilələr ləğv olunduqdan sonra bu şəxslər barəsində tədbir görülə bilər. Dəfələrlə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Xaçmaz rayon Polis İdarəsi və Bakı şəhər Nərimanov rayon Polis İdarəsi tərəfindən qərarlar qəbul edilmiş, həmin qərarlar Prokurorluq və məhkəmələr tərəfindən ləğv olunaraq yenidən araşdırmaya qaytarılmış və hər dəfə də bildirilmişdir ki, «iş mülki qaydada Bakı şəhər Xətai rayon məhkəməsində baxılır, yalnız məhkəmə həmin əqdlərə qiymət verməklə bu işdə günahkar olan şəxslərlə bağlı Xüsusi qərardad qəbul edə bilər». Buna görə də o, 2023-2025-ci illər ərzində bu mülki işin araşdırılmasını gözləmiş və qeyd olunan evin alğı-satqı müqavilələrində 15000 manat göstərilməsinin formal olması və əslində bu mənzilin dəyərinin 2-3 dəfə baha olması həm o, həm cavabdeh, həm də məhkəmə tərəfindən təyin edilmiş ekspertlərin verdiyi rəylərlə təsdiq olunsa da, məhkəmə formal olaraq bağlanan həmin əqdləri qanuni hesab etmişdir. Bundan başqa işin halları təsdiq olunmuşdur ki, ona məxsus bütün əmlakları mübahisəli mənzildədir və həmin mənzili o, cavabdehlərə təhvil verməmiş və evin açarı onda olmuşdur. Sonuncu alıcı olan Cavabdeh4 bu evin sahibi kimi onu tanımış və mənzilin dəyərini onunla danışmış, həmin vaxt o, mənzilin dəyərini ona bildirmiş, lakin cavabdeh evin dəyərinin baha olmasım bildirməklə evi almamışdır. Yəni Cavabdeh4 bu evin ona məxsus olduğunu bilmiş və onun evi hansı qiymətə satmağı barədə tam məlumatlı olmuş, polis araşdırması zamanı evdə olan əmlakların da ona məxsus olduğunu etiraf etmişdir. Hətta məhkəməyə təqdim olunan bir diskdəki görüntülərdən də aydın olur ki, Cavabdeh4 həmin ünvana gələrkən ona məxsus əmlakların bir qismini evin həyətinə tökmüş və aparmağını təkid etmişdir. Məhkəməyə təqdim olunmuş sübutlarla, cavabdehlərdən məhkəməyə gələn yeganə Cavabdeh3 verdiyi izahatla, ekspert rəyləri ilə bir daha təsdiq olunur ki, cavabdehlər əvvəldən planlaşdırılmış qrup şəklində hərəkət etməklə məqsədləri bu evi ona borc kimi vermiş olduqları 17500 manat müqabilində ələ keçirmək olmuşdur. Bu niyyətlə 2 dəfə alğı-satqı müqaviləsi bağlamış, evi adından çıxarmış və artıq 3-cü ildir ki, evindən və həmin evdə olan əmlaklarından məhrumdur, işdə olan fotolarla da təsdiq edilir ki, həmin evin bütün otaqlarında ona məxsus olan əşyalar vardır, cavabdehlər bu 2 ildə evi dağıdaraq bərbad hala salmışlar ki, ekspertiza tərəfindən evə aşağı qiymət qoyulsun və bu səbəbdən də həmin evə 38000 manat qiymət qoyulmuşdur. Bu halların məhkəmə araşdırması zamanı sübut edilməsinə baxmayaraq məhkəmə əsaslı iddianı təmin etməmişdir. Konkret halda onun etibarnaməni 1 aylıq müddətə «bilməz» səlahiyyəti ilə verməyi, həmin evə dair etibarnamə verdikdən sonra cavabdeh F.M.Oqtay oğlunun evi ondan təhvil almaması, əmlaklarının hamısının həmin evdə qalması, ev zəbt edilməmişdən qabaq çəkilən fotolarda olan əmlaklarla sonuncu ekspert tərəfindən evdə olan və qiymətləndirilən əmlaklarla eynilik təşkil etmələri, sonuncu alıcı Cavabdeh4 evə baxarkən evin qapısının onun tərəfindən açılması, evin dəyərini ondan soruşması, lakin dəyərindən 3 dəfə aşağı qiymətə cavabdeh F.M.Oqtay oğlundan bu evi 15000 manata alması, evi formal olaraq adına rəsmiləşdirmiş Cavabdeh3 məhkəmədə verdiyi izahatı(lakin həmin izahatları qətnaməyə daxil edilməmiş, ümumiyyətlə onun məhkəmədə iştirakı barədə qətnamədə yazılmamışdır) cavabdeh F.M.Oqtay oğlunun onun və bir neçə şəxsin yanında ona məxsus evi formal olaraq Cavabdeh3 adına keçirməsi, bunu onun etibarnaməni ləğv etdirməyi, borc aldığı pulu qaytarmamağı təhlükəsi qarşısında özünü sığortalamaq məqsədi ilə etməsinə dair danışıqları, evin real dəyərinin alğı-satqı müqaviləsində dəfələrlə az göstərilməsi, evi təhvil vermədiyi halda qapısının laqonda ilə kəsilərək bütün əmlaklarımın ələ keçirmələri, adı bir neçə qanunsuz əməliyyatlarda çəkilən Bakı şəhər 9 saylı notariat kontorunun rəhbərinin bu şəxslərin qanunsuz əməllərinə şərait yaratması və bu işlərin də məhz onların təklifi əsasında bu ofisdə aparılması, bu şəxslərdən faizə pul götürənə qədər Ekspresbanka evi yüklü etməklə təcili pul götürməyi ilə bağlı müraciət etməyi, lakin iş yerinin olmaması səbəbindən ona pulun verilməməsi barədə bankın məhkəməyə ünvanladığı məktubu, məhkəməyə təqdim olunan səs, disk yazıları və videogörüntülər, votsap yazışmaları tam əsaslarla təsdiq edir ki, bu müqavilələrin heç biri onun iradə ifadəsini əks etdirməmiş, məqsədi borc pul almaq, 1 ay müddətində borcu qaytarmaq olmuş, əvəzində isə 60 minlik əmlakından məhrum olmuşdur. Hətta bu şəxslər onun bu qanunsuz əqdlərdən xəbər tutmağından sonra bir daha bu evi satmaq istəmiş, Müvəqqəti təminat tədbiri barədə qərardad qəbul edildiyi üçün bunu edə bilməmiş və həmin qərardaddan apelyasiya və Ali məhkəməyə də şikayət etmişlər. Qəbul edilmiş qətnamə konstitusion mülkiyyət hüquqlarının kobud surətdə pozulmasına və əmlakından məhrum olmağı ilə nəticələnən bir qrup şəxsin qanunsuz əməllərinə haqq qazandırılmasına xidmət etmişdir. Hazırki qətnamə mülkiyyət hüquqlarına təminat verməmiş və nəticədə o, daşınmaz və daşınar əmlaklarından qanunsuz olaraq məhrum olmuşdur. Məhkəmə evin və evdə olan əmlakların qiymətləndirilməsi ilə bağlı məhkəmə prosesinin davam etdiyi 3 ilə yaxın bir müddətdə dəfələrlə ekspertiza təyin etmiş və sonda tərəfindən 1000 manat ödənilməklə verilmiş ekspertiza rəyini iddia tələbi üzrə əhəmiyyət kəsb etməyən bir rəy kimi qiymətləndirməklə iddianı rədd etmişdir. Əgər bu rəyin heç bir əhəmiyyəti yox idisə, onda mülki iddia üzrə işin 3 il davam etməsinə nə zərurət var idi? Həmin rəylə də evinin alğı-satqı qiymətinin müqavilədə dəyərindən dəfələrlə az məbləğdə qeyd olunduğu sübuta yetmiş, lakin məhkəmə yenə də həmin qanunsuz «əqdləri» qanuni əqd kimi qiymətləndirmiş, bu müqaviləni bağlayan şəxsləri ifşa edən bütün sübutları görməzdən gələrək hətta təqdim etdiyi disklərdə olan sübutları belə məhkəmədə təhqiq etməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2023- cü il tarixli, №200/200/0922/2023 saylı arayışdan da aydın olur ki, o, Expressbank Sumqayıt filialına ev Təminatlı nağd istehlak krediti üçün 2023-cü ilin may ayında müraciət etmiş, lakin qaydalara uyğun olaraq rəsmi iş yeri olmadığı üçün şifahi şəkildə imtina edilmişdir. Yəni ona həmin vaxt borc pul lazım olmuş, lakin bank tərəfindən pul verilmədiyi üçün o, borc pul cavabdehlərlə tanış olaraq onlardan borc pul almış, yəni evini satmaq fikri olmamış, yalnız alacağı borcu qaytara bilməyəcəyi təqdirdə evi satmağı planlaşdırmışdır. Lakin məhkəmə sorğu əsasında bankdan aldığı bu sənədə ümumiyyətlə qiymət verməmişdir. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, «prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz - özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəməyə onun tərəfdən evin görüntülərini, cavabdehlərlə aparılan danışıqları, onların etiraflarını və ona verilən pul məbləğini əks etdirən video görüntülər, səs yazıları və disk təqdim olunmuş, həmin görüntülərdən də aydın olur ki, evin alğı-satqısı barədə ümumiyyətlə danışılmamış və cavabdeh F.M.Oqtay oğlu bu evi ondan almamış, evi ona satmamış, etibarnaməni borc verdiyi pula görə ondan almaqla və formal müqavilə bağlamaqla, hər iki halda mülkiyyətçilərin etibarnamə üzrə nümayəndəsi kimi çıxış etməklə əsas məqsədi bu evi onun adından çıxarmaq, özgəninkiləşdirmək, sonra da onu 3 dəfə baha qiymətə satmaqla gəlir götürmək olmuşdur. Çünki o, evini ondan tələb etdikdə o və əqidə dostu olan və onları bu şəxslə tanış edən, həm də bu evin birinci alıcısı Cavabdeh3 dayısı Eynur Tahirov 50 min manat pul verdiyi halda evini qaytaracağını bildirmişlər. Lakin məhkəmə nəinki qətnamədə həmin sübutlara toxunmuş, ümumiyyətlə həmin sübutları tədqiq etməmiş, məhkəməyə təqdim etdiyim disk yazılarına, votsap yazışmalarına qətnamədə qiymət verməmiş, bu sübutların üstündən yan keçmişdir. Məhkəmə prosesində Cavabdeh3 iştirak etməklə ziddiyyətli ifadə vermiş, onun ifadəsi ilə bu alğı-satqı müqaviləsinin formal və görünüş üçün bağlanıldığı tam sübuta yetsə də, məhkəmə qətnamədə onun məhkəmə prosesində verdiyi ifadələrlə bağlı 1 kəlmə də olsun yazmamışdır, halbuki Cavabdeh3 evə baxmadığını, həmin ünvanda olmadığını və evə nə qədər pul verdiyini dəqiq bilmədiyini, müqavilədə qeyd olunan məbləğlə faktiki alış qiyməti arasında fərqin nədən olmasını izah edə bilmədiyini və mənzili aldığı evə görə onu satan Cavabdeh2 oğluna yenidən baş etibarnaməni nə üçün verdiyini izah edə bilməmiş, lakin məhkəmə bu faktın da üstündən keçməklə prosessual pozuntuya yol vermişdir, qətnamədə onun əvvəlki məhkəmə proseslərində iştirakını və iddia tələbinə münasibəti ilə bağlı verdiyi ifadəsi də daxil edilməmişdir. Cavabdeh2 oğlu isə danışıqlarda evi formal olaraq alğı-satqı etdiyini etiraf etmişdir. Ali Məhkəmənin əməlin hansı halda dələduzluq kimi qiymətləndirilməsi ilə bağlı qəbul etdiyi Qərarında göstərilir ki, Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqlarını əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlməlidir. Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.). Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Cinayət Məcəlləsinin 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Konkret halda onun əmlakının əlindən çıxması üçün bu şəxslər borc olaraq ona istədiyi 17500 manat pulu verir, lakin bu pul müqabilində əmlaklarını ələ keçirmək üçün 1 aylıq etibarnamə alır və 1 ay içində öz aralarında 2 dəfə evini 15000 manata alğı-satqı edirlər, üstəlik evinin adlarına olmasını əsas götürməklə qapını laqonda ilə kəsərək əmlaklarını da ələ keçirir və həmin evdə olmuş əmlaklarının yarıdan çox hissəsini talayırlar. Lakin məhkəmə bağlanan əqdlərə formallıq baxımından yanaşmış, həmin formallığın arxasında dayanan əsl məqsəd və niyyəti nəzərə almamış, həmin şəxslər barəsində nəinki Xüsusi qərardad çıxarmamış, üstəlik onların guya bu əqdləri o, tam iradəsinə uyğun bağlamaları qənaətinə gəlmişdir. Halbuki, işdə olan rəylərdə evin 30 min manatdan yuxarı dəyərdə olması qeyd olunur, məhkəmə tərəfindən təyin edilmiş ekspert evə 38 min manat, cavabdehlərin eksperti 31000 manat, onun tərəfdən dəvət olunan ekspert isə 50 min manat qiymət qoymuşdur, çıxarışı olan bu evin, torpaq sahəsinin 15 min manata dəyərləndirilməklə formal olaraq alğı-satqısı artıq bu şəxslərin əqdləri hansı niyyətlə bağladıqlarını və əqdlərin onun iradəsinə uyğun olmadığını tam sübuta yetirir və belə hesab edir ki, bu hallar da iş üzrə Xüsusi Qərardadın qəbul edilməsinə əsas olduğu halda məhkəmə bunu etməmişdir. Dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui- istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Bu hallar baş vermiş və o 3 ildir ki, hüquqlarının bərpası naminə məhkəməyə və paralel olaraq hüquq mühafizə orqanlarına şikayət etmiş, qəbul edilmiş qərarlardan məhkəməyə şikayət etmiş və 3 halda məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarla bu işin araşdırılmasının zəruri olması vurğulansa da, istintaq orqanları işin Bakı şəhər Xətai rayon Məhkəməsində baxılması səbəbindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarlar qəbul etmişlər və o da məhkəmədən həmin şəxslər barəsində Xüsusi qərardad qəbul olunmasını istəsə də, məhkəmə onun külli miqdarda dəyərləndirilən daşınar və daşınmaz əmlaklarını ələ keçirmiş bu dəstə üzvlərinə haqq qazandırmaqla formal sənədləşmə əsasında bağlanmış əqdləri etibarlı əqd kimi qiymətləndirmişdir, halbuki, təqdim etdiyi sübutlar bu şəxslər barəsində Xüsusi qərardadın çıxarılmasına və araşdırılması üçün istintaqa göndərilməsinə əsas verirdi. Apellyasiya icraatında müəyyən edilən hallar
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə etmiş, şikayətin məzmunu ilə eynilik təşkil edən izahat verməklə apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz etdiyini bildirmiş, əqdin etibarsızlığına dəlalət edən hər hansı halın müəyyən edilmədiyini, müqavilə azadlığı prinsipi olduğunu, iddiaçının evini satmaq fikrində olmadığı halda, etibarnamədə borc götürdüyünü və evini bununla bağlı girova qoyduğunu qeyd etmək imkanında olduğunu qeyd etmişdir.
8. Məlumatlandırılma üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən digər cavabdehlər Cavabdeh2, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrinə əsasən: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 326.Birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 347.1.Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:- əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
14. Diqqətə çatdırılmalıdır ki, əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Çünki Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
15. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası qeyd edilənlərə və Mülki Prosesual Məcəllənin 76-82, 106, 119, 217, 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlillər öz təsdiqini tapmır və sübuta yetirilmir. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlillər ümumi səciyyə daşımaqla maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və ya qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini müəyyən etmir. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi hallar nə alğı-satqı müqaviləsində, nə də başqa mötəbər sənəddə öz əksini tapmamışdır. İşə baxmış birinci instansiyası məhkəməsi də tərəflər arasında yaranmış münasibətləri, cavabdehin gətirdiyi dəlillərin sübutsuz olmasını nəzərə alaraq, müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərini müəyyən etməklə, alğı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış, həmin müqavilənin etibarsız əqd hesab edilməsi üçün hüquqi əsasların olmaması barədə nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
16. Apellyasiya icraatı zamanı iddiaçı iddiaya oxşar mövqelərini, lakin qismən fərqli yanaşmalarını müdafiə edərək alğı-satqı müqavilələrin bağlanmasında iradə ifadəsinin olmadığını, aldadıldığını, xəbəri olmadan alğı-satqı müqavilələrinin bağlandığını, buna əsas kimi formal müqavilələr əsasında əmlakının dəyərindən çox aşağı qiymətə satılmasını göstərmişdir.
17. Kollegiya şikayətin dəlillərini işin hallarına müvafiq nəzərdən keçirərək qeyd edir ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. İlk növbədə aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Cavabdeh2 Oqtay oğluna etibarnamə verərkən, öz mülkiyyətndə olan daşınmaz əmlakına dair sərəncam səlahiyyətini etibar etməklə artıq iradə ifadəsini bildirmişdir. Şəxs öz iradə ifadəsini yazılı şəkildə ifadə edərək təmsilçini külli ixtiyar sahibi etdikdən sonra vəkalət üzrə qismən - müəyyən məsələlərdə onun iradə ifadəsinin olmadığını deməsi qeyri-müəyyənlik və sui-istifadəyə şərait yaradan haldır. Qeyd edilməlidir ki, etibarnamə mübahisələndirilmədiyindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən onun dürüstlüyü müzakirə predmeti olmamışdır. Təmsilçinin səlahiyyətindən kənar çıxması və ya yalnız özünün adından çıxış etməsi, habelə iddiaçının onun hərəkətlərindən xəbərsiz olması, əmlakın çox ucuz qiymətə satılması yalnız iddiaçının mövqeyidir, mötəbər və təkzibedilməz sübutlarla təsdiq edilmir, prosessual mərhələ və müddətlərdə müvafiq sübutlar (vəsatətlər) müzakirəyə təqdim edilməmişdir. Bağlanmış alğı-satqı müqavilələri isə qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmış, onların etibarsızlığı üçün əsaslar müəyyən edilməmişdir. Tərəflər arasında borc münasibətləri və ya digər mülki münasibətlərin mövcudluğu əsasında, əmlakın ucuz qiymətə razılaşdırılması təmsilçinin davranışına aid mülki və ya digər hüquq məsuliyyətə aid məsələdir ki, mübahisə edilən əmlakların alınmasında iştirak edən şəxslərin qanunsuz hərəkətləri (hədə, zor tətbiqi, təzhiq etmə və sair) müəyyən edilmir. İddianın əsasını iddiaçının təmsilçisinə verdiyi etibarnamənin əslində fərqli məqsədlər üçün verdiyi, lakin təmsilçinin səlahiyyətlərin aşaraq verilmiş hüquqlardan sui-isitfadə edərək əmlakın satışı üzrə müqavilənin bağlanması olmuşdur. Kollegiya hesab edir ki, təmsilçinin iddiaçı ilə borc münasibətlərində olması və mülkün satılması üçün deyil, etibarnamənin girov hüququ kimi verilməsi iddiaçının iradə ifadəsinin zədələnməsi və müqavilə azadlığının tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. İddiaçı pərdələnmiş olduğu halda belə, bəyəndiyi əqdə münasibətdə (özü dediyi kimi) bir ay ərzində borcun qaytarması və ya qaytarmaq üçün müraciət etməsinə dair də sübut təqdim etməmişdir. Belə halların sübuta yetirilməsi cinayət tərkibinin əlamətlərini də yaradır ki, bunlar da səlahiyyət baxımından cinayət təqibi aparan orqanın fəaliyyətinə və müvafiq istintaq hərəkətlərinə aiddir. Mülki icraat zamanında isə məhkəmə yalnız tərəflərin verdiyi sübutlara əsasən işə baxıb qiymət verir və özüözlüyündə hər hansı istintaq hərəkətlərin aparılması yolverilməzdir. Qanunla sübut edilməli hallara (etibarnamə, müqavilə və s.) dair fərqli sübutetmə vasitələrinə (izahatlarla) qiymət verilməsi mülki icraatın prinsiplərinə ziddir və sui-istifadəyə şərait yaradan hallar kimi qəti yolverilməzdir. Belə ki, bu hallar mülki münasibətlər zamanı istənilən razılaşdığı əqdlərin (iradə ifadələrinin zədələnməsi və sair əsaslar ilə) sonradan mübahisələndirmək, bu zaman yalnız öz mənafelərinin üstünlüyünü təşkil edən mülahizələrdən çıxış etmək imkanı yaradır. Halbuki, notarial qaydada bağlanılan əqdlərin dürüstlüyü müvafiq qanunvericiliklə tənzimlənən notariusun səlahiyyətinə aid vəzifələrin icrası ilə bağlıdır və qeyd edilən müqavilələrin etibarsizlığı ilk növbədə notariusun səhlənkarlığı və ya digər vəzifə cinayətinin araşdırma predmetinə aiddir. Hazırki münasibətlərdə iddiaçının iradə ifadəsini bəyan edən və iş üçün yeganə təkzibedilməz (mübahisələndirilməyən) sübut sayılan etibarnamədir ki, ona dair tələb olmadan qiymət verilməsi mümkün deyil, bundan da əlavə təmsilçinin etibarnamə əsasında həyata keçirdiyi hərəkətlərinin qanunsuz hesab edilməsi, səlahiyyətlərin aşması və ya başqa münasibətlərin pərdələməklə etibarnamə alması və bu zaman iddiaçının bunu bəyənməməsi müəyyən edilmir (sübuta yetirilmir).
18. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməməli və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-29/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları onları ödəyən şəxsə aid edilməlidir.
19. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-29/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.