Məhkəmə qərarları › İş №2(103)-6193/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6193/2024

17.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6193/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X14 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2(006)- 171/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 16 avqust 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, borc verən – X11 və borc alan – İddiaçı arasında 170000 manat məbləğə dair kredit müqaviləsi bağlanmışdır. Borc alan krediti 16 avqust 2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

2. 16 avqust 2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan X11, ipoteka qoyan İddiaçı müəyyənləşdirilməklə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 145.9 kv.m. yaşayış sahəsi 82.1 kv.m olan 3 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə ipotekaya qoyulmuşdur.

3. 24 avqust 2020-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 145.9 kv/m, yaşayış sahəsi 82.1 kv/m olan 3 otaqlı mənzil satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh 180000 manat məbləğə satılmışdır. Həmin məbləğin 170000 manat hissəsi satıcının borcunun ödənilməsi məqsədi ilə X5 qalan 10000 manat isə satıcıya ödənilmişdir.

4. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 26 avqust 2020-ci il tarixli hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışıa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ev, 12 mənzil 25 saylı mənzili xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydiyyata alınmışdır.

5. 24 avqust 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, müqaviləyə əsasən tərəflər: icarəyə verən – Cavabdeh və icarəçi – İddiaçıdır, müqavilənin predmetini Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilinin aylıq 700 manat icarə haqqı müqabilində icarəyə verilməsi təşkil etmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(006)- 5763/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və X4rşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma, maneələrin aradan qaldırılması və mənzilin boşaldılması” tələbinə dair iddiası təmin olunaraq İddiaçı və X7 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər İddiaçı və X16 həmin mənzildən çıxarılması qət edilmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(006)- 699/2024 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, 24 avqust 2020-ci il tarixli icarə müqaviləsi üzrə 21350 manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2024-cü il tarixli 2(103)-3269/2024 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(006)-699/2024 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(006)699/2024 nömrəli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, Cavabdeh İddiaçı qarşı icarə müqaviləsi üzrə pulun ödənilməsi barədə iddiasının təmin edilməsi, 21350 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış 24 avqust 2020–ci il tarixli AN – İ№ ******* saylı daşınmaz əmlakın alqı – satqı müqaviləsinin etibarsız olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh cavadbehlər İddiaçı və X4rşı pulun tutulması, mənzilin boşaldılması və mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 7000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması, cavadbehlər İddiaçı və X7 Bakı şəhəri, Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər İddiaçı və X7 həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(006)-57636/2021 saylı qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. İddiaçı ilə X12 arasında 16 avqust 2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış və “borc verən” R.Baxşıyev“borc alan” İddiaçı 170000 manat pulu 1 il müddətinə borc vermişdir. 16 avqust 2019-cu il tarixdə tərəflər arasında ipoteka müqaviləsi bağlanmış və İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ev, 12 mənzil 25 ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən tərəflərin kreditin faizsiz verilməsi şərtləşmələri qeyd olunsada, kredit aylıq 5% olmaq şərtilər verilmiş və aylıq faiz ödənişləri 7500 manat təşkil etmişdir. Müəyyən müddət ərzində faizlər tərəfindən verildikdən sonra, ödənişlərdə çətinlik yarandığı üçün o, Bakı şəhərində lombard fəaliyyəti ilə məşğul olan X13 müraciət etmiş və 170000 manat pul lazım olduğunu bildirmişdir. A.Ələskərov ona daha aşağı şərtlərlə aylıq 4% olmaqla kredit verə biləcəyini bildirmiş, lakin kreditin verilməsi üçün mülkiyyətində olan mənzilin oğlu Cavabdeh adına keçirilməli olacağını bildirdi. 24 avqust 2020-ci il tarixdə tərəflər arasında AN – İ№ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı mülkiyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ev 12, 25 saylı mənzil 180000 manata Cavabdeh satılmışdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən, alıcı müqavilənin 4 – cü bəndində nəzərdə tutulmuş 180000 manat məbləğdən 170000 manat hissəsini satıcının borcunun ödənilməsi məqsədilə X6 10000 manat hissədə məbləği isə satıcıya ödəmişdir. Bundan sonra cavabdeh 26 avqust 2020 – ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX –dən çıxarış almışdır (çıxarışın surəti əlavə olunur). Qeyd etmək istəyir ki, tərəflər arasında bağlanmış 24 avqust 2020–ci il tarixli alqı-satqı müqaviləsi qanunsuz olaraq bağlanmışdır, belə ki, İddiaçı müqavilənin şərtindən göründüyü kimi bir borc müqaviləsindən digər borc müqaviləsinin təsir dairəsinə düşmüş və X6 olan 170000 manat borcu bağlamaq üçün yendidən borclanmışdır. Belə ki, Cavabdeh atası Aydın Əliəsgərov onunla əvvəlcədən belə şərtləşmişdir ki, borc məbləği ancaq mənzilin alqı-satqısından sonra verilə bilər və borc bağlandıqdan sonra mənzil yenidən iddiaçının mülkiyyətinə qaytarılacaqdır. Bununla bağlı iddiaçının atası Yusubov Rafail ilə Aydın Əliəsgərov arasında telefon danışıqlarına dair səs yazıları var və bu səs yazılarında Cavabdeh İddiaçı pulu faizə verdiyini bildirir (səs yazıları əlavə olunur). İddiaçı bir ağır borc müqaviləsindən digər borc müqaviləsini şifahi şəkildə bağlayır və həmin dövr real bazar qiyməti 300000 manat civarında olan mənzili 180000 manata cavabdehə güya ki satır və bu xüsusat alqı-satqı müqaviləsinin qanunsuz bağlanmağına dəlalət edir. Belə ki, tərəflər borcun verilməsini şərtlərşdikləri zaman X6 olan 170 000 manat borcun bağlanması üçün iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzili X1 Muradın mülkiyyətinə keçirilməsi müqabilində olacağını iddiaçının qarşısına şərt qoymuşlar. Göründüyü kimi Cavabdeh tərəfindən ona 180000 manat məbləğində borc verilməsinə baxmayaraq, Mülki Məcəllənin tələbləri pozularaq borc müqaviləsi olmadan ona həmin məbləğ verilmişdir. Bu faktı mənzilin ucuz qiymətə cavabdehə satılması, həmçinin 24 avqust 2020-ci il tarixdə tərəflər arasında bağlanmış icarə müqaviləsidə sübuta yetirir. Belə ki, mübahisəli mənzil cavabdeh tərəfindən iddiaçıya 1 il müddətinə aylıq 700 manat ödəniş şərtilə kirayəyə verilmişdir. Tərəflər arasında bağlanılmış 24 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsi formal xarakter daşımış, əslində isə Aydın Əliəsgərovdan götürülən borc məbləğinin təmnatı olaraq girov şəklində olmuşdur. Belə ki, İddiaçı və onun qızı İlona Lalayevaya mənzili darhal sonra kirayə verməsi, müqavilənin predmeti olan mənzilini real dəyərinin müqavilədə göstərilənlərdən xeyli yüksək olması, mübahisəli müqavilənin alqı-satqı məqsədi ilə bağlanmadığını göstərən hallardır ki, bu hallar məhkəmələr tərəfindən mütləq şəkildə araşdırılmalıdır.

11. İddia ərizəsinə etiraz onunla əsaslandırmışdır ki, Cavabdeh 24 avqust 2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Xan Şüşinski küçəsi 12 saylı evin 25 saylı mənzilini cavabdeh İddiaçı satın almışdır. Həmin mənzil Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş 26 avqust 2020-ci il tarixli çıxarışa əsasən hal hazırda mülkiyyətindədir. 24 avqust 2020-ci il tarixli icarə müqaviləsinə əsasən mənzili İddiaçı icarəyə vermişdir. Müqavilə şərtlərinə əsasən müqavilənin müddəti 1 il, aylıq icarə haqqı 700 manat təşkil edirdi. Buna baxmayaraq, İddiaçı günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmirdi. Belə ki, İddiaçı alqı-satqı müqaviləsi bağlandıqdan sonra göstərilən ünvandakı mənzildə icarə müqaviləsinə əsasən yaşamasa da, alqı-satqı müqaviləsinin 13cü bəndinə əsasən 20 noyabr 2020-ci il tarixədək həmin ünvandan qeydiyyatdan çıxmamış, formal olaraq orada qeydiyyatda qalmışdır. Cavabdehlər İddiaçı və X4rşı «pulun tutulması, mənzilin boşaldılması və mənzildən istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 7000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması, cavabdehlər İddiaçı və X7 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər İddiaçı və X7 həmin mənzildən çıxarılmaları, maneələrin aradan qaldırılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı Cavabdeh Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı və X7 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, digər maneələrin aradan qaldırılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasə iddia tələbinin təmin edilməsi, cavabdehlər İddiaçı və X7 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər İddiaçı və X16 həmin mənzildən çıxarılmaları, iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarına yaradılan digər maneələr aradan qaldırılması və mənzilin boşaldılması qət edilmişdir. Bundan sonra İddiaçı müxtəlif bəhanələrlə mənzili boşaltmaqdan imtina etmiş və nəhayət məhkəmə qətnaməsinə əsasən verilmiş icra sənədi Nəsimi rayon İcra şöbəsi tərəfindən 12 may 2023-cü il tarixində icra edilməsi mümkün olmuşdur. Mülkiyyətdə olan mənzil Aydın Əliəsgərova təhvil verildikdən sorna İddiaçı ona qarşı Nəsimi rayon Məhkəməsində iddia qaldıraraq Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış 24 avqust 2021-ci il tarixli AN-İ №0870860 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, Cavabdehlər İddiaçı və X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciətedərək, cavabdehlər İddiaçı və X7 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, digər maneələrin aradan qaldırılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, Bakı şəhəri Nəsimi rayonu Xan Şüşinski küçəsi 12 saylı evin 25 saylı mənzilinə dair bu hüququ məhz İddiaçı ilə bağlanmış xx.xx.2020- ci il tarixli alğı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Artıq həmin müqqavilədən irəli gələn hüqüququndan istifadə etdiyi zaman, İddiaçı da öz hüququndan istifadə edərək, məhkəmədə ona qarşı alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tələb irəli sürə bilərdi. Göründüyü kimi, hazırda İddiaçı mübahisələndirdiyi halla bağlı yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktında müəyyən olunmuş hallar mahiyyət etibarı ilə baxılmış və bu məsələyə artıq hüquqi qiymət verilmişdir. Həmin işə baxılarkən, İddiaçı müqaviləni mübahisələndirmə və mənzildən çıxmamaq hüququqndan istifadə etməmişdir. Nəticə etibarı ilə, mübahisələndirilən müqaviləyə dair Nəsimi rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qətnaməsi qəbul edildiyi zaman müqavilənin qanuniliyi də həmin işdə yoxlaınılmışdır.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2(006)- 171/2024 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

13. Qətnamənin əsaslarına görə, məhkəmə iddiaçının iddiasında bildirdiyi kimi “mənzilinin borc əvəzində girov qoyulması” əsasına münasibətdə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, İddiaçı ilə X12 arasında xx.xx.2019 – cu il tarixdə kredit müqaviləsi bağlanmış və “borc verən” R.Baxşıyev “borc alan” İddiaçı 170000 manat pulu 1 il müddətinə borc vermişdir. xx.xx.2019-cu il tarixdə tərəflər arasında ipoteka müqaviləsi bağlanmış və İddiaçı məxsus olan mənzili ipoteka ilə yüklü edilmişdir. Yəni artıq iddiaçının bu barədə təcrübəsi olmuşdur. Əvvəllər mənzilini girov qoyub pul götürmüş bir şəxs kimi yenə eyni təcrübədən istifadə edə bilərdi. Lakin hazırki halda məzili girov qoymamış birbaşa öz iradəsiylə Bakı şəhəri 51 saylı notariat kontorunda xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi rəsmiləşdirmişdir. Bununla yanaşı xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, cavabdeh alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzili aylıq 700 manat icarə haqqı müqabilində İddiaçı 1 il müddətinə icarəyə vermişdir. Yəni iddiaçı mənzilini öz iradəsi ilə satmış və müqavilə əsasında həmin mənzildə müvəqqəti yaşaması ilə bağlı icarə müqaviləsi də bağlamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndə və vəkilinin izahatlarından da görünür ki, hazırki mənzili Cavabdeh oluna atası almış və oğlu evlənənə qədər mənzil boş qalmasın deyə onu icarəyə vermişdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi İddiaçı ilə Cavabdeh arasında AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılmasına səbəb ola biləcək dörd mühüm şərtin - əqdin subyektiv tərkibinə, məzmununa, iradə və iradə ifadəsinin vəhdətinə və formasına aid qüsurların mövcudluğu müəyyən olunmamışdır. Hazırki işdə İddiaçı Cavabdeh atası Aydın Əliəsgərovun onunla əvvəlcədən borc məbləğini ancaq mənzilin alqısatqısından sonra verilə biləcəyi və borc bağlandıqdan sonra mənzilin yenidən iddiaçının mülkiyyətinə qaytarılacağı barədə şərtləşdiklərini iddia edir. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Hazırki halda, mübahisəli mənzilin borc bağlandıqdan sonra yenidən İddiaçı mülkiyyətinə qaytarılacağının sübut etmə yükü iddiaçının üzərinə düşür. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları və şahidin ifadəsi o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Lakin iş materiallarından da göründüyü kimi, cavabdeh bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçı Yusubov Rafail ilə Aydın Əliəsgərov arasında telefon danışıqlarına dair səs yazılarını sübut kimi məhkəməyə təqdim etsə də, həmin səs yazıları gizli səs yazısı olduğundan sübut kimi qəbul edilməməlidir. 2021-ci ildə Cavabdeh hazırki iddiaçıya qarşı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5763/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər İddiaçı və X7 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin mənzildən çıxarılması qərara alınmışdır. Həmin iş üzrə cavabdeh İddiaçı məhkəmə iclaslarında iştirak etməməsi, həmin müqavilənin etibarsızlığı ilə bağlı hər hansı bir mübahisə və etiraz irəli sürməməsi və məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayəti belə verməməsi də göstərir ki, iddia tələbinin əsası kimi mübahisəli mənzilin borc bağlandıqdan sonra yenidən İddiaçı mülkiyyətinə qaytarılmasına dair dəlil də əsassızdır.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339-cu maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 dekabr 2019-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin oluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apelyasiya şikayətinin dəlillərinə görə, tərəflər arasında bağlanmış əqd formal xarakterli olmuş və daha əvvəl iddiaçı tərəfindən götürülmüş borc məbləğinin təminatı kimi uydurma əqd kimi bağlanmış alqı-satqı müqaviləsinin davamı olmuşdur, lakin birinci instansiya məhkəməsi bu xüsusatları araşdırmadan qətnamə qəbul etmişdir. Bu xüsusatda AR Mülki Məcəlləsinin tələblərinə ziddir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirmişdir ki, o, Svetlananın rəfiqəsidir. İddiaçı evi girov qoyub, 170000 manat pul götürmüş, sonra isə o pulu qaytarmışdır. Onun da imzası var, Əliəsgərov Aydın dediyinə görə heç oxumadan imzalamışdır. Lakin məhkəmə bu xüsusatı dərindən araşdırmamış və təkzib etməmişdir. Halbuki şahid ifadəsində birmənalı olaraq, tərəflər arasında borc münasibətlərinin olması, alqı-satqı müqaviləsinin isə formal bağlandığını təsdiq etmişdir. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş səs yazılarında birmənalı olaraq, cavabdehlə iddiaçı tərəfin danışıqlarında onlar arasında borc pul münasibətlərinin olması təsdiq olunsa da, məhkəmə bu sübuta qiymət verməmiş və nəticədə prosessual hüquq norma pozuntuları ilə qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir.

19. Cavabdehin nümayəndəsi X17 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır; Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

21. Azərbaycan Respublikası Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarı: “Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).”

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarı: “Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi vacib hesab edir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən suiistifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər;  müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.”

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il Qərar: “Yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur.”

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

27. Apellyasiya şikayətinin əsaslandırılması iddianın əsaslandırılması ilə eyniyyət təşkil edir. Tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 340.2-ci maddəsinə istinad olunmuş və tərəflər arasında bağlanmış müqavilənin uydurma əqd olması ilə əsaslandırılmışdır.

28. Tələbin əsaslandırılmasına görə iddiaçının evi satmaq niyyəti, olmamışdır, müqavilə borc münasibətlərinin pərdələnməsi məqsədi ilə rəsmiləşdirilmişdir. İddiaçı aldadılmasını, müqavilənin uydurma əqd olmasını bildirirsə, tələbinin əsası kimi istinad etdiyi halları da sübutların aidliyi və mümkünlüyü prinsipləri çərçivəsində sübut etmək vəzifəsi daşıyır.

29. İddiaçının təqdim etdiyi sübutlar əsasında birinci instansiya məhkəməsi tərəfindən düzgün əsaslandırma aparılaraq qeyd olunmuşdur ki, İddiaçı ilə X12 arasında əvvəllər kredit və ipoteka müqavilələri bağlanmış, yəni artıq iddiaçının bu barədə təcrübəsi olmuşdur, əvvəllər mənzilini girov qoyub pul götürmüş bir şəxs kimi yenə eyni təcrübədən istifadə edə bilərdi. Lakin hazırki halda məzili girov qoymamış birbaşa öz iradəsiylə Bakı şəhəri 51 saylı notariat kontorunda xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi rəsmiləşdirmişdir. Bununla yanaşı xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdeh alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzili aylıq 700 manat icarə haqqı müqabilində İddiaçı 1 il müddətinə icarəyə vermişdir. Yəni iddiaçı mənzilini öz iradəsi ilə satmış və müqavilə əsasında həmin mənzildə müvəqqəti yaşaması ilə bağlı icarə müqaviləsi də bağlamışdır.

30. Birinci instansiya məhkəməsinin bu əsaslandırılması Azərbaycan Respublikası Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarında əks etdirilən hüquqi mövqeyə də uyğun olmuşdur. Həmin qərardakı hüquqi mövqeyə görə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Hazırkı işin halları ilə təsdiq olunur ki, iddiaçının alqı – satqı müqaviləsini bağladıqdan sonrakı davranışı həmin əqd əsasında mülkiyyət hüququ əsasında cavabdehin adına qeydə alınmış əmlaka dair icarə müqaviləsi bağlamaq olmuşdur.

31. İddiaçının təqdim etdiyi sübutlarla alqı-satqı müqaviləsinin etibarsız sayılmasına səbəb ola biləcək dörd mühüm şərtin - əqdin subyektiv tərkibinə, məzmununa, iradə və iradə ifadəsinin vəhdətinə və formasına aid qüsurların mövcudluğu müəyyən olunmur. Hazırki işdə İddiaçı Cavabdeh atası Aydın Əliəsgərovun onunla əvvəlcədən borc məbləğini ancaq mənzilin alqı-satqısından sonra verilə biləcəyi və borc bağlandıqdan sonra mənzilin yenidən iddiaçının mülkiyyətinə qaytarılacağı barədə şərtləşdiklərini iddia edir. Belə olduğu halda, mübahisəli mənzilin borc bağlandıqdan sonra yenidən İddiaçı mülkiyyətinə qaytarılacağının sübut etmə yükü iddiaçının üzərinə düşür. Lakin iddiaçı bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.

32. Apellyasiya şikayətinin digər dəlili kimi iddiaçı öz atası Yusubov Rafail ilə cavabdehin atası Aydın Əliəsgərov arasında telefon danışıqlarına dair səs yazılarını sübut kimi qəbul olunmadığına istinad edir. Bununla bağlı məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, həmin səs yazıları tərəflər arasında olan aparılmış səs – yazıları deyildir, bu səs yazıları müqavilənin bağlanmasından sonra qeydə alınmışdır.

33. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, 2021-ci ildə Cavabdeh hazırki iddiaçıya qarşı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5763/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər İddiaçı və X7 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin mənzildən çıxarılması qərara alınmışdır. Həmin iş üzrə cavabdeh İddiaçı məhkəmə iclaslarında iştirak etməməsi, həmin müqavilənin etibarsızlığı ilə bağlı hər hansı bir mübahisə və etiraz irəli sürməməsi və məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayəti belə verməməsi də göstərir ki, iddia tələbinin əsası kimi mübahisəli mənzilin borc bağlandıqdan sonra yenidən İddiaçı mülkiyyətinə qaytarılmasına dair dəlil də əsassızdır.

34. İddiaçının tələbini əsaslandırdığı digər hal ondan ibarət olmuşdur ki, “İddiaçı bir ağır borc müqaviləsindən digər borc müqaviləsini şifahi şəkildə bağlayır və həmin dövr real bazar qiyməti 300000 manat civarında olan mənzili 180000 manata cavabdehə güya ki, satır və bu xüsusat alqı-satqı müqaviləsinin qanunsuz bağlanmağına dəlalət edir.”

35. Göründüyü kimi iddianın əsasını təşkil edən hallardan biri əqdin bağlandığı zaman mənzilin dəyəri ilə bağlıdır. Birinci instansiya məhkəməsində işə baxılarkən bu xüsusat araşdırılmadığından mübahisənin düzgün və obyektiv həlli məqsədilə apellyasiya instansiyası məhkəməsi tərəfindən bu xüsusat tərəflərlə müzakirə olunaraq müvafiq araşdırma aparılmışdır.

36. Bununla bağlı qeyd olunmalıdır ki, qeyd olunan xüsusat müqavilə azadlığı prinsipinə uyğun olaraq, müqavilənin yalan olması nəticəsinə gəlmək üçün əsas deyildir. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmçinin, iddiaçının mənzilə dair əvvəl bağladığı ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlakına tutmanın yönəldilməsi ehtimalı olduğundan likvidlik baxımından əmlakın bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilinməsi də nəzərə alınmalıdır.

37. Bundan başqa iddiaçının “real bazar qiyməti 300000 manat civarında olan mənzili 180000 manata cavabdehə guya satması” barədə dəlili iş materiallarından olan və həqiqiliyi iddiaçının özü tərəfindən də mübahisələndirilməyən qəbzlə təkzib olunur. Həmin qəbzdə iddiaçı mənzilin satılması müqabilində cavabdehdən 180000 manat deyil, 250000 manat məbləğində pul aldığını imzası ilə təsdiq etmişdir.

38. Həm iddiaçı, həm də cavabdeh tərəfindən məhkəməyə əmlakın həmin dövrdəki dəyəri ilə bağlı mütəxəssis rəyləri təqdim olunmuşdur.

39. İddiaçı tərəfindən təqdim olunmuş “Yeni dövr” qiymətləndirmə mərkəzinin mütəxəssis rəyində mübahisə predmeti olan mənzilin dəyərinin 2021-ci ilə 301000 manat olması, cavabdeh tərəfindən təqdim olunmuş "xxxx" MMC-nin mütəxəssis rəyində 253000 manat olması qeyd olunmuşdur.

40. Göründüyü kimi mütəxəssis rəylərində göstərilən qiymətlərlə (253000, 301000 manat) ilə əmlakın faktiki olaraq satıldığı qyimət (250000 manat) arasında əhəmiyyətli fərq mövcud deyildir, fərqin mövcud olması da yuxarıda qeyd olunduğu kimi, müqavilə azadlığı prinsipinə uyğun olaraq, müqavilənin yalan olması nəticəsinə gəlmək üçün əsas deyildir və iddiaçının mənzilə dair əvvəl bağladığı ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlakına tutmanın yönəldilməsi ehtimalı olduğundan likvidlik baxımından əmlakın bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilinməsi də nəzərə alınmalıdır.

41. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022- ci il Qərarında qeyd edilmişdir ki, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Bu qərarda əks olunmuş hüquqi mövqeyə uyğun olaraq hazırkı işin halları baxımından üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaq niyyətinin mövcudluğu da təsdiqini tapmır.

42. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

42. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2(006)- 171/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2(006)- 171/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Fərrux Qasımov

Günay Axundova

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar