Məhkəmə qərarları › İş №2(103)-6195/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6195/2024

25.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6195/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yəqarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6195/2024 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X7 və X6 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili X11 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(005)-133/2024 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətinə 25 dekabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın nəticəsi olaraq DİN-in Baş X18 İdarəsində 2007-ci il buraxılışlı, “Mercedes Benz M 1840 LS YÜK” markalı, 99XC454 dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixində "xxxx" ASC-nin adına qeydə alınmış şəhadətnamə və Hərracın nəticəsi olaraq DİN-in Baş X18 İdarəsində “Schmitz Yarımqoşqu” markalı, 2004-cü il buraxılışlı, 99ZB759 dövlət qeydiyyat nişanlı, boz ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixində "xxxx" ASC-nin adına qeydə alınmış şəhadətnamə əsasında həmin nəqliyyat vasitələrinin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli "xxxx" ASC ilə X8 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi; Cavabdeh2 adına göstərilən nəqliyyat vasitələrinin Azərbaycan Respublikası DİN Baş X18 İdarəsi tərəfindən aparılmış qeydiyyatın (verilmiş şəhadətnamələrin) ləğv olunmasına və nəqliyyat vasitələrinin öz faktiki sahibliyinə qaytarılması; bu mümkün olmadıqda isə göstərilən nəqliyyat vasitələrinin: 2007-ci il buraxılışlı, “Mercedes Benz M 1840 LS YÜK” markalı avtomobilin dəyəri olaraq 35000 manat və 2004-cü il buraxılışlı “Schmitz Yarımqoşqu” markalı avtomobilin dəyəri olaraq 30000 manat olmaqla, hər iki nəqliyyat vasitəsinin cəmi bazar dəyərinin olaraq 65000 (altmış beş min) manat məbləğin və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən öz xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Schmitz” markalı, 2004-cü il buraxılışlı, 99ZB759 dövlət qeydiyyat nişanlı, boz ağ rəngli yarımqoşqu və 2007-ci il buraxılışlı “Mercedes Benz” M1840LS yük markalı, 99XC454 dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil mərhum atası X2 xüsusi mülkiyyətində olmuşdur. Sözügedən yarımqoşqu və avtomobil atası tərəfindən cavabdeh "xxxx" BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməklə həmin təşkilatdan atası M.Səlimov tərəfindən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən kredit vəsaiti alınmışdır. Qeyd edilən kredit vəsaitindən ödəmələrdə gecikmələr yarandığından hazırkı iş üzrə cavabdeh "xxxx" BOKT ASC X2 ölümündən sonra ona qarşı iddia qaldırmışdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinə əsasən prosessual varisi olduğu X1 həmin iş üzrə iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə 14248.68 ABŞ dolları məbləğində əsas borcun, 3490.20 ABŞ dolları məbləğində faiz borcunun 526,96 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18265.84 ABŞ dolları məbləğində pulun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutulan məbləğin X3 məxsus “Schmitz" yarımqoşqu markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007-ci il buraxılışlı ‘‘Mercedes Benz M184GLS" yük markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillərə yönəldilməsi, həmin avtomobillərin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına “Pro Kredit" BOKT ASC-yə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğin göstərilən məblədən artıq olduqda isə artıq məbləğin qalıq hissəsinin X3 qaytarılması qət edilmişdir. Sözügedən qiyabi qətnamə barədə 2019-cu ilin avqust ayında Nərimanov rayon İcra və Probasiya Şöbəsinin əməkdaşı ona məlumat vermiş, atası M.Səlimovun öldüyü barədə ona dedikdə, vərəsə olaraq qiyabi qətnamənin icrası üzrə borclu olduğu bildirilmişdir. Bundan sonra iddiaçı, atası M.Səlimovun xx.xx.2018-ci il tarixli qiyabi qətnamənin qəbul edilməsindən 11 ay əvvəl vəfat etməsinə, ölmüş şəxsin barəsində qətnamə çıxarılmasının yolverilməz olduğuna əsaslanaraq, qiyabi qətnamənin ləğvinə dair Nərimanov rayon məhkəməsinə ərizə vermişəm. 6. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2019cu il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi, iddiaçı “Pro Kredit" BOKT ASC-nin varisi olduğu X3 qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı "xxxx" BOKT ASC-nin cavabdeh X3 qarşı Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim İ.K.Xəlilov, hakimlər X.Cəlilova, İ.Kərimovdan ibarət tərkibdə) 03 fevral 2020-ci il tarixli, 2(105)-2026/2020 saylı qərardadı ilə şikayəti təmin edilmiş, iş üzrə Nərimanov rayon Məhkəməsinin sözügedən (icraata xitam) xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması üçün mülki işin həmin rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi hazırkı iş üzrə yuxarıda göstərilən nəticəyə gələrkən Nərimanov rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin həmin rayonun məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ləğv edilməsinə, sözügedən qiyabi qətnamə ləğv olunduğu üçün bu qətnamədən verilmiş icra sənədi ilə əlaqədar keçirilmiş hərracın hər hansı bir qanuni əsasının mövcud olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hazırda qanuni qüvvəsində olan yuxarıda sözügedən qərarı ilə hesab etmişdir ki, mövcud olmayan qiyabi qətnaməyə əsasən keçirilmiş hərracın hüquqi nəticələri yoxdur. Bu ərəfədə, 2019-cu ilin avqust-sentyabr ayında, qiyabi qətnamənin ləğvinə dair ərizəyə baxıldığı dövrdə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 2685/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə icra tədbirləri həyata keçirilmiş və Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019cu il tarixli, 9624- 15-20-i saylı sifariş məktubu əsasında "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC X2 mülkiyyətində olmuş 2004-cü il buraxılışı, 99-ZB759 dövlət qeydiyyat nişanlı, boz ağ rəngli “Schmitz” markalı yarımqoşqunu və “Mercedes Benz" 1840LS yük markalı, 2007-ci il buraxılışlı, **-XC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngliavtomobilin hərracını keçirmişdir. Qeyd edilən hərrac təşkilatı tərəfindən tərtib edilmiş 13 sentyabr 2019-cü il tarixli, Y-232 və Y-233 nömrəli “hərracın nəticələri haqqında protokollarla yuxarıda sözügedən yarımqoşqu 8.287,50 manata, digər avtomobil isə 20.400 manata olmaqla 2(005)- 2685/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbkar, "xxxx" BOKT ASC-yə satılmış və sonradan “Schmitz” yarımqoşqu” və “Mercedes Benz” markalı, 99XC454 dövlət qeydiyyat nişanlı avtomaşın ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 (iş üzrə cavabdeh) adlı şəxsə satılmışdır. Qeyd edilməlidir ki, qiyabi qətnamənin ləğv edilməsinə dair məhkəmə qərardadının mövcudluğu “Pro Kredit" Bokt ASC-ə, İcra və Probasiya Şöbəsinə rəsmən bəlli olduğu halda, qanunsuz olaraq hərrac keçirilmiş, 2 həftə sonra isə, tərəfindən “Pro Kredit" Bokt ASC-ə, İcra və Probasiya Şöbəsinə qarşı məhkəmədə “hərracın etibarsızlığına dair” iddia qaldırılmasını bilən sonuncular xx.xx.2019-cu ildə avtomaşın və qoşqunu təkrar olaraq F.Tarquliyevə satmışlar. Nəqliyyat vasitələrini alan zaman F.Tarquliyev də qiyabi qətnamənin ləğv edildiyi və hərracın nəticələrinin mübahisələndirilməsinə dair məhkəməyə müraciət olunduğundan məlumatlı olmuşdur. Digər tərəfdən, Bakı şəhəri Nərimanov rayon Məhkəməsində 2(005)- 1540/2020 saylı mülki iş üzrə (qiyabi qətnamənin ləğvindən sonra əyani icraatda baxılmaqla) ilk iddiaçı “Pro Kredit" Bokt ASC-nin M.A.Səlimova qarşı "ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz, borcu və cərimə borcunun ödənilməsi" tələbinə dair ilk, İddiaçı cavabdeh “Pro Kredit" Bokt ASC-yə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddia üzrə qətnamə qəbul edilmişdir. Həmin qətnamədən tərəfindən Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2021-ci il tarixli, 2(103)- 3161/2021 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş: Nərimanov rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş, cavabdeh “Pro Kredit" Bokt ASC-yə və F.C.Tarquliyevə qarşı "hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddia tələbi üzrə işin icraatı baxılmamış saxlanılmışdır (atası M.Səlimovdan mirasın qəbulunun və hüquq varisliyinin müəyyən edilmədiyinə görə). Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2021-ci il tarixli, 2 (103)-3161/2021 saylı qərardadı ilə apellyasiya şikayətim qismən təmin edilmiş: Nərimanov rayon məhkəməsinin qətnaməsi ləğv edilməklə yanaşı, ilk iddiaçı “Pro Kredit" Bokt ASC-nin M.A.Səlimova qarşı iddia tələbi üzrə işin icraatına xitam verilmişdir (M.Səlimovun öldüyündən sonra ona qarşı iddianın yolverilməzliyinə görə). Bundan sonra, varisi olduğu atası M.Səlimovdan qalmış miras əmlakın qəbulu rəsmiləşdirilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına uyğun olaraq, tərəfimdən cavabdehlər "xxxx" BOKT ASC, Cavabdeh2 və Nərimanov rayon İcra və Probasiya Şöbəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqi əsası olmayan xx.xx.2019-cu il tarixli, Y232 və Y-233 protokollar əsasında "xxxx" BOKT ASC ilə Cavabdeh2 arasında yuxarıda göstərilən avtomobilin və yarımqoşqunun alqı-satqısına dair xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Daha sonra tərəfindən xx.xx.2021-ci il tarixdə iddia ərizəsinin həcminin artırılması barədə yazılı ərizə ilə həmin məhkəməyə müraciət olunaraq, cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 9624-15- 20-i saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubu əsasında, digər cavabdeh “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC tərəfindən 13 sentyabr 2019-cu il tarixində “SCHMİTZ yarımqoşqu” markalı, 2004-cü il buraxılışlı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, boz-ağ rəngli yarımqoşqu və “Mercedes Benz” M1840LS” yük markalı, 2007-ci il buraxılışlı 99- XC454 dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə dair keçirilmiş hərracın nəticələrinin etibarsız sayılmasına və sözügedən hərracın nəticələri haqqında 13 sentyabr 2019-cu il tarixində tərtib olunmuş Y-232 və Y-233 saylı protokolların, 2004-cü il buraxılışlı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli “Schmitz” markalı yarımqoşqulu və “Mercedes Benz” J840LS yük markalı, 2007- ci il buraxılışlı, **-XC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin “Pro Kredit" BOKT ASC-nin adma dövlət qeydiyyatının etibarsız hesab edilməsi, huquqi əsası olmayan xx.xx.2019-cu il tarixli, Y-232 və Y233 protokollar əsasında “Pro Kredit" BOKT ASC ilə X9 arasında iddia ərizəsinin məzmununda göstərilən avtomobilin və yarımqoşqunun alqı-satqısına dair xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin etibarsız sayılması, Cavabdeh2 adına göstərilən avtomobillərin DİN Baş X18 İdarəsi tərəfindən verilmiş texniki pasportların ləğv olunmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Sözügedən iddia tələbimüzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın sədrliyi ilə qəbul olunmuş xx.xx.2022-ci il tarixli, 2(005)- 143/2022 saylı qərardadla hazırkı məsələ ilə əlaqədar iddia qaydasında məhkəməyə müraciət etməklə deyil, icrada dönüş edilməsi ilə bağlı müraciət etməli olduğuna istinad olunaraq yuxarıda göstərilən iddia ərizəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. 2(005)-143/2022 saylı mülki iş üzrə qəbul olunmuş xx.xx.2022ci il tarixli qərardadda göstərilmişdir ki, həmin iş üzrə iddia ərizəsi məhkəməyə təqdim olunan vaxt (xx.xx.2021-ci il) Mülki Prosessual Məcəllədə qətnamənin icrasına dönüş edilməsi məsələlərini tənzimləyən norma mövcud olmasa da, prosessual qanunvericilikdə bunu qadağan edən müddəalar da göstərilməmiş, məhkəmə təcrübəsində Mülki Prosessual Məcəllənin 13-cü maddəsi rəhbər tutulmaqla bu növ məsələlər həll olunmuşdur. Eyni zamanda sözügedən qərardadda göstərilmişdir ki, həmin iş üzrə iddia ərizəsinin məzmunundan görünür ki, iş üzrə iddiaçının iddia ərizəsində cavabdehlərdən tələb etdiyi Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin icrası nəticəsində baş tutmuş alqı-satqı müqavilələrinin etibarsız sayılması barədədir. Bundan sonra, tərəfindən Nərimanov rayon məhkəməsinə ərizə verilərək, Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin icrasında dönüş edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Nərimanov rayon məhkəməsinin 2(005)-1540/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə icrada dönüşə dair ərizəsi təmin edilmiş, xx.xx.2018-ci il tarixli qiyabi qətnamə əsasında keçirilmiş hərracın nəticələri və “Pro Kredit" BOKT ASC ilə Cavabdeh2 arasında alqı-satqı müqavilələri etibarsız hesab edilmiş, qeyd edilən avtomaşın və qoşquya dair M.Səlimovun hüquqlarının bərpa edilməsi qərara alınmışdır. Nərimanov rayon məhkəməsinin 2(005)- 1540/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadından “Pro Kredit" BOKT ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, (xx.xx.2022-ci il tarixli qərardadla) şikayətin baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardaddan şikayətə Bakı Apellyasiya Məhkəməsində baxıldığı ərəfədə xx.xx.2022-ci il tarixli qərardaddan Famil Tarquliyev şikayət vermişdir. F.Tarquliyevin şikayəti əsasında qəbul olunan xx.xx.2022-ci il tarixli qərardadla onun şikayəti təmin olunmuş, qiyabi qətnamənin icrasında dönüş edilməsinə dair ərizəmin təmin edilməməsi qərara alınmışdır. Nərimanov rayon məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli qərardadından verilmiş şikayət Bakı Apellyaisya Məhkəməsinin MK-nın 2(103)- 6715/2022 saylı xx.xx.2022-ci il tarixli (Sədrlik edən və məruzəçi hakim E.Mehdiyev) qərardadı ilə qismən təmin edilmiş, Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilərək, iş materialları şikayətə yenidən baxılması üçün rayon məhkəməsinə göndərilmişdir. Nərimanov rayon məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə işə yenidən baxılmasının nəticəsi olaraq, F.Tarquliyevin şikayəti təmin olunmuş; Nərimanov rayon məhkəməsinin xx.xx.2022ci il tarixli qərardadı ləğv edilmiş, icrada dönüş edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Tərəfindən verilmiş şikayət əsasında Bakı Apellyasiya Məhkəməsi MKnın 2(103)-1257/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə: şikayəti qismən təmin edilmiş; Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş; Nərimanov rayon məhkəməsinin 2(005)-1540/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş; Nərimanov rayon məhkəməsinin 2(005)-1540/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadı qismən ləğv edilmiş, qiyabi qətnamənin icrasında dönüş edilməsi barədə cavabdeh X2 varisi İddiaçı ərizəsi qismən təmin edilmiş; Hərracın nəticəsi olaraq DİN-in Baş X18 İdarəsində 2007-ci il buraxılışlı, “Mercedes Benz M 1840 LS YÜK” markalı, 99XC454 dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixində "xxxx" ASC-nin adına qeydə alınmış şəhadətnamə ləğv edilmiş; Hərracın nəticəsi olaraq DİN-in Baş X18 İdarəsində “Schmitz Yarımqoşqu” markalı, 2004-cü il buraxılışlı, 99ZB759 dövlət qeydiyyat nişanlı, boz ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixində "xxxx" ASC-nin adına qeydə alınmış şəhadətnamə ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadında Məhkəmə Kollegiyası vurğulayır ki, qətnamənin icrasında dönüş qaydaları ləğv olunmuş məhkəmə aktı əsasında tərtib edilmiş icra sənədində göstərilənlərin icra edilməsi ilə əlaqədar yaranmış nəticələrin aradan qaldırılması üçün tətbiq edilir. Belə ki, Nərimanov rayon məhkəməsinin 2(005)-2685/2018 saylı xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin icrası nəticəsində bankın xeyrinə tutulmuş pulun ödənilməsini təmin etmək məqsədilə hərrac həyata keçirilmişdir. Məhkəmə MPM-in 236-1.1-ci maddəsini bu məsələyə tətbiq etməklə hesab edir ki, ləğv olunmuş məhkəmə aktı əsasında keçirilmiş hərracın hüquqi nəticələri ləğv edilməlidir. Lakin hərracdan sonra baş vermiş proseslər (xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsinin bağlanması) Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin icrası ilə əhatə olunmadığından X5 vicdanlı əldə edən olub-olmamasına, alqı-satqı müqaviləsinə əsasən verilmiş şəhadətnamələrin ləğv edilməsinə dair məsələlərə hazırki icraat çərçivəsində baxıla bilməz. Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin sözügedən xx.xx.2023-cü il tarixli qərardadı qanuni qüvvəsini aldığına və ondan şikayət verilməsi imkanı MPM-də nəzərdə tutulmadığına, həmçinin, qərardadın məzmununda müəyyən edilmiş hüquqi mövqeyinə görə atasına məxsus olmuş və hazırda iddia etmək hüququ olan nəqliyyat vasitələrinin cavabdeh BOKT tərəfindən F.C.Tarquliyevə satılmasının və həmin nəqliyyat vasitələrinin F.Tarquliyevin adına qeydiyyatının ləğv edilməsi məsələsəsinin qətnamənin icrasında dönüş qaydasında həll edilməsi mümkün olmadığına görə, lakin atasından miras qalmış əmlakların (nəqliyyat vasitələrinin) BOKT tərəfindən qanunsuz keçirilmiş hərracla əldə edilməsi və başqa şəxslə satılmasının iddiaçının vərəsəlik və mülkiyyət hüquqlarını pozduğuna görə hazırki tələblə ümumi qaydada məhkəməyə müraciət edərək məhkəmə müdafiəsi hüuqundan istifadə etməlidir. Belə ki, atasından miras qalmış nəqliyyat vasitələrinin qanunsuz hərrac vasitəsilə BOKT tərəfindən əldə edilməsi yuxarıda sadalanan qanuni qüvvəsində olan məhkəmə aktları ilə birmənalı müəyyən olunduğu işin mübahisəsiz halıdır. İstinad olunan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" ASC-nin adına nəqliyyat vasitələrinin dövlət qeydiyyatının ləğv edilməsi də qərara alınmışdır. Belə vəziyyətdə hesab edir ki, "xxxx" ASCnin qanunsuz hərəkətləri ilə atasına məxsus əmlakların özgəninkiləşdirilməsi ilə vərəsəlik və mülkiyyət hüququnun pozulduğu da işin mübahisəsiz halıdır. İş materialları və məhkəmə aktları ilə də müəyyən olunur ki, "xxxx" ASC nəqliyyat vasitələrinə dair həyata keçirdiyi hərracın qanunsuz olduğunu bildiyi kimi, həmin qanunsuz hərrac nəticəsində əldə etdiyi nəqliyyat vasitələrinin (məhkəmə mübahisəsi olduğunu bilə-bilə) tez-tələsik (dövlət qeydiyyatından şəhadətnamə əldə etdikdən 1 gün sonra) özgəninkiləşdirilməsi də qanunsuzdur. Özünə məxsus olamadığını bildiyi halda, BOKT-un atasına məxsus olmuş (həmin vaxt isə iddiaçının vərəsəlik hüququ ilə yüklü olan) əmlakı F.Tarquliyevə satmasına dair xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələri də etibarsız hesab edilməli və sözügedən nəqliyyat vasitələrinə dair F.C.Tarquliyevin adına DİN BDYP İdarəsində aparılmış dövlət qeydiyyatı ləğv edilməli, nəqliyyat vasitələrinə dair atası M.Səlimovun adına dövlət qeydiyyatı bərpa olunmalı və nəqliyyat vasitələri F.C.Tarquliyevdən alınaraq öz istifadə və sahibliyinə verilməlidir. Hazırki işin yuxarıda sadalanan hallarından göründüyü kimi, cavabdeh BOKT qanunsuz yolla əldə etdiyi atasına məxsus əmlakları, qanunsuz olduğunu bildiyi halda, alqı-satqı müqaviləsi əsasında digər cavabdeh F.C.Tarquliyevin adına özgəninkiləşdirmiş, F.Tarquliyev də nəqliyyat vasitələrinin qanusnuz hərracdə əldə edildiyini və tərəfindən bu hərracın və qiyabi qətnamənin nəticələrinin aradan qaldırılmasına dair məhkəmədə mübahisə qaldırıldığını bildiyi halda, BOKT-la əlbir olaraq əmlakları ələ keçirmişdir. Ona görə də F.Tarquliyevin vicdanlı əldə edən olmasına dair bundan əvvəlki məhkəmə işlərində irəli sürdüyü mülahizələri əsassızdır. Hesab edir ki, hüquqi əsası olmayan hərrac protokolu əsasında cavabdeh "xxxx" BOKT-nin mülkiyyətinə əsassız olaraq keçirilmiş, bununla da özünə məxsus olmadığını bilə-bilə BOKT tərəfindən yuxarıda sözügedən avtomobilin və qoşqunun F.Tarquliyevə satılması qanunsuzdur. Odur ki, həmin alqı-satqının etibarsız sayılması, əldə edilənlərin geri qaytarılması, yaxud bu, mümkün olmadıqda, nəqliyyat vasitəsinin və qoşqunun bazar dəyərinin cavabdeh BOKTdan tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməlidir.

3. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC-nin qanunsuz satdığı (özgəninkiləşdirdiyi) nəqliyyat vasitələrinin: 2007-ci il buraxılışlı, “MERCEDES BENZ M 1840 LS YÜK” markalı avtomobilin dəyəri olaraq 35000 manat və 2004-cü il buraxılışlı “Schmitz Yarımqoşqu” markalı avtomobilin dəyəri olaraq 30000 manat olmaqla, hər iki nəqliyyat vasitəsinin cəmi bazar dəyərinin olaraq 65000 (altmış beş min) manat məbləğin və ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, işin hallarına dair iddia ərizəsində göstərilənlərdən və hazırki işin məhkəmə hazırlıq iclaslarında əldə edilmiş sənədlərdən birmənalı surətdə müəyyən olunur ki, cavabdeh "xxxx" ASC iddiaçının atasına məxsus olmuş nəqliyyat vasitələrini qanunsuz olaraq öz adına mülkiyyət hüququ ilə qeydə aldırmış və əmlakın özünə məxsus olmadığını bildiyi halda, həmin əmlakları başqa şəxsə satmaqla, əmlakların dəyəri həcmində ona zərər vurmuşdur. Belə ki, iddiaçının atasından miras qalmış nəqliyyat vasitələrinin qanunsuz hərrac vasitəsilə BOKT tərəfindən əldə edilməsi iddia ərizəsində istinad olunan və iş materialına əlavə olunan qanuni qüvvəsində olan məhkəmə aktları ilə birmənalı müəyyən olunduğu işin mübahisəsiz halıdır. İstinad olunan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" ASC-nin adına nəqliyyat vasitələrinin dövlət qeydiyyatının ləğv edilməsi də qərara alınmışdır. Belə vəziyyətdə hesab edirəm ki, "xxxx" ASC-nin qanunsuz hərəkətləri ilə atasına məxsus əmlakların özgəninkiləşdirilməsi ilə vərəsəlik və mülkiyyət hüququnun pozulduğu da işin mübahisəsiz halıdır. İş materialları və məhkəmə aktları ilə də müəyyən olunur ki, "xxxx" ASC nəqliyyat vasitələrinə dair həyata keçirdiyi hərracın qanunsuz olduğunu bildiyi kimi, həmin qanunsuz hərrac nəticəsində əldə etdiyi nəqliyyat vasitələrinin (məhkəmə mübahisəsi olduğunu bilə-bilə) tez-tələsik (dövlət qeydiyyatından şəhadətnamə əldə etdikdən 1 gün sonra) özgəninkiləşdirilməsinin qanunsuz olduğunu, əslində özünə məxsus olmayan əmlakı sataraq gəlir əldə etmək istədiyini də bilirdi. Özünə məxsus olmadığını bildiyi halda, BOKT-un iddiaçının atasına məxsus olmuş (həmin vaxt isə iddiaçının vərəsəlik hüququ ilə yüklü olan) əmlakı F.Tarquliyevə satmaqla əmlakın dəyəri həcmində iddiaçıya zərər vurması da işin mübahisəsiz halıdır. İddiaçının atasından miras qalmış nəqliyyat vasitələrinin - əmlakın – özünə məxsus olmadığını bilə-bilə cavabdeh BOKT tərəfindən qanunsuz hərəkətlərlə özgəninkiləşdirilməsi iddiaçının mülkiyyət hüququndan məhrum olmağı, yəni, əmlakın dəyəri həddində real zərərə məruz qalmağı ilə nəticələnmişdir. Belə ki, cavabdeh "xxxx" ASC iddiaçının atasının mülkiyyətində olan nəqliyyat vasitələrini qanunsuz olaraq öz adına rəsmiləşdirməklə, bu qanunsuz əməllərini davam etdirərək qeydə alınmış “hüququndan” sui-istifadə edərək nəqliyyat vasitələrini özgəninkiləşdirməklə nəqliyyat vasitələrinin dəyəri həcmində iddiaçıya real maddi zərər vurmuşdur. Buna görə də iddiaçı atasından miras qalmış, iddiaş vərəsəlik və mülkiyyət hüququnun yarandığı əmlakı qanunsuz özgəninkiləşdirməklə əmlakın dəyəri həddində ziyan vurduğuna görə, avtonəqliyyat vasitələrinin 2019-cu ilə mövcud olmuş bazar dəyəri məbləğində zərərin əvəzinin cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə tələb irəli sürməkdə haqlıdır.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 133/2024 saylı qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia tələbinin qismən təmin edilməsi cavabdeh "xxxx" ASC-dən 2007-ci il buraxılışlı, “Mercedes Benz M 1840 LS yük” markalı avtomobilin dəyəri olaraq 24000 (iyirmi dörd min) manat və 2004-cü il buraxılışlı “Schmitz Yarımqoşqu” markalı avtomobilin dəyəri olaraq 30000 (otuz min) manat olmaqla, cəmi 54000 (əlli dörd min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 235 (iki yüz otuz beş) manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən cəmi 110 (yüz on) manatın cavabdeh "xxxx" ASC-dən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 560.1, 560.2, 1096.1, 1097.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 115, 124.3, 119.1, 218.3, 236-1.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh tərəfindən qanunsuz olaraq satılmış nəqliyyat vasitələrinin ekspertiza rəyi ilə orta bazar dəyərinin 68000 manat qiymətləndirildiyi halda və onun iddia tələbi 65000 manat olduğu halda, məhkəmənin iddanı qismən, cəmi 54000 manat pulun tutulması nəticəsinə gəlməsini qanunsuz və əsassız hesab edir.

9. Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT ASC ilə cavabdehX4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1131 saylı, kredit müqaviləsinə əsasən X3 illik 28 faiz hesablanmaqla, 24 ay müddətinə 30.000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh X4 mülkiyyətindəolan Schmitz Yarımqoşqu markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli avtomobil və 2007- ci il buraxılışlı, Mercedens Benz M1840 LS YÜK markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilləri xx.xx.2015-ci il tarixli 1131 saylı ipoteka müqaviləsinə əsasən bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Öhdəliklər borclu tərəfindən icra edilmədiyindən, cavabdeh X2 vəfatetməsindən məlumatsız olduğundan iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət edilmiş və iddia təmin edilmişdir. Bakı şəhəri NərimanovRayon Məhkəməsinin 2(005)- 2685/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin icrası nəticəsində hərrac keçirilmiş, baş tutmuş hərrac nəticəsində Səlimov MəhərrəmAğahüseyn oğluna məxsus “Schmitz Yarımqoşqu” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz M 1840 LS YÜK” markalı, ** XC *** dövlət qeydiyyatnişanlı avtomobillər "xxxx" ASC tərəfindən əldə edilmiş, daha sonra isə xx.xx.2019-cu il tarixli alqı-satqımüqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətinə keçmişdir. Hazırki iddianın təminedilməsi "xxxx" ASC-nin qarşısında olan pul (kredit) öhdəliklərininməhkəmə tərəfindən silinməsi kimi qiymətləndirilir. "xxxx" ASCqüvvədə olan məhkəmə qətnaməsi və icra vərəqəsi əsasında əldə etmiş, daha sonra ipoteka ilə yüklü edilmiş əmlakı satmış və M.Səlimovun bank qarşısında olan öhdəliklərə yönəlmişdir. Yəni əmlakın əldə edilməsi məhkəmə qətnaməsinə əsasən qanunvericiliyin bütün tələblərinə riayət edilərək baş tutmuşdur. Lakin məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili çıxış edərkən əsassız şəkildə cavabdehi qanunsuz hərəkətlər etməklə təqsirləndirmişdir. İddiaçı məhkəməyə müraciət etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2020-ci tarixli qətnaməsilə İddiaçı cavabdehlər BOKT "xxxx" ASC-yə, Bakı Şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası DİNBaş X19 İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. Daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-143/2022 saylı qərardadı ilə İddiaçıcavabdehlər "xxxx" BOKT ASC-yə, Cavabdeh2 və Nərimanov rayon İcra və Probasiya Şöbəsinə qarşı (Azərbaycan RespublikasıDaxili İşlər Nazirliyinin Baş X18 İdarəsi mübahisə predmetibarəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Mülki Məcəllənin558, 1151 və 1153-cü maddələri nəzərə alınmaqla qeyd edilməlidir ki, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Hazırki iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, işin mübahisəsiz halı odur ki, M.Səlimovun bankqarşısında öhdəlikləri olmuş, öhdəliklərin icra edilməsi məhkəmə qətnaməsi və icra vərəqəsi əsasında həyata keçirilmişdir. Mərkəzi kredit reyestrində olan məlumatlara əsasən hazırda kredit müqaviləsi üzrə M.Səlimovun bank qarşısında heç bir borcu yoxdur və öhdəliklər icra edilmişdir. Lakin məhkəmə tərəfindən qəbul edilmiş qərar nəticəsində borclunun öhdəliklərinin hüquqi nəticələri hansı formada icra ediləcəyi qeyri müəyyəndir. Cavabdeh "xxxx" ASC bütün əməliyyatları qanunvericiliyin tələblərinə uyğun həyata keçirmişvə hazırda cavabdehdən pulun tutulması tam əsassız və qanunsuzdur. Belə ki, birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən, Mülki Məcəllənin 1096.1 və 1097.1--ci maddələrinə (mülki hüquq pozuntusu (delikt)) istinad edərək, İddiaçı, icrada dönüş qaydasında mərhum atasının mülkiyyətinə (miras əmlak aktivinə) qayıtmalı olan, lakin "xxxx" ASC tərəfindən özgəninkiləşdirilmiş nəqliyyat vasitələrinin dəyərinin ona ödənilməsi barədə tələb irəli sürməkdə haqlı hesab etmişdir. Lakin məhkəmənin nəyə əsaslanaraq, hazırki iş üzrə cavabdehin mülki hüquq pozuntusu, delikt nəticəsində ziyan vurması qənaətinə gəlməsi sual altındadır. Belə ki, cavabdeh "xxxx"ASC bütün əməliyyatları qanunvericiliyin tələblərinə uyğun həyata keçirmişdir. Bununla da, birinci instansiya məhkəməsi mülki qanunvericiliyin normalarını düzgün təhlil etməmiş və nəticədə cavabdehin hüquqlarının pozulması ilə nəticələnən yekun qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil1 verilmiş özləri tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş, cavabdehin apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.

13. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili X15 özləri tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş, cavabdehin apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

18. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

22. Maddə 1309. Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

26. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

27. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilən şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.

32. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.

33. Belə ki, birinci instansiya məhkəməsi mübahisəyə mülki qanunvericiliyin delikt törədilməsi ilə bağlı dəymiş ziyanın ödənilməsinə dair normalarını tətbiq edərək cavabdehdən iddiaçının xeyrinə pul tutulmasını qət etmişdir. Lakin kollegiya bu mövqe ilə razılaşmır.

34. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2685/2018 saylı. xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə icra tədbirləri həyata keçirilmiş və cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli, 9624-15-20-i saylı sifariş məktubu əsasında "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC X2 mülkiyyətində olmuş 2004-cü il buraxılışı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli “SCHMİTZ” markalı yarımqoşqunu və “Mercedes Benz" 1840LS yük markalı, 2007- ci il buraxılışlı, **-XC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin hərracını keçirmişdir.

35. "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən tərtib edilmiş 13 sentyabr 2019-cu il tarixli, Y-232 və Y-233 nömrəli “hərracın nəticələri haqqında protokollarından görünür ki, 2004-cü il buraxılışı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli “Schmitz” markalı yarımqoşqu 8.287,50 manata, “Mercedes Benz" 1840LS yük markalı, 2007-ci il buraxılışlı, **-XC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 20.400 manata olmaqla 2(005)- 2685/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbkar, hazırkı iş üzrə cavabdeh "xxxx" BÖKT ASC-yə satılmışdır.

36. AD № 587932 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Schmitz yarımqoşqu" **-ZJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019cu il tarixdə "xxxx" ASC-nin adına qeydə alınmışdır.

37. AD № 587931 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz" 1840LS yük markalı **-JU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin adına qeydə alınmışdır.

38. "xxxx" ASC və X8 arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, “Schmitz” markalı **-ZJ-*** qeydiyyat nişanlı yarımqoşqu 8000 manata sonuncuya satılmışdır.

39. "xxxx" ASC və X8 arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, “Mercedes Benz" 1840LS yük markalı **- JU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi 23000 manata sonuncuya satılmışdır.

40. Baş X19 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş komputer çıxarışından görünür ki, **-ZB-*** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli “Schmitz” markalı yarımqoşqu xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin adına qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə qeydiyyatdan çıxmış, xx.xx.2019-cu il tarixdə X5 adına qeydiyyata alınmışdır və hazırda onun adına qeydiyyatdadır. “Mercedes Benz" 1840LS yük markalı, 2007-ci il buraxılışlı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin adına qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə qeydiyyatdan çıxmış, xx.xx.2019-cu il tarixdə X5 adına qeydiyyata alınmışdır və hazırda onun adına qeydiyyatdadır.

41. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı BOKT "xxxx" ASC-nin cavabdeh X3 qarşı (Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinin təmin edilməsi, X1 14.248,68 (on dörd min iki yüz qırx səkkiz ABŞ dolları altmış səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 3.490,20 (üç min dörd yüz doxsan ABŞ dolları 20 sent) ABŞ dolları məbləğində faiz borcu, 526,96 (beş yüz iyirmi altı ABŞ dolları doxsan sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18.265,84 (on səkkiz min iki yüz altmış beş ABŞ dolları səksən dörd sent) ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulması, tutulan məbləğin X3 məxsus “Schmitz Yarımqoşqu” markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007-ci il buraxılışlı, “Mercedens Benz M 1840 LS YÜK” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillərə yönəldilməsi, həmin avtomobillərin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsaitin hesabına "xxxx" BOKT ASC-yə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda isə artıq məbləğin qalıq hissəsinin X3 qaytarılması, İddiaçı cavabdehlər BOKT "xxxx" ASC-yə, Bakı Şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası DİN Baş X19 İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinin təmin edilməməsi qət edilmişdir.

42. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 3161/2021 saylı qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2020-ci tarixli qətnaməsi qismən iddiaçı BOKT "xxxx" ASC-nin cavabdeh X3 qarşı (Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair hissədə ləğv edilmiş, mülki işin icraatına həmin hissədə xitam verilmişdir.

43. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 3161/2021 saylı digər qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2020-ci tarixli qətnaməsi - İddiaçı cavabdehlər BOKT "xxxx" ASC-yə, Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası DİN Baş X19 İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair hissədə ləğv edilmiş, İddiaçı cavabdehlər BOKT "xxxx" ASC-yə, Bakı Şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası DİN Baş X19 İdarəsi mübahisə predmet barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılmışdır.

44. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 avqust 2021-ci il tarixli, 2(102)-3816/2021 saylı qərarı ilə iddiaçı "xxxx" BOKT ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3161/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

45. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1257/2023 saylı qərardadından görünür ki, cavabdeh X2 hüquqi varisi İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadı qismən ləğv edilmiş, qiyabi qətnamənin icrasında dönüş edilməsi barədə cavabdeh X2 varisi İddiaçı ərizəsi qismən təmin edilmiş, hərracın nəticəsi olaraq DİN-in Baş X18 İdarəsində 2007-ci il buraxılışlı, “Mercedes Benz M 1840 LS YÜK” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixində "xxxx" ASC-nin adına qeydə alınmış şəhadətnamə ləğv edilmiş, hərracın nəticəsi olaraq DİN-in Baş X18 İdarəsində “Schmitz Yarımqoşqu” markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixində "xxxx" ASC-nin adına qeydə alınmış şəhadətnamə ləğv edilmişdir.

46. İşin hallarından göründüyü kimi hazırda İddiaçı cavabdeh "xxxx" ASCnin qanunsuz satdığı (özgəninkiləşdirdiyi) nəqliyyat vasitələrinin: 2007-ci il buraxılışlı, “Mercedes Benz M 1840 LS YÜK” markalı avtomobilin və 2004-cü il buraxılışlı “Schmitz Yarımqoşqu” markalı avtomobilin dəyərinin cavabdeh "xxxx" ASC-dən öz xeyrinə tutulmasını tələb etmişdir.

47. Kollegiya ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Yəni bu o deməkdir ki, şəxs öhdəliyin icra olunmasını tələb etdiyi zaman həmin öhdəlik yuxarıda adı çəkilən əsaslardan birinə söykənməlidir. əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

48. Hazırki iş üzrə iddiaçı mübahisəli avtomobillərin cavabdeh tərəfindən qanunsuz olaraq satılmasını əsas gətirərək onların dəyərinin ödənilməsini tələb etmiş, birinci instansiya məhkəməsi isə cavabdehin deliktə səbəb olan əməl törətməsi nəticəsində iddiaçıya dəymiş zərərin ödənilməsini qət etmişdir.

49. Kollegiya istər birinci instansiya məhkəmsinin mövqeyinə, istərsə də öhdəliyin yaranması əsaslarından biri kimi delikt anlayışa münasibətdə aşağıdakıları qeyd edir.

50. Belə ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: a) törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; b) əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; c) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; d) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

51. Sözügedən dispozisiya şərtlərinin hazırki mübahisə üzrə mövcud olmasını yoxlayan kollegiya qeyd edir ki, göründüyü kimi deliktin ilkin xüsusiyyəti törədilmiş əməlin hüquqazidd olmasının təsbiti ilə bağlıdır. Hazırki işin hallarından görünür ki, cavabdeh "xxxx" ASC ilə iddiaçının mərhum atası X4 arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi səbəbindən borclu barəsində məhkəmədə iddia qaldırılmış, qiyabi məhkəmə qətnaməsinə əsasən iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə 14248.68 ABŞ dolları məbləğində əsas borcun, 3490.20 ABŞ dolları məbləğində faiz borcunun 526,96 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18265.84 ABŞ dolları məbləğində pulun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutulan məbləğin X3 məxsus “Schmitz" yarımqoşqu markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007-ci il buraxılışlı ‘‘Mercedes Benz M184GLS" yük markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillərə yönəldilməsi, həmin avtomobillərin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına “Pro Kredit" BOKT ASC-yə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğin göstərilən məblədən artıq olduqda isə artıq məbləğin qalıq hissəsinin X3 qaytarılması qət edilmişdir. İddiaçının bildirdiyinə görə həmin qiyabi qətnamədən icra prosesi zamanı xəbər tutmuş və ləğv edilməsi barədə məhkəməyə müraciət etmiş, lakin həmin proseslər zamanı artıq hərrac keçirilmiş və avtomobillər satılmışdır.

52. Kollegiya bu hissədə xüsusilə vurğulayır ki, işin hallarından göründüyü kimi sözügedən hərrac 13 sentyabr 2019-cu il tarixində keçirilərkən buna əsas olmuş qiyabi qətnamə hələ qüvvədə olmuş, yalnız Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv olunmuşdur. Bu da o deməkdir ki, hərracın keçirilməsi prosesi həmin vaxt qanunazidd əməl olmamış, hərracın nəticəsi olaraq əldə edilən gəlir də cavabdehin hansısa deliktinə görə deyil, iddiaçının mərhum atası ilə bağlanmış kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı qəbul edilmiş məhkəmə qətnaməsinin icrasından irəli gəlmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün nəzərdə tutulan şərtlərdən birincisi artıq hazırki mübahisənin mahiyyətinə uyğun deyildir.

53. Məhkəmə növbəti olaraq öhdəliyin yaranması əsası kimi əsassız varlanma halının mövcud olub-olmaması ilə bağlı aşağıdakıları qeyd edir.

54. Mülki qanunvericiliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.

55. Qeyd edilən maddənin dispozisiya şərtlərindən də görünür ki, əsassız varlanmanın baş verməsi üçün varlanan şəxsin bununla bağlı hər hansı qanuni və ya hüquqi əsası mövcud olmur. Hazırki işin halları ilə bağlı yuxarıda da qeyd olunduğu kimi mübahisəli avtomobillərin satılmasına və bunun nəticəsində cavabdehin gəlir əldə etməsinə səbəb hərracın keçirilməsi; bu hərraca əsas həmin vaxt qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası; qətnamənin qəbul edilməsinə əsas isə kreditorla borclu arasında bağlanmış kredit müqaviləsi olmuş və adı çəkilən səbəbnəticələr bir-biriləri ilə zəncirvari formada əlaqəli olmuşdur. Bu da onu deməyə əsas verir ki, cavabdehin “varlanması” üçün həmin vaxt qanuni və hüquqi əsaslar mövcud olmuşdur.

56. İddiaçının qeyd edilən hərrac nəticələrinin və qiyabi qətnamənin artıq ləğv olması ilə bağlı arqumentlərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının mərhum atası M.Səlimovun cavabdeh BOKT qarşısında öhdəliyi ilk növbədə məhkəmə qətnaməsi ilə deyil, tərəflər arasındakı kredit müqaviləsindən irəli gəlmiş, həmin müqavilə etibarlı olmuş və müqavilə üzrə öhdəlik borclunun şəxsi iştirakı olmadan icra edilməsi mümkünsüz olan öhdəlik kateqoriyasına aid olmadığından, o cümlədən mərhumun vərəsələri də olduğundan xitamı nəzərdə tutulmamışdır. Bu da o deməkdir ki, məhkəmə icraatları zamanı müəyyən prosessual xüsusatlara görə qiyabi qətnamənin və hərrac nəticələrinin ləğv edilməsi borclunun kreditor qarşısında ilkin öhdəliyinin xitamına səbəb olmamış və cavabdehin “varlanması” üçün mövcud olan əsası aradan qaldırmamışdır.

57. Kollegiya öhdəliyin yaranma əsasları kimi son olaraq tərəflər arasında müqavilənin mövcudluğuna dair şərtin hazırki iş üzrə yoxlanılması ilə bağlı qeyd edir ki, işin mübahisəsiz halına görə cavabdeh BOKT-un iddiaçı S.Səlimov və ya onun mərhum atası qarşısında pul öhdəliyini nəzərdə tutan hər hansı müqavilə olmamış, əksinə, mərhum S.Məhərrəmovun kredit öhdəliyini ehtiva edən müqavilə olmuş və cavabdehin də tələbi bundan irəli gəlmişdir.

58. Beləliklə, məhkəmə öhdəliyin yaranma əsasları ilə bağlı qanunvericiliyin normalarını hazırki işin halları ilə təhlil edərək hesab edir ki, iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasını mövcud olmamış, məhkəməyə bildirdiyi faktiki hallar həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun gəlməmişdir.

59. Kollegiya iddiaçının cavabdeh BOKT tərəfindən onun mərhum atası öldüyü halda ona qarşı iddia qaldırmasına dair dəlillərinə münasibətdə isə qeyd edir ki, Mülki Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Hazırki işin müəyyən olunmuş hallarından da göründüyü kimi iddiaçı atası ilə BOKT arasında kredit müqaviləsinin mövcudluğundan xəbərdar olmuş, atasının ölümündən 11 aya yaxın keçməsinə baxmayaraq bu barədə kreditora xəbər verməmiş, cavabdehin də bunu müəyyənləşdirmək kimi bir imkanı və vəzifəsi olmamış, nəticədə qətnamə qəbul edilmiş və yalnız həmin aktın icrası zamanı iddiaçı bu barədə müvafiq icra şöbəsini məlumatlandırmışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçının vərəsə olaraq qanunvericiliklə nəzərdə tutulan məlumat vermə öhdəliyini icra etməməsi hazırki mübahisənin yaranmasına rəvac vermişdir.

60. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi sözügedən hallara düzgün qiymət verməmiş və nəticədə yanlış nəticəyə gəlmişdir. Buna görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilən şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.

61. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

62. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

63. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

64. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

65. Kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçının özünə aid edilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği olan 143 (yüz qırx üç) manat isə İddiaçı tutularaq cavabdeh "xxxx" ASC-yə ödənilməlidir.

66. Həmçinin iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən cəmi 110 (yüz on) manat İddiaçı tutulmalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 387, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 133/2024 saylı tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid olunsun. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği olan 143 (yüz qırx üç) manat İddiaçı tutularaq cavabdeh "xxxx" ASC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən cəmi 110 (yüz on) manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar