Məhkəmə qərarları › İş №2(103)-6199/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6199/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6199/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-607/2021 saylı, 03.02.2021-ci il tarixli qərardadından cavabdeh (maraqlarına toxunan şəxs) Cavabdeh3 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, İddiaçı məxsus olan ipoteka predmetinə - ünvan ünvanında yerləşən ümumi sahəsi 0.057 ha torpaq sahəsinə dair cavabdeh “xxxx” MMC tərəfindən keçirilən hərracla bağlı 10.04.2019-cu tarixli Y- 115 saylı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı iddianı təmin etmə tədbirinin tətbiqinə dair ərizə verərək, ünvan torpaq sahəsinin üzərinə iddianın təmin tədbiri kimi həbs qoyulması özgəninkiləşdirilməsinin qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli, 2(009)-607/2021 saylı qərardadı ilə ərizə təmin edilərək, yekun məhkəmə aktı çıxarılanadək ünvan torpaq sahəsinin üzərinə özgəninkiləşdirilməsi qadağan edilməklə həbs qoyulmuşdur. Cavabdeh2 şikayət edərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli, 2(009)-607/2021 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-607/2021 saylı, 03.02.2021-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2(103)-3637/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)- 607/2021 nömrəli, 03.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh3 da şikayət verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)- 607/2021 saylı, 03.02.2021-ci il tarixli qərardadını ləğv edərək ünvan torpaq sahəsinin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçın nümayəndəsi və vəkili dəqiqləşdirmə ərizəsi verərək Cavabdeh3 da cavabdeh kimi qeyd etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-607/2021 saylı, 16 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddivçının nümayəndəsi və vəkili Nümayəndə şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni təmin edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddia tələbi hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi olduğundan, mübahisə tam həll edilənədək ünvan torpaq sahəsinin özgəninkiləşdirilməsi qadağan edilməlidir. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab edir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıdığından və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyindən, hazırki iş üzrə də iddianın təmini tədbiri iddia tələbinin məzmununa və həddinə uyğundur. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-607/2021 saylı, 03.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh3 şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-607/2021 saylı, 03.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar