Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6201/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 oğlu, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab olunması və borcun silinməsi”tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-2250/2020 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi, daha sonra MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli 0178959№-li Aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1944 manat borcun silinməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi bardə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ünvan 1 ev, mənzil 507 ünvanında yerləşən bağ evinin mülkiyyətçisidir və həmin bağ evi tərəfindən daimi deyil, yəni müvəqqəti istifadə edilir. xx xxxx 2018-ci il tarixdə qeyd olunan bağ evinə smart tipli qaz sayğacı quraşdırılmış və cavabdehin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixli, 5475629№-li Akt tərtib olunmuşdur. Sonradan cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, 0178959№-li Aktın həmin bağ evinin giriş qapsının arasına qoyulmasının şahidi olmuşdur. Həmin Aktın niyə görə rəsmi qaydada deyil, bağ evinin giriş qapsına qoyulmasının, eyni zamanda həmin Aktda - sifarişçi (istehlakçı) kimi göstərilən şəxsin Xəlilov Çimnaz; ...xətalar normaya uyğun deyil; Sayğacın hesablanma mexanizminin qoruyucusu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olundu; aktın sonunda İddiaçı qarşısında imtina göstərilməsi səbəblərini öyrənmək üçün cavabdehin əməkdaşlarına müraciət etsə də, nəticə etibarı ilə ona heç bir əsaslı məlumat verilməmişdir. Sadəcə olaraq, bildirilmişdir ki, onun bağ evinin mexaniki qaz sayğacı smart qaz sayğacı ilə əvəz olunmuş, istehlakçının və onun nümayəndəsinin başqa şəxs göstərilməsinin heç bir əhəmiyyəti yoxdur və dövlət plombu ilə əlaqədar isə ümumi standart akt formasında göstərilənlər qeyd olunmuşdur. Bu yaxınlarda ona məlum olmuşdur ki, mənzilə verilən qaz üçün ödənişlərdən 70-80% miqdarında vəsait süni surətdə yaradılmış (öhdəlikdən kənar) borc əvəzinə silinir, ümumiyyətlə dayandırılmışdır. Səbəbini telefon vasitəsi ilə öyrəndikdə bildirilmişdir ki, onun guya cavabdehə 2018-ci ilin sentyabr ayından yaranmış 1944 manat borcun olduğu üçün və həmin borc məbləği tam ödənilənədək həmin məbləğlər silinəcəkdir. Ümumiyyətlə, 1944 manatməbləğində qaz sərfiyyatı üçün borcun yaranması absurddur. Çünki, həmin bağ evindən o və ailə üzvləri yalnız və yalnız məhdud istifadə edirlər və bunu qonşular da, təsdiq edə bilərlər. Qaz sayğıcı ümumiyyətlə bağ evindən kənar, yəni bağ evinin giriş qapsının küçə tərəfdən yanında yerləşdirilmiş və qaz sayğacı müvafiq örtüklə örtülməmişdir. Bağ evində tələbata uyğun olaraq qaz işlədilmiş (demək olar ki, bəzi aylarda qazdan ümumiyyətlə istifadə olunmamışdır) və ümumilikdə il üzrə təqribən 400 manat civarında qaz sərf edilmişdir. Həmçinin qaz sərfiyytı üçün hesablanmış məbləğlər artıq ödəmələr şəklində cavabdehin hesabına köçürülmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)- 2250/2020 saylı qətnaməsi iləiddia təmin edilmiş, cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxxxx 2018-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında İddiaçı hesablanmış 1944 manat məbləğində borcun silinməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “Cavabdeh” İB-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətə görə, iddiaçının mənzilində quraşdırılmış sayğac “Cavabdeh” İB-nin nümayəndələri tərəfindən çıxarılmış və dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. İdarənin rəyinə əsasən sayğaca müdaxilə olunduğu və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Bu səbəbdən abonentdən istifadə etdiyi qaz cihazlarının sərfiyyatına görə 1.944 manat borc hesablanaraq tələb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından aydın olur ki, “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktla mexaniki sayğac İtron sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “Cavabdeh” İB tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın surətindən məlum olur ki, istehlakçının mülkiyyətində olan evə aid qaz sayğacına baxış keçirilmiş və “sayğacın hesablanma mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olundu” qeyd edilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir. İş materiallarına əlavə edilmiş abonentin xx.xx.2020-ci il tarixli saldosunda, 3 nəfərin qeydiyyatda olduğu, 4 gözlü qaz plitələri (PQ-4) (1/1) qızdırıcı radiator peçinin (1/1) quraşdırıldığı ünvan 2 mənzil 507 ünvanı üzrə **********15070 saylı abonent İddiaçı 09/2018-ci il tarixdə təbii qaz sərfiyyatına görə 1944 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısmın vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh təşkilat mübahisələndirmir ki, iddiaçıya məxsus evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır. Belə olan halda isə həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericiliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, küçədə quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2250/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-6201/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6201/2020
17.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver