Məhkəmə qərarları › İş №2(103)-6226/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6226/2020

05.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6226/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçılardan İddiaçı2, cavabdehlərin qanuni nümayəndəsi Cavabdeh və vəkili X12 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər X13 və X7 qanuni nümayəndəsi (anası) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 Hümmət qızı, İddiaçı2, İddiaçı3 və İddiaçı4 X15 və cavabdehlər X13 və X7 qanuni nümayəndəsi (anası) Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, miras qoyan X8 ölümündən sonra ödənilmiş borclarının məbləğini təşkil edən 347563 manat və 150000 ABŞ dolları məbləğində pul vəsaitindən X7 və X4 hər birinin payına düşən 57927 manat və 25000 ABŞ dolları məbləğində vəsaitin X5 və X3 ayrı-ayrılıqda tutularaq iddiaçılara bərabər şəkildə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. X15 və X4 qanuni nümayəndəsi (anası) Cavabdeh da öz növbəsində ilkin iddiaçılara qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək X6 miras qalmış Ağdaş şəhəri, H.Əliyev prospekti 103A nömrəli yerləşən 003 A nömrəli yerləşən 0,0551 hatorpaq sahəsinə, Ağdaş şəhəri, H.Əliyev prospekti, 105A nömrəli ünvanda yerləşən 0,3529 ha torpaq sahəsinə, Ağdaş şəhəri, H.Əliyev prospekti ünvanındakı qeyriyaşayış sahəsində yerləşən 2828,3 m2 olan torpaq sahəsinə, Ağdaş şəhəri, Azadlıq küçəsi 17 ünvanında yerləşən “Şirvan” restoranına, Ağdaş rayonunda yerləşən 0,10 ha torpaq sahəsinə dair xx xxxxxx 2001-ci il təvəllüdlü X7 və xx xxxxxx 2005-ci il təvəllüdlü X4 qanun üzrə vərəsəlik hüquqlarının tanınması və borclu, miras buraxan X8 ödənmiş 282 001,40 manat məbləğində borclarının müqabilində əmlaka payçı və vərəsələrdən paylarına münasib hissədə pul vəsaitinin alınaraq ona ödənməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş №2(005)-514/19) ilkin və qarşılıqlı iddia ərizələri qismən təmin edilərək miras qoyan X8 ölümündən sonra ödənilmiş borcların məbləğini təşkil edən 342074 manat pul vəsaitindən X7 və X4 hər birinin payına düşən ayrılıqda 57012,33 manat, cəmi 114024,66 manatın X5 və X3 tutularaq ilkin iddiaçılara ödənilməsi, Ağdaş şəhəri, H.Əliyev prospekti 103A nömrəli ünvanda yerləşən 0,0551 ha torpaq sahəsinin, Ağdaş şəhəri, H.Əliyev prospekti, 105A nömrəli ünvanda yerləşən 0,3529 ha torpaq sahəsinin, Ağdaş şəhəri, H.Əliyev prospekti ünvanındakı qeyri-yaşayış sahəsində yerləşən 2828,3 kvadrat metr olan torpaq sahəsinin, Ağdaş rayonunda yerləşən 0,10 ha torpaq sahəsinin miras qoyan X9 məxsus 1/2 hissəsinin (miras kütləsinə daxil olan hissəsinin) 1/6 hissəsinə X7 və 1/6 hissəsinə X4 vərəsəlik payının müəyyən edilməsi qət edilmiş, ilkin və qarşılıqlı iddia tələbləri qalan hissələrdə rədd olunmuşdur. Sözügedən qətnamədən X7 və X4 qanuni nümayəndəsi Cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev - sədrlik edən və məruzəçi, X.Mərdanova və E.Həsənov) Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, ilkin iddia ərizəsi qismən təmin edilmiş, miras qoyan X8 borclarına görə vərəsəsi İddiaçı3 tərəfindən ödənilmiş 10000 manat pul vəsaitindən digər vərəsələr X7 və X4 hər birinin ayrı-ayrılıqda payına düşən 1666,66 manat X5, habelə xx xxxxxx 2005-ci il təvəllüdlü X4 qanuni təmsilçisi Cavabdeh tutularaq İddiaçı3 ödənilməsi, ilkin iddia ərizəsinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, Ağdaş şəhəri, H.Əliyev prospekti 103A nömrəli ünvanda yerləşən 0,0551 ha torpaq sahəsinin, Ağdaş şəhəri, H.Əliyev prospekti, 105A nömrəli ünvanda yerləşən 0,3529 ha torpaq sahəsinin, Ağdaş şəhəri, H.Əliyev prospekti ünvanındakı qeyri-yaşayış sahəsində yerləşən 2828,3 kvadrat metr olan torpaq sahəsinin, Ağdaş şəhəri, Azadlıq küçəsi 17 ünvanında yerləşən “Şirvan” restoranına və Ağdaş rayonunda yerləşən 0,10 ha torpaq sahəsinin miras qoyan X9 məxsus olmuş 1/2 hissəsinin (miras kütləsinə daxil olan hissəsinin) 1/6 hissəsinə X7 və 1/6 hissəsinə X4 vərəsəlik payının müəyyən edilməsi, miras qoyan X8 borclarına görə vərəsəsi X15 tərəfindən ödənilmiş 58000,50 manat pul vəsaitindən digər vərəsə İddiaçı3 payına düşən 38667 manat pulun İddiaçı3 alınaraq X10 ödənilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov-sədrlik edən və məruzəçi, A.Hüseynov və İ.Xəlilov) İddiaçı3 kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilk iddia tələbinin cavabdehlərdən müştərək qaydada 347563 manat pulun miras paylara uyğun tutulmasının rədd olunması hissədə ləğv edilmiş, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia və qarşılıqlı iddia qismən təmin edilmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə həmin qətnamə ilk iddia tələbinin cavabdehlərdən müştərək qaydada 347563 manat pulun miras paylara uyğun tutulmasının rədd edilməsi hissəsində ləğv olunmuş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Yəni, hazırkı apellyasiya baxışının predmeti yalnız ilk iddia tələbinin cavabdehlərdən müştərək qaydada 347563 manat pulun miras paylara uyğun tutulmasının rədd edilməsi hissəsidir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq yalnız apellyasiya baxışının predmeti olan hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinə və əsaslılığna qiymət verir. İlk iddia tələbi apellyasiya baxışının predmeti olan hissədə onunla əsaslandırılmışdır ki, X15 və X1 Fəzail Ağəli oğlunun qanun üzrə vərəsələri qismində tanınmış və onların hərəsinə miras əmlakın yarısının 1/6 hissəsinə sahib olduqları barədə qanuni qüvvəyə minmiş qətnamə vardır. “xxxxxxxxxxxxxx” ASC-nin nominal dəyəri 2 manat olan 256337 ədəd öhdəliklərlə yüklənmiş səhmlərinin girovdan azad olunması üçün indiyə qədər tərəflərindən 347563,68 manat girovsaxlayan “xxxxxx” ASC-yə ödənilmişdir. Hal-hazırda da girov qoyulmuş əmlaklar üzrə ödənişləri davam edir. Belə olduğu halda, məhkəmə qərarları ilə vərəsə qismində tanınmış X15 və X4 da üzərinə həmin ödənişlərin aparılması qoyulmalı və indiyə qədər ödənilmiş məbləğlər paylara mütənasib olaraq ödənilməlidir. Ödəniş qəbzləri iddia ərizəsinə əlavə olunmuşdur və indiyə qədər cəmi X8 borclarından “xxxxxxxxxxxxxx” ASC-nin ipoteka ilə yüklü səhmlərinin girovdan azad olunması üçün 347563,68 manat ödənilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(103)-2263/2018 saylı qətnaməsi ilə, ilkin iddiaçılardan Rövşən, Zərniyar və Samirə Ələkbərovların miras əmlakdan onlara çatası paydan digər ilkin İddiaçı3 xeyrinə imtina etdikləri nəzərə alan alınaraq mərhum Fəzail Ələkbərovun vərəsələri kimi məhz İddiaçı3, habelə mərhumun Cavabdeh ilə faktiki nikahdan doğulmuş xx xxxxxx 2001-ci il təvəllüdlü Elşad Ələkbərovu və xx.xx.2005-ci il təvəllüdlü Aytən Ələkbərovanı qəbul edərək miras əmlakı məhz onlar arasında bölünməsi müəyyən edilmişdir (İddiaçı3 – 4/6 hissə, Elşad və Aytən Ələkbərovların hər birinə 1/6 hissə). İş materiallarında olan mədaxil üzrə kassa orderlərinin surətlərindən görünür ki, “xxxxxxx” ASC-yə İddiaçı2 xx.xx.2013-cü il tarixdə 5000 manat, X18 25.05.201-cü il tarixdə 30000 manat, İddiaçı2 xx.xx.2013- cü il tarixdə 14000 manat,xx.xx.2013-cü il tarixdə 2000 manat, X18 xx.xx.2014-cü il tarixdə 55000 manat və 240 manat, İddiaçı2 xx.xx.2016-cı il tarixdə 10 manat,xx.xx.2013-cü il tarixdə 20000 manat, X18 xx.xx.2015-ci il tarixdə 10 000 manat və xx.xx.2015-ci il tarixdə 6 000 manat, İddiaçı2 xx.xx.2016-cı il tarixdə 20000 manat və xx.xx.2015-ci il tarixdə 110000 manat, xx.xx.2014-cü il tarixdə 100 manat, X18 xx.xx.2015-ci il tarixdə 11 000 manat, İddiaçı3 xx.xx.2018- ci il tarixdə 10000 manat, X18 xx.xx.2014-cü il tarixdə 40000 manat, İddiaçı2 06.2018-cı il tarixdə 5000 manat, X18 xx.xx.2014-cü il tarixdə 50000 manat, xx.xx.2014-cü il tarixdə 1405 manat və xx.xx.2015-ci il tarixdə 3005 manat, xx.xx.2014- cü il tarixdə 25100 manat, xx.xx.2015-ci il tarixdə 10000 manat, Xammədov Soltan xx.xx.2013-cü il tarixdə 3224 manat, cəmi 342 074 manat pul ödəmişlər. İş materiallarında olan xx.xx.2015-ci il tarixli səhmlərin alqı-satqı müqaviləsinin surətindən görünür ki, birinci tərəf İddiaçı3 ikinci tərəf X17 “xxxxxxxxxxxxxx” ASC-də ona məxsus hər birinin dəyərinin nominal dəyəri 2 manat olan 257778 ədəd adlı səhmləri ikinci tərəfə 525556 manata satmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh birinci instansiya məhkəməsinin miras qoyan X8 ölümündən sonra ödənilmiş borcların məbləğini təşkil edən 342074 manat pul vəsaitindən X7 və X4 hər birinin payına düşən ayrılıqda 57012,33 manat, cəmi 114024,66 manatın X5 və X3 tutularaq ilkin iddiaçılara ödənilməsinə aid hissəsindən verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi vərəsə olmayan şəxsləri iddiaçı qismində tanımaqla səhvə yol vermişdir. Belə ki, miras əmlak üzrə sadəcə üç varis mövcuddur, bunlardan ikisi onun övladları, digəri isə İddiaçı3dur, digər şəxslərin hazırkı iddia ilə çıxış etmək hüquqları yoxdur. Ödənişlərin sadəcə 10 000 manatlıq hissəsi İddiaçı3 adından ödənilmişdir, qalan məbləğlər kənar şəxslər tərəfindən ödənilmişdir. Apelyator Cavabdeh və onun vəkili Ü.İsmayılov məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. İddiaçılardan İddiaçı2 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, qətnamənin mübahisələndirilən hissədə əsaslı olub-olmamasına qiymət vermək üçün ilk növbədə hazırkı apelyasiya baxışının predmeti müəyyən edilməlidir. İşdən göründüyü kimi, ilk iddia tələbi miras qoyan X8 ölümündən sonra ödənilmiş borclarının məbləğini təşkil edən 347563 manat və 150000 ABŞ dolları məbləğində pul vəsaitindən X7 və X4 hər birinin payına düşən 57927 manat və 25000 ABŞ dolları məbləğində vəsaitin X5 və X3 ayrı-ayrılıqda tutularaq iddiaçılara bərabər şəkildə ödənilməsindən ibarətdir. Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə həmin iddia qismən təmin olunaraq miras qoyan X8 ölümündən sonra ödənilmiş borcların məbləğini təşkil edən 342074 manat pul vəsaitindən cavabdehlərin hər birinin payına düşən ayrılıqda 57012,33 manat, cəmi 114024,66 manatın X5 və X3 tutularaq ilkin iddiaçılara ödənilməsi qət edilmişdir. Apelyasiya Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmış, ilkin iddia qismən təmin edilmiş, miras qoyan X8 borclarına görə vərəsəsi İddiaçı3 tərəfindən ödənilmiş 10000 manat pul vəsaitindən digər vərəsələr X7 və X4 hər birinin ayrı-ayrılıqda payına düşən 1666,66 manat X5, habelə xx xxxxxx 2005-ci il təvəllüdlü X4 qanuni təmsilçisi Cavabdeh tutularaq İddiaçı3 ödənilməsi qət edilmiş, ilkin iddia tələbi qalan hissədə təmin olunmamışdır. Ali Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi bütün hissələrdə, o cümlədən miras qoyan X8 borclarına görə vərəsəsi İddiaçı3 tərəfindən ödənilmiş 10000 manat pul vəsaitindən digər vərəsələr X7 və X4 hər birinin ayrı-ayrılıqda payına düşən 1666,66 manatın X5, habelə xx xxxxxx 2005-ci il təvəllüdlü X4 qanuni təmsilçisi Cavabdeh tutulub İddiaçı3 ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmış, qətnamə yalnız ilk iddia tələbinin cavabdehlərdən müştərək qaydada 347563 manat pulun miras paylara uyğun tutulmasının rədd edilməsi hissəsində ləğv olunmuş və yeni apelyasiya baxışına qaytarılmışdır. Deməli, 347563 manat pulun 10 000 manatlıq hissəsi üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə, yəni cavabdehlərin hər birinin ayrı-ayrılıqda payına düşən 1666,66 manatın onlardan İddiaçı3 xeyrinə tutulması yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanıldığından hazırkı apelyasiya baxışının predmetini yalnız ilk iddia tələbinin cavabdehlərdən müştərək qaydada 337 563 manat (347563-10000=337563) pul vəsaitindən X7 və X4 hər birinin payına düşən 56 260,34 manat (57927-1666,66=56 260,34) məbləğində vəsaitin X5 və X3 ayrı-ayrılıqda tutulub iddiaçılara bərabər şəkildə ödənilməsi hissəsi təşkil edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yalnız hazırkı apelyasiya baxışının predmeti olan həmin hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və iddia tələbi həmin hissədə rədd olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçılar miras qoyan X8 347563 manat məbləğində ödənilmiş borcundan X7 və X4 hər birinin payına düşən 57927 manat məbləğində vəsaitin cavabdehlərdən tutulub iddiaçılara bərabər şəkildə ödənilməsi barədə tələblərinin faktiki əsası kimi miras qoyanla “xxxxxx” ASC arasında bağlanmış kredit müqavilələrinə və həmin məbləğin “xxxxxx” ASC-yə ödənilməsini təsdiq edən mədaxil üzrə kassa orderlərinə (ödəmə qəbzlərinə) istinad etmişlər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçıların istinad etdikləri 500 000 manat borc verilməsinə dair xx xxxx 2006-cı il tarixli və 650 000 manat borc verilməsinə dair xx xxxxxx 2007-ci il tarixli kredit müqavilələri “xxxxxx” ASC ilə miras qoyan X16 arasında deyil, “xxxxxx” ASC ilə “xxxxxxxxxxxxxx” ASC arasında bağlanmışdır. X16 həmin kredit müqavilələrinin təminatı kimi bağlanmış ipoteka müqavilələrində ipoteka qoyan olmuşdur (İ cild, i.v. 112-122). Eləcə də, işdə olan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından göründüyü kimi, “xxxxxx” ASC-nin yuxarıda adı çəkilən müqavilələr və eləcə də bütün digər kredit müqavilələri üzrə tələb etdiyi 2 776 999 manat əsas borc və 155 000 manat faiz borcu miras qoyan X6 deyil, “xxxxxxxxxxxxxx” ASC-dən tutulmuş və tutma X8 mülkiyyətində olan daşınmaz əmlaklara, eləcə də onun və Cavabdeh mülkiyyətində olan adi adlı səhmlərə yönəldilmişdir (İ cild, i.v.100-111, 199-204). İşin 243-253-cü vərəqlərində olan mədaxil üzrə kassa orderlərindən də görünür ki, İddiaçı2, Nazim Qasımov və Soltan Xammədov tərəfindən “xxxxxx” ASC-yə edilən ödəmələr miras qoyan X8 deyil, “xxxxxxxxxxxxxx” ASC-nin borclarına görə aparılmışdır. İddiaçı2 və Nazim Qasımov tərəfindən aparılan ödəmələr üzrə orderlərdə borclunun “xxxxxxxxxxxxxx” ASC olduğu birbaşa qeyd olunmuşdur. Soltan Xammədovun ödədiyi 3224 manat borc üzrə mədaxil kassa orderində borclu kimi X16 göstərilsə də, həmin ödəmə qəbzində olan bank rekvizitləri bu məbləğin də “xxxxxxxxxxxxxx” ASC-nin borcuna görə ödənildiyini təsdiq edir. Əslində, ödənilən borcun “xxxxxxxxxxxxxx” ASC-yə aid olması, girov predmeti olan səhmlərin miras qoyana məxsus olması və ödəmələrin girov predmetini yüklülükdən azad etmək məqsədi daşıdığı iddia ərizəsinin məzmunundan aydındır. İddiaçılar bunu öz ərizələrində açıq şəkildə göstərmişlər. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, X8 ölümündən sonra xx xxxxxx 2013-cü il tarixdə xx xxxx 2006-cı il və xx xxxxxx 2007-ci il tarixli kredit müqavilələrinə əlavə razılaşmalar bağlanmış və bu razılaşmalara əsasən adı çəkilən kredit müqavilələri üzrə borcalan qismində vərəsəlik şəhadətnaməsinə əsasən İddiaçı3 tanınmışdır (İ cild, i.v.117, 122). xx xxxxxxxx 2015-ci ildə isə İddiaçı3 “xxxxxxxxxxxxxx” ASC-nin “xxxxxx” ASC-də girovda olan 241 160 ədəd adı adlı səhmi 515 556 manata X2 (İ cild, i.v.71). Məhkəmə kollegiyası yuxarıda göstərilənlər nəticəsində bu qənaətə gəlir ki, iddiaçıların hazırkı apellyasiya baxışının predmeti olan hissədə cavabdehlərdən tələb etdikləri məbləğ, eləcə də İddiaçı2, Nazim Qasımov və Soltan Xammədov tərəfindən “xxxxxx” ASC-yə edilən ödəmələr X8 miras passivi sayıla bilməz. Belə ki, həmin ödəmələr X8 deyil, “xxxxxxxxxxxxxx” ASC-nin borclarına görə aparılmışdır. Bu baxımdan tələbin bu hissəsinə Mülki Məcəllənin 1151.1, 1306.1-ci maddələri tətbiq oluna bilməz. Birinci instansiya məhkəməsi həmin maddələri göstərilən hissədə mübahisəli hüquq münasibətinə tətbiq edərkən səhvə yol vermişdir. Göründüyü kimi, “xxxxxx” ASC-yə ödənilmiş borc miras qoyan X8 deyil, “xxxxxxxxxxxxxx” ASC-nin borcu olmuş və “xxxxxx” ASC-nin həmin borclar üzrə tələb hüququ Mülki Məcəllənin 431.3-cü maddəsinin tələbinə əsasən ödəməni aparan şəxslərə keçmişdir. Kredit borcları ödənilməmiş olsaydı “xxxxxx” ASC həmin borcun ödənilməsini “xxxxxxxxxxxxxx” ASC-dən tələb edə bilərdi. Nə qədər ki, borc üçüncü şəxslər tərəfindən ödənilmişdir, bu tələb hüququ ödəməni aparmış həmin üçüncü şəxslərə keçir və onlar ödəmiş olduqları məbləği “xxxxxxxxxxxxxx” ASC-dən tələb edə bilərlər. İşdən göründüyü kimi, hazırkı işdə ödəməni aparmış üçüncü şəxslər tərəfindən “xxxxxxxxxxxxxx” ASC-yə qarşı hər hansı tələb irəli sürülməmişdir. Məhkəmə isə MPM-nin 218.3-cü maddəsini rəhbər tutaraq yalnız işdə iştirak edən şəxslər tərəfindən verilmiş tələblər üzrə işə baxır və qətnamə çıxarır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və ödəməni aparmış şəxslərin birinci instansiya məhkəməsində müstəqil iddia qaldırmaq imkanlarının itirilmədiyini nəzərə alaraq Nazim Qasımovun və digərinin işdə iştirak etməyə cəlb olunmasına zərurət görmədi. Məhkəmə kollegiyasının qənaətinə görə mərhum X8 “xxxxxxxxxxxxxx” ASC-nin səhmdarlarından biri olması hazırkı iş üzrə iddia tələbinin apelyasiya baxışının predmeti olan hissədə təmin olunması üçün əsas vermir. Mülki Məcəllənin 98.4-cü maddəsinin tələbinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları (səhmdarlar) onun öhdəlikləri üçün cavabdeh deyildirlər və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün onlara mənsub səhmlərin dəyəri həddində risk daşıyırlar. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinə ilk növbədə, həmin tələb üzrə cavabdeh qismində göstərilən şəxslərin bu iddiaya cavab verməli olan şəxs olub-olmadığı kontekstində qiymət verilməli və gəlinən nəticəyə uyğun olaraq müvafiq qərar qəbul edilməlidir. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. Əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olur. Bu baxımdan qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. İlk iddia tələbi üzrə cavabdeh kimi göstərilən şəxslər isə hazırkı işdə həmin tələbə cavab verməli şəxslər deyillər. Lakin nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Məhkəmə kollegiyası onu da qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddənin məzmunundan da göründüyü kimi sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə işin həqiqi hallarını düzgün müəyyən etməmiş, həmin hissədə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Ona görə də qətnamə həmin hissədə ləğv olunmalı və ilk iddia tələbi apellyasiya baxışının predmeti olan hissədə rədd edilməlidir. Əslində, Fəzail Ələkbərovun miras passivində vərəsənin payının müəyyən edilməsi və tutulması ilə bağlı oxşar tələb qarşılıqlı iddiada da irəli sürülmüşdü. Qarşılıqlı iddia üzrə həmin tələbə görə qarşılıqlı iddiaçılar ödədikləri və miras qoyan X8 borcu hesab etdikləri pul vəsaitinin miras passivinə daxil edilməsini, həmin miras passivində ilkin iddiaçıların paylarının müəyyən olunmasını və ödənmiş məbləğin bu paya uyğun hissəsinin ilkin iddiaçılardan tutulub onlara verilməsini xahiş etmişdilər. Əvvəlki apellyasiya baxışı zamanı xx.xx.2019-cu il tarixli qətnamə ilə 224 000,90 manat məbləğində vəsaitin X8 borcuna görə deyil, “xxxxxxxxxxxxxx” ASC-nin borcuna görə ödənildiyi müəyyən edilərək qarşılıqlı iddia tələbi həmin hissədə rədd olunmuşdur. Lakin nədənsə, hazırkı apelyasiya baxışının predmeti olan eyni məzmunlu ilk iddia tələbinə fərqli qiymət verilmişdir ki, bu da MPM-nin 9.1-ci maddəsinin tələbinə ziddir. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni ilk iddia tələbinin 337 563 manatlıq (347563-10000=337563) miras passivindən (pul vəsaitindən) X7 və X4 hər birinin payına düşən 56 260,34 manat (57927-1666,66=56 260,34) məbləğində vəsaitin cavabdehlərdən ayrı-ayrılıqda tutulub iddiaçılara bərabər şəkildə ödənilməsi hissəsində ləğv edilsin. İlk iddia tələbi həmin hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar