Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6228/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, cavabdehlər Cavabdeh2 və X1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh7 Bakı şəhəri 6 saylı notariat ofisinə, İsmayıllı rayon notariat ofisinə, Bakı Ərazi 51 saylı notariat ofisinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 9 saylı X3, Bakı şəhəri 9 saylı notariat ofisinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Baş Dölət X5) müqavilələrin etibarsız hesab edilməsi və sair tələblərə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2428/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadından cavabdehlər Cavabdeh2 və Azim Əhmədovun nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh7 Bakı şəhəri 6 saylı notariat ofisinə, İsmayıllı rayon notariat ofisinə, Bakı Ərazi 51 saylı notariat ofisinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 9 saylı X3, Bakı şəhəri 9 saylı notariat ofisinə qarşı bağışlama müqavilələrinin, alqı-satqı müqaviləsinin və onlara əsasən verilmiş mülkiyyət sənədlərinin etibarsız hesab edilməsi, həmin əmlakların mirasa daxil edilməsi və miras paylarının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh2 və Azim Əhmədovun nümayəndəsinin mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair vəsatəti rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)- 2189/2020 saylı qərardadı ilə cavabdehlər Cavabdeh2 və Azim Əhmədovun nümayəndəsinin şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)- 2970/2020 saylı qərardadı ilə Cavabdeh2 kasasiya şikayəti qismən təmin edilmiş, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Yeni apellyasiya baxışı zamanı cavabdehlər Cavabdeh2 və X1 təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər tərəflər və üçüncü şəxs iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə edilmiş dəyişikliyə görə xx xxxxxx 2020-ci il tarixdən birinci instansiya məhkəmələrinin işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə qərardadlarından verilmiş şikayətlərə apelyasiya instansiyası məhkəmələri deyil, kasasiya instansiyası məhkəməsi baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.4-cü maddəsində göstərilir ki, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 269.1-269.3-cü maddələrinin mənasına görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 403-1.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 403-1.2-ci maddəsinin tələblərinə görə, kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Cavabdehlər Cavabdeh2 və Azim Əhmədovanın nümayəndəsinin mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə vəsatətinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin qərardadından verdiyi şikayət üzrə mübahisəyə baxılması kasasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olduğundan apelyasiya qeyri mümlkün sayılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2428/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadından cavabdehlər Cavabdeh2 və X1 nümayəndəsi tərəfindən verilmiş şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6228/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6228/2020
07.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver