Məhkəmə qərarları › İş №2(103)-6230/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6230/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6230/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2 QSC-yə və Azərbaycan Respublikası Cavabdeh3nə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2747/2021 saylı işi üzrə 07 may 2021-ci il tarixli qərardadından Cavabdeh2 QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı oglu cavabdeh “xxxx” MMC-yə, “xxxx” QSC-yə və Azərbaycan Respublikası Əmlak Məsələlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hərrac təşkilatı olan "xxxx" MMC-nin İpoteka saxlayana X4 X5 yekunları barədə 03 noyabr 2020-ci il tarixli protokolunun etibarsız hesab edilməsi və ipoteka predmeti olan Cəlilabad şəhəri, Fərid Əhmədov küçəsindəki, 6 "A" saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən "xxxx" QSC-nin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı təmin etmə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Cəlilabad şəhəri, Fərid Əhmədov küçəsi 6 A saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulması və Cəlilabad rayon Məhkəməsinin 07.01. 2016-cı il tarixli, 2 (073)-169/2016 saylı qətnaməsi üzrə icra hərəkətlərinin Cəlilabad şəhəri, Fərid Əhmədov küçəsi 6 A saylı fərdi yaşayış evinə aid hissədə dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2747/2021 saylı işi üzrə 07 may 2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Cəlilabad şəhəri, Fərid Əhmədov küçəsi 6 A saylı fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin qadağan edilməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Azərbaycan Respublikası Əmlak Məsələlləri DövlətKomitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə həvalə edilməsi və qalan hissədə ərizə təmin olunmaması qərara alınmışdır. Cavabdeh2 QSC qərardaddan şikayət verərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2747/2021 saylı 07.05.2021 -ci il tarixli qərardadının ləğv olunması və iddianın təmini tədbiri barədə ərizənin rədd edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətdə bildirmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-169/2016 saylı, 07.01.2016-cı il tarixli qətnamasi ilə “İddiaçı” və qeyrilərindən müştərək qaydada "Cavabdeh2" SC-nin xeyrinə cəmi 35271.67 ABŞ dolları məbləğində kredit borcu, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeyda alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqı tutulması” qət edilmiş və tələb, X2 mülkiyyətindəki Cəlilabad şəhəri, Fərid Əhmədov küçəsi, 6 A saylı fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə yönəldilmişdir.Borclu İddiaçı müxtəlif instansiyalara müxtəlif əsaslarla qət edilmiş qətnamənin icrasını uzatmaq məqsədi ilə ərizələr, şikayətlər vermiş və iddiası, şikayətləri əsassız oİduğu üçün təmin edilməmişdir.Təbii ki, borclunun bu mövqeyi və Nərimanov rayon Məhkəməsinin 2(005)- 2747/2021 saylı 7.05.2021-ci il tarixli qərardadı banka böyük həcmdə maddi itkilərlə nəticələnməsinə səbəb olmuşdur. Qət edilmiş məhkəmə aktının icrası müddətinin süni olaraq üzadılması üçün cavabdehlər müxtəlif şikayətlər vermişlər.Həmçinin qət edilmiş qətnamənin icrasının Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (005)-2747/2021 saylı, 07.05.2021-ci il tarixli qərardadı ilə uzadılması tələbkar Cavabdeh2 QSC-s maddi itkilərlə nəticələnməsinə səbəb olmaqda davam edir.Belə ki, hərracda əmlakın realiza olması borclunun qət edilmiş borcuna nisbətdə ödənilib, bankın balansında olan əmlakın özgəninkiləşdirilməsinin və digər hərəkətlərinin qadağan edilməsi hesab edirlər ki, digər məcburi icra tədbirlərinin görülməsinə də təsir edəcək ki, buda “İcra Haqqında” Azərbaycan Respublikasının qanunun tələblərini pozur. İddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri mümkün edən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbir olduğundan məhkəmə iddianın təmini tədbiri barədə ərizəyə baxarkən işdə iştirak edən digər şəxslərin mənafelərini və onların müdafıəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır.Hazırki iddianın təmini tədbirinin məqsədi gələcəkdə qəbul olunacaq qətnamənin icrasını təmin etmək məqsədi daşımır. Əksinə qanuni qüvvəsini almış Cəlilabad Rayon Məhkəməsinin 2(073)-59/2016 saylı, 07.01.2016-cı il tarixli qətnaməsinin icra olunmasına əsasısz olaraq mane olmaqdan ibarətdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2747/2021 saylı işi üzrə 21 may 2021-ci il tarixli il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24, 80, “X6 haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 63-67 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2,14, 15,77, 88, 157-164, 236, 386, 388; 397.2, 398, İcra haqqında Qanunun 26,45,48-ci maddələrinə əsasən hesab edir ki şikayətdə qeyd edilən dəlillər onun təmin edilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad gələcəkdə icra sənədinin icrasını təmin etmək məqsədi ilə müvəqqəti səciyyə daşıyır və qeyd edilən prosedur icra icraatı üzrə icraatın dayandırılması çərçivəsində baxılma predmeti kimi müəyyən edilən və hazırki icratda suiistifadəyə şərait yaradan hal kimi müəyyən edilən əsaslar mövcud deyildır. Belə ki, icra sənədi artıq icra edilmiş və əmlak hüquqları ”xxxx” ASC-nə keçmişdir. Bununla yanaşı şikayət verən cavabdehin diqqətinə çatdırılmalıdır ki, iddianın rədd edilməsi haqqında qətnamə qəbul edildikdə (qanuni qüvvəyə mindikdən sonra) cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Cavabdeh2 QSC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2747/2021 saylı işi üzrə 07 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar