Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6240/2023 06.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-3083/2023 saylı qərardadı ilə ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında 3 müqavilə imzalanmış, hər üç müqavilə üzrə müqavilənin icra yeri Binə qəsəbəsi göstərilmişdir. Binə qəsəbəsi Xəzər rayonunun ərazisinə düşdüyü üçün işə Xəzər Rayon Məhkəməsində baxılmalıdır. İddiaçı müqavilənin icra yerinə görə iddianı qaldıra bilər, bu onun hüququdur. Xəzər Rayon Məhkəməsinin 05 sentyabr 2023-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-ə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1). Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır (maddə 152.1.3). Belə ki, iş materiallarından görünür ki, cavabdeh X1 qeydiyyatda olduğu ünvan – ünvan 1 ki, iş üzrə cavabdehin qeydiyyatda olduğu ünvan Gəncə şəhəri ərazisinə daxildir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni geri qaytarmaqda qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, şikayətdə qeyd olunan müqavilələrdə (xx.xx.2022-ci il tarixli, xxxxxxx nömrəli, xx.xx.2022-ci il tarixli, xxxxxxx nömrəli və xx.xx.2022-ci il tarixli, 68Q625 nömrəli) müqaviləni bağlamış tərəflər arasında öz üzərinə götürdükləri vəzifələrinin və ya həmin müqavilələr üzrə göstərilən xidmətin icra yeri barədə hər hansı bir bənd mövcud deyil. Müqavilənin özündə birbaşa göstərilmədən müqavilə bağlandıqdan sonra müqavilədə göstərilən malın hər hansı bir ünvanda çatdırılması həmin müqaviləyə icra yeri göstərilən müqavilə kimi qiymət verilməsinə əsas vermir. Eləcə də, həmin müqavilələrdə tərəflər arasında yaranmış mübahisənin icra yeri üzrə məhkəmədə həll olunmasına dair hər hansı müddəa yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6240/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6240/2023
06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver