Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6242/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “istehlakçı hüququnun müdafiəsi və borcunun silinməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4321/2020 saylı işi üzrə 12 aprel 2021-ci il tarixli qərardadından cavabdeh “xxxx” ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhər Suraxanı rayon məhkəməsinin 27 noyabr 2020-ci il tarixli 2(010)- 4321/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehlakçı hüququnun müdafiəsi və borcunun silinməsi” tələbi barədə iddiası təmin edilmiş, İddiaçı yaşadığı ünvan 1 ünvanına (abonent kodu: **********20000) aktlara görə hesablanmış 3671,21 manat məbləğində borcun “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməsi qət edilmişdir. Bakı şəhər Suraxanı rayon məhkəməsinin 27 noyabr 2020-ci il tarixli 2(010)- 4321/2020 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti 21 yanvar 2021-ci ildə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə daxil olmuş və mülki iş üzrə çıxarılmış Bakı şəhər Suraxanı rayon məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05 fevral 2021-ci il tarixli 2(103)-3249/2021 saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehlakçı hüququnun müdafiəsi və borcunun silinməsi” tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 noyabr 2020-ci il tarixli qətnamədən Cavabdeh ASC adından verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin qaytarılması üçün şikayət mülki işlə birlikdə Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti "buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 27 noyabr 2020-ci il tarixli 2(010)-4321/2020 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılmasının səbəbini üzrlü hesab edərək buraxılmış müddəti bərpa edib cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4321/2020 saylı işi üzrə 12 aprel 2021-ci il tarixli qərardadı ilə(Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1, 133.1-ci maddələrinə istinadən), Bakı şəhər Suraxanı rayon məhkəməsinin 27 noyabr 2020-ci il tarixli 2(010)- 4321/2020 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X3 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh qərardaddan şikayət verərək şikayətin təmin edilməsi, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 2(010)-4321/2020 saylı 12 aprel 2021-ci il tarixli qərardadını ləğv edib "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətini yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə Mülki Prossesual Məcəlləsinin 267.1, 267.2, 267.3, 361.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Suraxanı rayon məhkəməsinin 2(010)-4321/2020 saylı 27.11.2020-ci il tarixli qətnaməsi 28.12.2020-ci il tarixdə "xxxx" ASC-yə poçt vasitəsilə daxil olmuş və həmin qətnamədən apellyasiya şikayəti 15.01.2021-ci il tarixdə poçta təhvil verilmiş, bununla da qanunvericiliklə nəzərdə tutulmuş 1 (bir) aylıq müddət ötürülməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, ilk apellyasiya şikayəti verilən zaman müddətin ötürülmədiyini, lakin bu zaman şikayəti imzalayan şəxsin səlahiyyətini təsdiq edən çıxarış əlavə edilmədiyindən iddianın qeyri-mümkün hesab edildiyini, sonra çatışmazlığı aradan qaldıraraq prosessual müddətin bərpası barədə ərizə ilə yenidən apellyasiya şikayəti vermişlər, ilk dəfə apellyasiya şikayətinin verildiyi zaman qətnaməni 24.12.2020 ci il tarixdə aldıqlarını bildirmiş və ona dair zərfi təqdim etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128-133, 135, 357, 360, 385.2, 387.1, 395.1, 395.2, 397.2 və 398.0.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün prosessual qanunvericiliyin tələblərinə müvafiq əsaslandırılmamış qərardadın dəyişdirilmədən saxlanılması üçün əsaslar müəyyən etmir. Belə ki, apellyasiya şikayətinin ilk dəfə qeyrimümkünlüyü müəyyən edilən zaman apellyasiya instansiyası tərəfindən verilən göstərişlərə əməl edilməyərək korespondensiyanın izlənilməsi həyata keçirilməmiş və bununla müddətlərə dair obyektiv qiymət verilməmişdir. Hazırda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin çatdırılması zərfini təqdim edərək ilk dəfə şikayət verdiyi zaman müddətin ötürülmədiyini iddia edir. Qeyd edilən zərf üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə müraciətə baxıb qiymət verilməsi səlahiyyətləri baxımından kollegiya hesab edir ki, qərardad ləğv edilməli və vəsatətə yenidən baxılması üçün iş rayon məhkəməsinə göndərilməli, orada tərəflərin iştirakı ilə (çəkişmə şəraitində) müzakirələr aparılmalı, habelə müddətin bərpası barədə vəsatət verən tərəf müddətin buraxılmasının üzrlü hesab edilməsini müəyyən edən obyektiv əsasların mövcudluğu müəyyən edilməlidir. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü sənədlərin dövriyyəsi nəzərə alınmaqla hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “xxxx” ASCnin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4321/2020 saylı işi üzrə 12 aprel 2021-ci il tarixli qərardadı ləğv edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdeh “xxxx” ASC tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-6242/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6242/2021
21.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver