Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6246/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 1078/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Ləğv prosesində olan "Cavabdeh2" ASC-nin Azərbaycan Respublikası X3rşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X16 Heyətinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə bank uçot dərəcəsinin 8 faiz müəyyən edildiyini nəzərə alaraq cavabdehdən xxxxx Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 8(104)-57/2017 saylı qərardadı ilə təsdiq edilmiş "xxxxx" ASC-nin ləğvedicisi X5 təqdim etdiyi kreditorların tələblərinin ödənişi qrafikinə əsasən ödəməli olduğu 70 min manat pulun ödənilməsini gecikdirdiyinə görə əldən çıxmış faydanın əvəzi olaraq 13066 manat, xxxxx Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 8(104)-274/2018 saylı qərardadı ilə təsdiq edilmiş ödəniş qrafiklərinə əsasən ödəməli olduğu 230 min 120 manat pulun verilməsini gecikdirdiyinə görə isə 32216,1 manat, cəmi 45282,1 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan "Cavabdeh2" ASC və Azərbaycan Respublikası X5 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xxxxx şəhəri Nizami Rayon Məhkəməsi (sədrlik edən hakim Mahir Niftəliyev) xx xxxxxxxx 2015-ci il tarixli, 2(044)- 3265/2015 saylı qətnamə ilə onun "Cavabdeh2" ASC-yə qarşı iddiasını tam təmin edərək "Cavabdeh2" ASC-dən 294205,45 manat və onun üzərinə faiz kimi hesablanmış 88261,62 manat, cəmi 382467 manat 07 qəpik pulun alınaraq ona verilməsini qət etmişdir. Qətnamə qanuni gücünü almışdır. "Cavabdeh2" ASC buna qədər olan digər məhkəmə çəkişmələrini də uduzmuşdur. xxxxx şəhəri Nizami Rayon Məhkəməsinin yuxarıda göstərilən qətnaməsinin icrası məqsdilə "Banklar haqqında" Qanunun tələbinə uyğun olaraq xxxxx Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx xxxx 2017-ci il tarixli, 8(104)-57/2017 saylı qərardadla "xxxxx" ASC-nin ləğvedicisi X5 təqdim etdiyi kreditorların tələblərinin ödənişi qrafikini təsdiq etmişdir. Həmin qərardada əsasən ona 70 min manat ödəniş həyata keçirilməlidir. Bundan başqa xxxxx Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 8(104)-274/2018 saylı qərardadı ilə Cavabdeh2 ASC-nin ləğvedicisi X11 tərəfindən ləğv prosesində olan “Cavabdeh2" ASC-nin tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş 2-ci tranş üzrə 7-ci növbədə olan bank kreditorlarına ödənişlərin aparılması qrafiki təsdiq edilmişdir. Həmin qrafikdə onun 382467 (üç yüz səksən iki min dörd yüz altmış yeddi) manat kreditor tələbinin 230120 (iki yüz otuz min yüz iyirmi) manatdan ibarət hissəsinin (sıra 5) ödənilməsi təsdiq edilmişdir. Hər iki qrafik Fondun ərizəsinə əsasən təsdiq edilmişdir. Göstərilənlərə baxmayaraq "Cavabdeh2" ASC-nin ləğvedicisi X5 İcraçı direktorunun müavini, İcraçı direktorun vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev qüvvədə olan məhkəmə qərarlarının tələblərini kobud surətdə pozaraq ona ödənişləri həyata keçirməkdən müxtəlif bəhanələrlə qanunsuz olaraq boyun qaçırır. Şübhələr var ki, Vüqar Abdullayev "Cavabdeh2"ın keçmiş rəhbərinin xahişi əsasında pulun ödənişindən boyun qaçırır. Yaxud həmin vəsait Fond təyinatına uyğun olmayaraq israf edilmişdir. Çünki qeyd olunduğu kimi hər iki halda ödəniş qrafikləri məhkəmə tərəfindən məhz Fondun rəhbərliyinin ərizəsi əsasında təsdiq edilmişdir. xxxxx Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 8(104)-57/2017 saylı və xx xxxxxx 2018-ci il tarixli, 8(104)-274/2018 saylı qərardadları ilə təsdiq edilmiş ödəniş qrafiklərinə əsasən digər kreditorların pulları verilmişdir. Son günlər X11 mətbuat vasitəsilə ləğv prosesində olan bankların, o cümlədən "Cavabdeh2" ASC-də fiziki şəxslərin sığortalanmayan əmanətlər üzrə 17 min manat ekvivalentinədək kreditor tələbinin ödənilməsinə başlandığını bildirmişdir. Vüqar Abdullayev heç bir səbəb olmadan ona münasibətdə məhkəmə qərarlarını icra etməkdən boyun qaçırır. Vüqar Abdullayev məhkəmə qərarlarının icrasının gecikdirilməsinə bəraət qazandırmaq, ödənişi yubatmaq üçün ona qarşı pul tələbinə dair əsassız iddia ərizəsi ilə xxxxx İnzibati-İqtisadi məhkəməsinə müraciət etmişdir. Yuxarı dövlət orqanlarının sorğularına guya məhkəmədə ona qarşı pul tələbinə baxıldığı barədə cavablar verməklə məsuliyyətdən yayınırmış. Əsassız iddia verdiyinə görə məhkəmə baxışı zamanı Fond çətin vəziyyətə düşdüyündən Fondun rəhbərliyi iddia ərizəsini məhkəmədən geri götürmək məcburiyyətində qalmışdır. Artıq Fondun rəhbərliyinin pulu verməmək üçün bəhanəsi qalmadığından xeyli vaxtdır ki, Vüqar Abdullayev guya qeyd olunan məsələnin Baş Prokuror yanında Baş Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılması bəhanəsini ortaya atmışdır. Yuxarı orqanlara bu barədə həqiqətə uyğun olmayan cavablar verir, özünü günahsız kimi göstərir. Şikayəti araşdıran səlahiyyətli orqanlar da həmin yalan cavablara inanır. Vüqar Abdullayev onunla aşkar qərəzli münasibətdədir. Məhkəmə qərarlarına hörmətsizlik edir, vəzifə borcunun icrasından qəsdən əsassız boyun qaçırır. Cavabdehin məhkəmə qərarlarını icra etməməsi, ona məxsus olan pulu əsassız yerə özündə saxlaması nəticəsində əldən çıxmış fayda kimi ona maddi zərər vurulub və zərərin həcmi artmaqda davam edir. Ona görə də, cavabdehdən ona əldən çıxmış faydanın əvəzi olaraq Respublika Mərkəzi Bankının müəyyən etdiyi, iddia ərizəsi verilənədək qüvvədə olan uçot dərəcəsi ilə ödəməlidir. X16 Heyətinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə bank uçot dərəcəsinin 8 faiz müəyyən edildiyi nəzərə alınaraq xxxxx Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 8(104)-57/2017 saylı qərardadı ilə təsdiq edilmiş "xxxxx" ASC-nin ləğvedicisi X5 təqdim etdiyi kreditorların tələblərinin ödənişi qrafikinə əsasən ödəməli olduğu 70 min manat pulun ödənilməsini gecikdirdiyinə görə cavabdehdən əldən çıxmış faydanın əvəzi olaraq 13066 manat (70000 man. : 100 x 8%=5600 man. : 12 ay= 466,6 man. X 28 ay = 13066 man.), xxxxx Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 8(104)- 274/2018 saylı qərardadı ilə təsdiq edilmiş ödəniş qrafiklərinə əsasən ödəməli olduğu 230 min 120 manat pulun verilməsinin gecikdirilməsinə görə isə 32216,1 manat (230120 man. X 100 = 2301,2 x 8% = 18409,6 : 12 = 1534,1 x 21 = 32216,1), cəmi 45282,1 manat məbləğində pul alınaraq ona verilməlidir. Göstərilənlərə əsasən X16 Heyətinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə bank uçot dərəcəsinin 8 faiz müəyyən edildiyini nəzərə alaraq cavabdehdən xxxxx Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 8(104)-57/2017 saylı qərardadı ilə təsdiq edilmiş "xxxxx" ASC-nin ləğvedicisi X5 təqdim etdiyi kreditorların tələblərinin ödənişi qrafikinə əsasən ödəməli olduğu 70 min manat pulun ödənilməsini gecikdirdiyinə görə əldən çıxmış faydanın əvəzi olaraq 13066 manat, xxxxx Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 8(104)-274/2018 saylı qərardadı ilə təsdiq edilmiş ödəniş qrafiklərinə əsasən ödəməli olduğu 230 min 120 manat pulun verilməsini gecikdirdiyinə görə isə 32216,1 manat, cəmi 45282,1 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 1078/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-yə və X4rşı “xxxxx Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 8(104)- 57/2017 saylı qərardadı ilə təsdiq edilmiş "xxxxx" ASC-nin ləğvedicisi X5 təqdim etdiyi kreditorların tələblərinin ödənişi qrafikinə əsasən ödəməli olduğu 70 min manat pulun ödənilməsini gecikdirdiyinə görə əldən çıxmış faydanın əvəzi olaraq 13066 manat, xxxxx Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 8(104)-274/2018 saylı qərardadı ilə təsdiq edilmiş ödəniş qrafiklərinə əsasən ödəməli olduğu 230 min 120 manat pulun verilməsini gecikdirdiyinə görə isə 32216,1 manat, cəmi 45282,1 manat məbləğində pulun alınaraq ona verilməsi” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-1078/2020 nömrəli qətnaməsi ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xxxxx şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)- 3265/2015 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 ASC-dən 294205,45 manat və onun üzərinə hesablanmış 88261,62 manat faiz – cəmi 382467 (üç yüz səksən iki min dörd yüz altmış yeddi) manat 07 (yeddi) qəpik və ödənilmiş dövlət rüsumu əvəzində 30 manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. xxxxx şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)- 3265/2015 saylı icra vərəqəsindən görünür ki, xxxxx şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli, 2(044)-3265/2015 saylı qətnaməsi xx.xx.2016-cı il tarixdə icraya yönəldilmişdir. Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmuru X15 tərəfindən Cavabdeh2 ASC-yə göndərilmiş xx.xx.2016-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, xxxxx şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-3265/2015 saylı icra sənədi üzrə icraat başlanılmış, tələbin könüllü icrasının təmin edilməsi borcluya təklif olunmuşdur. xxxxx Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 8(104)- 57/2017 saylı qərardadından görünür ki, Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi X12 tərəfindən ləğv prosesində olan Cavabdeh2 ASC-nin tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarının ödənişlərin aparılması qrafiki xxxxx Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadın nəticə hissəsinin 1-ci bəndinə aid hissədə (Cavabdeh2 ASC-nin kreditorlarının tələblərinin reyestri (qəbul edilmiş tələblərin siyahısı) təsdiq edilsin hissəsində) təsdiq edilmişdir. Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi X7 etibarnamə üzrə nümayəndəsi Ruslan Musayev tərəfindən tərtib edilən “Ləğv prosesində olan Cavabdeh2 ASC-nin tələbləri təsdiq edilmiş, bankın mühasibat uçotu və hesab sənədlərində əks olunmuş və bölgü cədvəlinə daxil edilmiş kreditorlarına ödənişlərin aparılması qrafiki Azərbaycan Respublikası xxxxx Apellyasiya Məhkəməsinin hakimi Azər Bayramov tərəfindən xx.xx.2017-ci il tarixdə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İddiaçı ünvanlandığı müraciətə cavabdan müəyyən edilir ki, xxxxx Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərardadı ilə ona icra sənədi üzrə ödənişin həyata keçirilməsi üçün ləğv prosesində olan ASC-nin 2-ci tranş üzrə 7-ci növbədə olan bank kreditorlarına ödənişlərin aparılması qrafikinə daxil edildiyi, sonuncu dəfə xx.xx.2019-cu il tarixində olmaqla yerli icra qurumu tərəfindən X8 və Maliyyə X13na xəbərdarlığın göndərildiyi, məhkəmə qərarının icrasının nəzarətdə saxlanılması, tələbin təmin edilməsi istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş əlavə tədbirlərin görülməsinin yerli icra və probasiya qurumunun rəhbərinə tapşırıldığı müəyyən edilmişdir. xxxxx Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 8(104)- 274/2018 saylı qərardadından görünür ki, ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi X11 tərəfindən ləğv prosesində olan Cavabdeh2 ASC-nin tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş 2-ci tranş üzrə 7-ci növbədə olan bank kreditorlarına ödənişlərin aparılması qrafiki təsdiq edilmişdir. X5 icraçı direktorunun müavini, İcraçı direktorun vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev tərəfindən İddiaçı vəkili Vəkil ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, xxxxx Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017ci il tarxli, 8(104)-57/2017 saylı qərardadı ilə Cavabdeh2 ASC-dən İddiaçı 382467.07 manat pul tələbi bankın tələbləri təsdiq edilmiş ödənişlərin aparılması qrafikinin siyahısına daxil edilərək təsdiq edilmişdir. Məhkəmənin sözügedən qərardadı X11 tərəfindən nəzərə alınaraq İddiaçı tələbi üzrə ödənişin həyata keşçirilməsi üçün ləğv prosesində olan Cavabdeh2 ASC-nin 2-ci tranş üzrə 7-ci növbədə olan bank kreditorlarına ödənişlərin aparılması qrafikinə daxil edilmişdir. Qeyd olunan tələb üzrə ödənişin həyata keçirilməsi ilə əlaqədar qanunvericilikdə müddət öhdəliyi nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirilmişdir ki, daxili prosedurla bağlı məsələlər həll edildikdən sonra, yaxın zamanda İddiaçı tələbi üzrə ödəniş edilməsinə baxılacaqdır. Azərbaycan Respublikasının Maliyyə X13 tərəfindən Vəkil verilmiş ********** saylı, xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi X1suz hərəkətləri barədə xx.xx.2018-ci il tarixli, 021150 nömrəli vəkilin müraciətinə Maliyyə X13nda baxılmış, müraciətdə qeyd olunan məsələlərlə bağlı hüquq pozuntuları ehtimal olduğundan məsələyə dair materialların araşdırılması və hüquqi qiymət verilməsi üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi bildirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xxxxx Regional Ədliyyə İdarəsinin Vəkil müraciətinə verdiyi xx.xx.2018-ci il tarixli cavabından görünür ki, tələbkar İddiaçı tələbi üzrə ödənişin həyata keçirilməsi üçün ləğv prosesində olan Cavabdeh2 ASC-nin 2ci tranş üzrə 7-ci növbədə olan bank kreditorlarına ödənişlərin aparılması qrafikinə daxil edilmiş və yaxın zamanda İddiaçı tələbi üzrə ödəniş edilməsinə baxılacağı, icra sənədinin icrası istiqamətində xxxxx şəhəri üzrə İcra İdarəsi tərəfindən zəruri icra tədbirlərinin davam etdirildiyi bildirilmişdir. xxxxx şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)- 3265/2015 saylı arayışından görünür ki, xxxxx şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-3265/2015 saylı qətnaməsi xx.xx.2016-cı il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının Maliyyə X13 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli müraciətə cavabdan görünür ki, xxxxx Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərardadına uyğun olaraq İddiaçı tələbi ləğv prosesində olan Cavabdeh2 ASC-nin 2-ci tranş üzrə 7-ci növbədə olan bank kreditorlarına ödənişlərin aparılması qrafikinə daxil edilmiş, müraciətdə qeyd edilən məsələ araşdırılması üçün Fond tərəfindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, həmin idarədə Ləğv prosesində olan Cavabdeh2 ASC-nin vəzifəli şəxsləri və qeyriləri barəsində Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.1, 308.2, 311.2, 313, 320.1 və 320.2-ci maddələri ilə ********* nömrəli cinayət işinin istintaqı aparılır. Hazırda Cavabdeh2 ASC-dən ayrı-ayrı vaxtlarda “xxxxxxx” MMC-yə 615.030 manat, “xxxxx” MMC-yə 341.650 manat və fiziki şəxs İddiaçı 114.000 manat olmaqla ümumilikdə 1.070.680 manat məbləğində verilmiş kredit ödənilmədiyi halda bankın vəzifəli şəxsləri tərəfindən ehtiyat hesabına xx.xx.2013-cü il tarixdə balansdan silinməsi və göstərilən əməliyyat xx.xx.2013cü il tarixdə balansarxası hesaba daxil edilməsi ilə bağlı X6 daxil olmuş məlumat əsasında istintaq araşdırılması davam etdirilir. İşin mübahisələndirilməyən hallarından görünür ki, xxxxx şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-3265/2015 saylı qətnaməsinə əsasən Cavabdeh2 ASC-dən İddiaçı xeyrinə cəmi 382467,07 manat məbləğində pulun ödənilməsi qət edilmişdir. Həmin qətnamənin icrasını təmin etmək məqsədilə icra vərəqəsinin göndərilməsinə və icranın könüllü şəkildə həyata keçirilməsinin təklif edilməsinə baxmayaraq qətnamənin icrası baş tutmamış, Cavabdeh2 ASC-nin bank lisenziyasının ləğv olunması səbəbilə bankın aktivlərinə yönəldilmiş icra sənədləri üzrə icra hərəkətlərinin aparılması dayandırılmışdır. İddiaçı tələbi ödənişin həyata keçirilməsi üçün ləğv prosesində olan Cavabdeh2 ASC-nin 2-ci tranş üzrə 7-ci növbədə olan bank kreditorlarına ödənişlərin aparılması qrafikinə daxil edilmiş, daha sonra isə xxxxx Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərardadı ilə ləğv prosesində olan Cavabdeh2 ASC-nin tələbləri və bölgü cədvəlinə daxil edilmiş 2-ci tranş üzrə 7-ci növbədə olan bank kreditorlarına ödənişlərin aparılması qrafiki təsdiq edilmişdir. Qeyd edilməlidir ki, Maliyyə X13nın ərizəsinə əsasən xxxxx İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərardadı ilə X5 Cavabdeh2 ASC-yə ləğvedici təyin olunması qərara alınmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək X16 Heyətinin xx xxxxxxxx 2019cu il tarixli qərarı ilə bank uçot dərəcəsinin 8 faiz müəyyən edildiyini nəzərə alaraq cavabdehdən xxxxx Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 8(104)-57/2017 saylı qərardadı ilə təsdiq edilmiş "xxxxx" ASC-nin ləğvedicisi X5 təqdim etdiyi kreditorların tələblərinin ödənişi qrafikinə əsasən ödəməli olduğu 70 min manat pulun ödənilməsini gecikdirdiyinə görə əldən çıxmış faydanın əvəzi olaraq 13066 manat, xxxxx Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 8(104)- 274/2018 saylı qərardadı ilə təsdiq edilmiş ödəniş qrafiklərinə əsasən ödəməli olduğu 230 min 120 manat pulun verilməsini gecikdirdiyinə görə isə 32216,1 manat, cəmi 45282,1 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyası ilk öncə iddia tələblərinin cavabdeh X8 münasibətdə araşdırılmasının zəruri olduğunu qeyd edir. Belə ki, Mülki Məcəllənin 60.1, 60.4 və 60.5-ci maddələrinə əsasən hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. Ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. Ləğvetmə komissiyasının üzvləri (təsviyəçi, ləğvedici) öz fəaliyyətləri zamanı bu Məcəllənin 49.3-cü maddəsinin tələblərinə riayət etməlidirlər. Həmin Məcəllənin 49.3-cü maddəsinin tələblərinə görə hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. “Banklar haqqında” Qanunun 71.7.4-cü maddəsinə əsasən bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür. Həmin Qanunun 59.2-ci maddəsinin tələblərinə görə məhkəmə bankın məcburi ləğv olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Bankın məcburi ləğvi barədə məhkəmə qərarı, onun qəbul edildiyi gündən ən geci sonrakı gün X14 orqanına və Fonda göndərilir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği X14 orqanı ilə razılaşdırmaqla müəyyən edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər smetası, hər üç aydan bir Fondun təqdimatına əsasən X14 orqanı tərəfindən təsdiq olunur. Göründüyü kimi, X11 işin baxılmasına iddiaçı tərəfindən cavabdeh qismində düzgün cəlb edilmişdir. Belə ki, yuxarıda qeyd edilən maddələrdən müəyyən edildiyi kimi, ləğvedici ləğv prosesində olan hüquqi şəxsin kreditorlarına pul vəsaitinin ödənilməsinə, tələblərin daxil olması növbəliliyi ilə həyata keçirilməsinə birbaşa nəzarət etməli olan orqan olmaqla, hüquqi şəxslərin ləğvetmə prosesini tənzimləyən qanun normalarına riayət etməlidir. Ləğvedici öz vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada hərəkət etməyəndə müvafiq mülki məsuliyyətə cəlb edilməklə hüquqi şəxsin kreditorlarına dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallardan görünür ki, xxxxx Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 8(104)-274/2018 saylı qərardadı ilə ləğv prosesində olan Cavabdeh2 ASC-nin bölgü cədvəlinə daxil edilmiş 2-ci tranş üzrə 7-ci növbədə olan bank kreditorlarına ödənişlərin aparılması qrafiki təsdiq edilsə də İddiaçı hazıradək dərhal həyata keçirilməli olduğu təqdirdə heç bir ödəniş edilməmiş, Cavabdeh2 ASC-dən İddiaçı xeyrinə 382467,07 manat məbləğində pulun ödənilməsini qət edən xxxxx şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icrasız qalmışdır. Halbuki “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 87.1-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Həmin qanunun 87.2 və 87.3-cü maddələrinə əsasən tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir və məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. Həmin qanunun 87.4-cü maddəsinə əsasən ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Ödənişlərin aparılması qrafikinə daxil edilmiş məbləğləri kreditorlara ödəmək üçün onlarla əlaqə yaratmaq mümkün olmadığı halda ödənilməmiş məbləğlər Mərkəzi Bankda xüsusi hesabda depozitə qoyulur. Ləğvedici kütləvi informasiya vasitələrində bildiriş dərc etdirərək göstərilən kreditorlara vəsaiti almaq üçün müraciət etməyi təklif edir. Bu qaydada depozitə qoyulmuş vəsait göstərilən kreditorlar və ya onların hüquq varisləri tərəfindən həmin tələblər üzrə iddia müddəti bitənədək ala bilər. İddia müddəti bitdikdən sonra ödənilməmiş məbləğlər dövlət büdcəsinə köçürülür. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia ərizəsindən göründüyü kimi, hazırki iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanan həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Belə ki, Mülki Məcəllənin 449.1 və 449.2-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir. Kollegiya iddiaçının X9 cavabdeh qismində düzgün olaraq cəlb etdiyini, onun bankın kreditorlarının tələbləri üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət etməli orqan olduğunu qeyd etsə də hesab edir ki, hazırkı işdə İddiaçı istinad etdiyi maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmur. Belə ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini, yəni X2 pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması nəticəsində faydalanmış olduğunu, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etdiyini sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, barəsində ləğv prosesi başlanılmış hüquqi şəxs, hazırki işdə bank, ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən, yalnız ləğvetmə çərçivəsində fəaliyyət göstərir. Yəni qeyd edilən qərar qəbul edildiyi andan ləğv prosesində olan bank tərəfindən fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarının məcmu halda həyata keçirilməsi mümkünsüz olur. Belə olan halda məhkəmə hesab edir ki, bankın sahibliyində olan aktivlərin maliyyə dövriyyəsi dayandırıldığı üçün, onun hesabında olan pul və ya digər əmlak vasitəsilə faydalanması, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etməsi istisna edilir. Beləliklə, kollegiya iddiaçı X5 məhkəmə aktlarının icrasını gecikdirməklə hər hansı gəliri əldə etdiyini məhkəmədə sübuta yetirə bilmədiyindən hesab edir ki, iddia bu cavabdehə münasibətdə rədd edilməlidir. Kollegiya iddia tələbinin ləğv prosesində olan Cavabdeh2 ASC-yə münasibətdə rədd edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. “Banklar haqqında” Qanunun 71.1-ci maddəsinə əsasən məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği X14 orqanı ilə razılaşdırmaqla müəyyən edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər smetası hər üç aydan bir Fondun təqdimatına əsasən X14 orqanı tərəfindən təsdiq olunur. Göründüyü kimi, məhkəmə kollegiyası bankın müflis elan olunmasına dair qərarı ilə barəsində ləğv prosesi başlanmış hüquqi şəxsə müvafiq ləğvedici təyin edir. Ləğvedici təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək vəzifəsi ona keçir, hüquqi şəxsin əmlakı isə ləğvetmə prosesi çərçivəsində əsasən kreditorların tələblərinin ödənilməsinə dair tədbirlər görülməsi üçün onun tərəfindən idarə edilir. Beləliklə, qeyd edilən funksiya və vəzifələr ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi olan X8 aid edildiyindən, ləğv prosesində olan Cavabdeh2 ASC isə hazırki iddia tələbi üzrə cavabdehlik daşıdığı müəyyən edilmədiyindən ona qarşı irəli sürülən iddia təmin edilə bilməz. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-yə və X4rşı “xxxxx Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 8(104)-57/2017 saylı qərardadı ilə təsdiq edilmiş "xxxxx" ASC-nin ləğvedicisi X5 təqdim etdiyi kreditorların tələblərinin ödənişi qrafikinə əsasən ödəməli olduğu 70 min manat pulun ödənilməsini gecikdirdiyinə görə əldən çıxmış faydanın əvəzi olaraq 13066 manat, xxxxx Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 8(104)- 274/2018 saylı qərardadı ilə təsdiq edilmiş ödəniş qrafiklərinə əsasən ödəməli olduğu 230 min 120 manat pulun verilməsini gecikdirdiyinə görə isə 32216,1 manat, cəmi 45282,1 manat məbləğində pulun alınaraq ona verilməsi” tələbinə dair iddiasının rədd edilməsi ilə bağlı 1-ci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, şikayətdə göstərilənlər iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir və bu dəlillərə araşdırılaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 1078/2020 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6246/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6246/2020
03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver