Məhkəmə qərarları › İş №2(103)-6247/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6247/2025

04.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6247/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Xidməti” X15rşı «“Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” və onun əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” etibarsız hesab edilməsi tələbi barədə» iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 sentyabr 2025-ci il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun özünün və onun nümayəndələri (vəkili) Vəkil2 və (övladı) X16, İddiaçı özünün və onun vəkili (nümayəndəsi) Vəkil3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Notariat Ofisinin xüsusi notariusu tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsində yerləşən 44/1 nömrəli fərdi yaşayış evinə dair Cavabdeh2 adına xx.xx.2022-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” (qeydiyyat № V-215/2022) etibarsız hesab edilməsi, həmin “Şəhadətnamə” əsasında cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Xidməti” PHŞ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli “Çıxarışın” Cavabdeh2 münasibətdə ləğv edilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 ataları X2 ilə anaları X8 rəsmi nikahından 6 övladları olmuşdur: (hazırkı iş üzrə cavabdeh) Cavabdeh2, (iddiaçı) İddiaçı, (hazırkı iş üzrə tərəf olmayan) Əli Qəhrəmani, Məmmət Qəhrəmani, Həsən Qəhrəmani və Sürəyya Qəhrəmani. Onların ataları xx.xx.2002-ci il tarixində, anaları isə xx.xx.2004-cü il tarixində vəfat etmişlər. Mübahisəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,1242 ha ibarət həyətyanı torpaq sahəsi ataları Qəhrəman Qəhrəmaninin xüsusi mülkiyyətində olmuşdur. Bu hal iddia ərizəsinə əlavə edilmiş xx.xx.1990-cı il tarixli “Qeydiyyat vəsiqəsi” ilə təsdiq edilir. Ataları vəfat etdikdən sonra, yəni 2002-ci ildən fərdi yaşayış evi Cavabdeh2 başqa mərhumun digər vərəsələri – arvadı və övladları tərəfindən miras əmlak kimi faktiki qəbul edilmiş və istifadə edilmişdir. Anaları vəfat etdikdən sonra isə evdən və torpaq sahəsindən Cavabdeh2 başqa mərhumların övladları tərəfindən istifadə edilir. Onlar hazırda da həmin evdə yaşayırlar. Belə ki, onların bacıları olan Cavabdeh2 1996-cı ildən daima İran İslam Respublikasında yaşayır və orada ailə qurub. Ataları vəfat etdikdən 14 il sonra, yəni 2016cı ildə Cavabdeh2 Bakıya qayıtmışdır. Bu yaxınlarda onlara məlum olmuşdur ki, ataları rəhmətə getdikdən sonra bacıları Cavabdeh2 onların xəbəri və razılığı olmadan 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin xüsusi notariusuna ərizə ilə müraciət etmiş, onun müraciəti əsasında vərəsəlik işi açdırmış, ona “Vərəsəlik şəhadətnaməsi” verilmiş, bundan sonra ev və evin yerləşdiyi torpaq sahəsi üzərində mərhumların övladların hər birinin 1/6 hissədə payları müəyyən edilmiş, 5/6 hissədə isə pay açıq saxlanılmışdır. İddiaçı hesab edir ki, Əzizənin adına verilmiş “Vərəsəlik haqqında şəhadətnamə” qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyindən etibarsız hesab edilməli və həmin şəhadətnamə əsasında sonuncunun adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2022-ci il tarixli “Çıxarış” Əzizəyə aid hissədə ləğv edilməlidir. Çünki valideynləri vəfat etdikdən sonra o, həmin evdə yaşamamış, mirası nə qanun üzrə, nə də ki, faktiki qəbul etməmişdir. O, daim İran İslam Respublikasında yaşamışdır. b) cavabdehləri iddiaya dair münasibətləri barədə məlumat

3. Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil2 iddia ərizəsinə etiraz edərək, Rayon Məhkəməsinə bildirmişdir ki, miras əmlak, yəni fərdi yaşayış evinin yerləşdiyi 0,1242 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət kimi “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyatdan keçməmişdir. Həmin torpaq sahəsinin, yəni, zəbt edilmiş torpaq sahəsinin üzərində iddiaçı və digər qohumlar tərəfindən özbaşına evlər tikilmişdir. Vərəsəliyin predmeti olan miras əmlak mütləq “Reyestrdə” xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməlidir, yalnız xüsusi mülkiyyət kimi qeydiyyatdan keçdikdən sonra vərəsəliyin predmetini təşkil edə bilər. Əslində miras “Reyestrdə” xüsusi mülkiyyət kimi qeydiyyata alındığı vaxtdan vərəsəlik açılır. Cavabdeh2 2022-ci ildə həmin torpağı və evi “Reyestrdə” xüsusi mülkiyyət kimi atalarının adına qeydiyyatdan keçirtdirərək, həm torpağa, həm də evə çıxarış almış və bundan sonra notariusu tərəfindən miras əmlakdan, yəni həm torpaqdan, həm də evdən 1/6 hissə pay verilməsi barədə vərəsəlik şəhadətnaməsi verilmiş və həmin vərəsəlik şəhadətnaməsi əsasında ona “Reyestrdən çıxarış” verilmişdir. İddiaçı və digər vərəsələr isə torpaq və ev xüsusi mülkiyyət kimi tərəfindən mərhum atalarının adına qeydiyyata alındıqdan və çıxarış verildikdən sonra, yəni 2024-cü ildə vərəsəlik şəhadətnaməsi almaq üçün notariusa müraciət etmişlər. Bununla da müəyyən edilir ki, Cavabdeh2 iddiaçıdan və digər vərəsələrdən daha əvvəl notariusa müraciət etmiş. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Onların arasında əmlakın bölgüsü olub, Cavabdeh2 sahəsi 25 kv.m olan otaqda yaşayır. Buna görə də iddia əsassız hesab edilməlidir.

4. İş üzrə digər cavabdehlər məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclaslarında nümayəndələrinin iştirakını təmin etməmi, bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmiş, iddia tələbinə dair mülahizələrini Rayon Məhkəməsinə təqdim etməmişlər. Rayon Məhkəməsi hesab etmişdir ki, bu hallar işin baxılmasına mane olmur. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh2 adına verilmiş “Vərəsəlik hüququ haqqında” xx.xx.2022-ci il tarixli şəhadətnamənin etibarsız hesab edilməsini, həmin şəhadətnamə əsasında “DƏDK və R” PHŞ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli “Çıxarışın” Cavabdeh2 münasibətdə ləğv edilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1146, 1151.1, 1159.1.1, 1243, 1246, 1248.1-ci maddələrinin, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 55, 59-cu maddələrinin tələblərini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilənlərə əsaslanaraq qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar öz təsdiqini tapır. Buna görə də iddia əsaslı hesab edilərək təmin edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

7. Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Əsaları hazırkı qətnamənin 3-cü bəndində qeyd edilən etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd etmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı və izahatları barədə məlumat

9. Cavabdeh2, onun nümayəndələri (vəkili) Şəfiqə Vəkil2 və (övladı) X18 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin dəlillərinə uyğun izahat verdilər.

10. İddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil3 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdilər.

11. İş üzrə Digər cavabdehlər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmdağəndan Məhkəmə işə həmin cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin üzürlü səbəb olmadan apellyasiya baxışı iclasına gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

13. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı ilə Cavabdeh2 ataları X2 ilə anaları X12 rəsmi nikahından 6 övladları olmuşdur: (hazırkı iş üzrə cavabdeh) Cavabdeh2, (iddiaçı) İddiaçı, (hazırkı iş üzrə tərəf olmayan) Əli Qəhrəmani, Məmmət Qəhrəmani, Həsən Qəhrəmani və Sürəyya Qəhrəmani.

14. Texniki İnventarlaşma Bürosu tərəfindən verilmiş “Qeydiyyat vəsiqəsindən” görünür ki, Bakı şəhəri, Keşlə qəsəbəsində yerləşən 44/1 nömrəli ev Qəhrəman Qəhrəmaninin mülkiyyətində olmuşdur (qeydiyyat tarixi: xx.xx.1990-cı il).

15. İş materiallarına əlavə edilmiş “Ölüm haqqında şəhadətnamələrdən” görünür ki, Qəhrəman Qəhrəmani xx.xx.2002-ci il tarixdə, Qokka Qəhrəmani isə xx.xx.2004-cü il tarixdə vəfat etmişlər.

16. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş **********91-10301 nömrəli “Çıxarışdan” görünür ki, həmin fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Qəhrəman Qəhrəmanin adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

17. iş üzrə cavabdehlərdən biri olan 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək qeydə alınmış xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, Qəhrəman Qəhrəmaninin vərəsəsi – övladı Cavabdeh2dur. Miras əmlak: mübahisəli ev və torpaq sahəsidir. Cavabdeh2 miras əmlakdan 1/6 hissədə pay almalıdır.

18. Həmin Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək qeydə alınmış xx.xx.2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, Qəhrəman Qəhrəmaninin vərəsələri – övladları Sürəyya Qəhrəmani, Həsən Qəhrəmani, Əli Qəhrəmani və (hazırkı iş üzrə iddiaçı) İddiaçıdir. Miras əmlak həmin ev və evin yerləşdiyi torpaq sahəsidir. Onların hər biri miras əmlakdan 1/6 hissədə pay almalıdırlar.

19. Həmin Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək qeydə alınmış xx.xx.2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, Qəhrəman Qəhrəmaninin vərəsəsi – övladı Məmmət Qəhrəmanidir. Miras əmlak həmin ev və evin yerləşdiyi torpaq sahəsidir. Məmmət Qəhrəmani biri miras əmlakdan 1/6 hissədə pay almalıdır.

20. Bakı Şəhəri “Səadət sarayı” tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş Vİ-ЖГ seriyalı, 446712 nömrəli “Nikah haqqında” şəhadətnamədən görünür ki, cavabdeh X6 ilə X4 xx.xx.1995-ci il tarixdə nikaha daxil olmuşlar.

21. İddiaçı, hazırkı qətnamənin 2-ci bəndində qeyd edilənlərə əsasən hesab edir ki, bacısı olan Cavabdeh2 miras əmlakın qəbul üçün qanunda nəzərdə tutulmuş müddəti ötürdüyündən notarius onu mirası qəbul etmiş vərəsə kimi tanıya və ona “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verə bilməzdir.

22. Cavabdeh2 isə hazırkı qətnamənin 3-cü bəndində qeyd edilənlərə əsasən hesab edir ki, o, miras əmlakın qəbul üçün qanunda nəzərdə tutulmuş müddəti ötürməmiş və buna görə də, notarius onu mirası qəbul etmiş vərəsə kimi tanımaqda və ona “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verməkdə haqlı olmuşdur.

23. Tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı bildirir ki, yuxarıda qeyd edilən sənədlərə əsasən müəyyən edilir ki, digər vərəsələr ilə yanaşı hazırkı iş üzrə iddiaçı da xx.xx.2024-cü il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” alarkən bilmişdir ki, onun miras əmlak üzərindəki payı 1/6 hissədə müəyyən edilmişdir. Onların 6 nəfər bacı-qardaş olmaları nəzərə alındıqda müəyyən edilir ki, cavabdeh bilirdi (və ya bilməli idi) ki, Cavabdeh2 da notarius tərəfindən mirası qəbul etmiş vərəsə kimi tanınmış və onun da miras əmlak üzərindəki payı 1/6 hissədə müəyyən edilmişdir.

24. İşin müəyyən edilmiş bu halını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Mirasın qəbulu və ya ondan imtina barəsində mübahisə açılması müddəti” adlı 1272-ci maddəsinin tələbinə görə, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

25. İş materiallarından isə görünür ki, hazırkı mülki işin icraatının başlanmasına əsas olmuş iddia ərizəsi Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur.

26. Məhkəmə bildirir ki, yuxarıda qeyd edilən 2 aylıq müddət kəsici müddətdir və həmin müddətin iddia tələbinə tətbiq edilməsi üçün cavabdeh tərəfin ərizəsi tələb olunmur. Həmin müddət işə baxan məhkəmə tərəfindən tətbiq edilməlidir.

31. Buna görə də göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, kəsici müddətin keçməsi səbəbi ilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxara bilməz, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur. Başqa sözlə hesab edilməlidir ki, «“Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsi barədə» tələbin və ondan irəli gələn «“Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” etibarsız hesab edilməsi barədə» tələbin təmin edilməsi üçün əsas yoxdur. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamış və yuxarıda artıq qeyd edildiyi kimi iddianı təmin etmişdir. Başqa sözlə, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə səhv və işin hallarına uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır. g) apellyasiya baxışının nəticəsi

27. Beləliklə də apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş iddianın təmin edilməsi üçün hüquqi əsas mövcud deyil. İşə baxmış Rayon Məhkəməsi iddianı təmin etməklə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır.

28. MPM-in 385-ci maddəsinin tələbinə görə isə, yuxarıda qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

29. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir.

30. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh2 apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 sentyabr 2025-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Xidməti” X15rşı «“Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” və onun əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” etibarsız hesab edilməsi tələbi barədə» iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları iddiaçıya aid edilsin. Bu məqsədlə İddiaçı 50 (əlli) manat 40 (qırx) qəpik tutularaq Cavabdeh2 ödənilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər proses iştirakçıları hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar