Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6252/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən başqasına hesablanmış borc məbləğinin abunə hesabından silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1056/2022 saylı 23 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 21 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Dövlət Neft Şirkəti Cavabdeh Bakı X4 Departamenti ilə istehlakçı İddiaçı arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2021-ci il tarixli, 03/8646 saylı müqavilə bağlanmış və həmin müqavilə paylayıcının müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmin tarixdə G4 markalı 11122157 nömrəli sayğac quraşdırılmışdır.
3. 26.01.2022-ci il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən İddiaçı məxsus ünvanda sayğac əvəzedilmiş, çıxarılma səbəbi “sayğacın ekranı ləkəlidir” qeyd edilmişdir. Qırılan plombun nömrəsi 11122157, vurulan plombun nömrəsi isə 11599489 göstərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin üzərinə qazla təmin edilməsi ilə əlaqədar olaraq tərəfindən ödəmələr aparılması üçün ona abunə kodun verilməsi vəzifəsinin qoyulması və X2 barəsində qaz itkisinə hesablanmış borc məbləğinin ona veriləcək abunə hesabına daxil edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1-də ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı evin qazla təmin edilməsi üçün qaz paylayıcısı Cavabdeh İB ilə istehlakçı olaraq qazın alğı-satqısı barədə 03\8646 nömrəli xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Bu müqavilə əsasında da yaşadığı ünvana “Smart tipli G-4” markalı, STS **********0 zavod nömrəli və plomb nömrəsi 11122157 olan sayğac quraşdırılmış və əvvəlki köhnə sayğac isə Cavabdeh İB-nin işçiləri tərəfindən aparılmışdır. Cavabdeh tərəfindən əvvəlcədən başqa abunəçi olan F.Cəfərovaya məxsus olan smart kart verilmiş və həmin smart kartla pul yükləyib köhnə sayğacı işlətmişdir. İddiaçının karta yüklədiyi pulun yarısı cavabdeh tərəfindən tutulmuş, digər yarısı ilə iddiaçı qazdan istifadə etmişdir. Cavabdeh işçiləri məsələnin əsl mahiyyətini bildirməmişlər. Plomb nömrəsi 11122157 olan sayğac quraşdırıldıqdan sonra F.Cəfərovaya məxsus olan smart karta pul yükləmək istəyərkən karta pul yüklənməmiş və kart Cavabdeh İB tərəfindən bloklaşdırılmışdır. Araşdırmasının nəticəsində məlum olmuş ki, yaşadığı evin qaz xəttinə başqa istehlakçının X2 adına olan qaz sayğacı quraşdırılmış və həmin şəxsin qaz sərfinə görə borcu olmuşdur. Cavabdeh İB iddiaçı ilə qazın alğı-satqısı barədə 03/8646 nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləni bağlamamışdan əvvəl və müqavilə bağlandıqdan sonra da istehlakçı X2 adına birbirinin ardınca qazdan istifadə qaydalarının pozulmasına dair çoxsaylı aktlar tərtib etməklə abonent koduna borc daxil etmişlər. Cavabdeh ona yeni qaz yükləmə kartı və abunə kodu verməmiş və yaşadığı ünvana quraşdırılmış “Smart tipli G4” markalı STS **********0 zavod nömrəli və plomb nömrəsi 11122157 olan sayğacı işlədə bilməmişdir. “Smart tipli G-4” markalı STS **********0 zavod nömrəli və plomb nömrəsi 11122157 olan sayğac istehlakçı Elşad Səfərovun adına quraşdırılmışdır. Cavabdehin təbii qazdan istifadə qaydalarının pozulması haqqında bir-birinin ardınca tərtib edilmiş aktlarda abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir, dəymiş ziyan hesablanması və ödənilməsi yazılmışdır. O və ya ailə üzvləri evinə sayğacdan kənar qaz xətti çəkməmiş və təbii qazdan qeyri-qanuni istifadə etməmişlər. Təbii qazın dəyərini ödəməklə istifadə etmişlər. Cavabdeh tərəfindən qaz sayğacı və onun birləşdiyi qaz xətti iddiaçının evindən, həyətindən və nəzarətindən kənarda küçədə divarda yerləşməsi səbəbindən qaz sayğacına və ya qaz sayğacının birləşdiyi qaz xəttinə müdaxilənin sayğacdan kənar qaz xəttinə şlank birləşdirilməsinin qarşısının alınmasını təmin etmək qeyri-mümkündür. Sayğacdan kənar qaz xəttinə qoşulmaqla qazdan istifadə edilməsi ilə bağlı Elşad Səfərov barəsində 18 akt tərtib edilmişdir.
6. İş üzrə İddiaçı ogluna məxsus ünvan 1 ünvanında aparılmış yerli müəyinəyə dair protokoldan görünür ki, qeyd edilən ünvanda İddiaçı ogluna məxsus evə ayrıca qaz sayğacı quraşdırılmışdır. Lakin İddiaçı təbii qazdan istifadəyə görə aylıq ödənişləri Elşad Səfərova məxsus abunə kodu vasitəsilə həyata keçirir. Həmin ünvanda Elşada Səfərova məxsus ayrıca qaz sayğacı vardır. Həmçinin iddiaçıya məxsus ünvanda təbii qazdan qeyri-qanuni istifadəyə dair kənar xəttin və ya onun izlərinin olması müəyyən edilməmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 iyun 2022-ci il tarixli 2(011)-1056/2022 saylı qətnaməsi ilə (hakim Lalə Rəhimli) iddia təmin edilmiş, ünvan 1 ünvanında quraşdırılmış İddiaçı ogluna məxsus qaz sayğacından istifadəyə görə ona yeni abunə kodunun verilməsi vəzifəsinin Cavabdeh İB-nin üzərinə qoyulması və X2 abunə koduna hesablanmış borc İddiaçı oglunun yeni abunə hesabına daxil edilməməsi, 100 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə göstərmişdir ki, cavabdehin səhvi ucbatından iddiaçıya məxsus ünvanda təbii qazdan istifadə üçün quraşdırılmış qaz sayğacına məxsus abunə kodu X2 adına olduğundan, iddiaçı qazın dəyərinə dair ödənişləri həmin şəxsin adı ilə aparır. X1 hesabına daxil edilmiş borc da əsassız olaraq iddiaçıdan tələb edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydalarına, Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apelyasiya şikayətində göstərilmişdir ki, borc məbləği iddiaçıya qazdan qeydiyyatsız istifadə nəticəsində yazılmışdır.
b)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”
15. Maddə 3.4.1. Özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır.
16. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
17. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısmın vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
28. Beləliklə müəyyən edilmişdir ki, iddiaçıya məxsus evə ayrıca qaz sayğacı quraşdırılmışdır. Lakin o, təbii qazdan istifadəyə görə aylıq ödənişləri Elşad Səfərova məxsus abunə kodu vasitəsilə həyata keçirir. Həmin ünvanda Elşada Səfərova məxsus ayrıca qaz sayğacı vardır. Həmçinin iddiaçıya məxsus ünvanda təbii qazdan qeyriqanuni istifadəyə dair kənar xəttin və ya onun izlərinin olması müəyyən edilməmişdir.
29. İş materiallarında olan aktlardan görünür ki, həmin aktlara əsasən istehlakçı Elşad Səfərova borc məbləği hesablanmışdır. Lakin həmin borc məbləği iddiaçıya istifadə üçün verilmiş abunə koduna yazılmış və iddiaçıdan tələb edilmişdir.
30. Belə olan halda məhkəmə haqlı olaraq göstərmişdir ki, cavabdehin səhvi ucbatından iddiaçıya məxsus ünvanda təbii qazdan istifadə üçün quraşdırılmış qaz sayğacına məxsus abunə kodu X2 adına olduğundan, iddiaçı qazın dəyərinə dair ödənişləri həmin şəxsin adı ilə aparır. X1 hesabına daxil edilmiş borc da əsassız olaraq iddiaçıdan tələb edilmişdir.
31. İddiaçıya məxsus evə quraşdırılmış qaz sayğacı ayrıdır və ona yeni abunə kodu verilməli olduğu halda, Birlik tərəfindən bu edilməmiş, başqa istehlakçının adına olan abunə kodu verilmişdir, başqasının abunə koduna hesablanmış borcun iddiaçıdan tələb edilməsi isə yolverilməzdir.
32. İddiaçının hazırki tələbi haqlı olduğundan, məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qanuni və əsaslı nəticəyə gəlmişdir.
33. Apelyasiya şikayəti əsaslı olmaqla, qanuni və əsaslı olan qətnamənin dəyişdirilməsi və ləğvi üçün əsas vermir.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1056/2022 saylı iş üzrə 23 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.