Məhkəmə qərarları › İş №2(103)-6253/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6253/2023

10.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6253/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bılal qızının Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2369/2023 saylı, 08 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh ASC tərəfindən İddiaçı Bılal qızına məxsus ünvan 1 ünvanına su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 806,08 manat borc hesablanmış, həmçinin iddiaçı tərəfindən həmin məbləğ ödənilmişdir. Hazırda iddiaçı ödədiyi məbləğin abonent koduna köçürülməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Bılal qızı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC tərəfindən ona (abonent kodu **********000) ünvan 1 ünvanına əsassız hesablanmış 806,08 manat məbləğində pul borcunun silinməsi və ödədiyi 806,08 manatın **********000 abonent koduna birdəfəlik köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, N.Nərimanov prospekti ev 415-də son 5 ildə yaşayış olmamasına baxmayaraq Cavabdeh ASC tərəfindən onun adına tərtib olunmuş qəbzdə (abonent kodu **********000) 933,07 manat borc hesablanmışdır. Cavabdeh ASC-nin nümayəndələri ona şifahi olaraq həmin ünvanda 4 nəfərin sərfıyyatı ilə borc yazıldığını bildirmişlər. Həmin ünvanda ümumiyyətlə heç kim qeydiyyatda olmamışdır. Cavabdeh ASC-yə rəsmi müraciətinə baxılaraq xx.xx.2023-cü il tarixli məktuba əsasən həmin ünvanın hesabında 126,99 manat düzəlişin edilməsi qeyd olunmuşdur. Ona görə də xx.xx.2023-cü il tarixdə 806,08 manat borc məbləği ödənilmişdir. Borc məbləği əsassız yazıldığından silinməsi ilə əlaqədar məhkəməyə müraciət edərək hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2369/2023 saylı, 08 avqust 2023cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı Bılal qızına məxsus ünvan 1 ünvanına Cavabdeh ASC tərəfindən yazılmış 806,08 manat borcun silinməsi, İddiaçı Bılal qızı tərəfindən ödənilmiş 806,08 manat İddiaçı Bılal qızının **********000 abonent koduna birdəfəlik köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdeh iddiaçıya sudan istifadəyə görə yaranmış borcunun hesablanmasını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Həmçinən iddiaçıya məxsus mənzilə 2019-cu il tarixdən cavabdeh tərəfindən sayğac quraşdırılmasına baxmayaraq Cavabdeh ASC tərəfindən iddiaçıya 4 nəfər nəzərə alınaraq cərimə yazılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus abonent kodu **********000 olan ünvan 1 ünvanına yazılmış borc əsassız olduğundan həmçinin iddiaçı tərəfindən əsassız hesablanmış borc ödənildiyindən Cavabdeh ASC tərəfindən abonent kodu **********000 olan İddiaçı Bılal qızına məxsus ünvan 1 ünvanına əsassız hesablanmış 806,08 manat məbləğində pul borc silinməli və ödənilən 806,08 manat **********000 abonent koduna birdəfəlik köçürülməlidir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı yaranmış borcun ünvanda yaşamayan ailə üzvlərinə görə yarandığını iddia edərək borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının ünvanına sayğac quraşdırılmamış və hesabat normativ qaydada 4 (dörd) nəfər ailə üzvünə görə aparılmışdır. İstehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasındakı qarşılıqlı münasibətləri və onunla əlaqədar yaranan digər məsələləri- AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262№-li qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” tənzimləyir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İddiaçı tərəfindən məhkəməyə qeydiyyatda olan şəxslərin sayı barədə Cəmiyyətə sənəd təqdim edilməmişdir və məhkəmə tərəfindən bu hal araşdırılmamışdır. İddiaçının evdə yaşamamasına münasibət isə qeyd edilməlidir ki, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61-ci maddəsinin 2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər. Normanın tələbinə əsasən iddiaçı evdə yaşamayacağı üçün xidmətlərə görə hesabat dayandırılması barədə 4 iş günü ərzində ərizə ilə müraciət etməlidir. İş materiallardında göründüyü kimi iddiaçı tərəfindən belə bir müraciət olmamışdır. Bu hal da məhkəmə tərəfindən araşdırılmamış nəticədə maddi hüquq normaları pozulmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası hesab edir ki, qətnamə tam hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”: 4.1.1. Su təchizatı və kanalizasiya xidmətlərindən istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq istehlakçının vəzifəsidir. 6.1. STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində Xidmətin və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır. 6.2. Yaşayış binalarının mənzillərindəki suölçən cihazlar yaşayış binasının girişində, yaxud pilləkən qəfəslərində quraşdırılır. 6.3. Yaşayış binalarının mənzillərində yerləşən su dayaqlarının və suölçən cihazların pilləkən qəfəslərində STKM tərəfindən quraşdırılması ilə daxili su təchizatı sistemlərinin yenidən qurulması işləri icra olunmalıdır. 6.4. Yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına,o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. 6.5. İstehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir. 7.4. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. 7.5. Suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. 8.4. Su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya sudan istifadəyə görə yaranmış borcunun hesablanmasını əsaslandıra bilməməsi və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarında əlavə edilmiş "xxxx" ASC tərəfindən İddiaçı Bılal qızına göndərilmiş xəbədarlıqdan görünür ki, **********000 abonent kodu üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 933,07 manat borc yaranmışdır. Sonradan İddiaçı Bılal qızının müraciəti əsasında 126,99 manat məbləğində düzəliş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, abonent kodu **********000 olan ünvan 1 ünvanına hesablanmış borca görə 800 manat İddiaçı Bılal qızı tərəfindən ödənilmişdir. İddia tələbinə əsasən borc məbləği əsassız yazıldığından silinməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəsini cavabdehin iddiaçıya sudan istifadəyə görə yaranmış borcunun hesablanmasını əsaslandıra bilməməsi və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə apardığı araşdırma nətcəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, həqiqətəndə ünvan 1 ünvanı üzrə iddiaçıya **********000 abonent kodu verilmişdir. Birinci instansiya məhkəməsi iddiaçıya məxsus mənzilə 2019-cu il tarixdən cavabdeh tərəfindən sayğac quraşdırılmasını qeyd etmişdir. Halbuki, iş materiallarında iddiaçının adına olan abonent kartından görünür ki, iddiaçının ünvanına 2022-ci ilin oktyabr ayına qədər sayğac quraşdırılmamış və hesabat cavabdehi normativ qaydada 4 (dörd) nəfər ailə üzvünə görə aparılmışdır. Sayğac quraşdırılana qədər istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasındakı qarşılıqlı münasibətləri və onunla əlaqədar yaranan digər məsələləri-AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 №-li qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” tənzimlənirdi. İş materiallarından görünür ki, sayğac xx.xx.2022-ci il tarixdə quraşdırılmışdır. İddiaçı həmin ünvanda 4 nəfərin qeydiyyatda olmamaqla ümumiyyətlə orada yaşayışın olmamasını göstərsə də, bu barədə cavabdehə lazımi qaydada məlumat verməsinə dair iş materiallarında sübutlar yoxdur. Halbuki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 7.4-cü maddəsinə əsasən qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı-tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalı olmasına və qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılmasına, eləcə də iddiaçı tərəfindən məhkəməyə qeydiyyatda olan şəxslərin sayı barədə cavabdehə sənəd təqdim edilməməsinə birinci instansiya məhkəməsi diqqət yetirməyərək bu istiqamətdə araşdırma aparmamışdır. Qeyd edilən Qanunun 61-ci maddəsinin İİ hissəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər. İş materiallardından göründüyü kimi iddiaçı tərəfindən belə bir müraciət olmamışdır. Bu hal da məhkəmə tərəfindən araşdırılmamış, nəticədə maddi hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının adına olan abonent kartında göstərilən borc məbləğini sayğac quraşdırılana qədər olan ailə tərkibinin sayı ilə istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasındakı qarşılıqlı münasibətləri və onunla əlaqədar yaranan digər məsələləri- AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 №-li qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” tənzimlənmiş məbləğ və sayğaq quraşdırılandan sonra sayğac üzrə istifadə edilmiş su və kanalizasiya xidmətləri ilə bağlı hesablanmış məbləğlədir. Belə olan halda iddiaçının adına olan abonent kartında göstərilən borc məbləğini ödədikdən sonra onun guya əsassız olaraq ödəməsi adı ilə qaldırılmış iddia tələbinə birinci instansiya məhkəməsi iş materiallarında olan sənədləri tam və hərtərəfli araşdırmadan gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Belə ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddia tələbinin əsasları öz təsdiqini tapmadığından apellyasiya şikayəti təmin edilməklə, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2369/2023 saylı, 08 avqust 2023cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Bılal qızının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı Cavabdeh ASC tərəfindən İddiaçı Bılal qızına (abonent kodu **********000) ünvan 1 ünvanına əsassız hesablanmış 806,08 manat məbləğində pul borcunun silinməsi və ödədiyi 806,08 manatın **********000 abonent koduna birdəfəlik köçürülməsi barədə barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən : Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar