Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6258/2023 03.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Lətifə Kərimovanın iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-125/2023 nömrəli qətnaməsindən iddiaçı Neft Kəmərləri İdarəsinin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçının istismarında olan Binəqədi-Bakı Dş- 200 mm-lik yerüstü neft kəmərinin 0,3-cü km-də, kəmərdən təqribən 18 metr aralı məsafədə, 39T ******* 4480255 saylı kordinatlar üzrə neft kəmərinin mühafizə zonasında, kəmərə paralel 1-ci sırada, Binəqədi rayonu, Binəqədi kəndi, C.Cabbarlı küçəsində cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və yeni otaq tikilisi cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Lətifə Kərimova apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Neft kəməri iddiaçının balansındadır, hal-hazırda istismar olunur, cavabdehə aid olan tikili (fərdi yaşayış evi) neft kəmərinin mühafizə zonasında yerləşir. Belə ki, mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 50 metrdir, evə aid olan, mişar daşından inşa olunmuş hasar boru kəmərindən 7 metr məsafədə, fərdi yaşayış evi və yeni otaq tikilisi boru kəmərindən 18 metr məsafədə yerləşir. Bu fakt iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertizanın xx.xx.2022-ci il tarixli 10/2882 nömrəli və xx.xx.2023-cü il tarixli 10/1672 nömrəli rəyləri ilə müəyyən olunub. Ev özbaşına tikinti obyektidir, müvafiq icazə alınmadan inşa olunub, evə və evin yerləşdiyi torpaq sahəsinə dair cavabdehin adına hüquqmüəyyənedici sənəd yoxdur. Ona görə də məhkəmə Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyinin xx.xx.2002-ci il tarixli 45 nömrəli əmri ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın və Mülki Məcəllənin 180.4-cü maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçı həmin tikilinin sökülməsini tələb etmək hüququna malikdir. Neft kəmərinin mühafizə zonasında inşa edilmiş evdə yaşayış insan həyatı və sağlamlığı üçün təhlükəlidir. Birinci instansiya məhkəməsinin istinad etdiyi Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri o halda tətbiq oluna bilər ki, insan həyatı və sağlamlığı üçün təhlükə olmasın. Çünki həmin presedentlərlə qorunan mənafe insan həyatı və sağlamlığından üstün deyil. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını pozduğundan qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)- 125/2023 nömrəli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. Binəqədi rayonu, Binəqədi kəndi, C.Cabbarlı küçəsində, Binəqədi-Bakı Dş-200 mm-lik yerüstü neft kəmərinin 0,3-cü km-də, neft kəmərinin mühafizə zonasında, kəmərə paralel 1-ci sırada yerləşən, Cavabdeh aid olan fərdi yaşayış evi, hasar və yeni otaq tikilisi Cavabdeh hesabına sökülərək neft kəmərinin mühafizə zonasından çıxarılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilmədinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 150 (yüz əlli) manat Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Neft Kəmərləri İdarəsinin xeyrinə tutulsun. Ekspertiza xərci olan 152 (yüz əlli iki) manat Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6258/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6258/2023
03.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver