Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6259/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-640/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə dair mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (maraqlı şəxs qismində Bakı şəhəri 7 saylı Notariat Kontoru işə cəlb edilməklə) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 İddiaçı vərəsəsi olması və məcburi pay alması hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, onun üç övladı var, lakin onlardan biri xx.xx.1965-ci il təvəllüdlü, X2 ona övladlıq etməyib, hazırda harada yaşadığı da ona məlum deyil. 25 ildən artıq bir müddətdir ki, o, qızı Xalidəni görmür, barəsində heç bir məlumatı yoxdur, bir övlad kimi gəlibgetmir, ona övlad qayğısı göstərmir, 84 yaşlı valideyinin istəyi övladlarının tez-tez baş çəkməsi, onlardan övlad nəvazişi görməsidir, lakin bunların heç birini qızı Xalidədən görməmişdir və bundan sonra da görmək istəmir. Ona görə də Xalidəni vərəsəlikdən və məcburu paydan məhrum edir, bu məqsədlə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir, çünki cavabdeh onunla doğru düzgün davranmadı, övladlar belə etmirlər, o, qızından imtina edir. xx xxxx 2020-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbinin vərəsəlik hüququndan məhrum edilməsi hissəsindən imtina edir və məcburi pay alması hüququndan məhrum edilməsi hisəsində təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-640/2020 saylı qətnaməsi ilə iddia rədd olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində göstərildiyi kimi, onun üç övladı var, lakin onlardan biri xx.xx.1965-ci il təvəllüdlü X2 ona övladlıq etməyib, hazırda harada yaşadığı da ona məlum deyil. 25 ildən artıq bir müddətdir ki, o, onu görmür, barəsində heç bir məlumatı yoxdur. Ona görə də Xalidəni məcburi paydan məhrum edir, bu məqsədlə də məhkəməyə müraciət edmək qərarına gəlmiş, çünki o, onunla doğru düzgün davranmadı. Övladlar belə etmirlər, o, ondan imtina edir, baxmayaraq ki, vaxtında onun payını yüksək səviyyədə ödəmiş, valideyinin övladına verə biləcəyi hərşeyi iki dəfə artıqlaması ilə vermişdir. Qanunvericilikdə nəzərdə tutulduğu kimi miras qoyan hələ sağlığında məcburi vərəsəni məcburi pay almaq hüququndan məhrum edə bilər. Məhkəmə cavabdehin məcburi paydan məhrum edilməsi üçün ciddi əsasların olmadığı qənaətinə gəlmiş, lakin nəzərə almamışdır ki, 25 il valideyini görməmək ciddi əsas sayılmalı deyilmi. Məhkəmə prosesində cavabdeh etiraf edərək 2000-ci illərin əvvəlində anası infarkt keçirərkən anasına qulluq etmiş, ona baxmış və qulluğunda durduğunu bildirdiyi halda, məhkəmə bu ifadələri atasına qulluq etdiyi kimi dəyişmiş və bununla cavabdehə haqq qazandırmağa cəhd etmişdir. Halbuki, həmin dövrdə o, heç bir infarkt keçirməmiş və anasının ölümündən sonra cavabdeh yoxa çıxmışdır. Digər övladlarına gəldikdə onlar Bakıda qeydiyyatda olmaqla yaşayırlar və işlə əlaqədar olaraq Filladiyada deyil Hilladiyada işləyirlər və onun qulluğunda dayanmaqla qayğı göstərirlər. Göründüyü kimi Cavabdeh ona layiqli övlad olmamış, onun ona qarşı göstərdiyi valideynlik qayğılarını lazımınca qiymətləndirməmişdir. Ona görə də onu məcburi pay almaq hüququndan məhrum edilməsi ilə bağlı müraciət etmiş, lakin bütün bunlara baxmayaraq, məhkəmə hansı əsasla onun iddiasını təmin etmədiyini qətnamədə əsaslandırmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, izahat verərək qeyd etdi ki, atasının üç övladı var, o, bir bacısı və bir qardaşı. Onun qardaşı və bacısı köçərək Finlandiyada yaşayırlar. Atasına həmişə o baxmış, qulluq etmişdir. O, atasına baxaraq qulluq etmiş, valideyn kimi qayğısına qalmışdır. Lakin 2006-2007-ci ildə qardaş və bacısı Finlandiyadan gələrək, atasına nə demişlərsə, atası ondan üz döndərmiş, onu yaxına buraxmamışdır. Halbuki onun tərəfindən atasına qarşı heç bir hörmətsizlik olmamışdır. Dəfələrlə onun övladı babasının yanına getmiş, lakin babası qapını açmamışdır. O, hazırda atasının yanına gedib ondan küskünlüyünün səbəbini öyrənə bilmir, belə ki, qorxur ki, atası əsəbləşər və ona nə isə ola bilər. Bu səbəbdən də, atasının yanına getməkdən çəkinir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsininsurətindən görünür ki, İddiaçı, xx.xx.1937-ci ildə ünvan 1 “B” ünvanındaqeydiyyatdadır. Kollegiya ilk növbədə irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verməmişdən əvvəlmiras qoyanın hələ sağlığında vərəsəni məcburi paydan məhrum etmək hüquqununolub-olmamasına qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxsölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm dəkənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Qanunun mənasına görə vəsiyyət - yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fizikişəxsin ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsəlik sırasından,həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoyması barədə öz iradəsininşəxsən yazılı formada ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1176.1-ci maddəsinə əsasən vəsiyyətedən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə iləmirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Həmin Məcəllənin 1176.2-ci maddəsinə əsasən vəsiyyətnamədə birbaşa göstərişləmirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyətüzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə olabilməzlər. Vəsiyyət - ölüm hadisəsi olacağı halda vəsiyyət edənin özünə məxsus olan əmlakınınhüquqi taleyi barədə sərbəst iradəvi aktdır. Ona görə də vəsiyyət edən bu əmlaka öz mülahizəsinə və istəyinə görə sərəncam vermək, o cümlədən özünün qanun üzrəvərəsələrinin hamısını və ya bir neçəsini və ya birini vərəsəlikdən məhrum etməkhüququna malikdir. Mülki hüquq elmində vərəsəlik hüququndan məhrumetmənin ikiüsulla həyata keçirilməsi mümkündür. Birinci üsul düzünə yolla, ikinci üsul dolayı yolla. Birinci üsula görə, vəsiyyət edən tərtib etdiyi vəsiyyətnamədə vərəsəlik hüququndanməhrum edilən şəxsi birbaşa sadalayır. Bu halda qanun üzrə vərəsə vəsiyyət edəninvəsiyyətnamədə birbaşa, düzünə ifadə olunmuş istək və arzusu ilə vərəsəlikdənkənarlaşdırır. Vəsiyyət edənin vərəsəlikdən məhrumetmə barədə iradəsi aydın vəbirmənalı şəkildə ifadə olunmalıdır. Dolayı yolla vərəsəlikdən məhrumetmənin mahiyyətiondan ibarətdir ki, vəsiyyət edən vəsiyyətnamə ilə təyin etdiyi vərəsələr arasında əmlakıbölüşdürərkən və ya bu əmlakı bir və ya bir neçə vərəsəyə vəsiyyət edərkən ona lazımolmadan vərəsə barəsində sadəcə olaraq qəsdən susur və onun qəsdən üstündənsükutla keçir. Yəni vəsiyyət edən həmin vərəsə haqqında heç bir fikir söyləmir vəəmlakını kimə vəsiyyət edirsə yalnız onların adını vəsiyyətnamədə göstərir. Lakin qeydolunmalıdır ki, miras qoyan sağlığında vəsiyyətnamə ilə qanun üzrə vərəsələri mirasəmlakdan tam olaraq pay almaq hüququndan məhrum edə bilmir. Yəni əgər miras qoyanvəsiyyətnamə ilə əmlakını qanun üzrə vərəsələr sırasından kənar adama və ya yaxudqanun üzrə vərəsələrdən birinə vəsiyyət edirsə, bu halda vəsiyyətnamədən kənar qalmışqanun üzrə birinci növbəli vərəsənin miras əmlakdan məcburi pay almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyətedənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundanasılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlaraçatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Göründüyü kimi mülki qanunvericilik müəyyən edir ki, məcburi vərəsələrin (vəsiyyətedənin uşaqlarının, valideynlərinin və arvadının və ya ərinin) vəsiyyətnaməninməzmunundan asılı olmayaraq mirasda məcbur payı vardır. Deməli, məcburi payhüququna malik olan şəxs vərəsələrdən tələb etmək (öhdəlik) hüququna malik olankreditor yox, tam hüquqlu vərəsədir. Özü də o, elə bir vərəsədir ki, vəsiyyət edəniniradəsi ilə vərəsəlikdən kənarlaşdırıla bilməz. Hətta o, vəsiyyət edən şəxsin iradəsiəleyhinə olan vərəsədir. Beləliklə məcburi pay dedikdə, mirasın elə bir hissəsi başadüşülür ki, məcburi vərəsələr vəsiyyətnamənin vasitəsilə bu paydan məhrum ediləbilməzlər. Lakin qeyd olunmalıdır ki, miras qoyan hələ sağlığında məcburi vərəsəni (ləri)məcburi pay almaq hüququndan məhrum edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi payalmaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyəsəbəb olan hallar olduqda mümkündür. Həmin Məcəllənin 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndanməhrummetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu iləhəyata keçirə bilər. Qeyd edilən Məcəllənin 1203.3-cü maddəsinə əsasən məcburi pay almaqhüququndan məhrumetmə barəsində məhkəmə çıxardığı qərar mirasın açıldığı andanqüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarınonun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. Göründüyü kimi miras qoyan Mülki Məcəllənin 1176-cı maddəsinə əsasən qanun üzrəvərəsələrdən birini, bir neçəsini və ya hamısını, heç bir əsaslandırma vermədənvəsiyyətnaməsi ilə mirasdan məhrum edə bilər. Bundan fərqli olaraq vərəsə məcburi payalmaq hüququndan qanunda nəzərdə tutulan ciddi əsaslar olduqda yalnız məhkəmə tərəfindən məhrum edilə bilər. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçıgələcəkdə ölümündən sonra özünə məxsus olan əmlaka dair birinci növbəli vərəsələrdənolan cavabdehi məcburi pay almaq hüququndan məhrum edilməsi ilə bağlı məhkəmədəiddia qaldırmağa hüququ var. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o qızı Cavabdeh məcburipay almaq hüququndan məhrum etməsini onunla əsaslandırmışdır ki, qızı ona övladlıqetməyib, hazırda harada yaşadığı da ona məlum deyil. 25 ildən artıq bir müddətdir ki, o,qızını görmür, barəsində heç bir məlumatı yoxdur, qızı bir övlad kimi gəlib-getmir, onaövlad qayğısı göstərmir, 84 yaşlı valideyinin istəyi övladlarının tez-tez baş çəkməsi,onlardan övlad nəvazişi görməsidir, lakin bunların heç birini qızı Xalidədən görməmişdirvə bundan sonrada görmək istəmir. Kollegiya qeyd edir ki, qanunvericilikdə birinci növbəli vərəsəni məcburi pay almaqhüququndan məhrum etməyə yol verilsə də, bu yalnız buna ciddi əsaslar olduqdamümkündür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsizvərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsizvərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldəedən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsinin həyatakeçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərinvərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxudvəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və yadigər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyətüzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Qanunvericiliyin bu tələbinə əsasən ləyaqətsiz vərəsə dedikdə, müəyyən hallaragörə, vərəsəlikdən kənarlaşdırılan və buna görə də vərəsəlik hüququndan məhrumedilən şəxslər başa düşülür. Ləyaqətsiz vərəsə mirası əldə etmək və almaq hüququnamalik olmayan şəxsdir. Ləyaqətsiz vərəsə cəmiyyətdəki birgə yaşayış qaydalarıbaxımından özünün nalayiq davranışına görə vərəsəlikdən kənarlaşdırılır. O, özününetdiyi hüquqa və ya əxlaqa zidd hərəkətlərin nəticəsində vərəsə olmaq imkanındanməhrum olur. Azərbaycan Respublikasının vərəsəlik hüququna görə, ləyaqətsiz vərəsəkateqoriyasına aiddir: 1. müəyyən hallara görə vərəsə olmayan şəxslər (MM-nin 1137-cimaddəsi), 2. valideynlik hüququndan məhrum edilmiş şəxslər (MM-nin 1138-ciddəsi), 3.miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyunqaçıran şəxslər. Fiziki şəxsin 1-ci qrup ləyaqətsiz vərəsə kimi tanınması üçün həmin şəxsin ikialternativ hərəkətdən birini etməsini müəyyənləşdirmək lazımdır: - birincisi, fiziki şəxsinmiras qoyanın son iradəsini həyata keçirməsinə maneə törətməsi və bununla özünün vəya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasınaimkan yaratması. Söhbət fiziki şəxsin hüquqazidd hərəkətlər etməsindən gedir. Həminhərəkətlər isə ifadə oluna bilər: saxta vəsiyyətnamə tərtib etməkdə; əsl və həqiqivəsiyyətnamənin gizlədilməsində, şəxsin konkret vətəndaşın xeyrinə vəsiyyətnaməyazmağa məcbur etmədə; vəsiyyət üzrə vərəsələrdən kimsəni mirasdan imtinaolunmasına vadar etmədə və s. - ikincisi, fiziki şəxsin vəsiyyət edənin vəsiyyətnamədəifadə edilmiş son iradəsinə qarşı cinayət və ya digər əxlaqsız hərəkət törətməsi. Lakin göstərilən hərəkətlərdən birinin edilməsi şəxsin ləyaqətsiz vərəsə hesabolunması üçün yetərli deyildir və kifayət etmir. Bunun üçün həm də iki əlavə şərtin olması lazımdır. Birinci şərt ondan ibarətdir ki, şəxsin vərəsəlik hüququndan məhrum edilməsinəsəbəb olan hallar (hərəkətlər) məhkəmə tərəfindən təsdiq olunmalıdır. Həmin halınmüəyyənləşdirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mübahisəsiz olaraqşəxsi vərəsəlikdən kənarlaşdırmaq üçün əsas rolunu oynayır. Vərəsənin miras qoyanınölümünə səbəb olan cinayət törətməkdə təqsirli bilinməsi barədə də məhkəməhökmünün olması vərəsəlikdən kənarlaşdırmaq üçün əsas rol oynayır. İkinci şərt isəondan ibarətdir ki, şəxsin vərəsəlikdən kənarlaşdırılmasına səbəb olan hərəkətlər qəsdənedilməlidir və xüsusi olaraq ya miras qoyanın əleyhinə (məsələn miras qoyanı öldürmək),ya vərəsələrdən hər hansı birinin əleyhinə (məsələn, vərəsəni hədələməklə mirasdan əlçəkməyə məcbur etmək; bu isə mirasın hədələyən, yəni hədə təsiri göstərən şəxsəkeçməsini təmin edir), ya da vəsiyyət edənin vəsiyyətnmədə ifadə edilmiş axırıncıiradəsinin həyata keçirilməsi əleyhinə yönəlməlidir. Beləliklə şəxsin miras qoyana qarşı hər hansı bir cinayət hərəkətinə (öldürmə,xuliqanlıq, zorlama, bədən xəsarəti yetirmə, oğurluq və s.) yol verməsi həmin şəxsinvərəsəlikdən kənarlaşdırılması üçün əsas ola bilər. Bu cinayət hərəkətlərinin hansımotivlə edilməsinin də hüquqi əhəmiyyəti yoxdur. Yalnız vacibdir ki, həmin cinayəthərəkətləri qəsdən edilsin. Şəxs vərəsə barəsində də qəsdən cinayət hərəkətinə yolverdiyi halda da ləyaqətsiz vərəsə kimi tanına bilər. Bununla yanaşı qeyd olunmalıdır ki,təkcə hüquqazidd hərəkətlər və ya cinayət sayılan hərəkətlər yox, həm də əxlaqsızhərəkətlər şəxsin ləyaqətsiz vərəsə kimi tanınmasına səbəb ola bilər. Məhkəmə yuxarıda göstərilənlərdən başqa AR Konstitusiyasının “AzərbaycanRespublikasının Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilən xüsusatları qeyd etməyi vacib və zəruri hesabedir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinədair” AR Konsitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasənAzərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlikhüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə,həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. Konsitusiya Məhkəməsinin Plenumu həmin qərarında izah etmişdir ki, vəsiyyətedənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə iləmirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması vəsiyyətazadlığı prinsipinə əsaslanır. Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığındaqanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsinivə ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi vəsiyyət edənin özmülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir. Lakinvəsiyyətnamə ilə mirasdan məhrumetmə məcburi pay hüququ olan şəxslərə şamiledilmir. Belə ki, mülki qanunvericilik məcburi pay almaq hüququndan məhrumetməninyalnız məhkəmə qərarı əsasında həyata keçirilməsini nəzərdə tutur. Qanunvericitərəfindən göstərilən norma ilə vəsiyyət edənə hələ öz sağlığında məhkəməyə müraciətedərək məcburi pay almaq hüququ olan şəxsləri bu hüquqdan məhrum etmək imkanınınverilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququ ilə vərəsəlikhüququnda sosial ədalət prinsipi arasında tarazlığın yaranmasına xidmət edir. Yuxarıda qeyd olunan qərarda göstərilmişdir ki, Mülki Məcəllənin 1203.1-cimaddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə,vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Göründüyü kimi, məcburi pay almaq hüququndan məhrumetmə, ümumi qaydada vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda həyata keçirilə bilər.Vərəsəlikhüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində özəksini tapmışdır. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlikhüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyəmüraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi iləkonkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraqləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən halləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlaknəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. MülkiMəcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndanməhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu iləhəyata keçirə bilər. Konsitusiya Məhkəməsinin Plenumu həmin qərarında izah etmişdir ki, MülkiMəcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşıtörədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsininhəyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədəifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmişşəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nədə vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanınson iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edəninvəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsızhərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və yabir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edənvərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlıməhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsibaxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxudvəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsızhərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137cimaddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonramübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həminMəcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə,ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını taməhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsızhərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərinmiras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Göründüyü kimi,Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-cimaddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə dəvəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaqhüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçının övladı kimi ona qarşıvərəsəlikdə məcburi paydan məhrum edilməsi üçün hər hansı bir hərəkətə yolverməmişdir. Yəni cavabdeh iddiaçı olan atasına qarşı hər hansı bir cinayət törətməmişvə ona qarşı əxlaqsız hərəkətə yol verməmişdir. Digər tərəfdən AR Mülki Məcəllənin1138-ci maddəsində göstərilən hallar da hazırki işdə mövcud deyil. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, cavabdeh daim atasınınqulluğunda durmuş, iki dəfə infakt keçirmiş atasına o, qulluq etmişdir. Lakin buna baxmayaraq cavabdeh atasına qarşı cinayət hadisəsi yaradacaq hər hansı bir hərəkətə yol verməmişdir. Kollegiya qeyd edir ki, cavabdehin vərəsəlik hüququndan məhrum edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan hallar hazırkı işə baxılarkən müəyyən edilməmiş, həmçininiddiaçı tərəfindən cavabdehi vərəsəlik hüququndan məhrum edilməsinə səbəb ola biləcəkmötəbər sübutlar da təqdim edilməmişdir. Digər tərəfdən, cavabdeh iddiaçının son iradəsininhəyata keçirilməsinə maneə törədəcək hərəkətlər etməmiş, özünün və ya özünə yaxınşəxslərin vərəsəliyə çatırılmasına və ya miras payların artırılmasına kömək göstərməmiş,həmçinin iddiaçının son iradəsinə qarşı cinayət və ya digər əxlaqsız hərəkət törətməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən cavabdehi vərəsəlikdə məcburi paydan məhrum edilməsiüçün əsas ola biləcək hallar müəyyən edilmədiyindən, iddia təmin edilməmişdir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təminindən imtina edərkən, düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin apellyatora aid hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)- 640/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6259/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6259/2020
09.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver