Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6266/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3790/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi : İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən yaşayış binasının “C” blokunun 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m olan 136 saylı mənzilin və həmin ünvanda yerləşən ümumi sahəsi 80 kv.m olan 137 saylı mənzilin İddiaçı təhvil verilməsinin cavabdeh "xxxx" MMC-yə tapşırılması və cavabdeh "xxxx" MMC tərəfindən yuxarıda qeyd olunan mənzillərə dair İddiaçı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı maneələrin yaradılmasının qadağan edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi və ilkin iddia üzrə iddiaçı X1 ilə qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh "xxxx" MMC-nin İddiaçı ilə qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab olunması barədə qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından narazı qalan cavabdeh "xxxx" MMC-nin nümayəndəsi şikayət verərək qərardadı ləğv etməklə qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi barədə qərardadın qəbul edilməsi, əks halda şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3790/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı şikayət təmin edilməmiş, cavabdeh "xxxx" MMC-nin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3790/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından verdiyi şikayət baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, ilkin iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir və məhkəmə iclasının vaxtı barədə bildiriş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdeh "xxxx" MMC -nin “Elektron məhkəmə” informasiya sistemindəki elektron kabinetinə yerləşdirilmişdir. Növbəti məhkəmə iclasları barədə bildirişlər də cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Bununla yanaşı, cavabdehə göndərilmiş bildiriş, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri cavabdeh poçt xəbərnaməsinə imza etməklə xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. Bundan başqa, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmənin xx.xx.2021-ci il tarixinə təyin edilmiş iclası ilə bağlı məhkəmə bildirişini şəxsən imza etməklə qəbul etmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, qarşılıqlı iddiaçının bu mülki işdən ən azı xx.xx.2022-ci ildən məlumatlı olmuşdur və onların yalnız xx.xx.2022-ci il tarixdə, yəni mübahisəli ünvanın məhkəmə heyəti tərəfindən yerində müayinəsi zamanı məlumat aldıqlarına dair dəlili əsassızdır. Ona görə də kollegiya hesab edir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş müddəti ötürməklə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Bu Məcəllənin 154.1ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı : Şikayət təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6266/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6266/2022
08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver