Məhkəmə qərarları › İş №2(103)-6269/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6269/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6269/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədova (sədirlik edən və məruzəçi), Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun katibliyi ilə, Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi X1, cavabdeh İddiaçı, Maraqlı şəxs iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)- 28/2018 saylı qərardadından Cavabdeh4 tərəfindən verilmiş şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, “Bank VTB (Azərbaycan)” ASC, Cavabdeh3, Cavabdeh4, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 12 saylı Notariat Kontorunun xüsusi notariusu X4 və 38 saylı Notariat Kontorunun xüsusi notariusu X2 qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, tərəflərin ilkin vəziyyətə qaytarılması və mənəvi zərərin ödənilməsi” tələbinədair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(001)-28/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh «Bank VTB (Azərbaycan)» ASC Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(001)-28/2018 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdehlər “Bank VTB (Azərbaycan)” ASC və Cavabdeh1, Cavabdeh4 nümayəndəsi və vəkili X3 Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, işin yenidən baxilması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bu mərhələdə Cavabdeh4 apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Binqədi rayon Məhkəməsinin 2(001)-28/2018 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh4 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(001)-28/2018 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddətin buraxılması səbəbi ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh4 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-28/2018 saylı qərardadından şikayətlə məhkəməyə müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə qətnamənin surətini nümayəndəsi və vəkili X3 rəsmi olaraq xx xxx 2020-ci il tarixdə almışdır, buna görə də xx xxxx 2020-ci il tarixli, 2(001)-28/2018 saylı qərardadı əsassızdır, qərardadın ləgv edilməsini xahiş etmişdir Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. İddiaçı və Maraqlı şəxs məhkəmə iclasında şikayətə etiraz edərək, təmin olunmamasını xahiş etdi. Cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-nin nümyəndəsi məhkəmə iclasında şikayətin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, mülki işin materiallarından göründüyü kimi, cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(001)-28/2018 saylı qətnaməsinin mövcudluğundan ən azı xx.xx.2019-cu il tarixdən məlumatlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını və istinad olunan prosessual hüquq normalarını nəzərə almaqla prosessual müddətin ötürülməsi ilə verilmiş apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-28/2020-li iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadıdəyişdirilmədən saxlanılsın. Qərardad qanuni qüvvəyə minmişdir. Hakim: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar