Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-627/2024 12.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı «pul vəsaitinin, özgəsinin əmlakından qanunsuz istifadəyə görə dəymiş zərərin əvəzinin, əldən çıxmış fayda, dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik beş faizin tutulması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul vəsaitinin, özgəsinin əmlakından qanunsuz istifadəyə görə dəymiş zərərin əvəzinin, əldən çıxmış fayda, dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik beş faizin tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı1, İddiaçı2 Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı «pul vəsaitinin, özgəsinin əmlakından qanunsuz istifadəyə görə dəymiş zərərin əvəzinin, əldən çıxmış fayda, dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik beş faizin tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-1165/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Tərəflər arasında bağlanmış müqavilələrin surətlərindən görünür ki, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində Cavabdeh inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən 25 saylı və 8-ci mərtəbəsində yerləşən, 46 saylı, hər ikisinin ümumi sahəsi 123,2 kv.m. olan mənzilləri iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olmuş Tələt Şıxəliyev küçəsində sökülmüş ev 12, 17 və 18 saylı mənzilləri ilə əvəz edilmişdir.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 70, M8, m4 (ünvan 1 ünvanında yerləşən və xx.xx.2021-ci il tarixdən İddiaçı1 xüsusi mülkiyyətində olan mənzilin ümumi sahəsi 109,40 kv.m. təşkil edir.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 70, M5, m4 (ünvan 2 ünvanında yerləşən və xx.xx.2021-ci il tarixdən İddiaçı2 xüsusi mülkiyyətində olan mənzilin ümumi sahəsi 109,40 kv.m. təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. Birləşdirilmiş işlər üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı «pul vəsaitinin, özgəsinin əmlakından qanunsuz istifadəyə görə dəymiş zərərin əvəzinin, əldən çıxmış fayda, dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik beş faizin tutulması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılarla Cavabdeh MMC arasında 07 aprel 2021-ci il tarixdə mənzilin mülkiyyətə verilməsini nəzərdə tutan alğı-satqı müqaviləsi bağlanıb. Müqavilənin predmetinə görə, iddiaçı (müqavilə üzrə alıcı) T.Şıxəliyev küçəsi 12 ünvanında yerləşən, sökülmüş mənzilinin əvəzində cavabdehin (müqavilə üzrə satıcı) tikdiyi, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 123,2 kv.m. mənzilləri iddiaçının mülkiyyətinə verir, iddiaçı isə mənzilin dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada cavabdehə ödəyir. İddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra edərək sökülən mənzilinin əvəzində aldığı mənzilin dəyərini tam ödəyib. İddiaçıya aldığı mənzilə dair heç bir borcunun olmadığını təsdiq edən maliyyə arayış təqdim edilib. Bundan sonra iddiaçıya aldığı mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilib. Çıxarış verilərkən məlum olub ki, mənzilin sahəsi müqavilədə nəzərdə tutulduğundan 13,8 kv.m. az (11.2%), yəni 109,40 kv.m.-dir. Binanın tikintisi tamamlandığından və mənzillər digər sakinlər tərəfindən alındığından iddiaçının aldığı yeni mənzili müqavilədə nəzərdə tutulmuş ölçüdə başqa mənzillə əvəzləmək mümkün olmadığı üçün iddiaçı əskik hissəyə görə cavabdehdən kompensasiya tələb edib.
6. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-1165/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia ərizələrinin qismən təmin edilməsi, 33120 manat məbləğində pul, vəkilin göstərdiyi yardıma görə ödənilmiş xərcin 200 manat hissəsi və ödənilmiş dövlət rüsumunun 189,36 manat hissəsi Cavabdehndən tutularaq İddiaçı1 ödənilməsi, 33120 manat məbləğində pul, vəkilin göstərdiyi yardıma görə ödənilmiş xərcin 200 manat hissəsi və ödənilmiş dövlət rüsumunun 189,36 manat hissəsinin Cavabdehndən tutularaq İddiaçı2 ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X1, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilməs, iddia ərizələrinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıların halhazırda mövcud olan yeni tikili inşa edildiyi ərazidə mənzilləri mövcud olmuş və cavabdeh şirkət tərəfindən yeni tikili inşa edilərkən həmin mənzillərin yeni tikilidə hərəsinin sahəsi 123,2 kv.m. olan iki mənzillə əvəzləşdirilməsinə dair tərəflər arasında müqavilələr bağlanmışdır. Mənzillər və mənzillərə dair müvafiq sənədlər iddiaçılara təhvil verilmiş və mənzillər həmin sənədlərə əsasən dövlət qeydiyyatına alındıqda, mənzillərin real sahəsinin müqavilələrdə qeyd olunmuş sahədən 13,8 kv.m. az olması müəyyən edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Mülki Məcəlləsinin 152, 324.5, 385.1, 404.1, 421.1, 421.2, 752.1, 762.2, 7-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydalarının 3.2, 3.8-ci bəndinə, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə, "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X4rşı” işi üzrə qəbul etdiyi xx.xx.2004-cü il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarına və Mülki Prosessual Məcəllənin 121.1, 119.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-1165/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, onlar "xxxx" MMC olaraq vətandaş İddiaçı1 hümanistlik göstərərək mülküyyətində olan 79 kv.m. ibarət mənzilin əvəzinə, ona 20-25% faiz deyil, həmin ünvanda 123,2 kv.m. ibarət 3 otaqlı təmirsiz mənzil, İddiaçı2 da hümanistlik göstərərək mülküyyətində olan 65 kv.m. ibarət mənzilin əvəzinə, ona 20-25% faiz deyil, həmin ünvanda 123,2 kv.m. ibarət 3 otaqlıtəmirsiz mənzil, təhvil vermək barədə öhdəlik götürüblər. Hətta onların istəklərini nəzərə alaraq bir necə dəfə müqavilə dəyişiklikləri ediblər. İddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh MMC arasında bağlanmış hər iki, 07 aprel 2021-ci il tarixi müqavilənin, 3.4. bəndində qeyd edilmişdir ki, mənzillərin özünə məxsus divaraltı sahəsi tam, qonşu ilə ortaqlı divaraltı sahəsi isə 50 (əlli) faiz hesablanır. Qeyd olunan müqavilələrin 3.7-ci bəndində qeyd edilmişdir ki, mənzil daxilində təmir işləri “Alıcı”nın öz üzərinə düşür. Vətəndaşlarla müqavilə bağlanarkən mənzillərin özünə məxsus divaraltısahəsi tam, qonşu ilə ortaqlı divaraltı sahəsi isə 50 (əlli) faiz, eyvanın hər bir kv.m 1:1 hesablanmasi qaydası izah edilmiş və razilaşdırılmışdır. Onlar binanın lahiyyəsinə və hər bir kv.m. uyğun, cöldən-cölə, yəni bütün divaraltı sahələrdə nəzərə alınmaqla dövlət büdcəsinə vergi verirlər. Məhkəmə tərəfindən ekspertiza təyin edildiyi gün deyil, onları iştirakı təmin edilmədən bir necə gün əvvəl kecirilmişdir. Yenidən ekspertiza kecirilməsi barədə şifahi vəsadət versələr də hakim təmin etməmişdir. Mütəxəssis rəyində təmirli mənzillərin, 1 kv.m-nin 2400 manat kimi qeyd edilmişdir. Lakin onlar vətəndaşla bağladığı müqavilə şərtlərində vətəndaşa təmirsiz mənzil verməyi barədə öhdəliyi olmuşdur. Lakin bu da nəzərə alınmamışdır. Onlar 1 kv.m. mənzilli vətəndaşlara hətta təmirli vəziyyətdə 1.500. manata satıblar
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
12. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında çıxış edərək bildirir ki, müqavilədə qonşu ilə 50% nəzərə alınması göstərilib. Müqavilənin 3.4-cü bəndində bu hal konkret qeyd edilib. Ekspert bunu nəzərə almayıb. Ekspert evin içində olan hissəni ölçüb. Təkrar ekspertiza keçirilməsin xahiş edir. 79 kv.metrlik mənzil əvəzinə 123 kv.metr veriblər. 100% əlavə ilə hesablanıb veriblər. İlkin müqavilə zamanı mərtəbə, blok yox idi, sadəcə köçürmə prosessi üçün bağlanılıb. Bina tikiləndən sonra seçimlər verilib. İddiaçı xanım ərizə ilə müraciət edib, 2 ədəd 123 kv.metrlik mənzil qəbul ediblər. Onlaın şikayəti verdiyi müqavilədən hazırda müzakirə getməlidir. Müqavilələrdə 123 kv.metrlik mənzil verilməsi də yoxdur. İradə ifadəsini iddiaçı bildirib.Əvvəl 79 kv.metrlik mənzili olub, Nazirlər Kabinetinin qərarına əsasən 15-20% əlavə verilməli idi, onlar 100% əlavə veriblər.
13. İddiaçı1 məhkəmə iclasında çıxış edərək bildirir ki, cavabdeh orqan qanunları və normaları pozan MMC-dir. Prezident Adminstrasiyasının dərc etdiyi məlumata əsasən ən çox qanun pozan şirkətlərdən biri kimi cavabdeh orqan göstərilmişdir. 3 müqavilə imzalyıblar. Ən yaxşı yerindən mənzil təklif verilib. Bir neçə ay sonra biliblər ki, satılıb. Öz yaxın adamlarına ya da daha çox pul verən şəxslərə satıblar. Sonradan onlardan ərizə aldılar ki, binada yer yoxdur. 123 kv.metrlik 2 mənzil təklif etdilər, onlar da razılaşdılar. Şirkət aldatmağa çalışır. Uzun mübahisələrdən sonra onlara arayış verdilər. Heç kimə arayış vermirdilər. Əmlak Komitəsində müqavilənin nəticə hissəsinin olmadığını dedilər. Müqaviləni MMC-yə gətirdilər, müqaviləni o zaman dəyişiblər, təmiri onların öhdəliyinə qoyublar. Onlar artıq MMC-nin belə hərəkətlərindən yorulublar. Rayon məhkəməsinin qətanməsini qüvvədə qalmasını xahiş edir, dəbbə pulunu da istəyirlər. Qanunları, Prezidentin sərəncamlarını cavabdeh orqan pozub. Sənəd 15 mərtəbədir, amma 17 mərtəbəli bina tikiblər. Smeta sxemini də təqdim edib, bu hərəkət insanlara qarşı terrordur. Son artımlarının da əlavə edilməsin xahiş edir, ekspert də əlavə edib. Onlara mənəvi zərər də dəyib. Ailəmin də vaxtını alıblar. 28 kv.metr mənzilini də mənimsəyiblər, onun da pulunu tələb edir. Etimaddan istifadə edərək müqaviləni dəyişiblər. Sakinlərin çoxu maliyyə arayışı ala bilməyiblər, çoxuna əskik verilib. Onlar zəhmətlə qazanıb mənzil alıblar. Cavabdeh orqan vətəndaşları aldadır. 10 manat nizamnamə kapitalı ilə 8 bina tikiblər. Müqavilənin əsli onlada yoxdur.
14. İddiaçı2 məhkəmə iclasında çıxış edərək bildirir ki, cavabdeh vətəndaşları aldadır. Onda olan 135 kv.metr idi. Ərizə yazıb ki, 10 kv.metr digər mənzilə verilsin. Həmin zaman müqavilənin bəndini dəyişiblər. Müqavilənin bəndi niyə dəyişməli idi. Həyətin yarısı onların idi. 360 kv.metr onların ərazisi idi. İlk razılaşan da onlar olublar. O heç bəndləri də oxumayıb ki, onsuz demişdirlər ki, təmirli olacaq. Amma təmir də bərbad idi. Ekspertiza keçiriləndə qarşı tərəf özü gəlmirdi. İlk müqavilənin məqsədi vətəndaşları aldadıb, evdən çıxarmaq üçün idi. Ekspertiza rəyi ilə razıdır.
Tətbiq edilən hüquq normaları:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
16. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”
Bənd 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 3.1-ci bəndinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərinin, o cümlədən yaşayış, ictimai, istehsalat binalarının sahəsinin və həcmlərinin hesablanması qaydalarını müəyyən edir. Bənd 1.2. Bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir. Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3 azaltma əmsallarına vurulmaqla hesablanır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını iddia tələbinin təmin edilən hissəsində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
22. Belə ki, işin halları ilə müəyyən edilir ki, iddiaçılarla bağlanmış müqavilələrə görə cavabdeh 123,2 kv.m ümumi sahəsi olan mənzillərin təhvil verilməsini öhdəsinə götürüb. Mübahisə predmeti olan mənzillərlə bağlı iddiaçılara verilən çıxarışlarda ümumi sahə 109,40 kv.m olaraq qeyd edilir.
23. Hazırda iddiaçılar iddia tələbi ilə məhkəməyə müraciət edərək, müqavilə şərtlərinə Cavabdeh tərəfindən əməl edilməyərək müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyi üçün verilməmiş sahənin dəyəri məbləğində kompensasiya ödənilməsini xahiş edir.
24. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı hazırkı mübahisəyə podrat müqaviləsinə dar müddəalar tətbiq edilməlidir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Eyni zamanda, podrat münasibətlərini tənzimləyən maddi hüquq normalarının mənasına görə, sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər (Mülki Məcəllənin 776-cı maddəsi).
25. Hazırki işdə iddiaçılar, mübahisəli hala dair sübut kimi sözügedən mənzil barədə cavabdehlə bağladıqları 07 aprel 2021-ci il tarixli müqavilələrə istinad edərək, onlara müqavilədə nəzərdə tutulan sahədən 13,8 kv.m. az (11.2%), yəni 109,40 kv.m mənzil satıldığını iddia edirlər.
26. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü maddələrinə görə, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşmələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablandığı halda, bayır, ara divarları, habelə məhəccərlərin, sobanın (buxarın) yerləşdiyi sahələr mənzilin ümumi sahəsinə aid edilmir.
27. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) -1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.
28. Göründüyü kimi bayır, ara divarlarının, habelə məhəccərlərin, sobanın (buxarın) yerləşdiyi sahələrin mənzilin ümumi sahəsinə aid edilməməsi qanunda imperativ norma kimi müəyyən edilmişdir.
29. Nəzərə alınmalıdır ki, əgər tərəflər arasında bağlanmış müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa hesablamaların divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarlarının altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər.
30. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il müqavilələrin 3.4-cü bəndinə əsasən mənzilin özünəməxsus divaraltı sahəsi tam, qonşu ilə ortaqlı divaraltı sahəsi isə 50 faiz hesablanır.
31. İş materiallarında olan iddiaçılara müqavilə üzrə təhvil verilmiş mənzillərin texniki pasportundan görünür ki, təhvil verilmiş mənzillərdə balkonun sahəsi 0,3 əmsalla hesablanmaqla, 3.4 m2-dir.(11.4 x 0.3 = 3.4) Digər otaqlar hollun sahəsi 14.0 m2, birinci yaşayış otağının sahəsi 25.1 m2, mətbəxin sahəsi 15.1 m2, ikinci yaşayış otağının sahəsi 16.1 m2, üçüncü yaşayış otağının sahəsi 21.8, qarderobun sahəsi 3.8 m2, sanitar qovşaqların sahəsi 5.2 m2 və 4.9 m2-dir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, texniki pasportdan göründüyü kimi, balkonun sahəsinə 0.3 əmsal tətbiq olunduğu üçün 3.4 m2 olaraq hesablanmışdır. (Fərq 11.4 - 3.4 = 8 m 2)
33. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2024-cü il tarixli, 3-16- 16/2-10/640-9/506 nömrəli ekspert rəyindən görünür ki, mənzilin sahəsi arakəsmə divarların yerləşdiyi sahə nəzərə alındıqda, sözügedən mənzillərin ümumi sahəsi 115,1 kv.metr (109,4+5,7) təşkil edir.
34. Bundan əlavə, tərəflər arasında imzalanmış müqavilənin 3.4-cü bəndinə əsasən qonşu ilə ortaqlı divaraltı sahəsi isə 50 faiz hesablanır.
35. Göründüyü kimi, iddiaçılara təhvil verilmiş mənzilin faktiki sahəsi tərəflər arasında imzalanmış müqaviləyə uyğundur. 109,4 + 5,7 + 8 (11.4 - 3.4) = 123.1 kv.metr təşkil edir.
36. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh Məhdud Məsuliyyəti tərəfindən iddiaçılara 07 aprel 2021-ci il tarixli müqavilələrlə təhvil verilməsini üzərinə götürdüyü ölçüdə mənzillər verilmişdir, müqavilə öhdəlikləri cavabdeh tərəfindən pozulmamışdır.
37. İddiaçıların etirazının əsası odur ki, onlarla cavabdeh arasında xx.xx.2021-ci il tarixli müqavilə bağlanmamışdan qabaq bir neçə müqavilə bağlanmışdır. Həmin müqavilələrdə şərtlər fərqli göstərilmişdir.
38. Bununla əlaqədar olaraq, məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında onların razılığı ilə bir neçə müqavilə bağlanılması mümkündür. Lakin tərəflər sonuncu olaraq xx.xx.2021-ci il tarixli müqavilə bağlamışlar. Həmin müqavilələrdə artıq mənzilin kvadratı və onun hesablanması qaydası razılaşdırılmışdır.
39. O cümlədən məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz halıdır ki, mənzillər cavabdeh tərəfindən təmir edilmişdir. İddiaçılara müqavilədə nəzərdə tutulan ölçüdə mənzillərin təhvil verildiyi müəyyən olunduğundan, çatışmayan sahənin əvəzi olaraq təmirli yoxsa təmirsiz mənzillərə görə məbləğinin müəyyən edilməli olmasına əsas qalmamışdır.
40. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)- 1165/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı məhrum edildiyi 13,8 kv.m. sahənin əvəzi olaraq bazar qiyməti 2400 manatdan hesablanmaqla 33120 manat pul vəsaitinin, özgəsinin əmlakından qanunsuz istifadəyə və şəxsi mülkiyyətindən məhrumetmə faktına görə 27000 manat, əldən çıxmış faydanın ondan məhrum edildiyi bütün dövr üçün hər aya 213 manatdan olmaqla 19 ay üçün 4047 manat, eləcə də mənəvi ziyan olaraq 27000, həmçinin pozuntuya görə 1350 manat dəbbə pulunun və gecikdirilmiş vaxt üçün illik 5% faizin yəni 1350 manat, məhkəmə üçün ödənilmiş rüsumun və vəkil üçün ödənilmiş 410 manat məbləğində pulun Cavabdeh MMC-dən İddiaçı1 xeyrinə tutulması və məhrum edildiyi 13,8 kv.m. sahənin əvəzi olaraq bazar qiyməti 2000 manatdan hesablanmaqla 27600 manat pul vəsaitinin, özgəsinin əmlakından qanunsuz istifadəyə və şəxsi mülkiyyətindən məhrumetmə faktına görə 27000 manat, əldən çıxmış faydanın ondan məhrum edildiyi bütün dövr üçün hər aya 213 manatdan olmaqla 19 ay üçün 4047 manat, eləcə də mənəvi ziyan olaraq 27000, həmçinin pozuntuya görə 1350 manat dəbbə pulunun və gecikdirilmiş vaxt üçün illik 5% faizin yəni 1350 manat, məhkəmə üçün ödənilmiş rüsumun və vəkil üçün ödənilmiş 410 manat məbləğində pulun Cavabdeh MMC-dən iddiaçıların xeyrinə tutulması barədə iddia tələbləri təmin edilməməlidir.
41. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
42. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində qeyd edilir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsı məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-1165/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı məhrum edildiyi 13,8 kv.m. sahənin əvəzi olaraq bazar qiyməti 2400 manatdan hesablanmaqla 33120 manat pul vəsaitinin, özgəsinin əmlakından qanunsuz istifadəyə və şəxsi mülkiyyətindən məhrumetmə faktına görə 27000 manat, əldən çıxmış faydanın ondan məhrum edildiyi bütün dövr üçün hər aya 213 manatdan olmaqla 19 ay üçün 4047 manat, eləcə də mənəvi ziyan olaraq 27000, həmçinin pozuntuya görə 1350 manat dəbbə pulunun və gecikdirilmiş vaxt üçün illik 5% faizin yəni 1350 manat, məhkəmə üçün ödənilmiş rüsumun və vəkil üçün ödənilmiş 410 manat məbləğində pulun Cavabdeh MMC-dən İddiaçı1 xeyrinə tutulması və məhrum edildiyi 13,8 kv.m. sahənin əvəzi olaraq bazar qiyməti 2000 manatdan hesablanmaqla 27600 manat pul vəsaitinin, özgəsinin əmlakından qanunsuz istifadəyə və şəxsi mülkiyyətindən məhrumetmə faktına görə 27000 manat, əldən çıxmış faydanın ondan məhrum edildiyi bütün dövr üçün hər aya 213 manatdan olmaqla 19 ay üçün 4047 manat, eləcə də mənəvi ziyan olaraq 27000, həmçinin pozuntuya görə 1350 manat dəbbə pulunun və gecikdirilmiş vaxt üçün illik 5% faizin yəni 1350 manat, məhkəmə üçün ödənilmiş rüsumun və vəkil üçün ödənilmiş 410 manat məbləğində pulun Cavabdeh MMCdən İddiaçıların xeyrinə tutulması barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsumlar tərəflərin özünə aid edilsin. İşə birinci və apellyasiya instansiya məhkəmələrində baxılması zamanı ekspertizanın keçirilməsi ilə bağlı 150 manat məbləğində pul iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev