Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6276/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 28 saylı notariat ofisi, Bakı şəhəri 11 saylı notariat ofisi, 2 saylı Bakı Asan xidmət Mərkəzində Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, X1 Zeynəbxanım Kazım qızı göstərilməklə) “alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: şikayət qeyri-mümkün hesab edilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər: X13 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X5, İddiaçı nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh4 Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 28 saylı notariat ofisi, Bakı şəhəri 11 saylı notariat ofisi, 2 saylı Bakı Asan xidmət Mərkəzində Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, X1 Zeynəbxanım Kazım qızı göstərilməklə) “alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-385/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 28 saylı notariat ofisi, Bakı şəhəri 11 saylı notariat ofisi, 2 saylı Bakı Asan xidmət Mərkəzində Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 28 saylı notariat ofisində, təsdiq olunmuş xx.xx.2017-ci il tarixli, 7E-109 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 və X6 arasında bağlanmış və Bakı şəhəri 11 saylı notariat ofisində, təsdiq olunmuş xx.xx.2017-ci il tarixli, 4Ə-260 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Məlikli (Əmirəliyeva) Səmra Mibariz qızı və Cavabdeh1 arasında bağlanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli, 4/Ə-1879 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, 4Ə-643 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehlərə Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 67/2294 saylı bağ sahəsinin alqısatqı müqavilələrinə əsasən verilmiş çıxarışların və Dövlət reyestrində qeydiyyatlarının ləğv elilməsi, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 67/2294 saylı bağ sahəsinin iddiaçının xüsusi mülkiyyəti kimi tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, İddiaçı və Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 28 saylı notariat ofisində, təsdiq olunmuş xx.xx.2017- ci il tarixli, 7E-109 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 və X6 arasında bağlanmış və Bakı şəhəri 11 saylı notariat ofisində, təsdiq olunmuş xx.xx.2017-ci il tarixli, 4Ə-260 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Məlikli (Əmirəliyeva) Səmra Mibariz qızı və Cavabdeh1 arasında bağlanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli 4/Ə-1879 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, 4Ə-643 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehlərə Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 67/2294 saylı bağ sahəsinin alqı-satqı müqavilələrinə əsasən verilmiş çıxarışların və Dövlət reyestrində qeydiyyatlarının ləğv elilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-385/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 28 saylı notariat ofisi, Bakı şəhəri 11 saylı notariat ofisi, 2 saylı Bakı Asan xidmət Mərkəzində Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, X1 Zeynəbxanım Kazım qızı göstərilməklə “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş ünvan ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsininin alqı-satqısına dair 4Ə-109 reyestr nömrəli, AN-İ ******* saylı, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız sayılması, 4Ə-109 reyestr nömrəli, AN-İ ******* saylı, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən Cavabdeh2 adına ünvan ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış ləğv edilməsi, iddiaçıya ünvan ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi nəticəsində vurulmuş ziyanı tələb etmək kimi hüquqlarının olması izah edilməli və iddia qalan hissədə rədd edilməsi qət edilmişdir.
4. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-385/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddiaçının iddiasının tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-385/2024 saylı qətnaməsinin iddia tələbi təmin edilən hissədə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Qətnamədən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 Hacıağa oğlu apellyasiya şikayəti verərək Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)- 385/2024 saylı qətnaməsinin iddia tələbi təmin edilən hissədə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6276/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-362 və 364-cü maddələrinin tələblərinə uyğun olması və işə apellyasiya qaydasında baxılmasının mümkün hesab olunması qərara alınmışdır. Mülki işə baxılması Bakı Apellyasiya Məhkəməsinin binasında xx.xx.2024-cü il tarixində, 10:40-a təyin edilmişdir.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
8. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 bildirir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-385/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi məsələsini məhkəmənin mülahizəsinə həvalə edirlər.
9. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil4 bildirir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-385/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi məsələsini məhkəmənin mülahizəsinə həvalə edirlər.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 bildirir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-385/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi məsələsini məhkəmənin mülahizəsinə həvalə edirlər.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 bildirir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-385/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi məsələsini məhkəmənin mülahizəsinə həvalə edirlər.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
14. Həmin Məcəllənin 363.1.5-ci maddəsində qeyd edilir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
15. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
16. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsində müəyyənləşdirilmiş qaydaya uyğun verilmədiyindən, işə apellyasiya qaydasında baxılması qeyri-mümkündür.
18. Belə ki, AZEMİS-Məhkəmə işlərinin elektron idarəetmə sisteminə baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 Hacıağa oğlu tərəfindən apellyasiya şikayəti elektron qaydada imzalanmamış, şikayət skan edilərək elektron məhkəmə sistemi vasitəsilə iş materiallarına əlavə edilmişdir.
19. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “Mülki Prosessual Məcəlləyə əlavə 2”-də göstərilmişdir.
20. “Mülki Prosessual Məcəlləyə əlavə 2”-də müəyyən edilən formanın 14 -cü bəndində şikayət verən şəxsin və ya onun nümayəndəsinin, vəkilinin (olduğu halda) imzası nəzərdə tutulmuşdur. Hazırki şikayət isə imzalanmamışdır.
21. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh3 iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq icraata qəbul edildiyindən, onun apellyasiya şikayətinə apellyasiya qaydasında baxıla bilməz.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.
23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366.3 və 402.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6276/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməklə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-385/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov