Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6279/2022 14.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 Abdul qızının, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 Adbul qızının və İddiaçı6 Ədbül oğlunun cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri 3 saylı ASAN Xidmət Mərkəzində Notariat Kontoruna, Bakı şəhəri 53 saylı notariat ofisinə, Bakı şəhəri 12 saylı notariat ofisinə, X3 qarşı iş üzrə (Açar sözlər: vərəsəliklə bağlı mübahisə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı (İddiaçı1 nümayəndəsi) İddiaçı2 Abdul qızının, İddiaçı4, iddiaçıların nümayəndələri Vəkil1 və X16, Cavabdeh5 nümayəndəsi Vəkil3, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X17 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Abdul qızının, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 Adbul qızının və İddiaçı6 Ədbül oğlunun cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri 3 saylı ASAN Xidmət Mərkəzində Notariat Kontoruna, Bakı şəhəri 53 saylı notariat ofisinə, Bakı şəhəri 12 saylı notariat ofisinə, X3 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payların müəyyən edilməsi və s. tələblərə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(004)-1660/2021 saylı qətnaməsindən İddiaçı1, İddiaçı2 Abdul qızı, İddiaçı3, İddiaçı7 Adbul qızı, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Ədbül oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.X40 ilə Əbdülova (Balayeva) Gövhər İmanbala qızı arasında xx.xx.1974-cü il tarixdə nikah qeydə alınmış, onların xx.xx.1967-ci il tarixdə X24, xx.xx.1969-cu il tarixdə X32, xx.xx.1970-ci il tarixdə X25, xx.xx.1973-cü il tarixdə X41, xx.xx.1974-cü il tarixdə X33, xx.xx.1978-ci il tarixdə X18, xx.xx.1984-cü il tarixdə X34 adlı övladları doğulmuşdur. 2.X15 xx.xx.2001-ci ildə vəfat etmişdir. 3.X40 ilə Əbdülova (Kazımova) Ruhiyə Camaləddin qızı arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanmış, onların Hacıəbdül (2010-cu il təvəllüdlü), Pikə (2011-ci il təvəllüdlü), Cəvahir (2012-ci il təvəllüdlü), Əzizə (2016-cı il təvəllüdlü) və Əbdülhüseyn (2018-ci il təvəllüdlü) adlı uşaqları doğulmuşdur. 4.X40 18 avqust 2016-ci il tarixdə notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını ünvan 1 ünvanında qeydiyyatda olan oğlu X11 vəsiyyət etmişdir. 5.X40 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 6.X26 adında aşağıdakı əmlakları olmuşdur: "Azsamand” markalı, 90CX227 dövlət qeydiyyat nişanlı avtomaşın (şəhadətnamə verilmə tarixi xx.xx.2008); "Mitsubushi-200” markalı, 99CA899 dövlət qeydiyyat nişanlı avtomaşın (şəhadətnamə verilmə tarixi xx.xx.2015); "UAZ-31513” markalı, 90OE499 dövlət qeydiyyat nişanlı avtomaşın (şəhadətnamə verilmə tarixi xx.xx.2015); "QAZ-13” markalı, 10BS023 dövlət qeydiyyat nişanlı avtomaşın (şəhadətnamə verilmə tarixi xx.xx.2016); ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 3/6 hissəsi (1952-ci ildə X26 atasının adına, xx.xx.2016-cı il tarixdə sonuncunun öz adına qeydiyyata alınmışdır); ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 88,86 kv.m. olan 65 saylı mənzil (xx.xx.2020ci il tarixdə qeydiyyata alınmışdır); Neftçala rayonu Xəzər kəndi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi (xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır); Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanında yerləşən ümumi sahəsi 224,2 kv.m. olan qeyri-yaşayış sahəsi (xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır). Cavabdeh5 adına aşağıdakı əmlaklar qeydə alınmışdır: Neftçala rayonu Xəzər kəndi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi (xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır); ünvan 5 ünvanında yerləşən 38 saylı mənzil (xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır). Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçılar iddia ərizəsi və əlavə ərizələrlə məhkəməyə müraciət edərək, X26 X9 adına qoyduğu vəsiyyətnaməsinin və həmin vəsiyyətnaməyə əsasən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, eləcə də həmin vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən dövlət reyestrində X9 adına aparılmış qeydlərin ləğv edilməsi, X40 ilə cavabdeh "Yasamal-M’' MMC arasında, Bakı şəhəri 53 nömrəli notariat ofisində bağlanmış 1 aprel 2020-ci il tarixli "Öhdəlik müqaviləsinin” etibarsız hesab edilməsi, X6 payının, X27 adına olan ünvan 6 ünvanında yerləşmiş tikililərin ½ hissəsi həcmində müəyyən edilməsi və həmin tikililər, miras qoyan X26 vəfatından iki ay sonra, cavabdeh "Yasamal-M” MMC tərəfindən qeyri-qanuni olaraq söküldüyü üçün hazırda mövcud olmadığından X6 payının, sökülmüş tikililərin əvəzinə cavabdeh "Yasamal-M” MMC tərəfindən verilməli olan əmlakların ½ hissəsində müəyyən edilməsi və cavabdeh "Yasamal- M” MMC-nin və miras qoyan X26 hesabına, müştərək qaydada, iddiaçılara verilməsinin təmin olunması, X26 vəfatı ilə əlaqədar ona münasibətdə ödənişin ondan miras qalmış əmlaklar hesabına təmin edilməsi, X19 miras qalan **-CA-***, **-CX-***, **- BS-***, **-OE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə, Yasamal rayonu, H.Cavid prospekti 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, Yasamal A.Ağayev 78 ünvanında yerləşmiş tikililərə və yerləşdikləri torpaq sahəsinə, ünvan 8 6A, 65 saylı mənzilə, X1 adına Yasamal rayonu, H.Cavid bina 4, 38 saylı mənzilin 1/2 payına, X2 adına ünvan 9i ünvanında 0,12 ha əmlakın 1/2 payına iddiaçıların hər birinin 1/13 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, əgər ölənin əmlakında başqa şəxsin əmlakı gizli şəkildə mövcuddursa, əmlakın bir hissəsi aşkar edilməli və müvafiq şəxslərə verilməlidir. Ana payları müəyyən edildikdən və miras əmlakdan çıxıldıqdan sonra isə mirasın yerdə qalan hissəsinə də iddiaçıların iddia tələblərindən olan üçüncü tələbləri, yəni X19 miras qalmış əmlaka digər vərəsələrə münasibətdə bərabər paylar üzrə payları müəyyən edilməlidir. İddiaçılar X26 adından miras qalmış əmlakda analarına məxsus olan payın müəyyən edilib analarının vərəsələri kimi faktiki qəbul etdiklərini iddia etdikləri mirasın onlara verilməsini, qalan əmlakın X26 mirası kimi vərəsələr arasında bərabər bölünməsini xahiş etmişlər. Cavabdeh X2 vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etmədiyini göstərmiş və bildirmişdir ki, vəsiyyətnamənin ləğvi üçün qanun 2 halı nəzərdə tutur, şəxs psixi xəstə olsun və ya öz hərəkətlərini idarə edə bilməsin, amma Əbdülü heç kim məcbur etməyib ki, öz adını qoyduğu oğluna vəsiyyətnaməni versin. İddiaçıların hər birinin payı açıqdır. Öhdəlik müqaviləsi miras əmlak toplusuna daxil deyil, Gövhərin payından söhbət gedə bilməz. O, bunu sağlığında mübahisələndirməli idi. Gövhər xanımın nə payı olub, nə də birgə nikah dövründə əldə olunmuş əmlak sayıla bilməz, çünki əmlak hal-hazırda mövcud deyildir, vəsiyyətnamə var, 50 faiz, 45/52 Ruhiyyənin payıdır. Belə ki, iddiaçılar notariusdan paylarını qəbul edə bilərlər, məcburi payları açıq saxlanılmışdır.
9. Cavabdeh "Yasamal-M” MMC-nin nümayəndəsi də iddianı qəbul etməmiş və bildirmişdir ki, X40 ilə "Yasamal-M” MMC arasında beh müqaviləsi bağlanmışdır. Müqavilədə əmlakları götürmələri üçün bir həftə vaxt verilmişdir. Köçürülmə ilə bağlı təxminən bir il söhbət olmuş, lakin uşaqlar onlarla danışıqda iştirak etməmişdir. İddiaçı2 Abdul qızına 70 kv.m. əvəzinə 150 kv.m. mənzil veriblər, o cümlədən Ağayev 72-nin, üstəlik 10 evin mebel pulun veriblər. X40 110 kv.m. sahəsi olan mənzili kiçik oğluna, 140 kv.m. sahəsi olan mənzili vəsiyyətnamədəki uşağın adına rəsmiləşdirmək istəyib. Xədicə, Mətanət, Əsmər və Bikəyə baba evlərinə görə 4 ev və üstəlik 300 min manat pul veriblər. Sahəsi 120 kv.m. olan mənzili həyat yoldaşına, sahəsi 140 kv.m. olan mənzili kiçik oğluna, sahəsi 170 kv.m. olan mənzili böyük oğluna və sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsi də veriblər. Cavabdehin nümayəndəsi, həmçinin qeyd etmişdir ki, Əbdülün onlarda kimə hansı mənzili verəcəyi ilə bağlı əl yazısı var. Onlar depozitə 140 min manat pul qoymayıblar. Kim onlardan 140 min manat pulu tələb etsə, onlar da 700 min manat pulu tələb edəcəklər.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(004)- 1660/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Fərid Əyyubov) 11.Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 12 ünvanında yerləşən daşınmaz əmlak üzərində X9 14/26 hissədə pay hüququ vardır, 12/26 hissə açıqdır. Bundan başqa, ünvan 13 65 saylı mənzil üzərində X2 27/52 hissə, X9 14/52 hissədə, X28, X5, X20, X12, İddiaçı6, İddiaçı2, İddiaçı1, İddiaçı5, İddiaçı7, İddiaçı4, İddiaçı3 hər birinin 1/52 hissədə payı vardır.
12. İş materiallarında olan X40 ilə "Yasamal-M” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli beh müqaviləsinin surətinə əsasən müəyyən olunmuşdur ki, X40 xx.xx.2016-cı il tarixli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən paylı mülkiyyət üzrə 3/6 hissə olan fərdi yaşayış evini "Yasamal-M” MMC-yə xx.xx.2020-ci il tarixədək satmağı, "Yasamal-M” MMC isə göstərilən tarixə kimi həmin əmlakı almağı öhdəsinə götürmüş və beh verən gələcəkdə bağlanacaq daşınmaz əmlak alqı-satqı müqaviləsinin təminatı kimi beh alana 360000 manat pulu notariusun depozit hesabı vasitəsilə satıcıya ödəmiş və alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən qalan 140000 manat pul vəsaitini satıcı X30 ödəməlidir.
13. Məhkəmə tərəfindən X40 ilə "Yasamal-M” MMC arasında bağlanılmış xx.xx.2020ci il tarixli müqaviləyə əsasən müəyyən olunmuşdur ki, əmlak mülkiyyətçisi Bakı şəhəri, Yasamal rayonu, Ağayev küçəsi, ev 78 ünvanında yerləşən paylı mülkiyyət üzrə ümumi sahəsi 129.7 kv.m olan fərdi yaşayış evinin 3/6 hissəsinin sökülməsi üçün tikinti şirkətinə vermişdir. Əmlak mülkiyyətçisi bu müqaviləyə əsasən mülkiyyətində olan fərdi yaşayış evinin özünə məxsus hissəsini sökülmək üçün Tikinti şirkətinə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş qaydada və müddətdə "Tikinti Şirkəti” tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasının "E” blokunun 16-cı mərtəbəsindəki ümumi sahəsi 170,0 kv.m olan 4 otaqlı mənzili, ümumi sahəsi 141,0 kv.m. olan 3 otaqlı mənzili, ümumi sahəsi 120,0 kv.m. olan qeyri-yaşayış sahəsini, ümumi sahəsi 40,0 kv.m. olan anbar sahəsini və 2 ədəd avtodayanacaq sahəsini və notariusun depozit vasitəsilə 90000 (doxsan min) manat məbləği qəbul etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan notariat tərəfindən təsdiq olunmuş ərizəyə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh5 Cəmaləddin qızı ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinin X30 məxsus hissəsinin satılması ilə əlaqədar əri tərəfindən behin alınmasına etiraz etməmişdir.
14. İş materiallarında olan ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında xx.xx.2020-ci il tarixli şəhadətnaməyə əsasən müəyyən olunmuşdur ki, vəfat etmiş X8 qalmış arvadı X2 onların birgə nikah dövründə əldə etdikləri ƏMDK yanında DƏdRx tərəfindən xx.xx.2020-ci il tarixdə X30 verilmiş dövlət reyestrindən çıxarışa əsasən ünvan 13 ünvanında yerləşən 65 saylı mənzilə, ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə X30 verilmiş dövlət reyestrindən çıxarışa əsasən ünvan 9i ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin 1/2 hissəsinə mülkiyyət hüququ vardır. O cümlədən ölmüş ərin ümumi əmlakdan payı ünvan 14 ünvanında yerləşən mənzilin 1/2 hissəsindən, ünvan 15paq sahəsinin 1/2 hissəsindən ibarətdir.
15. Məhkəmə xx.xx.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən etmişdir ki, 3 saylı ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən xx.xx.2016-cı il tarixdə təsdiq edilən və 573 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X26 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi X13r və o mirasdan 14/26 hissədə pay almalıdır. Şəhadətnamə əsasında verilən əmlak ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə X30 verilmiş dövlət reyestrindən çıxarışa əsasən ünvan 9i ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin 1/2 hissəsi, ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə X30 verilmiş dövlət reyestrindən çıxarışa əsasən ünvan 16 ünvanında yerləşən 88,86 kv.m olan 65 saylı mənzilin 1/2 hissəsindən ibarətdir. xx.xx.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən olunmuşdur ki, 3 saylı ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən xx.xx.2016-cı il tarixdə təsdiq edilən və 573 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X26 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 17 ünvanında qeydiyyatda olan oğlu X13r və o mirasdan 14/26 hissədə pay almalıdır. Şəhadətnamə əsasında verilən əmlak ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə X30 verilmiş dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanında yerləşən ümumi sahəsi 224,2 kv.m olan qeyri-yaşayış sahəsindən ibarətdir və miras əmlakın qalan 12/26 hissəsinə məcburi pay üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. İş materiallarında olan qanun üzə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X26 əmlakının 12/26 hissəsinə arvadı Cavabdeh5, övladları X43, X14, X35, X29, İddiaçı6, İddiaçı2, İddiaçı1, İddiaçı5, İddiaçı7, İddiaçı4, İddiaçı3 vərəsədir.
16. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanında yerləşən ümumi sahəsi 224,2 kv.m. olan qeyri-yaşayış sahəsinin 14/26 hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Şəhadətnamə verilən əmlaklar ünvan 16 ünvanında yerləşən 88,86 kv.m. olan 65 saylı mənzilin mərhuma məxsus 1/2 hissəsindən, ünvan 9i ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin mərhuma məxsus 1/2 hissəsindən ibarətdir. Əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə, qalan miras əmlakın 14/26 hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 17.Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar vəsiyyətnamənin ləğv edilməsini və xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etsələr də, bu tələblərin əsaslandırıldığı sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə qeyd etmişdir ki, vəsiyyətnamə birtərəfli əqd olmaqla, şəxsin iradəsini ifadə edir və vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsaslar iş materialları ilə müəyyən edilmir. Həmçinin, xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, müqavilənin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlaması sübuta yetirilmir və iş materialları ilə müəyyən edilmir.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X40 ilə Cavabdeh5 xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olduqlarından ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi onların nikah dövründə əldə etdikləri əmlaka daxildir. Həmin əmlakda X6 payının olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə də tam əsassızdır, belə ki, X19 miras qalan nəqliyyat vasitələrinə, Yasamal rayonu, H.Cavid prospekti 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, Yasamal A.Ağayev 78 ünvanında yerləşmiş tikililərə və yerləşdikləri torpaq sahəsinə, ünvan 8 6A, 65 saylı mənzilə, X1 adına Yasamal rayonu, H. Cavid bina 4, 38 saylı mənzilin 1/2 payına, X1 adına ünvan 9i ünvanında 0,12 ha əmlakın 1/2 payına iddiaçıların hər birinin 1/13 payının müəyyən edilməsi tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə hesab etmişdir ki, bu tələb vəsiyyətnamənin etibarsızlığından doğan tələbdir, həmin tələb əsassız olduğundan qeyd edilən əmlaklara 1/13 payın müəyyən edilməsinin əsası məhkəmə tərəfindən müəyyən edilməmişdir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1158, 1166, 1193, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 9, 14.2, 77.1, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
20. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normaları pozulmuş, işin faktiki halları tam araşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7693/2021 saylı mülki iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, İddiaçı6, İddiaçı1, İddiaçı2 Əbdül qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 anaları X6 və ataları X26 vərəsəsi olmaları və onlardan miras qalmış əmlakda vərəsəlik hüquqlarının tanınması, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanda yerləşən ümumi sahəsi 224,2 kv.m olan qeyri-yaşayış sahəsinə dair 12 saylı notariat ofisi tərəfindən verilmiş, X9 əmlaka vərəsəlik hüququna dair 10 dekabr 2020-ci il tarixli, reyestrdə 2V-95 № ilə qeydə alınmış və Cavabdeh5 və digərlərinin əmlaka vərəsəlik hüququna dair 10 dekabr 2020-ci il tarixli, reyestrdə 2V-96 № ilə qeydə alınmış "vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərin, həmin şəhadətnamələr əsasında verilmiş mülkiyyət hüququnun qeydiyyata alınmasına dair sənədlərin (çıxarışlar) ləğv edilməsi, iddiaçıların hər birinin anaları X4 miras qalan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanında yerləşən ümumi sahəsi 224,2 kv.m olan qeyri-yaşayış sahəsinin 1/2 hissəsinin 1/7 hissəsini faktiki olaraq miras kimi qəbul etmələri və həmin 1/2 hissəsinin 1/7 hissəsi üzərində mülkiyyət hüquqlarının tanınması, onların hər birinin ataları X19 miras qalmış - ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 88,86 kv.m olan 65 saylı mənzilinin 1/2 hissəsinin 1/26 hissəsi üzərində, ünvan 9i ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsinin 1/2 hissəsinin 1/26 hissəsi üzərində, ünvan 9i ünvanında yerləşən (Cavabdeh5 adına qeydə alınmış) ümumi sahəsi 0,12 ha torpaq sahəsinin 1/2 hissəsinin 1/26 hissəsi üzərində, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ev 4, 38 saylı mənzilin (Cavabdeh5 Cəmaləddin qızının adına qeydə alınmış) 1/2 hissəsinin 1/26 hissəsi üzərində, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanda yerləşən ümumi sahəsi 224,2 kv.m olan qeyri-yaşayış sahəsinin 1/2 hissəsinin 1/26 hissəsi üzərində, ünvan 2 ünvanında yerləşən paylı mülkiyyət üzrə 3/6 hissə olan fərdi yaşayış evinin 1/26 hissəsi üzərində mülkiyyət hüququna uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində "Yasamal-M” MMC tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında "E” blokunun 16-cı mərtəbəsindəki ümumi sahəsi 170 kv.m. olan 4 otaqlı mənzilin 1/26 hissəsi üzərində, Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində "Yasamal-M” MMC tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında ümumi sahəsi 141 kv.m. olan 3 otaqlı mənzilin 1/26 hissəsi üzərində, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində "Yasamal-M” MMC tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında ümumi sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsinin 1/26 hissəsi üzərində, Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində "Yasamal-M” MMC tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında ümumi sahəsi 40 kv.m. olan anbar sahəsinin 1/26 hissəsi üzərində, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində "Yasamal-M” MMC tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında iki ədəd avtodayanacaq sahəsinin 1/26 hissəsi üzərində, ”Yasamal-M” MMC ilə X40 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış öhdəlik müqaviləsi üzrə Əbdül Əbdülova ödənilmiş 360.000 manat və ödənilməli olan 140.000 manatın 1/26 hissəsi üzərində, "Yasamal-M” MMC ilə X40 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış beh müqaviləsi üzrə Əbdül Əbdülova ödənilmiş 90.000 manatın 1/26 hissəsi üzərində, ** CA *** dövlət qeydiyyat nişanlı, "Mitsubushi - 200” markalı avtomaşının 1/2 hissəsinin 1/26 hissəsi üzərində, ** CX *** dövlət qeydiyyat nişanlı "Azsamand” markalı avtomaşının 1/26 hissəsi üzərində, ** BS *** dövlət qeydiyyat nişanlı "QAZ - 13” markalı avtomaşının 1/2 hissəsinin 1/26 hissəsi üzərində, ** OE *** dövlət qeydiyyat nişanlı, UAZ - 31513 markalı avtomaşının 1/2 hissəsinin 1/26 hissəsi üzərində mülkiyyət hüququnun tanınması qət edilmiş, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qalan hissədə təmin edilməmişdir. (hakimlər Vəfaddin İbayev (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova və Rəşad Həsənov)
Kassasiya instansiyası məhkəməsində icraat
24. İddiaçılar kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin təmin edilmədiyi hissəsində ləğv edilməsi və iddia tələblərindən olan X4 qalan mirasa ünvan 6 ünvanında yerləşmiş tikililərin 1/2 hissəsinin də aid edilməsi tələblərinin də təmin edilməsi və həmin miras əmlakın cavabdeh "Yasamal-M” MMC tərəfindən söküldüyü üçün artıq mövcud olmadığından, sökülmüş miras əmlakın əvəzinə cavabdeh "Yasamal-M” MMC tərəfindən verilməli olduğunu hesab etdikləri cəmi əmlakların 1/2 hissəsinin X4 qalan miras olaraq müəyyən edilməsi və həmin miras üzərində də hər birinin payının 1/7 olmaqla mülkiyyət hüquqlarının tanınması barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
25. Cavabdeh5 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
26. Cavabdeh "Yasamal-M” MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsini "Yasamal-M” MMC ilə X40 arasında xx.xx.2019-ci il tarixdə bağlanmış müqavilə üzrə Ə.A.Əbdülova ödənilməli olan 140000 manat pul vəsaitini miras kütləsinə daxil edilməsi və həmin pul vəsaiti üzərində iddiaçıların hər birinin həmin məbləğin 1/26 hissəsi üzərində mülkiyyət hüquqlarının tanınması hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 iyul 2022-ci il tarixli 2(102)-3610/2022 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7693/2021 nömrəli iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə iclasında iddiaçı (İddiaçı1 nümayəndəsi) İddiaçı2 Abdul qızı və İddiaçı4, iddiaçıların nümayəndələri Vəkil1 və X37 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
29. Cavabdeh5 nümayəndəsi Vəkil3 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X38 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
30. Cavabdehlər Bakı şəhəri 3 saylı ASAN Xidmət Mərkəzində Notariat Kontoru, Bakı şəhəri 53 saylı notariat ofisi və Bakı şəhəri 12 saylı notariat ofisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına öz nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39- cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1 Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1158.1. Əgər vəsiyyət edən vərəsə üçün əşyanı yanlış qoymuşdursa, həmin əşyanın mülkiyyətçisi əşyanı ümumi qaydada tələb edə bilər. Maddə 1158.2. Əgər ölənin əmlakında başqa şəxsin əmlakı gizli şəkildə mövcuddursa, əmlakın bu hissəsi aşkar edilməli və müvafiq şəxsə verilməlidir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1, 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab olunur.
Apellyasiya baxışının hədləri
31. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunub iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. İddia tələbinin X26 X9 adına qoyduğu vəsiyyətnaməsinin və həmin vəsiyyətnaməyə əsasən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, eləcə də həmin vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən dövlət reyestrində X9 adına aparılmış qeydlərin ləğv edilməsi, X40 ilə cavabdeh "Yasamal-M’' MMC arasında, Bakı şəhəri 53 nömrəli notariat ofisində bağlanmış 1 aprel 2020-ci il tarixli "Öhdəlik müqaviləsinin” etibarsız hesab edilməsi, X6 payının, X27 adına olan ünvan 6 ünvanında yerləşmiş tikililərin ½ hissəsi həcmində müəyyən edilməsi və həmin tikililər, miras qoyan X26 vəfatından iki ay sonra, cavabdeh "Yasamal-M” MMC tərəfindən qeyri-qanuni olaraq söküldüyü üçün hazırda mövcud olmadığından X6 payının, sökülmüş tikililərin əvəzinə cavabdeh "Yasamal-M” MMC tərəfindən verilməli olan əmlakların ½ hissəsində müəyyən edilməsi və cavabdeh "Yasamal-M” MMC-nin və miras qoyan X26 hesabına, müştərək qaydada, iddiaçılara verilməsinin təmin olunması, X26 vəfatı ilə əlaqədar ona münasibətdə ödənişin ondan miras qalmış əmlaklar hesabına təmin edilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, vəsiyyətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin, habelə şəhadətnamə əsasında verilmiş çıxarışların ləğv edilməsi, X40 ilə cavabdeh "Yasamal-M’' MMC arasında, Bakı şəhəri 53 nömrəli notariat ofisində bağlanmış 1 aprel 2020-ci il tarixli "Öhdəlik müqaviləsinin” etibarsız hesab edilməsinə hər hansı əsas olmadığından, birinci instansiya məhkəməsi düzgün olaraq həmin hissədə iddianı təmin etməmişdir. Kollegiya qeyd edir ki, notarius tərəfindən miras payları düzgün müəyyən edildiyindən, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə əsas yoxdur. X19 miras qalmış daşınmaz əmlaklar və nəqliyyat vasitələri üzərində iddiaçıların miras paylarının müəyyən edilməsi hissəsində isə məhkəmə düzgün nəticəyə gəlməmişdir. İş materiallarından görünür ki, X40 xx.xx.1974-cü ildən xx.xx.2001-ci ilədək Əbdülova (Balayeva) Gövhər İmanbala qızı ilə, xx.xx.2012-ci ildən xx.xx.2020-ci ilədək Əbdülova (Kazımova) Ruhiyə Camaləddin qızı ilə rəsmi nikahda olmuşdur. Əbdül Əbdülovun birinci nikahından xx.xx.1967-ci il tarixdə X24, xx.xx.1969-cu il tarixdə X32, xx.xx.1970-ci il tarixdə X25, xx.xx.1973-cü il tarixdə X41, xx.xx.1974-cü il tarixdə X33, xx.xx.1978-ci il tarixdə X18, xx.xx.1984-cü il tarixdə X34, ikinci nikahından isə X21 (2010cu il təvəllüdlü), X43 (2011-ci il təvəllüdlü), X29 (2012-ci il təvəllüdlü), X35 (2016-cı il təvəllüdlü) və X14 (2018-ci il təvəllüdlü) adlı uşaqları doğulmuşdur. Beləliklə, miras açılan dövrdə X26 ikinci nikahdan olan arvadı Cavabdeh5 başqa birinci nikahdan olan 7 uşağı, ikinci nikahdan 5 uşağı, cəmi 13 vərəsəsi vardır. Miras açılan dövrdə X19 4 daşınmaz əmlak, 4 nəqliyyat vasitəsi və Cavabdeh5 ilə birgə nikah dövründə əldə olunmuş və sonuncunun adına qeydə alınmış 2 daşınmaz əmlak mövcud olmuşdur. "Azsamand” markalı, 90CX227 dövlət qeydiyyat nişanlı avtomaşın (şəhadətnamə verilmə tarixi xx.xx.2008); "Mitsubushi-200” markalı, 99CA899 dövlət qeydiyyat nişanlı avtomaşın (şəhadətnamə verilmə tarixi xx.xx.2015); "UAZ-31513” markalı, 90OE499 dövlət qeydiyyat nişanlı avtomaşın (şəhadətnamə verilmə tarixi xx.xx.2015); "QAZ-13” markalı, 10BS023 dövlət qeydiyyat nişanlı avtomaşın (şəhadətnamə verilmə tarixi xx.xx.2016); ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 3/6 hissəsi (1952-ci ildə X26 atasının adına, xx.xx.2016-cı il tarixdə sonuncunun öz adına qeydiyyata alınmışdır); ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 88,86 kv.m. olan 65 saylı mənzil (xx.xx.2020ci il tarixdə qeydiyyata alınmışdır); Neftçala rayonu Xəzər kəndi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi (xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır); Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanında yerləşən ümumi sahəsi 224,2 kv.m. olan qeyri-yaşayış sahəsi (xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır). Cavabdeh5 adına aşağıdakı əmlaklar qeydə alınmışdır: Neftçala rayonu Xəzər kəndi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi (xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır); ünvan 5 ünvanında yerləşən 38 saylı mənzil (xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır). Qeyd olunan daşınmaz əmlaklardan (Cavabdeh5 adına qeydə alınmış) Neftçala rayonu Xəzər kəndində yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsinin və Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti ev 4-də yerləşən 38 saylı mənzil Cavabdeh5 ilə birgə nikah dövründə əldə edildiyindən əmlakın yalnız ½ hissəsi miras əmlaka daxildir. Qalan ½ hissədə vəsiyyətnamə üzrə vərəsə X7 başqa qalan 12 vərəsənin hər birinin qanun üzrə onlara çatası payın yarısı hissəsində, yəni hər birinin 1/26 hissədə, 12 vərəsənin isə cəmi 12/26 hissədə payları olduğundan, mirasın 14/26 hissəsində X9, 12/26 hissədə isə qalan vərəsələrin mülkiyyət hüququ tanınmalıdır. ünvan 18 ünvanında yerləşən, 3/6 hissədə X26 paylı mülkiyyətində olan ev ona vərəsəlik qaydasında keçdiyindən, X26 həmin evin 3/6 hissəsi üzərində tam mülkiyyət hüququ vardır və miras əmlaka tam daxil edilməlidir. Buna görə də həmin evin 3/6 hissəsinin 14/26 hissəsi üzərində X9, qalan 12/26 hissəsi üzərində isə qalan vərəsələrin mülkiyyət hüquqları tanınmalıdır. Az ** CX *** dövlət qeydiyyat nişanlı “Azsamand“ markalı avtomaşın 2008-ci ildə, yəni X10 olduğu dövrdə onun mülkiyyətinə keçdiyindən, həmin avtomobil mirasa tam daxildir və mirasın 14/26 hissəsi üzərində X9, qalan 12/26 hissəsi üzərində isə qalan vərəsələrin mülkiyyət hüquqları tanınmalıdır. ** CA *** dövlət qeydiyyat nişanlı, “Mitsubushi - 200” markalı avtomaşın, ** BS *** dövlət qeydiyyat nişanlı “QAZ - 13” markalı avtomaşın və ** OE *** dövlət qeydiyyat nişanlı, UAZ - 31513 markalı avtomaşın Cavabdeh5 ilə birgə nikah dövründə əldə edildiyindən, həmin avtomobillərin ½ hissəsi miras əmlaka daxildir. Avtomobillərin 1/2 hissəsinin 14/26 hissəsi üzərində X9, qalan 12/26 hissəsi üzərində isə qalan vərəsələrin mülkiyyət hüquqları tanınmalıdır. Neftçala rayonu Xəzər kəndi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi (xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır) və Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanında yerləşən ümumi sahəsi 224,2 kv.m. olan qeyri-yaşayış sahəsi (xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır) üzərində miras payları notarius tərəfindən düzgün müəyyən olunduğundan və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən, məhkəmə kollegiyası həmin əmlakların bölgüsünə zərurət görmür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X40 ilə "Yasamal-M” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli beh müqaviləsinə əsasən ödənilməli 140000 manat pul X30 ödənilməmiş, habelə onlar arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşaedilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında “E” blokunun 16-cı mərtəbəsindəki ümumi sahəsi 170 kv.m. olan 4 otaqlı mənzil, ümumi sahəsi 141 kv.m. olan 3 otaqlı mənzil, ümumi sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsi, ümumi sahəsi 40 kv.m. olan anbar sahəsi və iki ədəd avtodayanacaq sahəsi də Əbdül Əbdülova təhvil verilməmişdir. Həmin daşınmaz əmlaklar dövlət reyestrində qeydə alınmasa da, hazırkı iş üzrə Ali Məhkəmənin 14 iyul 2022-ci il tarixli qərarında vurğulandığı kimi, həmin əmlaklar üzərində, habelə ödənilməmiş 140000 manat pul vəsaiti üzərində vərəsələrin əmlak hüquqları tanına bilər. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşaedilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında “E” blokunun 16-cı mərtəbəsindəki ümumi sahəsi 170 kv.m. olan 4 otaqlı mənzilin, ümumi sahəsi 141 kv.m. olan 3 otaqlı mənzilin, ümumi sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsinin, ümumi sahəsi 40 kv.m. olan anbar sahəsinin və iki ədəd avtodayanacaq sahəsinin 14/26 hissəsi üzərində X9, qalan 12/26 hissəsi üzərində isə qalan vərəsələrin əmlak hüquqları tanınmalıdır. Bundan əlavə, ”Yasamal-M” MMC ilə X40 arasında bağlanmış 11 dekabr 2019-cu il tarixli öhdəlik müqaviləsi üzrə Əbdül Əbdülova ödənilməli olan 140000 manata olan tələb hüququnun 14/26 hissəsi üzərində X9, qalan 12/26 hissəsi üzərində isə qalan vərəsələrin əmlak hüquqları tanınmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı1, İddiaçı2 Abdul qızı, İddiaçı3, İddiaçı7 Adbul qızı, İddiaçı4, İddiaçı5, İddiaçı6 Ədbül oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(004)-1660/2021 saylı qətnaməsi qismən, yəni miras qalmış əmlaklar üzərində payların müəyyən edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilsin. X19 miras qalmış:
1. Neftçala rayonu Xəzər kəndində yerləşən (Cavabdeh5 adına qeydə alınmış) ümumi sahəsi 0,12 ha torpaq sahəsinin və Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti ev 4-də yerləşən 38 saylı mənzilin (Cavabdeh5 adına qeydə alınmış) ½ hissəsinin 14/26 hissəsi üzərində X9, qalan 12/26 hissəsi üzərində isə qalan vərəsələrin--- İddiaçı1, İddiaçı2 Abdul qızının, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 Adbul qızının, İddiaçı6 Ədbül oğlunun, Cavabdeh5, X28, X12, X20 və X5 mülkiyyət hüquqları tanınsın.
2. X30 vərəsəlik qaydasında keçmiş ünvan 18 ünvanında yerləşən, 3/6 hissədə X26 paylı mülkiyyətində olan evin 14/26 hissəsi üzərində X9, qalan 12/26 hissəsi üzərində isə qalan vərəsələrin---İddiaçı1, İddiaçı2 Abdul qızının, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 Adbul qızının, İddiaçı6 Ədbül oğlunun, Cavabdeh5, X28, X12, X20 və X5 mülkiyyət hüquqları tanınsın.
3. Az ** CX *** dövlət qeydiyyat nişanlı “Azsamand “ markalı avtomaşının 14/26 hissəsi üzərində X9, qalan 12/26 hissəsi üzərində isə qalan vərəsələrin---İddiaçı1, İddiaçı2 Abdul qızının, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 Adbul qızının, İddiaçı6 Ədbül oğlunun, Cavabdeh5, X28, X12, X20 və X5 mülkiyyət hüquqları tanınsın. 4) ** CA *** dövlət qeydiyyat nişanlı, “Mitsubushi - 200” markalı avtomaşının, ** BS *** dövlət qeydiyyat nişanlı “QAZ - 13” markalı avtomaşının və ** OE *** dövlət qeydiyyat nişanlı, UAZ - 31513 markalı avtomaşının 1/2 hissəsinin 14/26 hissəsi üzərində X9, qalan 12/26 hissəsi üzərində isə qalan vərəsələrin--- İddiaçı1, İddiaçı2 Abdul qızının, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 Adbul qızının, İddiaçı6 Ədbül oğlunun, Cavabdeh5, X28, X12, X20 və X5 mülkiyyət hüquqları tanınsın. 5) Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşaedilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında “E” blokunun 16-cı mərtəbəsindəki ümumi sahəsi 170 kv.m. olan 4 otaqlı mənzilin, ümumi sahəsi 141 kv.m. olan 3 otaqlı mənzilin, ümumi sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsinin, ümumi sahəsi 40 kv.m. olan anbar sahəsinin və iki ədəd avtodayanacaq sahəsinin 14/26 hissəsi üzərində X9, qalan 12/26 hissəsi üzərində isə qalan vərəsələrin--- İddiaçı1, İddiaçı2 Abdul qızının, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 Adbul qızının, İddiaçı6 Ədbül oğlunun, Cavabdeh5, X28, X12, X20 və X5 əmlak hüquqları tanınsın. 6) ”Yasamal-M” MMC ilə X40 arasında bağlanmış 11 dekabr 2019-cu il tarixli öhdəlik müqaviləsi üzrə Əbdül Əbdülova ödənilməli olan 140000 manata olan tələb hüququnun 14/26 hissəsi üzərində X9, qalan 12/26 hissəsi üzərində isə qalan vərəsələrin--- İddiaçı1, İddiaçı2 Abdul qızının, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 Adbul qızının, İddiaçı6 Ədbül oğlunun, Cavabdeh5, X28, X12, X20 və X5 əmlak hüquqları tanınsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.