Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6281/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri 50 saylı Notariat Kontoru və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 50 saylı Notariat Kontoru və Cavabdeh1 qarşı “alqısatqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-883/2020 saylı 18 mart 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 87a, 577-ci məhəllə, 756 nömrəli mənzil (bundan sonra mübahisəli mənzil) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 13 iyun 2003-cü il tarixdə qeydiyyata alınmışdır.
2. İddiaçı 16 fevral 2017-ci il tarixli etibarnamə ilə onun bütün əmlakını idarə etməyi, öz mülahizəsinə görə qanunla icazə verilmiş əqdləri bağlamağı, o cümlədən almağı, satmağı, bağışlamağı və s. hüquqlarını 5 il müddətinə oğlu X10 etibar etmişdir.
3. İddiaçının arvadı X6 notarial qaydada təsdiq edilmiş xx.xx.2016-cı il tarixli ərizəsinə əsasən, əri İddiaçı məxsus mübahisəli mənzilin ... ipoteka (girov) qoyulmasına etiraz etməmiş, ipoteka qoyulmuş əmlaka tələb yönəldiyi halda onu məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyini bildirmişdir.
4. İddiaçı adından etibarnamə əsasında nümayəndəsi X14 mübahisəli mənzili notarial qaydada təsdiq olunmuş AN-İ ******* nömrəli, 18 fevral 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 30.000 manata satmışdır.
5. Mübahisəli mənzil xüsusi mülkiyyət hüququ üzrə 30 mart 2017-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır.
6. Bakı şəhərinin notariusu X17 tərəfindən "xxxx" ASC-nin Qara Qarayev filialına məktub göndərmiş, məktubda qeyd olunmuşdur ki, Bakı şəh., Mərdanov qar. küç., ev 117B-də qeydiyyatda olan Cavabdeh1 tərəfindən notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 30.000 (otuz min) manat məbləğində pulu mübahisəli mənzildə qeydiyyatda olan İddiaçı adından xx.xx.2017-ci il tarixdə 14 saylı NK tərəfindən təsdiq edilmiş 7E-2075 saylı etibarnamə əsasında çıxış edən X14 verilməsi üçün bankda olan depozit hesabına qəbul olunmasını xahiş etmişdir.
7. "xxxx" ASC tərəfindən verilmiş 18 fevral 2017-ci il tarixli çekin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 30.000 manat məbləğində pulu bankdan qəbul etmiş və bunu çekə imza edərək təsdiq etmişdir.
8. Mülki iş materiallarında olan 26 may 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, iş üzrə Cavabdeh1 və X2 əməlində dələduzluq cinayətinin tərkib əlamətləri olmadığına görə onların barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, istintaqa məlum olmayan şəxs və X7 barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda göstərilmişdir ki, məhkəmə xəttşünaslıq ekspertizasının 21 may 2019-cu il tarixli 10006 nömrəli rəyindən göründüyü kimi ekspertizaya təqdim edilmiş 16 fevral 2017-ci il tarixli AR-İ seriyalı 457000 nömrəli etibarnamədə “imza” qrafasındakı imza və “Məmmədov T" soyadı- İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 16 fevral 2017-ci il tarixli AR-İ seriyalı 457000 nömrəli etibarnamədə “imza” qrafasındakı imza və “Məmmədov T” soyadı-X14 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə də aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 16 fevral 2017-ci il tarixli AR-İ seriyalı 457000 nömrəli etibarnamə saxtadır. Materialla müəyyən edilmişdir ki, isintaqa məlum olmayan şəxs tərəfindən rəsmi sənədi saxtalaşdırma baş vermiş, Hüseyn Məmmədov tərəfindən isə onun saxta olduğunu qabaqcadan bilə-bilə həmin sənəddən istifadə etmişdir. Nəzərə alsaq ki, istintaqa məlum olmayan şəxs və X14 tərəfindən nəzərdə tutulan cinayəti əməli törətmələrindən iki ildən artıq müddət keçmişdir. Belə olan halda istintaqa məlum olmayan şəxs və X7 barəsində cinayət işinin başlanması rədd edilməlidir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2019-cu tarixli, 2(004)-3249/2019 saylı qətnaməsi ilə, cavabdeh İddiaçı mübahisəli mənzilə olan istifadə hüququna xitam verilməklə cavabdehin həmin mənzildən çıxarılması, mübahisəli mənzili boşaldılaraq, iddiaçı Cavabdeh1 təhvil verilməsi, cavabdeh İddiaçı əldən çıxmış fayda olaraq, 720 manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh1 xeyrinə ödənilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində birinci icraat
10. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi iə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış 18 fevral 2017-ci il tarixli AN-İ N0595736 nömrəli alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş, mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi, Bakı şəhəri 50 saylı Notariat Kontorunun notariusu K.Rəhmanov, Cavabdeh1 və "xxxx" ASC-nin Qarayev filialının vəzifəli şəxsi barədə xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinə xəbər verilməsi, məhkəmə xərclərinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 18 fevral 2017-ci il tarixdə Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən guya o, özünə məxsus Bakı şəhəri, Hüseyn Cavid prospekti 577-ci məhəllə ev 87A yerləşən yaşayış sahəsini Cavabdeh1 satmışdır. Hesab edir ki, sözügedən alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və ondan irəli gələn çıxarış ləğv edilməlidir. Bu məsələ ilə bağlı o, ilk növbədə hüquq-mühafizə orqanlarına verdiyi şikayətlə əlaqədar Bakı şəhəri, Nizami RPİ-nin İŞ-i qəbul etdiyi 26 may 2019-cu il tarixli qərarda müəyyən edilənlərə əsasən məlum olmuşdur ki, alqı-satqı müqaviləsində satıcı qismində adından iştirak edən X10 14 saylı Bakı şəhəri Notariat Kontorunda rəsmiləşdirilmiş etibarnamə saxtalaşdırma yolu ilə həyata keçirilmişdir. Belə ki, o, oğluna evi satması üçün etibarnamə verməmişdir. Oğlu ona məxsus olan evi saxta etibarnamə əsasında onun adından satmışdır. Məhkəmə tərəfindən Kapital Bankdan tələb edilmiş məxaric-mədaxil qəbzlərindəki imza onun oğluna aid deyil. Həmin imzalar saxtadır. "xxxx" tərəfindən təqdim edilmiş vəsaitin alınması ilə bağlı qəbzdəki imza ona aiddir, lakin bank tərəfindən vəsaitinin həqiqətən onlar tərəfindən alınmasını təsdiq edən sənəd belə bir qəbz deyil, kassa məxaric orderi omalıdır. Bu da onu təsdiq edir ki, həmin vəsait onlar tərəfindən bankdan alınmamışdır.
12. Cavabdeh1 birinci instansiya məhkəməsində izahat verərək bildirmişdir ki, evi İddiaçı oğlundan notariusda alqı-satqı müqaviləsi bağlayaraq almışdır. Sonradan ona məlum olmuşdur ki, iddiaçının nümayəndəsi olan oğlu İddiaçı xəbəri olmadan həmin evi ona satmışlar. Ev satılarkən evdə kirayə yaşayanlar var idi. Onlar ev satıldıqdan sonra evdən çıxacaqlarını bildirsələr də, alq-satqıdan sonra evdən çıxmamışlar. İddiaçının nümayəndəsi X15 onun yanına gətirərək özlərinin nümayəndəsi və vəkili kimi təqdim etmiş və həmin şəxslərin evdən müvəqqəti müddət üçün çıxarılmamasını xahiş etmişdir. Bunu iddiaçının evin satılmasından xəbəri olduğu təqdirdə, oğlu Hüseyni mirasdan məhrum edəcəyi ilə əlaqələndirmişlər. Onlara yazığı gəldiyindən onlara müvəqqəti vaxt vermişdir. Lakin kirayə yaşayanlar həmin müddət bitdikdən sonra da çıxmamışdır. İddiaçının və digər şəxslərin mənzildən çıxarılmasına dair Yasamal Rayon Məhkəməsində onun tərəfindən iddia qaldırılmışdır. Lakin bu iddia ilə bağlı həmin işin icraatı dayandırılmışdır. O, vicdanlı alıcıdır.
13. Birinci instansiya məhkəməsinin iclasında X18 şahid qismində ifadə verərək göstərmişdir ki, onun tərəflərlə qohumluq münasibətləri yoxdur. Onun tanışı İsmayılov Famil adlı şəxs 2016-cı ilin axırlarında ona zəng edərək onunla görüşmüş və bildirmişdir ki, İddiaçı və onun oğlu Hüseyni aldatmışlar. Buna görə də, ondan həmin şəxslərə kömək etməsini xahiş etmişdir. O, Hüseyndən hansı sənədlərin olmasını soruşmuş, lakin o heç bir sənədlərinin olmadığını bildirmişdir. İki aydan sonra onunla yenidən əlaqə saxlayaraq, onlara kömək etməsini istəmişdir. O da vəkilə müraciət etmələrini onlara tövsiyyə etmişdir ki, həmin vəkil notariusa sorğu versin. Ondan sonra əllərində sənəd ilə təkrar onun yanına gəlmişlər. Onun tərəfindən sənədə nəzər salındıqda müəyyən etmişdir ki, onların sözügedən alqısatqı müqaviləsində imzaları olmuşdur. Lakin, onlar qeyd etmişlər ki, həmin imzadan xəbərləri yoxdur. Onun yanına gələnə qədər olan 2-3 ay müddət ərzində prokurorluğa şikayət etmişlər. Həmin şikayət Nəsimi Rayon Prokurorluğunda qeydə alınmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, müqavilədəki imza onların imzasıdır. Ona bildirmişlər ki, İddiaçı bunlardan xəbəri yoxdur. Ona görə də gedib Cavabdeh1 evin boşaldılmasına görə möhlət istəsinlər. Çünki həmin evdə hazırda kirayə yaşayanlar var və İddiaçı həmin kirayəçilərdən aylıq kirayə pulu alır. Kirayə qalanlar mənzildən çıxarılsa İddiaçı hər şeydən xəbəri olacaq. Ona görə də o, Cavabdeh1 yanına gedərək, ondan Hüseyngilə vaxt verməsini istəmişdir. Cavabdeh1 hətta iddiaçılara maddi yardım da etmişdir.
14. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-883/2020 saylı 18 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsinin iddia tələbinin “Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış 18 fevral 2017-ci il tarixli AN-İ N-0595736 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Azərbaycan Respublikası ƏMDK-sı yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş, mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi”nə dair hissəsi ilə bağlı mövqeyi bundan ibarət olmuşdur ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi X14 ilə Cavabdeh1 mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olan daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlamışlar, Cavabdeh1 əmlakın dəyərini İddiaçı adından onun nümayəndəsi X7 depozit hesabına köçürülmüş, sonrakı hərəkətləri edərək mənzili mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata aldırmışdır. İddiaçı 18 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv olunmasını xahiş etsə də, cavabdehin müqavilənin məhz hansı şərtlərini əhəmiyyətli dərəcədə pozması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut növü təqdim edə bilməmişdir. Belə olan halda isə, 18 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması tələbi əsassız olduğundan təmin edilməməlidir.
16. İddiaçı öz iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında alqı-satqı müqaviləsinin saxta etibarnamə əsasında aparıldığını bildirmiş, buna görə də alqısatqı müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının həmin dəlillərini əsassız sayaraq qeyd etmişdir ki, 26 may 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 16 fevral 2017-ci il tarixli AR-İ seriyalı 457000 nömrəli etibarnamədə “imza” qrafasındakı imza və “Məmmədov T” soyadı X14 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bu işin mübahisəsiz halıdır. Lakin, 18 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən, həmin müqavilənin bağlandığı notariat kontorunda sözügedən etibarnamənin saxta olması müəyyən olunmamışdır. Eləcə də, Cavabdeh1 həmin etibarnamənin saxta olması barədə məlumatı olmamışdır. Belə olan halda, Cavabdeh1 vicdanlı əldə edən olduğunu görə iddia tələbi həmin hissədə təmin oluna bilməz.
17. 16 fevral 2017-ci il tarixli AR-İ seriyalı 457000 nömrəli etibarnamədə “imza” qrafasındakı imzanın X14 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması 18 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən notarius tərəfindən müəyyən olunmadığıdan, həmçinin həmin imzanın saxta olması Cavabdeh1 məlum olmadığından, sözügedən alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 vicdanlı sahib olduğu müəyyən edilir və belə olan halda onun hüquqları qorunmalıdır.
18. Həmçinin, 18 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 tərəfindən ödənilməli olan 30.000 manat məbləğində pul vəsaiti İddiaçı adından etibarnamə əsasında çıxış edən X7 bankda olan depozit hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən verilmiş 18 fevral 2017-ci il tarixli qəbzə əsasən, X14 30000 manat məbləğində pulu bankdan qəbul etmiş və bunu həmin qəbzə imza edərək təsdiq etmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, Cavabdeh1 vicdanlı əldə edən olduğundan, onunla bağlanmış mübahisələndirilən alqı-satqı müqaviləsi, 16 fevral 2017-ci il tarixli etibarnamənin saxta olması əsası ilə ləğv edilə bilməz. Daşınmaz əmlakın alqı-satqısına dair müqavilə ləğv edilə bilməz, həmin əqdin ləğv edilməsi üçün əsaslar mövcud deyil, alıcı əmlakı vicdanlı əldə edəndir.
19. Nə qədər ki, mənzilin alqı-satqı müqavilələri qüvvədədir, onların etibarsız hesab olunması üçün əsaslar müəyyən edilməmişdir, o zaman həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi və ya ləğv edilməsi, o cümlədən bundan irəli gələrək digər tələblərin təmin edilməsi üçün əsaslar yoxdur, ona görə iddia tələbi həmin hissələrdə də təmin edilməməlidir. İddiaçının iddia tələbində qeyd etdiklərinin hər hansı bir qanuni əsası yoxdur, iddiaçı iddia tələbini əsaslı edə biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir.
20. Məhkəmə iddiaçının tələbinin xüsusi qərardad çıxarılması ilə bağlı hissədə qeyd etmişdir ki, hazırki mübahisə mülki xarakterli mübahisə olduğundan, cavabdeh tərəfindən iddiaçıya borcunun olması etiraf edildiyindən, habelə cavabdehin əməlində cinayət tərkibi olmadığından onun barəsində xüsusi qərardad çıxarılmasına əsas yoxdur.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 265.4-cü maddələrinə, “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarına, “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarına, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
b) Birinci instansiya məhkəməsində ikinci icraat
22. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, sonradan iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2017-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, Bakı şəhər Nizami RPİ-nin İŞ-nin X3 ərizəsi əsasında aparılmış araşdırma materialından ekspert rəyinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin müstəntiqi X11 tərəfindən araşdırmalar aparılan zaman qeyd edilən etibarnamə məhkəmə-xətşünaslıq ekspertizasına verilmiş və ekspertizanın 21 may 2019-cu il tarixli, 10006 saylı rəyinə əsasən etibarnamənin saxta olduğu təsdiq edilmişdir. Belə ki, iddiaçının qohumu X12 xx.xx.2019-cu il tarixdə Polis şöbəsinə müraciət edərək, əri Məmmədov Hüseyni işə düzəltmək adı ilə, 2017-ci ilin fevral ayında X13 tərəfindən aldanılaraq 60.000 manat pulunun ələ keçirildiyini bildirmişdir. Şikayətçi ərizəsində həmçinin istintaqa verdiyi izahatlarında bildirmişdir ki, X13 onu aldadaraq, aldığı məbləği qaytarmasın deyə, bu işə dələduzluqla məşğul olan digər müttəfiqlərini, yəni Cavabdeh1 və başqa şəxsləri qoşaraq, öz cinayətkar əməllərini davam etdirməyə müvəffəq olmuşdur. Onlar işin düzəlməsi üçün əlavə məbləğin lazım olduğunu zərərçəkmişlərə inandıraraq, iddiaçının yaşadığı, mübahisəli mənzilin girov qoyulması adı ilə müxtəlif yollara əl ataraq, evin sənədlərini ələ keçirmiş və Bakı şəhəri, Nəsimi rayonu 14 saylı Notariat kontorunda onların əlaltılarının vasitəsilə iddiaçının imzasını saxtalaşdıraraq, verilən saxta etibarnamənin vasitəsilə Cavabdeh1 dediyinə görə onun yaxın tanıdığı notariusda yəni, Bakı şəhəri, Nizami rayonunda yerləşən 50 saylı Notarial kontorunda Cavabdeh1 adına alqı-satqı müqaviləsi bağlanmışdır. Bununla yanaşı olaraq həmin mənzilin 30.000 manat dəyərində pulu xx.xx.2017-ci il tarixdə notariusun təqdim etdiyi koda guya Cavabdeh1 tərəfindən köçürülmüşdür. Hansı ki, bu məbləğin bankdan kim tərəfindən alındığı dəqiq araşdırma predmeti olmalıdır. Qeyd edilən şəxslərin bu və digər dələduzluq epizodları 25-ci polis şöbəsində araşdırılsa da onların əməllərinə ümumiyyətlə düzgün və obyektiv qiymət verilməmişdir. Lakin sonradan iddiaçı və onun qohumlarının tələbi və təkidi ilə müstəntiq X11 tərəfindən ekspertiza təyin edilmiş və nəticədə etibarnamənin saxta olduğu təsdiq edilmişdir və bu səbəbdən də müstəntiqin qəbul etdiyi rədd qərarında məhz etibarnamənin və alqı-satqı müqaviləsinin məhkəmə qaydasında ləğv edilməsi izah olunmuşdur. İddiaçının 2-ci tələbi isə budur ki, məhkəmə tərəfindən istintaqda olan araşdırma materiallarının tələb edilməsi, X2 və digərlərinin əməllərinə hüquqi qiymət verilməsini, 14 saylı Notariat Kontorunun notariusu X8 barəsində xüsusi qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir.
24. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli mənzili iddiaçıya mənzilin dəyərini tam şəkildə ödəməklə almışdır. Həmçinin Cavabdeh1 «iddia müddətinin tətbiqinə dair» ərizəni təqdim edərək, iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi üçün iddia müddətinin buraxıldığını bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
25. Məhkəmə iclasında üçüncü şəxs qismində dindirilmiş X14 öz izahatında bildirmişdir ki, Cavabdeh1 onu aldadaraq, evin alqı-satqısını həyata keçirmişdir. O, həmin alqısatqı prosesində iştirak etməmişdir. Cavabdeh tərəfindən təqdim edilən etibarnamənin saxta olduğunu və Cavabdeh1 30.000 manat borc pul aldığını, əvəzinə isə 5000 manat dəyərində olan qızıl girova verdiyini qeyd edir.
26. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 öz izahatında bildirmişdir ki, 2017-ci ildə X7 nümayəndəsi olmuşdur. O, Cavabdeh1 mübahisəli evi qanuni şəkildə satdıqlarını qeyd edir. Həmin evdə kirayəçi olaraq tələbələrin qaldığını, borcu gecikdirdikləri üçün Cavabdeh1 onun vasitəsilə vaxt istədiklərini bildirirərək öz ifadəsini yekunlaşdırır.
27. Məhkəmə iclasında şahid qismində dindirilən digər şəxs Bədəlov Sultanəli Vəkil oğlu öz izahatında qeyd etmişdir ki, mübahisəli evin Cavabdeh1 satıldığını İddiaçı bilməmişdir. O, Nigar Məmmədovanın xahişi ilə Cavabdeh1lə görüşdüyünü və borcun qaytarılması üçün vaxt istədiklərini qeyd etmişdir.
28. Məhkəmə araşdırılması zamanı Bakı şəhəri Nəsimi rayon 14 saylı Notariat kontorundan 7E/4 saylı reyestr kitabı tələb edilmişdir. 21 fevral tarixli 351 saylı məktubu ilə həmin kitab məhkəməyə təqdim edilmişdir. Məhkəmə tələb olunan reyestr kitabını ekspertizanın keçirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir.
29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 mart 2020-ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş, mülki işin 50-cı vərəqəsində olan İddiaçı adından olan xx.xx.2017-ci il tarixli etibarnamədə “imza” qrafasındakı imza və Məmmədov” yazısı və qeydiyyatdan keçdiyi 7E/4 saylı reyestr jurnalının 24-cü vərəqəsində “2075” sıra sayında “İddiaçı” yazılarının qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza və “Məmmədov” yazısı İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.
30. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-482/2020 saylı 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Tağıyeva Natavan) iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri 14 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2017-ci il tarixli etibarnamə etibarsız hesab edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
31. Məhkəmə iddiaçının nümayəndəsi tərəfindən verilmiş 14 saylı Notariat Kontorunun notariusu X8 barəsində xüsusi qərarın çıxarılması barədə ərizəyə münasibət bildirirərək, hesab etmişdir ki, ərizə təmin edilməməlidir.
32. Məhkəmə Cavabdeh1 «iddia müddətinin tətbiqinə dair» ərizəyə münasibət bildirərək, qeyd etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir. Belə ki, X12 ərizə ilə xx.xx.2019-cu il tarixdə Nizami RPİ-nin 25-ci PŞ ərizə ilə müraciət etmişdir. 26 may 2019- cu il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Bundan sonra 29 iyul 2019-cu il tarixdə İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Beləliklə iddiaçı iddia ərizəsini məhkəməyə təqdim edərkən qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir. Ona görə Cavabdeh1 iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi iddia ərizəsinin rədd edilməsi üçün əsas ola bilməz.
33. İddiaçının «Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin X4 ərizəsi əsasında aparılmış araşdırma materialından ekspertiza rəyinin təsdiq edilməsi barədə» tələbi ilə bağlı hissədə birinci instansiya məhkəməsi həmin tələb məhkəmənin səlahiyyətinə aid olmadığına görə rədd edilməli olduğunu qeyd etmişdir.
34. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 354.1, 359.1, 359.3, 365.1.7, 375-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 124.1-ci maddələrinə, Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apelyasiya şikayətinin dəlilləri
35. İddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, qətnamə qanunsuz və əsassızdır, çünki o, mənzilin satılması ilə bağlı heç bir yerdə elan verməyib, bu barədə maklerə tapşırıq da verməyib, saxta etibarnamə ilə əmlakından məhrum olub, həmin etibarnamədəki imzanın ona məxsus olmaması ekspert rəyləri ilə təsdiq olunub. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun mülkiyyətindən qanunsuz və əsassız olaraq məhrum ediblər, onun mənzilini satmaq kimi niyyəti olmayıb, onun mənzilinin ələ keçirilməsi üçün etibarnamə saxtalaşdırılıb, həmin etibarnamə əsasında mənzilin alqı-satqısına dair müqavilə də etibarsız hesab edilməlidir, 70.000- 80.000 manat qiyməti olan mənzilin guya 30.000 manata satılması da onu təsdiq edir ki, həmin müqavilə etibarsızdır. Məhkəməyə qədər onlar cavabdehlərin cinayət xarakterli hərəkətlərindən müxtəlif dövlət orqanlarına, eləcə də polis və prokurorluğa çoxsaylı şikayətlər vermiş, nəhayət ki, onların şikayətləri nəticələr vermiş, onları aldadaraq pullarını və mənzillərini ələ keçirmiş şəxslər barəsində cinayət işi başlanılmış, onlar da həmin iş üzrə zərərçəkmiş kimi tanınmışlar. Belə ki, X3 zərərçəkmiş kimi tanındığı Nizami RPi-nin xx.xx.2021-ci il tarixli qərarı, X9 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlaması barədə xx.xx.2021-ci il tarixli qərarı, X1 təqsirləndirilən şəxs kimi cəlb edildiyi Nizami RPi-nin xx.xx.2021-ci il tarixli qərarları qəbul edilib. Onların mənzili satmaq niyyəti olmayıb, o, özünün işə düzəldilməsi barədə Zemfira Paşayevanın vədlərinə inanmış, daha sonra Z.Paşayevanın onu işə düzəlmək üçün 60.000 manat pul lazım olduğunu onlara bildirməsi nəticəsində, ona təcili pul lazım olmuş, müxtəlif şəxslərdən, eləcə də cavadeh Cavabdeh1 onlara borc pul verməsi müqabilində həmin pulun təminatı kimi atasına məxsus evin ipotekaya qoyulması barədə razılaşmışlar, lakin onları aldatmaqla cavabdehlər saxta sənədlər tərtib edərək yalan müqavilə bağlamaqla onların mənzilini ələ keçirmişlər, onların evin satılması barədə iradəsinin olmamasını onların evin satılması barədə bir bəyanat verməmələri, evin alıcıya təhvil verilməməsi, aralarında olan müqaviləyə qədərki və sonrakı danışıqlar və sair sübutlarla da təsdiq edilir, təqdim etdikləri video diskdəki danışıqlarla da sübut olunur ki, onların arasında mənzilə dair alqı-satqı olmamışdır. Bundan əlavə, guya mənzilin satılması barədə 30.000 manat almasını təsdiq edən qəbzdəki imza ona məxsus olsa da, lakin həmin sənədi ona necə və harda imzalatdıqlarını bilmir, uzun müddət bu sənədi heç üzə çıxarmırdılar, gizlədirdilər, halbuki o, Cavabdeh1 heç vaxt pul almamışdır, bütün bu kriminal işləri Zemfira ilə əlbir olub cavabdehlər özləri törətmişlər, ümumiyyətlə o, heç kimdən pul almayıb, pulu Z.Paşayeva alıb, hazırda da onun barəsində cinayət işinin istintaqı davam edir.
37. Cavabdeh3 Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, qətnamə qanunsuzdur, belə ki, iddiaçı 1927-ci il təvəllüddür, hesab edir ki, onun ahıl olması imzaların fərqli olmasına təsir edə bilər. Məhkəmə tərəfindən etibarnamədəki imza və həmin imza yoxlanılmalı idi. Digər tərəfdən alqı-satqıda iddiaçının oğlu onu təmsil etmişdir, bu da ona əsas verir ki, iddiaçının da alqı-satqıdan məlumatı olub. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, cavabdeh qeyd etmişdir ki, onun ilk əvvəl həmin mənzili almaq istəyi olmamışdır, iddiaçının nümayəndəsi olan oğlu və gəlini onlara təcili pul lazım olduğundan israrla mənzilin alınmasını ondan xahiş etmişlər, sənədləri də notariusa onlar özləri təqdim etmişlər, məhkəməyə qədər mübahisələr zamanı da o, 30.000 manatının qaytarılacağı halda, mənzilin qaytarılmasının mümkünlüyünü qarşı tərəfə bildirmiş, lakin qarşı tərəf onun pulunu qaytarmaq istəmirlər. Həmçinin diskdə olan səs yazısı barədə isə bildirdi ki, həmin səs yazısı qanunsuz olaraq əldə olunub, o sübut sayıla bilməz. Həmçinin mənzilin qiyməti ilə bağlı isə bildirdi ki, müqavilə azadlığı var, tərəflər mənzilin qiymətini qarşılıqlı razılıq əsasında 30.000 manat müəyyən etmişlər, mənzilin aşağı qiymət satılması müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Etibarnaməni iddiaçı özü imzalamışdır, ekspert rəyləri ilə razı deyil.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
v)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
39. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli sorğusuna əsasən Nizami Rayon Polis İdarəsinin tərəfindən X3 zərərçəkmiş kimi tanındığı Nizami RPİ-nin xx.xx.2021-ci il tarixli qərarı, X9 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlaması barədə xx.xx.2021-ci il tarixli qərarı, X1 təqsirləndirilən şəxs kimi cəlb edildiyi Nizami RPi-nin xx.xx.2021-ci il tarixli qərarı Məhkəməyə göndərilmiş, həmçinin həmin cinayət işinin istintaqının davam etdirildiyi bildirilmişdir.
40. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş mülki işin 2-ci cildinin 50-ci vərəqində İddiaçı adından olan xx.xx.2017-ci il tarixli 457000 saylı etibarnamədəki “imza” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
41. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-104/2022 saylı mülki iş üzrə 03 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Anar Tanrıverdiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-883/2020 saylı 18 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, İddiaçı adından etibarnamə əsasında çıxış edən X14 ilə Cavabdeh1 arasında bağlanmış Bakı səhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 87A məhəllə 577, 756 nömrəli mənzilin alqı-satqısına dair xx.xx.2017- ci il tarixli, AN-İ ******* saylı müqavilə etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* saylı mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi, cavabdeh X16 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-482/2020 saylı 18 sentyabr 2020-ci il tarixli qətnaməsi onun apelyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi Nizami Rayon Məhkəməsinin alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 vicdanlı sahib olduğu və hüquqlarının qorunmalı olduğu barədə mövqeyi ilə razılaşmayaraq müəyyən etmişdir ki, iddiaçının mənzilini satmaq kimi bir niyyəti olmamış, cavabdeh özü də həmin mənzili almaq niyyətinin olmadığını bildirmişdir, eyni zamanda da müqavilədə mənzilin qiyməti onun real bazar qiymətindən bir neçə dəfə ucuz göstərilmiş, habelə mənzil heç vaxt alıcının sahibliyi və istifadəsinə verilməmişdir.
43. Mülki iş materiallarında olan video diskdəki danışıqlardan məlum olur ki, Cavabdeh1 qeyd edir ki, əgər bu evin altından bir şey çıxsa ona 30.000 qaytarmalı olduqlarını qeyd edir, notariusa da 600 manat verilib. Sizin cibinizdən nə qədər pul çıxıb sualına münasibətdə isə deyir ki, onun cibindən 17 min pul çıxıb.
44. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının nümayəndəsi H.Məmmədovun mənzilin satılması kimi niyyəti və məqsədi olmayıb, H.Məmmədov işə düzəldilməsi barədə Zemfira Paşayevanın vədlərinə inanmış, daha sonra Z.Paşayevanın işə düzəlmək üçün pul lazım olduğunu bildirməsi nəticəsində, ona təcili pul lazım olmuş, pulu Cavabdeh1 verməsi müqabilində həmin pulun təminatı kimi atasına məxsus evin ipotekaya qoyulması barədə razılaşmışlar. Onların evin satılması barədə iradəsinin olmamasını evin satılması barədə bir bəyanat verməmələri, evin alıcıya təhvil verilməməsi, aralarında olan müqaviləyə qədərki və sonrakı danışıqlar və sair təsdiq edir.
45. Eyni zamanda, mülki iş materiallarında məlum olur ki, məhkəməyə qədər iddiaçı tərəf Z.Paşayeva, Cavabdeh1, həmçinin notariusun qanunsuz hərəkətlərindən müxtəlif dövlət orqanlarına çoxsaylı şikayətlər etmişlər.
46. Məhkəmə kollegiyası sorğusuna əsasən X9 barəsində cinayət işi başlaması barədə qərarını, Z.Paşayevanın təqsirləndirilən şəxs kimi cəlb edilməsini, cinayət işinin istintaqının davam etdirildiyini, həmçinin ekspert rəyinə əsasən xx.xx.2017-ci il tarixli 457000 saylı etibarnamədəki “imza” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmasını nəzərə alaraq qeyd etmişdir ki, həmin əqd üzrə cavadeh Cavabdeh1 vicdanlı əldə edən olmasına dair rayon məhkəməsinin qənaəti əsaslı olmamış və iş üzrə tədqiq olunmuş sübutlarla təkzib olunur.
47. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Demək ki, həmin əqd üzrə cavadeh Cavabdeh1 vicdanlı əldə edən olmasına dair rayon məhkəməsinin qənaəti əsaslı olmamış və iş üzrə tədqiq olunmuş sübutlarla təkzib olunur.
48. Beləliklə, hazırkı halda tərəflərin həqiqi iradəsinin mənzilin alqı-satqı ilə bağlı olmadığı müəyyən edildiyindən, həmin müqavilə etibarlı hesab oluna bilməz.
49. İddiaçı adından etibarnamə əsasında çıxış edən X14 ilə Cavabdeh1 arasında bağlanmış mübahisəli mənzilin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, AN-İ ******* saylı müqavilə etibarsız hesab edildiyindən həmin müqavilə əsasında Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* saylı mülkiyyət hüququnu təsdiq edən çıxarış da ləğv edilməlidir.
50. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, etibarsız hesab edilmiş alqı-satqı müqaviləsinə əsasən alıcının hansı məbləğdə pulu verilməsi dəqiq müəyyən edilmədiyindən, mübahisəli olduğundan Cavabdeh1 Mülki Məcəllənin 337.5-ci madəsinin tələbləri üzrə müvafiq iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.
51. Birinci iş üzrə iddia tələbinin - Bakı şəhəri 50 saylı Notariat Kontorunun notariusu K.Rəhmanov Cavabdeh1 və "xxxx" ASC-nin Qarayev filialının vəzifəli şəxsi barədə xüsusi qərardad çıxarılması hissəsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, MMP-in 265.4-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Belə olan halda iddiaçının ərizəsinin bu hissəsi ayrıca tələb kimi yox, vəsatət kimi qiymətləndirilməlidir. X1 təqsirləndirilən şəxs kimi cəlb edildiyi Nizami RPi-nin xx.xx.2021-ci il tarixli qərarını və istintaqının davam etdirildiyi faktını məhkəmə kollegiyası nəzərə alır.
52. Məhkəmə kollegiyası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 482/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh3 vəsaətəti əsasında təkrar xətşünaslıq ekspertizası keçirilsə də, məlum olmuşdur ki, imza iddiaçı tərəfindən icra olunmayıb. Bu səbəbdən, apellyaiya şikayəti əsassızdır və təmin edilə bilməz.
53. Məhkəmə Mülki Məcəllənin 324.5, 404, 337.1, 337.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004- cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarına, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
c)Kassasiya instansiya məhkəməsindəki icraat
54. Cavabdeh3 (Vəkil1) və Cavabdeh1 (Vəkil2) ayrı-ayrılıqda kassasiya şikayətləri verərək apelyasiya instansiya məhkəmsinin qətnaməsinin tamamilə ləğv edilərək işin yeni baxışa qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 2(102)-3537/2022 saylı 14 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər E.R.Vəliyeva (məruzəçi), E.Y.Şamayev və A.Ə.Abbasov) Cavabdeh3 oğlunun kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 104/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qətnaməsi «İddiaçı adından etibarnamə əsasında çıxış edən X26 oglu ilə Cavabdeh1 oglu arasında baglanmış Bakı səhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 87A məhəllə 577, 756 nömrəli mənzilin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, AN-İ ******* saylı mıqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 ogluna verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* saylı mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləgv edilməsi» hissəsində ləğv edilmiş və işə həmin hissədə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir.
56. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul edilərkən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-482/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsinin ləğv edilməsi üçün maddi və prossesual hüquq normalarının tələbləri pozulması hallarına yol verilməsi müəyyən edilməmişdir. Belə ki, işə apellyasiya icraatı qaydasında baxılarkən Cavabdeh3 apellyasiya şikayətinin əsas dəlili təkrar məhkəmə-xətşünaslıq ekspertizası keçirilməklə yoxlanılmış, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyindən məlum olmuşdur ki, etibarnamədəki imza iddiaçı tərəfindən icra olunmamışdır. Sənəddəki imzanın şəxsə məxsus olub-olmamasnın müəyyən edilməsi xüsusi bilik tələb edən məsələ olduğundan apellyasiya instansiyası məhkəməsi bu barədə ekspert rəyini Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən digər sübutlarla birgə qiymətləndirilərək, düzgün olaraq həmin rəyə istinad etməklə, etibarnamənin iddiaçı tərəfindən imzalanmaması qənaətinə gəlmişdir.
57. İşin materiallarından görünür ki, alqı-satqı müqaviləsini etibarnamə ilə həyata keçirən X14 mülkiyyətçinin oğlu olmaqla, həm də hazırki iş üzrə iddiaçı olan atasının məhkəmə iclasında nümayəndəsi kimi iştirak edərək, özü tərəfindən saxta etibarnamədən istifadə edilməklə bağlanmış əqdin etibarsız hesab ediməsi barədə iddianı müdafiə edir. Apellyasiya məhkəməsi alqı-satqı müqaviləsini onun bağlanmasında istifadə edilmiş etibarnamənin saxta olması əsası ilə deyil, iddiaçının mənzilini satmaq kimi bir niyyəti olmaması, cavabdeh özünün də həmin mənzili almaq niyyətinin olmaması müqavilədə mənzilin qiyməti onun real bazar qiymətindən bir neçə dəfə ucuz göstərilməsi, habelə mənzilin heç vaxt alıcının sahibliyi və istifadəsinə verilməməsi, həmçinin iddiaçının nümayəndəsi H.Məmmədovun mənzilin satılması kimi niyyəti və məqsədinin olmaması, H.Məmmədovun işə düzəldilməsi barədə Zemfira Paşayevanın vədlərinə inanması, daha sonra Z.Paşayevanın işə düzəlmək üçün pul lazım olduğunu bildirməsi nəticəsində, ona təcili pul lazım olması, pulu Cavabdeh1 verməsi müqabilində həmin pulun təminatı kimi atasına məxsus evin ipotekaya qoyulması barədə razılaşması əsası ilə etibarsız hesab etmişdir.
58. Apellyasiya məhkəməsi yuxarıda qeyd edilən halları müəyyən edərkən sübut kimi X9 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlaması barədə xx.xx.2021-ci il tarixli qərarı, X1 təqsirləndirilən şəxs kimi cəlb edildiyi Nizami RPi-nin xx.xx.2021-ci il tarixli qərarı Məhkəməyə göndərilmiş, həmçinin həmin cinayət işinin istintaqının davam etdirilməsinə, iddiaçının nümayəndəsi Hüseyn Məmmədovun apellyasiya məhkəməsinə təqdim etdiyi səs yazısına istinad etmişdir. Halbuki göstərilən halları təsdiq edən və X1 hazırki əqdlə bağlı hər hansı əlaqəsinin olmasını təsdiq edən, onun təqsirli olmasına dair qanuni qüvvəsini almış məhkəmə hökmü yoxdur və onun iş materiallarında olan ifadəsindən də görünür ki, X12 (X7 həyat yoldaşı) ilə bağlı epizod üzrə etirafedici ifadə verməmişdir.
59. Qətnamədə istinad edilən səs yazıları ilə bağlı isə işdən müəyyən edilir ki, iddiaçının nümayəndəsi apellyasiya instansiyası məhkəməsinə vəsatətlə müraciət edərək iş materiallarında Cavabdeh1 alqı-satqı müqaviləsi ilə bağlı pulun verilməməsini və notariusla cinayət əlaqəsində olmasını sübut edən SD diskin olmamasını nəzərə alaraq həmin sübutu rəsmi qaydada məhkəməyə təqdim etmişdir. Vəsatətdə həmçinin qeyd edilmişdir ki, disk birinci instansiya məhkəməsində məhkəmə iclasında hakimə təqdim edilmişdir. İşin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi isə gəldiyi nəticə ilə bağlı həmçinin həmin diskdəki danışıqların məzmununa istinad etmiş, bununla bağlı qarşı tərəfin bu sübutun qanunsuz olduğu üçün sübut sayıla bilməməsinə dair dəlilinin əsassız olmasını Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarının məzmunu ilə əsaslandırmışdır.
60. Hazırki işin materiallarının Nizami Rayon Məhkəməsi üzrə icraat hissəsində belə bir diskin olması və məhkəmə iclas protokollarından həmin diskin təqdim edilməsi və ya onun iş materiallarına əlavə edilməsi barədə vəsatətin müzakirəsi görünmür. Həmçinin apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsində təqdim edilməmiş və təqdim edilməsinin iddiaçı tərəfdən asılı olmayan səbəblərə görə mümkün olmamasına dair vəsatətin müzakirə edilməsi və əlavə sübutun qəbul edilməsi barədə qərar qəbul etməsi, həmçinin həmin sübutu məhkəmə iclasında tədqiq etməsi barədə məhkəmə iclas protokollarında heç nə əks olunmamışdır.
61. Kollegiya daha sonra apellyasiya instansiyası məhkəməsinin həmin əlavə sübuta istinad edərək alqı-satqı müqaviləsini etibarsız hesab etməsinə baxmayaraq bu müqaviləyə əsasən alıcının hansı məbləğdə pulu verilməsinin dəqiq müəyyən edilməyərək mübahisəli olduğunu göstərərək Mülki Məcəllənin 337.5-ci madəsinin tələbləri hazırkı iş üzrə tətbiq edilə bilməməsinə dair nəticəsi ilə də razılaşmamışdır.
62. 18 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 tərəfindən ödənilməli olan 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin İddiaçı Baxzat oğlunun adından etibarnamə əsasında X7 bankda olan depozit hesabına köçürülməsi və sonuncunun "xxxx" ASC tərəfindən verilmiş 18 fevral 2017-ci il tarixli qəbzə əsasən 30000 manat məbləğində pulu bankdan qəbul edərək bunu həmin qəbzə imza edərək alması öz təsdiqini tapdığı halda, həmçinin Nəsimi rayon Məhkəməsində üçüncü şəxs qismində dindirilmiş X7 öz izahatında Cavabdeh1 30.000 manat borc pul aldığını, Cavabdeh1 onu aldadaraq evin alqı-satqısını həyata keçirdiyi barədə izahatı olduğu halda, alqı-satqı müqaviləsinə əsasən alıcının hansı məbləğdə pulu verilməsinin dəqiq müəyyən edilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə kollegiya razılaşmır və hesab edir ki, əqdi etibarsız saydığı halda tərəflərin əvvəlki vəziyyətə qaytarılması ilə bağlı maddi hüquq normalarının tələblərinə də riayət edilməlidir.
Proses iştirakçılarının izahatı
63. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
64. İddiaçının nümayəndəsi qismində iştirak edən X3 etibarnamə üzrə səlahiyyətlərinin müddəti bitməklə yeni etibarnamə təqdim etmədiyindən, apellyasiya icraatına buraxılmamışdır.
65. Həmçinin Cavabdeh1 vəkili-nümayəndəsinin etibarnamə üzrə səlahiyyətlərinin müddəti bitməklə yeni etibarnamə və vəkil orderi təqdim etmədiyindən, apellyasiya icraatına buraxılmamışdır.
66. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
67. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
68. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
69. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.
70. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
71. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
72. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
73. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apelyasiya baxışının hədləri
74. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
75. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
76. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
77. Qətnamə «İddiaçı adından etibarnamə əsasında çıxış edən X26 oglu ilə Cavabdeh1 oglu arasında baglanmış Bakı səhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 87A məhəllə 577, 756 nömrəli mənzilin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, AN-İ № ******* saylı mıqavilənin və həmin müqavilə əsasında Cavabdeh1 ogluna verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* saylı mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləgv edilməsi» hissəsində yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
78. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməklə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-883/2020 saylı 18 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.
79. Mülki Məcəllənin “Müqavilə hüququ” Fəslinin 4-cü paraqrafında müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları və qaydaları nəzərdə tutulmuşdur. Həmin müddəalara əsasən müqavilənin ləğv edilməsinin üç əsası müəyyən edilmişdir: - tərəflərin razılaşması; - tərəflərdən birinin tələbi ilə digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması; - tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi.
80. Müqavilənin ləğv edilməsi əsaslarından yuxarıda qeyd olunan birinci və üçüncü halın hazırki işə aidiyyəti yoxdur. İddiaçının tələbi yalnız ikinci hal əsasında araşdırıla bilər və həmin əsasla müqavilənin ləğv edilməsinin mümkünlüyü araşdırılmalıdır.
81. Lakin baxılan iş üzrə müqavilənin əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilməmişdir. İddiaçı müqavilənin saxta etibarnamə əsasında bağlandığını, həmin əqd əsasında ona və saxta etibarnamə əsasında çıxış edən oğlu Hüseyn Məmmədova pul verilmədiyini bildirmişdir ki, həmin əsaslar da müqavilənin ləğvi yox, etibarsız hesab edilməsi üçün əsas ola bilər.
82. Kollegiya hesab edir ki, iddiaçı alqı-satqı müqaviləsinin ləğvini tələb etsə də, işin müəyyən edilmiş hallarından həmin müqavilənin ləğvi üçün qanunvericilikdə göstərilən hüquqi əsasların mövcudluğu sübuta yetirilməmişdir.
83. İddiaçı niyyəti müqavilənin etibarsızlığına nail olmaqdan ibarətdirsə, onda o, müvafiq tələblə məhkəməyə müraciət etməlidir.
84. Kollegiya qeyd edir ki, iddianın müqəddaratını iddiaçı müəyyən edir, məhkəmə də iddiaçının konkret tələbinə baxır. Bu baxımdan qanun iddiaçıya iddiadan imtina etmək, iddiasının predmetini və ya əsasını dəyişdirmək, onun həcmini artırıbazaltmaq kimi hüquqlar vermişdir.
85. Hazırki işdə iddiaçının istəyi müqavilənin etibarsızlığına yönəlsə də, «İddianın dəyişdirilməsi barədə» xx.xx.2020-ci tarixli sonuncu ərizəsində o, konkret olaraq xx.xx.2017-ci il tarixli müqavilənin ləğv edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmənin həmin müqavilənin etibarlılıq şərtlərini yoxlamaq imkanı və səlahiyyəti yoxdur.
86. Birinci instansiya məhkəməsi müqavilənin ləğvi ilə bağlı iddiaçının dəlillərinə düzgün qiymət versə də, həmin müqavilənin etibarsız olub-olmamasına da qiymət verməkdə (yoxlamaqda) haqlı olmamışdır.
87. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-883/2020 saylı iş üzrə 18 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilməklə İddiaçı cavabdehlər Bakı şəhəri 50 saylı Notariat Kontoru və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.