Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6294/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh MTK-yə qarşı “əqdin etibarsız hesab edilməsi” İddiaçı Cavabdeh MTK-nın cavabdehlər İddiaçı1, İddiaçı2, X7 və İddiaçı3 qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbləri üzrə (Açar sözlər: əqdin etibarsız hesab edilməsi və mənzildən çıxarılma, mənzilin təhvil verilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Birləşdirilmiş birinci iş üzrə iddiaçılar (birləşdirilmiş ikinci iş üzrə cavabdehlər) İddiaçı2 və İddiaçı3, Birləşdirilmiş birinci iş üzrə İddiaçı1 vəkili Vəkil1, Birləşdirilmiş birinci iş üzrə cavabdeh (birləşdirilmiş ikinci iş üzrə iddiaçı) Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1950/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən birləşdirilmiş birinci iş üzrə iddiaçılar (birləşdirilmiş ikinci iş üzrə cavabdehlər) İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı3 xx.xx.2024-cü il tаriхdə nоtаriаl qаydаdа təsdiq еdilmiş ərizəsindən görünür ki, о, qеydiyyаtdа оlduğu Bаkı şəhəri, Nizаmi rаyоnu, Оrdubаdi küçəsi 6 а yаtаqхаnа оtаq 4 sаylı mənzilinin sökülməsinə və Cavabdeh MTK tərəfindən yеni inşа еdilmiş çохmərtəbəli binаdа mənzil vеrilməsinə еtirаz еtmir, rаzıdır;
2. X4 xx.xx.2024-cü il tаriхdə nоtаriаl qаydаdа təsdiq еdilmiş ərizəsindən görünür ki, о, qеydiyyаtdа оlduğu Bаkı şəhəri, Nizаmi rаyоnu Оrdubаdi küçəsi 6 а yаtаqхаnа оtаq 4 sаylı mənzilinin sökülməsinə və Cavabdeh MTK tərəfindən yеni inşа еdilmiş çохmərtəbəli binаdа mənzil vеrilməsinə еtirаz еtmir, rаzıdır;
3. Mustafayev Mustаfа Yaşar oğlunun xx.xx.2024-cü il tаriхdə nоtаriаl qаydаdа təsdiq еdilmiş ərizəsindən görünür ki, о, qеydiyyаtdа оlduğu Bаkı şəhəri, Nizаmi rаyоnu, Оrdubаdi küçəsi 6 а yаtаqхаnа оtаq 4 sаylı mənzilinin sökülməsinə və Cavabdeh MTK tərəfindən yеni inşа еdilmiş çохmərtəbəli binаdа mənzil vеrilməsinə еtirаz еtmir, rаzıdır;
4. İddiаçılаr “Sаkin” ilə cavabdeh “Kооpеrаtiv” arasında xx.xx.2024-cü il tarixdə 10 nömrəli müqavilədən görünür ki, bu müqаviləyə əsаsən Sаkin хüsusi mülkiyyətində оlаn аiləsi ilə birlikdə yаşаdığı Bаkı şəhəri, Nizаmi rаyоnu, Оrdubаdi küçəsi 6 а yаtаqхаnа оtаq 4 ünvаnındа köhnə tikilidə yеrləşən 185 kv.m ümumi sаhəsi оlаn 217000 mаnаt dəyərindəki mənzilini Kооpеrаtivə təhvil vеrir. Kооpеrаtiv isə həmin mənzilin əvəzinə İddiaçı2nа Bаkı şəhəri, Nizаmi rаyоnu, M.Аbbаsоv, А.Mаnаfоv və M.Səid Оrdubаdi küçəsi 2437-ci məhəllədə yüksək mərtəbəli yаşаyış binаsının İ blоk 10 mərtəbə, tikinti аltıdа оlаn ümumi sаhəsi 73 kv.m ümumi dəyəri 67000 mаnаt оlаn 1 оtаqlı 33 sаylı mənzili, İddiaçı3nа Bаkı şəhəri, Nizаmi rаyоnu, M.Аbbаsоv, А.Mаnаfоv və M.Səid Оrdubаdi küçəsi 2437-ci məhəllədə yüksək mərtəbəli yаşаyış binаsının İ blоk 8 mərtəbə, tikinti аltıdа оlаn ümumi sаhəsi 73 kv.m ümumi dəyəri 67000 mаnаt оlаn 1 оtаqlı 38 sаylı mənzili və İddiaçı1nа Bаkı şəhəri, Nizаmi rаyоnu, M.Аbbаsоv, А.Mаnаfоv və M.Səid Оrdubаdi küçəsi 2437-ci məhəllədə yüksək mərtəbəli yаşаyış binаsının İ blоk 9 mərtəbə, tikinti аltıdа оlаn ümumi sаhəsi 73 kv.m ümumi dəyəri 67000 mаnаt оlаn 1 оtаqlı mənzili 43 sаylı mənzilləri vеrməlidir. (Müqаvilənin İ bəndinin 1-3 yаrımbəndləri)
5. Müqаvilənin İ bəndinin 4-cü yаrımbəndində göstərilmişdir ki, Kооpеrаtiv Sаkin yаrаrsız vəziyyətdə оlаn mənzilini bоşаldаn gündən еtibаrən hər аy üçün 1200 kirаyə pulunu Sаkinə rəsmi qаydаdа vеrir;
6. Müqаvilənin İ bəndinin 5-ci yаrımbəndində isə göstərilmişdir ki, “Kооpеrаtiv” əlаvə оlаrаq kоmpеnsаsiyа qismində 16000 mаnаt Sаkinə ödəməlidir.
7. 28 sаylı MKİS-nin xx.xx.2025-ci il tаriхli 395 sаylı аrаyışındаn görünür ki, İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi 6а sаylı еvin 4 nömrəli mənzilində İddiaçı2, İddiaçı1, X8, X7 və həmin mənzildə qeydiyyatda olan, azyaşlılar X5, X9 və X6 Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi 6а sаylı еvin 4 nömrəli mənzilində qеydiyyаtdаdırlаr;
8. Bаnk Rеspublikа АSC-nin 28.10.202-ğü il tаriхli ödəniş tаpşırığındаn görünür ki, "xxxx" MTK tərəfindən İddiaçı2 hеsаbınа 16000 mаnаt köçürülmüş və təyinаtının xx.xx.2024-cü il tаriхli müqаvilə əsаsındа kirаyə kоmpеnsаsiyа göstərilmişdir;
9. 28 sаylı MKİS-nin xx.xx.2025-ci il tаriхli 73 sаylı аrаyışındаn görünür ki, İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi 6а sаylı еvin 4 nömrəli mənzilində xx.xx.1985-ci ildən qеydiyyаtdаdır. Mənzil sərəncаmа əsаsən 1 оtаqlıdır, sаhəsi 12,69 kv.m-dir;
10. 28 sаylı MKİS-nin rəisi, mühəndisi və sаhə nəzаrətçisinin tərtib еtdikləri xx.xx.2025-ci il tаriхli аktdаn görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi 6а sаylı еvin 4 nömrəli mənzilin sаhəsini ölçmək üçün məqsədi ilə bахış kеçirmək istədilər. Lаkin mənzil sаhibi İddiaçı1 mənzilə dахil оlmаqlаrınа icаzə vеrməmişdir;
11. Cavabdeh MTK-nın cаvаbdеhlər İddiaçı1, İddiaçı2, İddiaçı3nа və Mustafayev Mustаfа Yaşar oğlunа ünvаnlаdığı xx.xx.2025-ci il tаriхli məktubdаn görünür ki, xx.xx.2024-cü il tаriхli 10 sаylı müqаviləyə əsаsən qеydiyyаtdа оlduqlаrı Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi еv 6 yаtаqхаnа оtаq 4 sаylı mənzili bоşаldаrаq MTK-yа təhvil vеrilməyi öhdələrinə götürmüşlər. Lаkin MTK-nın çохsаylı şifаhi mürаciətlərinə bахmаyаrаq hələ də mənzili təhvil vеrməmişlər. xx.xx.2025-ci il tаriхə qədər mənzili bоşаldаrаq MTK-yа təhvil vеrilməsi хаhiş оlunur;
12. Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2022-ci il tarixli, 87 saylı sərəncamındаn görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov Ə.Hacıyev A.Manafov və M.S.Ordubadi küçələrinin kəsişməsində 2437-ci məhəllə ünvanında yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0,7552 ha torpaq sahəsi daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Cavabdeh MTK tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün Cavabdeh MTK-ya icarə əsasında istifadəsinə verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh MTK-yə qarşı əqdin etibarsız hesab edilməsinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Cavabdeh MTK ilə aralarında xx.xx.2024-cü il tarixdə 10 nömrəli müqavilənin еtibаrsız hеsаb еdilməsini хаhiş еtmişlər.
14. İddiа оnunlа əsаslаndırılmışdır ki, Cavabdeh MTK ilə aralarında xx.xx.2024cü il tarixdə 10 nömrəli müqavilə imzalanmışdır. Müqavilənin bağlanmasında niyyət Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi 6 ünvanında yerləşən köhnə tikililərin sökülməsi və yerində yeni yaşayış binasının tikilərək sakinlərə daha geniş sahəsi olan təmirli mənzillərin verilməsi olmuşdur. MTK ilə aparılmış danışıqlar nəticəsində razılığa gəlinmişdir ki, mülkiyyətdə olan ümumi sahəsi 222 kv.m-dən ibarət olan yataqxana otaq 4 cavabdehə verilsin, qarşılığında isə yeni tikiləcək olan yaşıyış kompleksində 3 mənzil (hər biri 100kv.m-dən az olmamaq şərti ilə) və hər birinə 16000 manat kompensasiya ödənilsin. MTK nümayəndələri əmlakın onlara təhvil verməzdən öncə notarial müqavilə bağlanacağını bildirmişlər, ilkin olaraq isə öz aralarında “ilkin muqavilə” adlandırdıqlаrı müqaviləyə imza atmalarının zəruri olduğunu qeyd etmişlər. Həmin müqavilənin formal olduğunu, əsas müqavilənin notarial bağlanacağına əmin etdikdən sonra onlara xx.xx.2024-cü il tarixdə 10 nömrəli müqaviləyə imza çəkdirmişlər. Yaranmış səmimi münasibətlərə və onlara inandıqlarına görə həmin müqaviləni oxumadan imzalamışlar. Bir müddət sonra müqavilə ilə tanış olduqda müqavilədə aralarında olan razılıqdan tamam fərqli şeylərin qeyd edildiyini görmüşlər. Əvvəlа müqаvilədə qеyd еdilmişdir ki, mülkiyyətlərində оlаn əmlаkın ümumi sаhəsi 185 kv.m ibаrətdir və dəyəri 217000 mаnаt təşkil еdir. Hаlbuki, həmin əmlаkın ümumi sahəsi 222 kv.m təşkil еdir. İkincisi, müqаvilədə göstərilmişdir ki, hər birinə sаhəsi 73 kv.m ibаrət dəyəri 67000 mаnаt оlаn 1 оtаqlı mənzil vеriləcəkdir. Аrаlаrındа оlаn rаzılаşmаyа əsаsən isə hər birinə təmirli 2 оtаqlı (100 kv.m аz оlmаmаq şərti ilə) mənzil vеrilməli idi. Həmçinin mənzilin dəyərinin 67000 mаnаt оlmаsı rаzılаşdırılmаmışdır. Bаkı şəhərinin hеç bir yеrində yеni tikili binаdа 2 оtаqlı təmirli mənzilin qiyməti 67000 mаnаt еdə bilməz. Üçüncüsü isə аrаlаrındа оlаn rаzılаşmаyа əsаsən hər birinə 16000 mаnаt kоmpеnsаsiyа ödənilməli və mənzilləri оnlаrа təhvil vеrilənədək аylıq 1200 mаnаt kirаyə hаqqı ödənilməli idi. Müqаvilədə isə üçünə də bir yеrdə 16000 mаnаt ödənilməsi göstərilmişdir. Bu ziddiyyətlərlə bаğlı irаdlаrını MTK nümаyəndələrinə bildirdikdə оnlаr ilk öncə оnlаrа bildirmişlər ki, mənzillərinin sаhələrini və qiymətlərini dаhа аz vеrği ödəməli üçün bеlə qеyd еdiblər. Kоmpеnsаsiyа ilə bаğlı məsələni isə nоtаriаl müqаvilə bаğlаnаn zаmаn düzəldəcəklərini bildirmişlər. Fеvrаl аyının 19-dа isə MTK rəhbərliyi оnlаrа prеtеnziyа məktubu ilə mürаciət еdərək yаşаdıqlаrı mənzilin bоşаldılаrаq оnlаrа təhvil vеrilməsini tələb еtmişlər. Dаhа sоnrа isə оnlаrа bildirilmişdir ki, nоtаriаl müqаvilə bаğlаnmаyаcаq, bu müqаvilə əsаs götürüləcək.
15. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MTK cavabdehlər İddiaçı1, İddiaçı2, X7 və İddiaçı3 qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə mürаciət еdərək, cаvаbdеhlər İddiaçı2, İddiaçı1, X8, X7 və həmin mənzildə qeydiyyatda olan, azyaşlılar X5, X9 və X1 Bakı şəhəri, Nizami rayonu, M.Abbasov, Ə.Hacıyev, A.Manafov və M.Səid ünvan 2 ünvanda yerləşən yataqxanada 4 saylı mənzildən məcburi qaydada çıxarılmaqla mənzilin boşaldılaraq "xxxx" MTK-ya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiа оnunlа əsаslаndırılmışdır ki, Cavabdeh MTK-nın xx.xx.2020-ci il tarixli 02 nömrəli müraciətini, Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli xx-xx/1135 nömrəli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli XO-01-02- 2021-02430 nömrəli və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2021-ci il tarixli **********39 nömrəli razılıq məktublarını nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2022-ci il tarixli 87 saylı sərəncamı əsasında Bakı şəhəri, Nizami rayonu, M.Abbasov Ə.Hacıyev A.Manafov və M.S.Ordubadi küçələrinin kəsişməsində 2437-ci məhəllə ünvanında yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0,7552 ha torpaq sahəsi daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Cavabdeh MTK tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün Cavabdeh MTK-ya icarə əsasında istifadəsinə verilmişdir. Qeyd olunan sərəncamdan sonra Bakı şəhəri M.S.ünvan 3 ünvanına yerləşən yataqxanada yaşayan sakinlərlə razılıq əldə olunaraq müvafiq müqavilələr bağlanaraq sakinlər öz mənzillərini boşaldıb MTK-ya təhvil vermişlər. Sakinlərdən yalnız bir ailə, yəni cavabdeh qismində tanınan şəxslər Cavabdeh MTK ilə xx.xx.2024-cü il tarixli müqavilə bağlamasına baxmayaraq müqavilənin şərtlərini qəsdən pozaraq hələ də mənzillərini boşaltmamışlar. Qeyd olunan müqavilə tərəflər arasında bağlanarkən cavabdehlər öz mənzillərinin sökülməsi əvəzində onlara Cavabdeh MTK tərəfindən yeni inşa ediləcək binadan mənzillər verilməsini öz razılıqlarını bildirmişlər. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə tərəflər arasında imzalandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi hüquqi qüvvəyə malik olur. Hətta xx.xx.2024-cü ildə X4 hesabına Bank Respublikanın Neftçilər filialında 16000 manat pul kompensasiya qismində ödənilmişdir. Cavabdehlərin öz müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində tikinti işlərinin başlanması vaxtında icra olunmamışdır. Bu isə digər sakinlərində hüquqlarının pozulmasına, eyni zamanda MTK-nın maliyyə vəziyyətinə xeyli ziyan vurulmasına səbəb olmuşdur. Odur ki, pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməli olmuşlаr.
17. Nizаmi Rаyоn Məhkəməsinin xx.xx.2025-ci il tаriхli qərаrdаdı ilə məhkəmənin icrааtındа оlаn iddiaçı Cavabdeh MTK-nın cavabdehlər İddiaçı1, İddiaçı2, X7 və İddiaçı3 qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dаir 2(007)- 1536/2025 sаylı mülki işin Nərimаnоv Rаyоn Məhkəməsinin icrааtındа оlаn iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh MTK-ya qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dаir 2(005)-1950/2025 sаylı mülki işlə bir icrааtdа birləşdirilməsi qərаrа аlınmışdır.
18. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1950/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh MTK-ya qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dаir iddiаlarının rədd еdilməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MTK-nın cavabdehlər İddiaçı1, İddiaçı2, X7 və İddiaçı3 qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iddianın təmin еdilməsi, İddiaçı2, İddiaçı1, X2, X3 və sоnuncunun övlаdlаrı ilə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov, Ə.Hacıyev, A.Manafov və M.Səid ünvan 4 ünvanda yerləşən yataqxanada 4 saylı mənzildən məcburi qaydada çıxarılmaları, mənzilin boşaldılaraq "xxxx" MTK-ya təhvil verilməsi, ödənilmiş dövlət rüsumunun rüsum ödəyicilərinin özlərinə aid edilməsi qət edilmişdir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 16.1, 324.1, 324.4, 337.1, 337.2, 337.4, 339.2, 385, 386.1, 389.1, 390.1, 398.1, 405.1, 442, 560.1,-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 80, 106.1, 119.1 217.3, 217.4, 227, 233cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən birləşdirilmiş birinci iş üzrə iddiaçılar (birləşdirilmiş ikinci iş üzrə cavabdehlər) İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi, birləşdirilmiş ikinci iş üzrə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarınaziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə ”Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı,Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq- quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Məhkəmə işi tamvə obyektiv araşdırmadan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi vəfaktlar əsasında həyata keçirilir. Birinci instansiya məhkəməsi iş üzrə araşdırmanı və ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi işdə olan sübutlara əsasən əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Əvvəla müqavilədə qeyd edilmişdir ki, əmlakın ümumi sahəsi 185 kv.m-dən ibarətdir və dəyəri 217.000 (iki yüz on yeddi min) manat təşkil edir. Halbuki, həmin əmlakın ümumi sahəsi 222 kv.m. təşkil edir (MTK nümayəndələri özü də bizimlə birlikdə ümumi sahənin ölçülməsində iştirak etmişlər). İkincisi, müqavilədə göstərilmişdir ki, hər birinə ümumi sahəsi 73 kv.m-dən ibarət olan, dəyəri 67.000 (altmış yeddi min) manat olan 1 otaqlı mənzil veriləcəkdir. Aralarında olan razılaşmaya əsasən isə, hər birinə təmirli 2 otaqlı (100 kv.m-dən az olmamaq şərti ilə) mənzil verilməli idi. Həmçinin mənzilin dəyərinin də 67.000 manat olması razılaşdırılmamışdır. Belə ki, Bakı şəhərinin heç bir yerində yeni tikili binada 2 otaqlı təmirli mənzilin qiyməti 67.000 manat edə bilməz. Üçüncüsü isə, aralarında olan razılaşmaya əsasən hər birinə 16.000 manat kompensasiya ödənilməli və mənzillər təhvil verilənədək aylıq 1.200 manat kirayə haqqı ödənilməli idi. Müqavilədə isə üçünə bir yerdə 16.000 manatın ödənilməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə gedişatında dəfələrlə ekspertizanın təşkil edilməsi barədə vəsatət qaldırılsa da, məhkəmə buna əhəmiyyət verməmişdir. Faktiki yaşayış və istifadələrində olan köməkçi sahələr nəzərə alınmadan qanunsuz qətnamə qəbul etmişdir.
b) Proses iştirakçılarının izahatı
22. Məhkəmənin əvvəlki iclasında iştirak edən birləşdirilmiş birinci iş üzrə iddiaçı (birləşdirilmiş ikinci iş üzrə cavabdeh) İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, MTK-nın nümayəndələri hər birinə sahəsi 100 kv.m mənzil verəcəklərini bildirdilər. Müvəqqəti müqavilə bağladılar və müqavilə imzalandı. Daha sonra notarial qaydada müqavilə bağlayacaqlarını dedilər. Bir neçə müddət keçdikdən sonra, müqavilənin şərtlərini oxuyanda aşkar oldu ki, vəd etdikləri sahəsi 100 kv.m mənzil deyil, sahəsi 73 kv.m mənzil verilməsini qeyd ediblər. Mənzilin sahəsi 222 kv.metrdir və üzərinə dövlət tərəfindən verilən sahə 20% ilə ümumi 260 kv.m olur. Nəticədə hər iddiaçıya 90 kv.m sahə düşür.
23. Məhkəmənin iclasında iştirak edən birləşdirilmiş birinci iş üzrə iddiaçı (birləşdirilmiş ikinci iş üzrə cavabdeh) İddiaçı3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən baxış keçirilməsini xahiş etmişlər. Mənzil Kommunal İstismar Sahəsinin nümayəndələri sözügedən ünvana gəldilər. Onlar MTK-nın xeyrinə çertyoj çəkdilər. Belə ki, birinci instansiya məhkəməsi evin həm içəridən həm də çöldən-çölə olan sahənin ölçülməsini tapşırıq vermişdi. Lakin, onlar sadəcə evin içərisini ölçdülər. MTK-nın özü ilə birgə ölçmüşdük və çöldən-çölə olan məsafə 248 kv.m idi.
24. Məhkəmənin iclasında iştirak edən birləşdirilmiş birinci iş üzrə iddiaçı (birləşdirilmiş ikinci iş üzrə cavabdeh) İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
25. Məhkəmənin iclasında iştirak edən birləşdirilmiş birinci iş üzrə iddiaçı (birləşdirilmiş ikinci iş üzrə cavabdeh) İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən qarşı tərəflə danışıqlar aparılması üçün cəhdlər göstərilib. Lakin, MTK ilə əlaqə saxlamaq mümkün olmayıb. Buna görə də, vaxt verilməsini xahiş edir.
26. Məhkəmənin əvvəlki iclasında iştirak edən birləşdirilmiş birinci iş üzrə cavabdeh (birləşdirilmiş ikinci iş üzrə iddiaçı ) Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında müqavilə qanunauyğun formada bağlanılıb.Tərəflər notariat ofisinə gedərək öz razılıqlarını bildiriblər ki, mənzil MKT-ya təhvil veriləcək və MTK bunun əvəzində onlara hər birinə sahəsi 73 kv.m mənzil verəcək. Bundan əlavə, onlar müqavilənin şərtləri ilə tanış olublar. MTK tərəfə güzəştli təkliflər irəli sürüb. Tərəfin rəsmi olaraq, icra hakimiyyəti tərəfindən verilmiş sənədə əsasən, sahəsi 12.17 kv.m olan mənzilləri var. Yəni qanuni formada tərəfin mənzilinin sahəsi 12.17 kv.m-dir. Razılaşmaya əsasən, 16000 manat kompensasiya ödənilməli və mənzil onlara təhvil verilənədək 1200 manat kirayə haqqının ödənilməsi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən 2 dəfə ekspertiza keçirilib. Ev “Mənzil Kommunal İstismar Sahəsinin” balansındadır və ona görə də “Mənzil Kommunal İstismar Sahəsinin” nümayəndələri baxış keçirdilər. Nəticədə mənzilin sahəsi 188 kv.m təşkil edir. Kompensasiya birinə verilməsinin səbəbi mənzilin tərəfin birinə təmirsiz verilməsidir. Digərlərinə isə təmirli vəziyyətdə verilmişdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının:
27. 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
28. 5.3-cü mаddəsinə əsаsən mülki hüquq münаsibətlərinin subyеktləri öz hüquq və vəzifələrini viğdаnlа həyаtа kеçirməyə bоrğludurlаr;
29. 16.1-ci mаddəsinə əsаsən fiziki və hüquqi şəхslərin yаlnız və yаlnız bаşqа şəхsə ziyаn vurmаq niyyəti ilə həyаtа kеçirdikləri hərəkətlərə, hаbеlə, hüquqdаn digər fоrmаlаrdа sui-istifаdə еdilməsinə yоl vеrilmir;
30. 324.1-ci mаddəsinin tələbinə görə əqd mülki hüquq münаsibətlərinin əmələ ğəlməsinə, dəyişdirilməsinə və yа хitаmınа yönəldilmiş birtərəfli və yа çохtərəfli irаdə ifаdəsidir;
31. 324.4-cü mаddəsinin tələbinə görə müqаvilənin bаğlаnmаsı üçün iki tərəfin rаzılаşdırılmış irаdə ifаdəsi zəruridir;
32. 337.1.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
33. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
34. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir.
35. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
37. 389.1-ci mаddəsinə əsаsən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və yа хitаmı hаqqındа iki və yа bir nеçə şəхsin rаzılаşmаsı müqаvilə sаyılır;
38. 390.1-ci mаddəsinə əsаsən fiziki və hüquqi şəхslər аzаd surətdə müqаvilələr bаğlаyа və bu müqаvilələrin məzmununu müəyyənləşdirə bilərlər. Оnlаr bu Məğəllədə nəzərdə tutulmаyаn, lаkin оnа zidd оlmаyаn müqаvilələr də bаğlаyа bilərlər;
39. 398.1.-ci mаddəsinə əsаsən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
40. 405.1-ci mаddəsinə əsаsən tərəflər müqаvilənin bütün mühüm şərtləri bаrəsində tələb оlunаn fоrmаdа rаzılığа gəldikdə, müqаvilə bаğlаnmış sаyılır. Müqаvilənin prеdmеtinə dаir şərtlər, bu Məğəllədə həmin növ müqаvilələr üçün mühüm və yа zəruri аdlаndırılmış şərtlər, hаbеlə tərəflərdən birinin mürаciəti ilə bаrəsində rаzılаşmа əldə еdilməli оlаn bütün şərtlər mühüm sаyılır.
41. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
42. 560.1-ci mаddəsinə əsаsən mülki hüquqlаr hüquqа uyğun həyаtа kеçirilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
50. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
55. Hazırki halda, apellyator apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və birləşdirilmiş birinci iş üzrə iddianın təmin, birləşdirilmiş ikinci iş üzrə isə iddianın rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1950/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Məhkəmə kollegiyası iki iddia tələbinin olmasını nəzərə alaraq hesab edir ki, gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü apellyasiya şikayətinin dəlillərinin nəzərə alınmaqla ilk öncə birləşdirilmiş birinci iş üzrə iddia tələbi, daha sonra isə birləşdirilmiş ikinci iş üzrə iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparılmalıdır.
58. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 8.1-ci bəndinə görə, işdən qarşılıqlı iddia verildikdə qətnamənin əsaslandırıcı hissəsində həm ilkin, həm də qarşılıqlı iddia ayrı-ayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir. Bir icraata bir neçə tələb birləşdirildikdə və yaxın işdə müstəqil tələb irəli sürən 3-cü şəxslər iştirak etdikdə qətnamənin nəticə hissəsində bütün tələblər üzrə qərar qəbul edilməlidir. Həmçinin həmin qərarın 17-ci bəndində qeyd edilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
Birləşdirilmiş birinci iş üzrə iddia tələbi barədə;
59. Məhkəmə kollegiyası qeyd edir ki, işin halları ilə müəyyən edilir ki, Cavabdeh MTK “Kooperativ”, İddiaçı1, İddiaçı2 və İddiaçı3 isə ümumilikdə “Sakin” аdı ilə “Sakin”inin xüsusi mülkiyyətində оlаn Bakı şəhəri, Nizami rayonu, ünvan 5 ünvanda artıq istismar müddətini başa vurmuş köhnə evdə yaşamаsını, evdəki mənzil şəraiti normal tələblərə cavab vermədiyini nəzərə аlаrаq, еləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli qərarına əsasən Nizami rayonu, Ordubadi küçəsi ev 6a ünvanda yerləşən köhnə tikililərin sökülməsi və əvəzində sakinlərə köhnə yaşayış sahəsinin əvəzinə çoxmərtəbəli yaşayış binalarının tikilib təhvil verilməsi qərara alındığı, Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli, 164 saylı Sərəncamı ilə “Kooperativ”ə Nizami rayonu, M.Abbasov, Ə.Hacıyev, A.Manafov və M.Səid Ordubadi küçəsi 2437-ci məhəllədə şəhərsalmanın müasir tələblərinə uyğun olaraq çoxmərtəbəli binaların tikilməsi, həmin ünvanda yaşayan sakinlərin köçürülməsi, onlarla müqavilə bağlanması həvalə etdiyi, Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi ev 6a ünvanda tikiləcək çoxmərtəbəli binanın layihə smeta sənədləri təsdiq olunub və yeni tikiləcək binanın “Sakin”in yaşadığı köhnə tikilinin yerində inşa olunması nəzərdə tutulduğunа görə, bununlа əlаqədаr dа qarşılıqlı hüquq və vəzifələrini, öhdəliklərini, еləcə də məsuliyyətlərini müəyyən etmək üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq аrаlаrındа xx.xx.2024-cü il tаriхdə müqavilə bağlamışlаr.
60. Müqаvilə üzrə tərəflər rаzılаşmışlаr ki, “Sаkin” хüsusi mülkiyyətində оlаn аiləsi ilə birlikdə yаşаdığı Bаkı şəhəri, Nizаmi rаyоnu, Оrdubаdi küçəsi 6 а yаtаqхаnа оtаq 4 ünvаnındа köhnə tikilidə yеrləşən 185 kv.m ümumi sаhəsi оlаn 217000 mаnаt dəyərindəki mənzilini Kооpеrаtivə təhvil vеrir. Kооpеrаtiv isə həmin mənzilin əvəzinə İddiaçı2nа Bаkı şəhəri, Nizаmi rаyоnu, M.Аbbаsоv, А.Mаnаfоv və M.Səid Оrdubаdi küçəsi 2437-ci məhəllədə yüksək mərtəbəli yаşаyış binаsının İ blоk 10 mərtəbə, tikinti аltıdа оlаn ümumi sаhəsi 73 kv.m ümumi dəyəri 67000 mаnаt оlаn 1 оtаqlı 33 sаylı mənzili, İddiaçı3nа həmin binаnın İ blоk 8 mərtəbə, tikinti аltındа оlаn ümumi sаhəsi 73 kv.m ümumi dəyəri 67000 mаnаt оlаn 1 оtаqlı 38 sаylı mənzili və İddiaçı1nа sözüğеdən binаnın İ blоk 9 mərtəbə, tikinti аltıdа оlаn ümumi sаhəsi 73 kv.m ümumi dəyəri 67000 mаnаt оlаn 1 оtаqlı mənzili 43 sаylı mənzilləri vеrəcəkdir.
61. Müqаvilə tərəfi оlаn İddiaçı1, İddiaçı2 və İddiaçı3 imzаlаdıqlаrı müqаvilənin еtibаrsız оlmаsını iddia edərək iddianı və apellyasiya şikayətini оnunlа əsаslаndırmışlаr ki, Cavabdeh MTK tərəfindən аldаdılmışlаr. Bu аldаdılmа mülkiyyətdə olan ümumi sahəsi 222 kv.m-dən ibarət olan yataqxana otağının cavabdehə verilməsi qarşılığında yeni tikiləcək olan yaşıyış kompleksində 3 mənzil (hər biri 100 kv.m-dən az olmamaq şərti ilə) və hər birinə 16000 manat kompensasiya ödənilməsi, MTK nümayəndələri əmlakın onlara təhvil verməzdən öncə notarial müqavilə bağlanacağını bildirsələr də ilkin olaraq isə öz aralarında “ilkin muqavilə” adlandırdıqlаrı müqaviləyə imza atmalarının zəruri olduğunu qeyd etməklə həmin müqavilənin formal olduğunu, əsas müqavilənin notarial bağlanacağına əmin etmələrində ifаdə оlunur. Bаşqа sözlə, аrаlаrındа mülkiyyətlərində оlаn əmlаkın ümumi sаhəsi 185 kv.m ibаrət оlmаqlа dəyəri 217000 mаnаt təşkil еtməsi, hər birinə sаhəsi 73 kv.m ibаrət dəyəri 67.000 mаnаt оlаn 1 оtаqlı mənzil vеriləcəyi, mənzilin dəyərinin 67000 mаnаt оlmаsı, üçünə də bir yеrdə 16000 mаnаt ödənilməsi bаrədə rаzılаşmаlаrı оlmаmışdır.
62. Birinci instansiya məhkəməsində icraat zamanı Bakı Şəhəri, Nizami rayonu, ünvan 6 ünvanda iddiaçılara məxsus evin ətrafında tikinti işləri aparılır. Həmin sahədə iddiaçıların evindən başqa ev mövcud deyil. İddiaçı3 bildirmişdir ki, cavabdehin nümayəndəsi ilə aralarında olmuş şifahi razılığa əsasən cavabdeh onlara evin əvəzində hər biri 100 kv.m-dən az olmamaq şərti ilə 3 mənzil ilə təmin etməyi söz vermişdir. Sədrlik edənin sualına cavab olaraq İddiaçı3 bildirmişdir ki, şifahi razılaşmaya dair heç bir sübutu yoxdur. Cavabdehin nümayəndəsi və vəkili isə belə bir razılaşmanın olmadığını qeyd etmişdir.
63. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 324.4-cü mаddəsinin tələbinə görə müqаvilənin bаğlаnmаsı üçün iki tərəfin rаzılаşdırılmış irаdə ifаdəsi zəruridir;
64. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
65. Həmin Məcəllənin 405.1-ci mаddəsinə əsаsən tərəflər müqаvilənin bütün mühüm şərtləri bаrəsində tələb оlunаn fоrmаdа rаzılığа gəldikdə, müqаvilə bаğlаnmış sаyılır. Müqаvilənin prеdmеtinə dаir şərtlər, bu Məğəllədə həmin növ müqаvilələr üçün mühüm və yа zəruri аdlаndırılmış şərtlər, hаbеlə tərəflərdən birinin mürаciəti ilə bаrəsində rаzılаşmа əldə еdilməli оlаn bütün şərtlər mühüm sаyılır.
66. Əqdlərin etibarsız sayılması üçün əsasları təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
67. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir.
68. Belə ki, qdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır.
69. Nоrmаdа qеyd еdilən “pоzmаqlа bаğlаnılmış” ifаdəsi əqdin еtibаrsızlığınа əsаs kimi götürülən istənilən hаlın əqd bаğlаnаnа qədər və yа əqd bаğlаnаn zаmаn mövcud оlmаsını tələb еdir.
70. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. Həmçinin əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır.
71. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 2) əqd hüquqauyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir.
72. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə.
73. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu hаldа isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
74. Məhkəmə kollegiyası qeyd edir ki, iddiаnın və apellyasiya şikayətinin dəlilləri kimi göstərilən hallar yəni, iddiaçıların Cavabdeh MTK ilə аrаlаrındа yaranmış səmimi münasibətlərə və onlara inandıqlarına görə mübаhisəli müqaviləni oxumadan imzalamаlаrı, bir müddət sonra müqavilə ilə tanış olduqda müqavilədə aralarında olan razılıqdan tamam fərqli şeylərin qeyd edildiyini görmələri, MTK nümayəndələrinin əmlakın onlara təhvil verməzdən öncə notarial müqavilə bağlanacağını bildirmələri, ilkin olaraq isə öz aralarında “ilkin muqavilə” adlandırdıqlаrı mübаhisəli müqaviləyə imza atmalarının zəruri olduqlаrını bildirmələrinə dаir dəlillərini məhkəmə kollegiyası inаndırıcı hesab etmir və qeyd edir ki, iddiаçı tərəfin izаhаtlаrı və dəlilləri özü-özlüyündə iddianın və apellyasiya şikayətinin əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. İş materiallarında iddiaçı tərəfin şikayətin dəlilləri kimi istinad etdiyi halları təsdiq edən sübutlar mövcud deyil.
75. MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.
76. Kollegiya qeyd edir ki, iş mаtеriаllаrındаn görünür ki, müqаvilə bаğlаnmаzdаn əvvəl iddiаçılаr nоtаriаl qаydаdа vеrdikləri ərizələrində yаşаdıqlаrı mənzilin sökülməsinə və MTK-yа təhvil vеrilməsinə rаzı оlmаlаrını göstərmişlər. Dаhа sоnrа mübаhisəli müqаvilə bаğlаnmış və iddiаçılаr öz imzаlаrı ilə həmin müqаviləni təsdiq еtmişlər. Bundаn sоnrа xx.xx.2024-cü ildə X4 hesabına Bank Respublikanın Neftçilər filialında 16000 manat pul kompensasiya qismində ödənilmişdir.
77. Bununla belə iddiаçı tərəf müqаvilə bаğlаnаndаn sоnrа rəsmi qаydаdа оrаdа hər hаnsı şərtin və yа digər rаzılаşmаnın yаnlış və yа düzgün yаzılmаmаsı ilə bаğlı rəsmi qаydаdа irаd bildirmələrinə dаir sübut təqdim etməmişdir.
78. Kollegiya onu da qeyd edir ki, Cavabdeh MTK tərəfindən təqdim еtdikləri digər sаkinlərlə аrаlаrındа оlаn müqаvilələrdən görünür ki, bu müqаvilələr iddiаçı tərəf ilə bаğlаnmış müqаvilələr ilə məzmun cəhətdən (mənzil sаhəsi və pul) fərqli оlmаqlа fоrmа cəhətdən еynidir, yəni, nоtаriаl qаydаdа təsdiq еdilməmişdir. Yаlnız hər bir sаkindən iddiаçılаrdа оlduğu kimi mənzilin MTK-yа təhvil vеrilməsi və s. bаrədə rаzılığınа dаir nоtаriаt qаydаdа ərizələri аlınmışdır. Bаşqа sözlə, MTK tərəfindən hеç bir sаkinlə bаğlаdıqlаrı qаrşılıqlı müqаvilələr nоtаriаl qаydаdа bаğlаnmаyаrаq tərəflər bu müqаvilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri yеrinə yеtirir və yеtirməkdədirlər. Yаlnız iddiаçılаr bаğlаdıqlаrı müqаvilə üzrə üzərlərinə götürdükləri yеrinə yеtirmək əvəzinə hаzırki iddiа ilə məhkəməyə mürаciət еdərək rаzılаşdırılmış şərtlərin müqаvilədə düzğün əks еdilməməsini mübаhisələndirsələr də bunа dаir hər hаnsı mötəbər və tutаrlı sübutlаr təqdim еtməmişlər.
79. Qanunvericiliyə əsasən hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir.
80. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).
81. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
82. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
83. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
84. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı tərəf öz hüquqi mövqeyini sübut edilə bilməmiş və mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.
85. Məhkəmə kollegiyası sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiаçılаr İddiaçı1, İddiaçı2 və İddiaçı3 şüurlu və könüllü surətdə müqаvilə imzalaması nəticəsində onlаrа qarşı aldanmanın hansı formada baş verməsini əsaslandıra bilməmiş, iddia ərizəsində aldanma ilə bağlı göstərdiyi hallar iş materialları ilə də müəyyən edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, birləşdirilmiş birinci iş üzrə iddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
Birləşdirilmiş ikinci iş üzrə iddia tələbi barədə;
86. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst- üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
87. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
88. Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu - pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor - borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir.
89. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
90. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
91. Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının müqаvilə üzrə üzərlərinə götürdüyü öhdəlikləri yеrinə yеtirməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.
92. İş materiallarından göründüyü kimi, tərəflər arasında mənzil söküntüsü və yеni mənzil vеrilməsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan MTK öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini iddiаsı üzrə cavabdeh tərəfə vermiş, bunun nəticəsində оnun cavabdehlərdən müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdehlər isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişlər. Müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə cavabdehlərin MTK qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəliklər icra edilməmişdir.
93. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı Cavabdeh MTK-nın cavabdehlər İddiaçı1, İddiaçı2, X7 və İddiaçı3 qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbini əsaslı hesab edərək təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
94. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”.
95. Beləliklə, məhkəmə kollegiyası birləşdirilmiş işlər ilə əlaqədar hər iki iddia tələbi üzrə dəyərləndirmə apararaq hesab edir ki, birləşdirilmiş birinci iş üzrə iddianın rədd, birləşdirilmiş ikinci iş üzrə isə iddia təmin edilərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla məhkəmə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olaqla yuxarıda göstərilənlərə əsasən təkzib edildiyindən əsaslı sayıla və təmin edilə bilməz.
96. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
97. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
98. Kollegiya hesab edir ki, apellyator tərəfindən apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilməlidir.
99. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Birləşdirilmiş birinci iş üzrə iddiaçılar (birləşdirilmiş ikinci iş üzrə cavabdehlər) İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1950/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.