Məhkəmə qərarları › İş №2(103)-6296/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6296/2025

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6296/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: lizinq predmetinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq predmetinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(008)-2752/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARİ

1. İddiaçı "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1 arasında bağlanmış 24 sentyabr 2024-cü il tarixli DƏ-697/24 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən, reyestr nömrəsi **********83-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən "xxxx" ASCnin mülkiyyətində olan lizinq predmetinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ev 6/12 Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 50-ci Mərdəkan, 1-ci döngə, giriş 20 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsindən geri alınması və mənzilin boşaldılaraq Bank "xxxx" ASC-ə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 sentyabr 2024-cü il tarixli DƏ-697/24 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən Cavabdeh1 sifarişi ilə reyestr nömrəsi **********83-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ev 6/12 Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 50-ci Mərdəkan, 1-ci döngə, giriş 20 ünvanında yerləşən fərdi yaşayış evi sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Bundan başqa, "xxxx" ASC ilə Cavabdeh2 arasında 24 sentyabr 2024-cü il tarixli, DƏ-697/24 nömrəli “Zaminlik müqaviləsi” bağlanmış və zamin lizinq verən "xxxx" ASC qarşısında lizinq alanın 24 sentyabr 2024-cüil tarixli DƏ-697/24 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lizinq verən qarşısında götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehlərin xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş 116990 manat əsas borc, 4375.52 manat faiz borcu, 115.15 manat dəbbə borcu vardır. Beləliklə, cavabdehlərin xx.xx.2024cü il tarixinə ümumi borcu 121480.67 manat təşkil edir. xx.xx.2025-ci il tarixdə cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubunda yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə yaranmış borcun, lizinq müqaviləsinin ləğvi və lizinq obyektinin qaytarılması ilə bağlı müqavilədə nəzərdə tutulmuş qaydada tələblər irəli sürüləcəyi qeyd edilmişdir. Bank "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 08 iyun 2022-ci il tarixli, THASB001/22 saylı “Tələb hüquqlarının güzəşti haqqında” müqaviləyə və həmin müqaviləyə 03 sentyabr 2024-cü il tarixli, 02 saylı “Əlavə Saziş”-ə əsasən "xxxx" ASC tərəfindən tələb hüquqları Bank "xxxx" ASC-yə ötürülmüşdür.

3. Cavabdehlər tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(008)- 2752/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, iddiaçı "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1 arasında bağlanmış 24 sentyabr 2024-cü il tarixli DƏ-697/24 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən, reyestr nömrəsi **********83-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan lizinq predmeti Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ev 6/12 Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 50-ci Mərdəkan, 1-ci döngə, giriş 20 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsindən geri alınaraq və mənzil boşaldılaraq Bank "xxxx" ASC-ə təhvil verilməsi qət edilmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, lizinq obyektinin geri almaq hüququ tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğundan, cavabdehlər iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özlərinin cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı lizinq obyektinin geri alınmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddia təmin edilərək, lizinq obyekti iddiaçıya qaytarılmalı və cavabdehlər mənzildən çıxarılmalıdır.

6. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1ci, 748-10.1, 748-2.1, 748-2.3, 748-1.12.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZİN DƏLİLLƏRİ

7. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(008)-2752/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilmiş məbləğləri nəzərə almamışdır. Lakin buna baxmayaraq məhkəmə iddianı tamamilə rədd etmək əvəzinə iddianı təmin etmişdir, qətnaməsini formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi faktiki halların məhkəmə tərəfindən araşdırılmaması ondan ibarətdir ki, məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında olan həmin öhdəliklər üzrə müddətlər hələ bitməmişdir və pul öhdəliklərin icra edilməsi davam edir. Belə olan halda iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi əsassızdır və bu səbəbdən iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Lakin Bakı şəhəri Sabunçu rayon Məhkəməsi tərəfindən bu hallar ümimiyyətlə araşdırılmamışdır, məhkəmə həmin hallara göz yummuşdur, sanki görməmişdir, onlara lazımi hüquqi qiymət verməmişdir.

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi N.Yusifli apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

12. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 sentyabr 2024-cüil tarixli DƏ-697/24 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən Cavabdeh1 sifarişi ilə reyestr nömrəsi **********83-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ev 6/12 Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 50-ci Mərdəkan, 1- ci döngə, giriş 20 ünvanında yerləşən fərdi yaşayış evi sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir;

13. "xxxx" ASC ilə Cavabdeh2 arasında 24 sentyabr 2024-cü il tarixli, DƏ-697/24 nömrəli “Zaminlik müqaviləsi” bağlanmış və zamin lizinq verən "xxxx" ASC qarşısında lizinq alanın 24 sentyabr 2024-cüil tarixli DƏ-697/24 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.

14. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, əsas məbləğ üzrə borcu 116990 manat, faiz üzrə borcu 4375,52 manat, cərimə borcu üzrə 115,15 manat, cəmi borc 121480,67 manat təşkil edir.

15. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir.

16. AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə X1 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ev 6/12 Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 50-ci Mərdəkan, 1-ci döngə, giriş 20 ünvanında yerləşən fərdi yaşayış evini alıcı "xxxx" ASC-yə satmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində iddianın rədd olunması xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 748- 10.1, 748-2.1, 748-2.3 və 748-1.12.4-cü maddələrini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçını təmin edərkən, bütün diqqətəlayiq məqamları nəzərə almışdır.

20. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında 24 sentyabr 2024-cü il tarixli, DƏ-697/24 nömrəli “Zaminlik müqaviləsi” bağlanmış və zamin lizinq verən "xxxx" ASC qarşısında lizinq alanın 24 sentyabr 2024-cü il tarixli DƏ-697/24 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.

21. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, lizinq müqaviləsinin mahiyyətinə görə, öhdəliklər tam icra edilənə qədər mənzilin mülkiyyət hüququ bankda qalır və cavabdehə (lizinq alana) yalnız müəyyən şərtlər daxilində sahiblik və istifadə hüququ verilir. Ödənişlərin gecikdirilməsi müqavilə şərtlərinin köklü şəkildə pozulması deməkdir ki, bu da mənzildən istifadə üçün hüquqi əsasları birbaşa ləğv edir. Cavabdeh bütün öhdəliklər üzrə məsuliyyəti öz üzərinə götürdüyü üçün ödəniş intizamının pozulması müqavilənin xitamına, mülkiyyətçinin öz əmlakını geri tələb etməsinə və nəticədə mənzilin boşaldılması zərurətinə səbəb olur.

22. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

23. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(008)- 2752/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar