Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6301/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh ASC-yə qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "pul tələbi") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı X10, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2136/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı X4 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17266,16 manat pulun, 2000 manat əldən çıxmış fayda, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 147,80 manat dövlət rüsumunun ödənilməsi və xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən mənzilin satış qiymətinin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 21 saylı Notariat ofisində “Bank VTB (Azərbaycan) ASC-yə məxsus olmuş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 75.4 kv.m olan mənzilin alqı-satqısı onunla bankın etibarnamə ilə nümayəndəsi X6 arasında baş tutmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixdə Xətai rayon icra şöbəsinin icraçısı tərəfindən həmin mənzil bankın nümayəndəsi X2 təhvil verilmiş, daha sonra isə xx.xx.2022-ci il tarixdə həmin mənzil ona təhvil verilmişdir. Qeyd edir ki, mənzilin boşaldılması üçün ilkin təyinat zamanı şəxsən o, da orada iştirak etmişdir. Evin keçmiş sahibi Kərim adlı şəxs artıq o, ora getdiyi zaman mənzili boşaltmışdı. Lakin mənzilə ilkin baxış keçirilən zaman ona məlum olmuşdur ki, həmin mənzil iki mənzilin birləşməsindən ibarətdir. Belə ki, həmin zaman o, müəyyən etdi ki, ona məxsus olan mənzilin giriş qapısı yoxdur, həmin yerdə olan divar bağlanmış, həmin hissədə sanitar qovşağı tikilmiş, bundan başqa mənzilində olmalı olan sanitar qovşaqlarının heç biri yerində yoxdur, hətta əsas sanitar qovşağı iki evin birləşdirilməsi üçün dəhliz kimi düzəldilmişdir. Həmçinin ona məlum olmuşdur ki, evin mətbəxi ilə yataq otağının arasında olan divar, həmçinin mətbəx ilə dəhliz arasında olan divar sökülmüş, evinin yataq otağı və mətbəxi bir otaq kimi müəyyən edilmişdir. Edilmiş bu dəyişikliklərə görə evinin texniki pasportunda qeyd edilmiş olan plan tam fəqlidir və qeyd etdiyi kimi satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1. maddəsində göstərilmişdir ki, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Cavabdeh ASC ilə aralarında bağlanmış alqı-satqı müqaviləsində həmin müqavilədə nəzərdə tutulan mənzil ona təhvil verilən zaman mənzilin texniki pasportundan olan rekvizitlərlə kəskin şəkildə fərqlənən mənzil ona təhvil verilən zaman mənzilin texniki pasportundan olan rekvizitlərlə kəskin şəkildə fərqlənən mənzil ona təhvil verilmişdir. Cavabdeh ASC ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış AN-İ № ******* alqı-satqı müqaviləsində nəzərdə tutulan öhdəliklərini yerinə yetirmədiyinə görə ona zərər dəymiş, həmçinin həmin zərərin dəyməyəcəyi təsəvvür edilsə, bu halda o, öz əmlakından, pulundan bu keçən müddət ərzində məhrum olmayacaqdır və həmin hüquqlardan və pulundan istifadə edərək mənfəət əldə edəcəkdir. Bununla da, hesab edir ki, Cavabdeh ASC-nin öz öhdəliklərini yerinə yetirməyidiyinə görə əmlak hüquqularından və pul vəsaitindən məhrum olduğu üçün əldən çıxmış fayda qismində ona əlavə 2000 manat maddi ziyan dəymişdir. Həmçinin xx.xx.2022-ci il tarixli AN-İ № ******* alqı-satqı müqaviləsinin 14-cü bəndinə əsasən müqavilənin tərəfi olaraq satıcı kimi çxış etmiş Cavabdeh ASC müqavilə üzrə müqavilənin 8, 9, 10 və 13-cü bəndlərinin tələblərini pozaraq öz öhdəliklərini yerinə yetirməmişdir.
3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2136/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Əfsanə Heydərova) ilə iddia tələbi təmin edilməmişdir.
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat edərək təmin edilməsini xahiş etdi, həmçinin mənzili 145 min manata satıb.
7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, iddiaçı uzun müddətdir ki, onlarla əməkdaşlıq edir, yəni bu onun bankla olan ilk əməkdaşlığı deyil. Dəfələrlə bankdan belə evlər almış və satmışdır. İddiaçı Xətai rayonu ərazisindəki mənzillərin qiymətini bilirdi, o ünvanda mənzilin 1 kv.m sahəsinin qiyməti təxmini 2000 manatdır. İddiaçı isə mənzili 64640 manata almış və qat-qat baha qiymətə də satmışdır. Mənzili əvvəldən görmüş, təhvil-təslimində iştirak etmişdir. Təbii ki, o ərazidə ucuz qiymətə aldığı ev təmirsiz olmalı idi. İddiaçı banka yaxınlaşanda ona mənzilin qüsurlu, problemli olduğu barədə məlumat verilmiş və o da bununla razılaşmışdır. Mənzil artıq satıldığından, mülkiyyətçi hazırda başqası olduğundan iddiaçının dəyən zərəri tələb etməyə subyektiv hüququ yoxdur. Hesab edir ki, iddia tələbi əsaslı deyil. Həmçinin bildirdi ki, iddiaçı bankdan mənzil alınması ilə bağlı əməkdaşlığı bundan sonra da davam etdirmiş, belə ki, həmin mənzilin alınmasından sonra da, yəni xx.xx.2022-ci il tarixdə yenidən bankla mənzil alqı-satqısına dair müqavilə bağlamaqla (qohumu X5 adına sənədləşdirməklə) mənzil almışdır. Sübutların tədqiqi:
8. Ваnk ilə X11 arasında 19 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Хətаi rауоnu, Zığ yolu küçəsi, 3 А nömrəli evin 66 saylı mənzili (75,4kv/m) X7 64640 mаnаt qiуmətinə satılmışdır. Вunlаrlа уаnaşı xx.xx.2022-сi il tаriхdə X11 təhvil-təslim aktına imza еdərək Bakı şəhəri, Xətai rауоnu, Zığ yolu küçəsi, 3 А nömrəli evin 6 saylı mənzilini təhvil аlmışdır. Həmçinin iddiaçı X11 təhvil-təslim aktına imza etmişdir.
9. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X11 Bakı şəhəri, Xətai rауоnu, Zığ yolu küçəsi, 3 А nömrəli evin 6 saylı mənzilini üçüncü şəxslərin hüquqlarından azad şəkildə boşaldılması, təhvili va qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı bütün məsuliyyəti öz üzərinə götürərək gələcəkdə "Ваnk VTB (Azərbaycan)" ASC-yə qarşı heç bir iddiası və tələbi оlmауасаğını qeyd etmişdir.
10. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddiaçı notariusa gedərək xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində 8İ-7727 reyestrlə təsdiq edilmiş ərizəsindən imtina etmişdir.
11. İddiaçının banka xx.xx.2022-ci il tarixli müraciət ərizəsindən görünür ki, iddiaçı banka mənzilin texniki pasportla uyğun gəlməməsi barədə ərizə ilə müraciət etmişdir.
12. İddiaçının banka ünvanladığı xx.xx.2022-ci il tarixli müraciətinə verilən cavab məktubundan görünür ki, cavabdeh bank iddiaçıya mənzilin üçüncü şəxslərin hüquqlarından azad şəkildə boşaldılması, təhvil və qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı məsuliyyəti üzərinə götürməsi barədə ərizənin imzası ilə təsdiqlədiyi bildirilmiş və məsələnin həyata keçirilməsi məqsədəuyğun hesab edilməmişdir.
13. 19 dekabr 2022-ci il tarixli aktdan görünür ki, iddiaçı mənzili təhvil almış və heç bir tələb və şikayətinin olmadığını bildirmişdir.
14. Xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı bankdan 17444 manat pul vəsaitinin ödənilməsini xahiş etmiş, əks təqdirdə 15 gün müddətində məhkəməyə müraciət edəcəyi bildirilmişdir.
15. Xidmət müqaviləsindən görünür ki iddiaçı Yeni dövr Qiymətləndirmə mərkəzi ilə Bakı şəhəri, Xətai rауоnu, Zığ yolu küçəsi, 3 А nömrəli evin 6 saylı mənzilinin təmir-tikinti xərclərinin müəyyən edilməsinə dair Xidmət müqaviləsi bağlanmışdır.
16. 10.07.2023-cü il tarixdə qiymətləndirilmənin aparılması üçün verilmiş sifarişə əsasən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş rəyə görə mənzilin təmirtikinti xərcləri 16415 manat təşkil etmişdir.
17. Qeyd olunan mənzil artıq İddiaçı mülkiyyətində deyil və mənzil xx.xx.2023-cü il tarixində alqı-satqı müqaviləsinə əsasən 145.000 manat pul məbləğinə "xxxx" ASC-nin vasitəsi ilə ipotekaya X1.xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, X9 tərəfindən məhkəməyə ərizə verilərkən 135 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
18. Birinci instasniya məhkəmə iclasında şahid qismində dindirilmiş Fuad Süleymanov ifadəsində iddiaçının hazırda mübahisələndirdiyi məslələrlə bağlı banka müraciət etdiyini və ona əsaslı cavab verildiyini, o cümlədən evin boşaldılması və problemli olması ilə bağlı iddiaçıya müqavilə bağlanan zaman məlumat verildiyini qeyd etmişdir.
19. Cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş daşınmaz əmlakın alqı-satqına dair Ваnk ilə X12 arasında AN-1 ******* nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya va bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Оnlаr bu Мəcəllədə nəzərdə tutulmayan, lakin оnа zidd оlmауаn müqavilələr də bağlaya bilərlər. Maddə 399.1. Müqavilə bağandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahasini, evi, binanı, qurğunu, mənzili və уа digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
20. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.
23. Araşdırmalar nəticəsində məlum olur ki, Bakı şəhəri, Хətаi rауоnu, Zığ yolu küçəsi, 3 А nömrəli evin 66 saylı mənzili hərrаса çıxarılarkən Bank tərəfindən alınmışdır. Qeyd olunan ev bankın baİansına götürülmüş, sonra alıcı qismində оlаn X13İu Banka yaxınlaşaraq "Ваnk VТВ (Аzərbаусаn)" ASC-də satışda olan еvlər ilə maraqlanıb və məhkəmə iclasında tədqiq olunan sübutlar və şahid ifadəsindən göründüyü kimi o mаrаqlаnan ev ilə bağlı (hazırda mübahisələndirilən) bank əməkdaşı tərəfindən ətraflı məlumatlandırılıb. X11 təhvil-təslim aktına imza еdərək Bakı şəhəri, Xətai rауоnu, Zığ yolu küçəsi, 3 А nömrəli evin 6 saylı mənzilini təhvil аlmış, təhvil-təslim aktına imza еdərək əvvəlcədən məlumatlı olduğu, evin giriş qapısının olmamasına baxmayaraq tam sərbəst öz iradə ifadəsinə əsasən müqavilə bağlamışdır.
24. Bundan başqa mülki iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən X11 Bakı şəhəri, Xətai rауоnu, Zığ yolu küçəsi, 3 А nömrəli evin 6 saylı mənzilini üçüncü şəxslərin hüquqlarından azad şəkildə boşaldılması, təhvili və qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı bütün məsuliyyəti öz üzərinə götürərək gələcəkdə "Ваnk VTB (Azərbaycan)" ASC-yə qarşı heç bir iddiası və tələbi оlmауасаğını qeyd etmişdir.
25. İddiaçı hazırda mənzilə baxış keçirdəndə evin iki evin birləşmiş olması, ona satılan evin texniki pasporta uyğun olmaması nəticəsində məlumatı olmaması nəticəsində ona dəymiş zərəri tələb edir.
26. Mülki Məcəllənin 587.2-ci maddəsinə görə, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
27. Hazırkı halda iddiaçı keyfiyyətə aid tələblərin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı MM-in 587.2.1 və 587.2.2-ci maddələrinə uyğun olaraq, öz seçimi ilə, alğı-satqı müqaviləsinin icrasından imtina etməmiş və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etməmiş, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını da tələb etməmişdir.
28. Məhkəmə iclasında həmçinin mülki iş materiallarında olan alqı-satqı müqavilələri ilə müəyyən olunmuşdur ki, iddiaçı mənzilə dair 19 oktyabr 2022-ci ildə alqı-satqı müqaviləsi bağlamaqla bankdan 64.640 manata aldığı mənzili müəyyən təmir işləri aparmaqla xx.xx.2023-cü il tarixdə 145.000 manata satıb.
29. Bundan başqa məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddiaçı bankdan mənzil alınması ilə bağlı əməkdaşlığı bundan sonra da davam etdirmiş, belə ki, həmin mənzilin alınmasından sonra da, yəni xx.xx.2022-ci il tarixdə yenidən bankla mənzil alqı-satqısına dair müqavilə bağlamaqla (qohumu X5 adına sənədləşdirməklə) mənzil almışdır.
30. Kollegiya qeyd edir ki, MPM-in 77.1-ci madəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göstərilən Məcəllənin 89.1-ci maddəsinə görə yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
32. Beləliklə, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə bağlı biri digərini tamamlayan, təkzibedilməzlikə bağlı tələblərə cavab verən əsaslı və şübhədənkənar sübutlar təqdim edilmədiyindən, Kollegiya hesab edir ki, rayon məhkəməsi iddia tələbini təmin etməyərək iş üzrə düzgün nəticəyə gəldiyindən, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
33. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
35. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2136/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Kamran Əkbərov Elşən Kazımov