Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6315/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, Cavabdeh “xxxxxxxxxx” QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsi, Cavabdeh2 MMC və “xxxxxxxxxx” QSC-yə qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, ünvan 1 ünvanında 16-cı mərtəbədə yerləşən, 4 otaqlı, 207 kv.metr ümumi sahədən ibarət 53 nömrəli mənzilə dair Cavabdeh2 MMC tərəfindən keçirilmiş və tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 51 nömrəli hərracın yekunları barədə protokolun, həmin əmlakla bağlı MMC ilə digər cavabdeh “xxxxxxxxxx” QSC arasında bağlanmış xx.xx.2019cu il tarixli alqı-satqı müaviləsinin və onun əsasında Bankın adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, həmçinin, iddianın təmini tədbiri haqqında ərizə verərək, mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək ünvan 1 ünvanında 16-cı mərtəbədə yerləşən, 4 otaqlı, 207 kv.metr ümumi sahədən ibarət 53 nömrəli mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. İddiaçı, şikayət verərək, həmin qərardadın ləğv, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə bir tərəfdən göstərir ki, əmlak cavabdehə məxsus olmalıdır, daha sonra isə qeyd edir ki, mənzil artıq özgəninkiləşdirildiyindən ərizə təmin edilə bilməz. Halbuki, mübahisə predmeti olan mənzil alqı-satqı müqaviləsi əsasında cavabdeh “xxxxxxxxxx” QSC-yə satılmış və onun adına çıxarış verilmişdir. Məhkəmə isə, iddia ərizəsini öyrənmədən, təqdim edilən sənədləri araşdırmadan məntiqə sığmayan səhv nəticəyə gəlmişdir. Ona görə ki, mübahisəli mənzil hazırda cavabdehə məxsus olduğundan iddianın təmin tədbiri təmin edilməməklə gələcəkdə məhkəmə qətnaməsinin icrasında problem yarana, onun icrası mümkünsüz ola bilər. Nizami Rayon Məhkəməsi, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxxxxxxxx” QSC-nin nümayəndəsi, şikayətə etiraz edərək, təmin olunmamasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin olunmalı, qərardad ləğv edilməklə, ərizəyə yenidən baxılması üçün iş rayon məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-158.1.3-cü maddələrinə əsasən, iddianı təmin etmək məqsədilə məhkəmə, cavabdehdə və ya üçüncü şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər, müəyyən hərəkətləri etməyi cavabdehə, habelə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Göründüyü kimi, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd tərəflərin əvvəlki vəziyyətinin və ya mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından və mübahisənin daha da dərinləşməsinin qarşısını almaqdan ibarətdir. Odur ki, iddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə, qeyri-mümkün və ya əhəmiyyətsiz edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. İşdə olan sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixli hərracın yekunları barədə protokola və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən, “xxxxxxxxxx” QSC ünvan 1 ünvanında 16-cı mərtəbədə yerləşən, 4 otaqlı, 207 kv.metr ümumi sahədən ibarət 53 nömrəli mənzili 234.600 manat qiymətlə əldə etmişdir. İddiaçı, hazırkı iddia tələbi ilə mübahisə predmeti olan ünvan 1 ünvanında 16-cı mərtəbədə yerləşən, 4 otaqlı, 207 kv.metr ümumi sahədən ibarət 53 nömrəli mənzilə dair keçirilmiş hərracın yekunları barədə protokolun, mənzilin alıq-satqısı barədə müqavilənin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsini tələb edir. Eyni zamanda, mübahisə həll olunanadək, həmin mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsini xahiş edir. Kollegiya vurğulayır ki, iddianın təmini tədbiri bir qayda olaraq, cavabdehə məxsus əmlak barəsində müvafiq tədbirlərin görülməsindən ibarətdir. Evə (mənzilə) əşya hüquqları (mülkiyyət və s.) isə yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqda yaranır. (Mülki Məcəllə, maddə 139.1.) Baxılan işdə isə barəsində iddianın təmin tədbiri görülməsi tələb olunan mənzilin mülkiyyətçisi və hazırkı məqamda cavabdeh “xxxxxxxxxx” QSC-yə məxsus olması barədə sənəd (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi, ərizəni rədd edərkən, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisəli mənzil artıq özgəninkiləşdirildiyindən iddianın təmin tədbirinin görülməsi barədə ərizənin təmin olunması hazrıkı vəziyyətdə məqsədəmüvafiq deyil. Odur ki, qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisə predmeti olan mənzilin artıq özgəninkiləşdirilmiş olması barədə mövqeyi işin halları baxımından aydın olmamaqla barəbər, məhkəmə tərəfindən mənzilin cavabdehin mülkiyyətində olması barədə sübutlar yoxlanılmalı və iddianın təmini tədbiri haqqında ərizə göstərilənlər nəzərə alınmaqla həll edilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizmai Rayon Məhkəməsinin 2(007)-1475/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6315/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6315/2020
29.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver