Məhkəmə qərarları › İş №2(3-6)-482/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-482/2026

08.09.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-482/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Hakimlər: X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2025ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Ramanı südçülük sovxozu ünvanında yerləşən ona məxsus 0.03 ha torpaq sahəsi üzərində tikilmiş evin və digər tikililərin cavabdeh Cavabdeh hesabına sökülərək, sökülmüş materialların ərazidən çıxarılaraq torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2012-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, X5 ünvanında yerləşən 0.03 ha torpaq sahəsini icarə hüququ əsasında almış, bu hüquq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışla təsdiq edilmişdir. Həmin torpaq sahəsi onun istifadəsində olsa da, bir qədər əvvəl cavabdeh sözügedən əraziyə qanunsuz daxil olaraq orada qanunsuz tikinti işləri aparmağa başlamış və bu günədək də onun qanunsuz hərəkətləri davam edir. Cavabdeh qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ## ###### 2022-ci il tarixli məktubuna əsasən, qeyd olunan məsələ Xidmətin Bakı ərazi şöbəsinin işçiləri tərəfindən onun iştirakı ilə yerində araşdırılan zaman icarəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Ramil adlı şəxs tərəfindən fərdi yaşayış evinin inşa edilməsi faktı təsdiqini tapmışdır. O, cavabdehə mülkiyyətində olan torpaq sahəsindən çıxmağı tələb etməsinə baxmayaraq, həmin ərazini boşaltmaqdan və onun istifadəsinə qaytarmaqdan imtina edir. Bununla bağlı Sabunçu Rayon Məhkəməsinə zəbt olunmuş torpaq sahəsinin boşaldılması, qanunsuz tikilmiş evin və tikililərin sökülməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ilə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramanı südçülük sovxozu ünvanında yerləşən iddiaçıya məxsus 0.03 ha torpaq sahəsindən çıxarılmaları, torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi və cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir.

3. İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, X5 ünvanında yerləşən İddiaçı məxus 0.03 ha torpaq sahəsi üzərində tikilmiş evin və digər tikililərin Cavabdeh hesabına sökülərək, torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(008)- ****/**** nömrəli qətnaməsi ilə (hakim R.Mirzəliyev) iddia tələbinin təmin edilməsi, Sabunçu rayonu, X5 ünvanında yerləşən İddiaçı məxsus 0.03 ha torpaq sahəsi üzərində tikilmiş evin və digər tikililərin cavabdeh Cavabdeh hesabına sökülərək, torpağın boşaldılması, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya qaytarılması qət edilmişdir.

5. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, X5 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi ##.##.2012-ci il tarixli torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsinə əsasən İddiaçı icarəyə verilmiş, torpaq sahəsi həmin vaxtdan etibarən sonuncunun qanuni istifadəsində olmuş, lakin cavabdeh Cavabdeh həmin torpaq sahəsini zəbt etməsi səbəbindən İddiaçı qanuni əsaslarla ona icarəyə verilmiş torpaq sahəsindən istifadə etmək imkanından məhrum olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsilə cavabdeh Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, X5 ünvanında yerləşən iddiaçıya məxsus 0.03 ha torpaq sahəsindən çıxarılmaları, torpaq sahəsinin boşaldılaraq iddiaçı İddiaçı təhvil verilməsi və cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Mübahisə mülkiyyətin müdafiəsinə yönəldilmiş tələb olduğundan iddia təmin edilərək, Sabunçu rayonu, X5 ünvanında yerləşən İddiaçı məxus 0.03 ha torpaq sahəsi üzərində tikilmiş evin və digər tikililərin cavabdeh Cavabdeh hesabına sökülərək, torpaq boşaldılmalıdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:

6. Cavabdeh Cavabdeh (vəkili və nümayəndəsi Vəkil) qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiаçı iddiа tələbinin əsаsı kimi RX seriyalı ******* nömrəli çıxarışı qеyd еdir. Bеlə ki, məhkəməyə təqdim еdilmiş həmin çıхаrışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, X5 ərazisində yerləşən 0.03 ha torpaq sahəsinə dair icarə hüququ ##.##.2010-cu il tarixli, *** nömrəli icarə müqaviləsi və ##.##.2012-ci il tarixli, *M-**-*** nömrəli icarə hüququnun alqısatqı müqaviləsinə əsasən ##.##.2010-cu ildən başlayaraq 99 il müddətinə İddiaçı xeyrinə yüklü edilmişdir. Lаkin iddiаçı həmin tоrpаq sаhəsinin hаrаdа yеrləşdiyi, döngə nöqtələri, kаdаstr məlumаtlаrı bаrədə hər hаnsı bir məlumаtı məhkəməyə təqdim еtməmişdir. Hаlbuki, bеlə хаrаktеrli mülki işlərdə iddiа еdilən tоrpаq sаhəsinin dəqiq hаrаdа yеrləşdiyi ərаzi müvаfiq еkspеrtizаnın təyin еdilməsi yоlu ilə (bu hаldа məhkəmə tikinti-tехniki еkspеrtizаsı) аydınlаşdırılmаlı idi. Bеlə ki, cаvаbdеh Cavabdeh məhkəmədə iştirаkının təmin оlunmаdığı səbəbindən оnun tərəfindən kоntrаrqumеnt təşkil еdən sənədlərin təqdim еdilməsi mümkün оlmаmışdır. Həmin sənədlər bundаn ibаrətdir: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Kоmitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 sаylı Ərаzi İdаrəsi tərəfindən təsdiq еdilərək vеrilmiş tоrpаq sаhəsinin plаnı və ölçüsü аdlаnаn ##.##.2017-ci il tаriхli sənəddən görünür ki, Abşeron rayonu X5 ərazisində yerləşən 0.084 ha torpaq sahəsinə dair istifаdə hüququ Həsənоv Аnаr İskəndər оğlunа vеrilmişdir. Bu bаrədə müvаfiq оlаrаq RХ sеriyаlı, ******* nömrəli çıхаrış dа vеrilmişdir. Həmin hüquqlаr Bаkı şəhər 15 sаylı nоtаriаt kоntоrundа təsdiq еdilmiş *Е-***** nömrəli rеyеstli еtibаrnаməyə əsаsən Həsənоv Аnаr İskəndər оğlu tərəfindən hаzırki iş üzrə cаvаbdеh Cavabdehnа ötürülmüşdür. Еyni zаmаndа qеyd еtmək lаzımdır ki, Cavabdeh məcburi köçkündür. Оnun və аiləsinin bаşqа yаşаyış sаhəsinin оlub-оlmаmаsı dа аydınlаşdırılmаmışdır. Bütün bu qеyd оlunаnlаr оnа dəlаlət еdir ki, mübаhisəli tоrpаq sаhəsi və оnun üzərində оlаn tikili cаvаbdеhə məхsusdur. Lаkin məhkəmə bu hаllаrın hеç birini аrаşdırmаmışdır, nəticədə əsаssız və qаnunsuz qətnаmə qəbul еtmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının əvvəlki iclasında çıxış edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının sonuncu iclasına gəlməmiş və cavabdehin nümayəndəsi və vəkili məhkəməyə EMİS vasitəsilə ərizə ünvanlayaraq, məhkəmə iclasına gecikəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikası Konstitusiyası:

Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

14. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 66. 1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

Maddə 93. 1. Torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir.

2. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir.

Maddə 111. 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

-77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. -384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı işdə iddia təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, X5 ərazisində yerləşən 0.03 ha torpaq sahəsinə dair icarə hüququ ##.##.2010-cu il tarixli, *** nömrəli icarə müqaviləsi və ##.##.2012-ci il tarixli, *M-**-*** nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən ##.##.2010-cu ildən başlayaraq 99 il müddətinə İddiaçı xeyrinə yüklü edilmişdir.

20. ##.##.2012-ci il tarixli torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsindən görünür ki, X1 rayonu X5 ərazisində yerləşən 0.03 ha torpaq sahəsinə dair icarə hüquqlarını 3000 manata İddiaçı Kamran oğluna satmışdır.

21. AA seriyalı, ****** nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Abşeron rayonu, X5 ərazisində yerləşən 0.03 ha torpaq sahəsinə dair İddiaçı Kamran oğlunun adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

22. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş RX seriyalı, ****** nömrəli çıxarışla X5nun ərazisində yerləşən 0.084 ha torpaq sahəsi icarə hüququ əsasında Həsənov Anar İskəndər oğlunun adına yüklü edilmişdir.

23. ##.##.2022-ci il tarixli, AR-II№ ****** nömrəli etibarnamədən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş RX seriyalı, ****** nömrəli çıxarışla X5nun ərazisində yerləşən 0.084 ha torpaq sahəsinin icarə hüquqlarına dair yüklü olması barədə arayış və lazımi sənədləri aldıqdan sonra 0.084 ha torpaq sahəsindən 250 kv.m. hissəsinin icarə hüquqları üzərində sərəncam verməyi, satmağı, vergi ödənişləri etməyi, bölgü sxemi və sazişi imzalamağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, alqı-satqı müqaviləsini imzalamağı, notariusun depozit hesabından pul qəbul etməyi və bu tapşırıqları yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Həsənov Anar İskəndər oğlu Cavabdeh etibar etmişdir.

24. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaçıya ünvanladığı ## ###### 2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, X5 ərazisində qanunsuz tikinti işlərinin aparılması barədə iddiaçının müraciəti Xidmətin Bakı ərazi şöbəsinin işçiləri tərəfindən iddiaçının iştirakı ilə yerində araşdırılan zaman vətəndaş İddiaçı icarəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Ramil adlı şəxs tərəfindən fərdi yaşayış evinin inşa edilməsi faktı təsdiqini tapmışdır. Bununla bağlı səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi məqsədilə Xidmət tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Bakı şəhər İcra Hakimiyyətinə məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin 4-cü bəndinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxıldığını nəzərə alaraq aidiyyəti üzrə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir.

25. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2023-cü il tarixli qərardan görünür ki, Nümayəndə şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, tərəflərə aralarında yaranmış məsələ mülki xarakterli olduğundan Sabunçu Rayon Məhkəməsinə müraciət etməli olduqları izah edilmişdir.

26. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ##.##.2023cü il tarixli torpaq sahəsinə dair məlumat verilməsi barədə məktubundan görünür ki, elektron kadastr məlumat bazasına əsasən keçmiş X5nun ərazisində yerləşən 0.03 ha torpaq sahəsi Abşeron rayonunun istifadəsində olmaqla, Bakı şəhəri Sabunçu rayonu inzibati ərazisinin hüdudları daxilində yerləşir.

27. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, cavabdeh Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, X5 ünvanında yerləşən iddiaçıya məxsus 0.03 ha torpaq sahəsindən çıxarılmaları, torpaq sahəsi boşaldılaraq iddiaçı İddiaçı təhvil verilməsi və cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət etmişdir.

28. İşin hallarından görünür ki, iddiaçının mövqeyinə əsasən cavabdeh Cavabdeh RX seriyalı, ******* nömrəli çıxarışa əsasən icarə hüququ əsasında iddiaçının xeyrinə yüklü edilmiş torpaq sahəsində qanunsuz tikili inşa etmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən inşa edilmiş tikilinin sökülməsini tələb edir, cavabdeh isə həmin tikilinin etibarnamə əsasında ona verilmiş torpaq sahəsinin üzərində yerləşməklə ona məxsus olduğunu bildirir.

29. İddia tələbinin təmin edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- ****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, X5 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi ##.##.2012-ci il tarixli torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsinə əsasən İddiaçı icarəyə verilmiş, torpaq sahəsi həmin vaxtdan etibarən sonuncunun qanuni istifadəsində olmuş, lakin cavabdeh Cavabdeh həmin torpaq sahəsini zəbt etməsi səbəbindən İddiaçı qanuni əsaslarla ona icarəyə verilmiş torpaq sahəsindən istifadə etmək imkanından məhrum olmuşdur. Həmin qətnamə ilə cavabdeh Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, X5 ünvanında yerləşən iddiaçıya məxsus 0.03 ha torpaq sahəsindən çıxarılmaları, torpaq sahəsinin boşaldılaraq iddiaçı İddiaçı təhvil verilməsi və cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir.

30. Cavabdehin mövqeyinə görə Abşeron rayonu, X5 ərazisində yerləşən 0.084 ha torpaq sahəsinə dair istifаdə hüququ Həsənоv Аnаr İskəndər оğlunа vеrilmişdir. Bu bаrədə müvаfiq оlаrаq RХ sеriyаlı ******* nömrəli çıхаrış dа vеrilmişdir. Həmin hüquqlаr Bакı şəhər 15 sаylı nоtаriаt kоntоrundа təsdiq еdilmiş *Е-***** nömrəli rеyеstli еtibаrnаməyə əsаsən Həsənоv Аnаr İskəndər оğlu tərəfindən hаzırkı iş üzrə cаvаbdеh Cavabdehnа ötürülmüş və mübаhisəli tоrpаq sаhəsi və оnun üzərində оlаn tikili cаvаbdеhə məхsusdur.

31. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı mübahisəli olan halların araşdırılması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

32. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2026-cı il tarixli, *-**-**- **/*-****/**** nömrəli ekspert rəyində qeyd edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, X5nda yerləşən, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışla iddiaçının icarəsinə verilmiş 0.03 ha torpaq sahəsi ilə, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışla icarəyə verilmiş 0.084 ha torpaq sahəsi üstüstə düşmür. Baxış zamanı iddiaçı tərəfindən təqdim olunan (cavabdeh tərəfindən inşa olunduğunu iddia etdiyi) fərdi yaşayış evinin, Bakı şəhəri, Sabunçu rayonu, X5nda yerləşən, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışla iddiaçının icarəsinə verilmiş 0,03 ha torpaq sahəsinin koordinantları daxilində yerləşdiyi müəyyən edildi.

33. Təqdim edilən ekspert rəyindən görünür ki, iddiaçı və cavabdehin icarəsinə verilmiş torpaq sahələri üst-üstə düşmür, ayrı-ayrı torpaq sahələridir. Həmçinin, cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşir.

34. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2026-cı il tarixli, *-**-**-**/*-****/**** nömrəli ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh tərəfindən ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı sübut təqdim edilməmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar iş materiallarında olan sənədlərlə, həmçinin yuxarıda qeyd olunan ekspert rəyi ilə təsdiqini tapır.

37. Cavabdeh isə apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

39. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

40. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

41. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

42. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, iddiaçının Abşeron rayonu, X5 ərazisində yerləşən 0.03 ha torpaq sahəsinə dair icarə əsasında istifadə hüququ mövcuddur. İstifadə hüququ mülkiyyət hüququnun tərkib hissəsi hesab edilir. Hazırda cavabdeh Cavabdeh iddiaçının istifadəsində olan torpaq sahəsində tikili inşa etməklə iddiaçının hüquqlarını pozmuşdur. Belə olan halda iddiaçı İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

44. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar