Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6316/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X27 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 və vəkili X12, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına və Cavabdeh2 qarşı «ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(004)-1713/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına və Cavabdeh2 qarşı «ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 6000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 13.11.2018-ci il tarixdə axşam saat 21 radələrində anası X8 qəfildən yaşadığı evdə halı pisləşdiyindən və boğulma baş verdiyindən X17 aparmışdır. Xəstəxanada anasını reanimasiya otağına yerləşdirmişlər və ilkin olaraq 4000 manat depozitə pul qoymuşdur. 14.11.2018-ci il tarixdə səhər tezdən anasının müalicə həkimi kardiloq-cərrah Cavabdeh2 olduğunu bilmiş, həkimlə görüşdükdə anasını müayinə etdiklərini və sağlamlığının stabil olduğunu bildirmiş, İ böyrəyinin kreatin analizini götürdüklərini və onun cavabından asılı olaraq anju müayinəsinin lazım olubolmamasını biləcəklərini demişdir. Bir qədər sonra həkimlə söhbət zamanı anasının kreatin göstəricisinin normal olduğunu, ona görə də anju müayinəsi olmalı olduğunu bildirmişdir. Anju müayinəsindən sonra həkim anasının ürəyinin bir damarında qaraltı olduğunu, əsas narahatçılığın ürək əzələsində olduğunu və ürəyə stend qoyulsa daha yaxşı olacağını bildirmişdir. Stend qoyulacağı halda fəsadların nə olacağını soruşduqda ona heç bir mənfi təsirinin olmayacağını, əksinə qan dövranının yaxşı olacağını, beyinə qanın yaxşı gedəcəyini bildirmişdir. Buna görə də stendin qoyulmasına şifahi olaraq razılıq vermişdir. Həkim stend üçün əlavə 2250 manat depozitə pul qoymağı tələb etmişdir. 14.11.2018-ci il tarixdə anasına Samir həkim tərəfindən bir ədəd stend qoyulmuş və xəstəxananın reanimasiya həkimi Tural adlı şəxs də əməliyyatda iştirak etmişdir. Stend qoyulduqdan sonra anasına çoxlu miqdarda qan durulducu sistemlər vurulmuş, dərman həbləri verilmişdir. Həmin günün səhəri isə anası palataya keçirilmiş, palatada olan zaman onda mədə qanaxması baş vermiş, bu səbəbdən halı pisləşmişdir. Bundan sonra həkimlərlə bununla bağlı müzakirə apararkən anasının mədəsini müayinə etmək və zond uddurmaq lazım olduğunu demişlər. Zond udulması müayinəsinə görə 2000 manat əlavə pul ödədikdən sonra müayinə zamanı anasının mədəsində şiş olmadığını, sadəcə yara olduğunu və qan durulducu dərmanlardan yaranın üzərinin açıldığını bildirmiş və başqa müalicələr tətbiq edəcəklərini demişlər. Bununla bağlı Tural həkimə şikayət etdikdə ki, xəstə gündən günə pisləşir, Tural həkim anasının infeksiyasının olduğunu və böyrəklərinin də fəaliyyətinin dayandığını, bunun üçün də 3 gün ardıcıl dializ olmalı olduğunu bildirmişdir. Çarəsiz qalaraq dializlə razılaşmış və 19.11.2018-ci il tarixdə anası dializ olunmuşdur. 20.11.2018-ci il tarixdə anasını ziyarət etdikdə onun vəziyyətinin kritik ağır olduğunu görmüşdür. Həkimlər də bunu təsdiq etmiş və xəstəxanın baş həkiminin qəbulunda olarkən dializin yenə lazım olduğunu, hər bir tədbirin protokola uyğun aparıldığını bildirmişlər. 20.11.2018-ci il tarixdə anasının vəziyyətinin pis olduğunu görəndə yenə həkimlər anasının dializ olacağını və bunun üçün əlavə 2000 manat ödəməli olacağını bildirdikdə buna kəskin etiraz edərək anasını 20.11.2018-ci il tarixdə X11 çıxarıb Akademik M.A.Topçubaşov adına X4 Gömrük hospitalının təcili tibbi yardımı vasitəsi ilə aparmışdır. Həmin xəstəxanada anası reanimasiyaya yerləşdirilmiş və həkimlər konsilium etdikdən sonra ona anasının vəziyyətinin çox kritik olduğunu, həyati göstəricilərinin olmadığını və hər hansı tibbi müdaxilənin nəticəsiz olacağını, bir qədər gözləməli olacağını demiş, təxminən 2 saat anası Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində qaldıqdan sonra həkimlər artıq onun öldüyünü bildirmişlər. Bundan sonra anasının meyitini xəstəxanadan götürüb dəfn etmişdir. Daha sonra anasının ölməsi ilə bağlı X16 həkimlərindən şikayət etmişdir. Anası X1 implant edilməmişdən qabaq o, mədə xəstəliyinin olub-olmaması ilə bağlı müayinədən keçirilməmiş, onun xəstəxanaya yatış səbəbi ciddi ürək problemləri olmuşdur. Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzi tərəfindən verilmiş ******* nömrəli ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, X13 20.11.2018-ci il tarixdə Elmi-Cərrahiyə Mərkəzinə “mədə-bağırsaq qanaxması və kəskin böyrək çatmamazlığı diaqnozu ilə daxil olmuş, həmin gün kəskin mədə-bağırsaq qanaxması səbəbindən ölmüşdür. Anasının ölməsinə səbəb həkimlərin səriştəsizliyi, səhlənkarlığı, yoxlama aparmadan, mədə bağırsağı müayinə etmədən, düzgün diaqnoz qoymadan anasına çoxlu miqdarda qan durulaşdırıcı sistemlərin vurulması və qan durulaşdırıcı dərmanların verilməsi olmuşdur. X15 invazif-kardioloq işləyən Cavabdeh2 bildirmişdir ki, mədə qanaxmasının yaranmasına səbəb xəstədə mədə xorasının olması və ona müalicə fonunda qan durulaşdırıcı dərmanların verilməsi olmuşdur. Xəstə reanimasiyada olan zaman ürək çatışmazlığı və qan axma nəticəsində hipotenziv olduğuna görə böyrək və qaraciyərdə işemik dəyişiklilər baş vermiş qaraciyər və böyrək yetməzliyi yaranmışdır. Yəni həkim Cavabdeh2 etifaf etmişdir ki, anasının firək damarlarında olan daralmanın aradan götürülməsi üçün stend qoyulmalıdır və təbii ki ürək-damar əməliyyatlarında mütləq şəkildə qan durulaşdıncı vasitələrindən istifadə olunması bir qaydadır. Bu arada sual olunur ki, həkim Cavabdeh2 bilmirdi ki, qan durulaşdıncı vasitələrindən hansı hallarda istifadə edilməsi (mədə-bağırsağda olan xoralar, yazva kolit qastrit və s.) yolverilməzdir və aspirin preparatının yaşı 70-i ötmüş xəstələrə təyin etməkdən önçə mütləq şəkildə müfaviq müayinələr aparılmalı idi, çünki qanaxma və ardınca ağır fəsadlara gətirib çıxarması təhlükəsi var idi, necə ki anasında bu hal baş verdi. Məhz anasında bu halın baş verməsində həkim Cavabdeh2 səhlənkarlığı ondan ibarətdir ki, onda qanaxma baş verəndən sonra yox, stend qoyulmadan öncə qastroskapiya müayinəsi keçirməli, sonra qan durulaşdıncı vasitələrdən istifadə edilibedilməməsinə qərar verməli idi. O isə bunun tərsinə, siftə qan durulaşdırıcı vasitələrdən istifadə edir, qanaxmanı yaradır, daha sonra yaratdığı qanaxmanın səbəbini tapmaq üçün qastroskapiya müayinəsi keçirərək qanaxmanın səbəbi olan 12 barmaq bağırsaqda aktiv xoranın olmasını müəyyən edir ki, bu da artıq gec olur. X16 həkimi X20 bildirmişdir ki, anasının ürək damarlarına stend qoyandan sonra ona aspirin 150 mqr., pantasit 100 mqr., gündə iki dəfə, xartil 2.5 mqr., gündə 1 dəfə veraşbiron, gündə 1 dəfə və s. dərmanlar verməklə müalicə aparılmışdır. Bu dərmanlardan aspirin ilə veraşbironun əks göstəriciləri və yan təsirləri kimi mədə-bağırsaq mikozasının eroziv və ülseratif leyzonlarının kəskinləşməsi, qaraciyər və və/ya böyrəklərin pozulmuş işləməsi, yüksək qanaxma riski, mədə-bağırsaq traktının orqanlarında qanaxmanın açıq və ya gizli təzahürü, qaraciyər fermentlərinin artan fəaliyyəti, kəskin böyrək çatışmazlığının inkişafı və s. Xartil dərmanının instruksiyasında isə göstərilmişdir ki, yaşlı xəstələrə ürək çatışmazlığına görə Xartil dərmanı təyin edəndə xüsusən diqqətli olmalı, xəstədə bu dərmana necə reaksiya verməsinə uyğun müfaviq doza təyin edilməlidir. Belə ki, ürək çatışmazlığı nəticəsində arterial təzyiqin düşməsinə görə bu dərmanın qəbulu insan həyatına təhlükə yaradacaq dərəcədə böyrək çatışmazlığına gətirib çıxara bilir. Həkim anasının ürək damarına stend qoymaqdan əvvəl ətraflı müayinə aparılandan sonra onun səhhətinə, durumuna uyğun və əməliyyatndan sonra əks fəsadlar törədə bilməyən dərmanlardan istifadəsinə qərar verilməli idi, lakin xəstəyə qan durulaşdırıcı vasitələrinin və dərman preparatlannın düzgün təyin olunması, dozası, və təyin etmədən öncə həmin dərmanlara necə reaksiya verməsini həkim tərəfindən müəyyən edilməməsi məsələlərindən yan keçmişdir. Anasına təyin olunmuş dərmanlara necə reaksiya verilməsinə dair iş materiallarında nə rəy nə araşdırma vardır, eyni zamanda əməliyyatdan əvvəl anestezoloq həkimin də imzası ilə təsdiq edilmiş rəyi mütləq şəkildə lazım olduğu halda iş materiallarında belə bir rəyin də olmaması ona dəlalət edir ki, Cavabdeh2 işinə səhlənkar yanaşmış, bu da ailəsi üçün faciə ilə nəticələnmiş, anasını itirmişdir. Cavabdehlər 14.11.2018-ci il tarixli Tibbi xidmət müqaviləsinin 2.1.3-cü bəndinin tələblərini pozaraq anasının həyatının qarşılaşacağı yüksək riskləri barədə onu lazımi şəkildə məlumatlanırmamışdır. Belə ki, həkim anasının ürəyinə stend qoyulsa daha yaxşı olacağını bildirməklə yanaşı yaşlı xəstəyə çoxlu miqdarda qan durulducu sistemin vurulması və dərmanların verilməsi nəticəsində daxili xora, yara və s. olarsa qanaxma baş verə bilər və bunun üçün zond udduraraq mədəbaşırsaqlarda da müayinə aparılması yaxşı olar desəydi təbii ki, o, razı olardı. Amma həkim bu risk barədə ona bir kəlmə də olsun deməmiş, qanaxma baş verəndən sonra onu fakt qarşısında qoymuşdur. Yəni anasının ürəyində əməliyyat apararaq stend qoyulmasına görə qarşılıqlı razılığa əsasən 2474 manatı ödəmişdir. Daxili qanaxma təhlükəsi barədə məlumatlandırılmamışdır. Əgər məlumatlandırılsaydı, anasında mədə-bağırsağ müayinəsinə razılıq verib ona görə də ödəniş edərdi. Eyni zamanda cavabdeh müqavilənin 2.2.6-cı bəndində geyd olunan “xətə”, hazır ki müqavilə ilə nəzərdə tutulmayan yanaşı xidmətlər göstərilməsi, fəsad çıxması, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə hallarında göstəriləcək xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin 3.1-ci bəndində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür” qeyd olunmuş və cavabdehlər bu bəndə istinadən ondan əlavə vəsait almışdır. Lakin bu yanaşı xidmətlər və fəsad çıxmasının səbəbkarı cavabdehdir. Belə olan halda cavabdehlər səriştəsizlik, məsuliyyətsizlik və səhlənkarlığına görə ona ödəmiş olduğu vəsaiti geri qaytarmalıdır. X16 22.11.2018-ci il tarixli fakturasına əsasən tərəfindən 6000 manat məbləğində pul ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(004)- 1713/2021 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia təmin olunmaışdır. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, orada göstrilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh2 rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı ilə İddiaçı arasında bağlanmış14.11.2018-ci il tarixli Tibbi xidmət müqaviləsinin surətindən görünür ki, hospital tibbi heyətin nəzərdə tutduqları tibbi xidmətlərin göstərilməsi üçün lazımi şəraiti və məkanı təmin etməyir, xəstə və ya xəstə yaxını isə göstərilən xidmətə görə fakturada müəyyənləşdirilən məbləği ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan X16 22.11.2018-ci il tarixli fakturasının surətindən görünür ki, İddiaçı tərəfindən anasının müayinə və müalicəsi üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının hesabına 6000 manat məbləğində pul ödənilmişdir. İşdə olan Bakı şəhəri Yasamal rayon prokurorluğunun müstəntiqi T.Sadıqovun cinayət işi başlanmasının rədd edilməsi haqqında 31.07.2019-cu il tarixli qərarının surətindən görünür ki, X5 anası, 1942-ci il təvəllüdlü X6 20.11.2018-ci il tarixdə X16 həkimlərinin səhlənkarlığı nəticəsində ölməsi ilə bağlı şikayəti əsasında aparılmış araşdırma zamanı şahid izahatları alınmış, müvafiq sorğular verilmiş, material azrə komisyon məhkəmə-tibb ekspertizası (həkim işinə dair) və təkrar komisyon məhkəmə-tibb ekspertizası (həkim işinə dair) təyin edilmişdir. Təyin edilmiş komisyon məhkəmə-tibb ekspertizasının 03.04.2019-cu il tarixli 51/KEŞ saylı rəyinə əsasən:
1. Validə Əkbərova 13.11.2018-ci il tarixdə hospitala çox ağır vəziyyətdə döş qəfəsində olan göynədici ağrılarla müraciət etmişdir. Aparılmış klinik laborator və instrumental müayinələrdən sonra ona “Durğunluq, ürəkçatmamazlığı. miokardın kəskin subendokardial infarktı” diaqnozu düzgün təyin edilmişdir.
2. Validə Əkbərovanın müaricət etdiyi müalicə müəssisəsi şəraitində ona təyin edilmiş diaqnoza uyğun olaraq müvafiq müayinələr aparılmış və adekvat müalicə taktikası seçilmişdir. 3-4.21. Validə Əkbərovaya aparılmış koronar angioqrafiya müayinəsi zamanı onda sağ tac arteriyada ciddi darlıq müəyyən edilmiş və bununla əlaqədar (DES) stent implantasiya edilmişdir. Stentin implantasiyasının aparılmasına tibbi göstəriş olmuş, əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. 5-6-7. Validə Əkbərovaya aparılmış müayinə və müalicələr ona təyin edilmiş diaqnoza və keçirilmiş əməliyyatın həcminə uyğun olmuşdur. Lakin dinamik müşahidə zamanı 15.11.2018-ci il tarixdə vəziyyəti ağırlaşmış, bu ağırlaşma 12 barmaq bağırsaq yarasının aktivləşməsi və qusma zamanı qan laxtalarının xaric edilməsi ilə özünü büruzə vermiş, lazımı təyinat verilərək baş vermiş aktiv qanaxma dayandırılmışdır. 18.11.2018-ci il tarixdə təkrar mədə-bağırsaq qanaxmasına şübhə yarandığından xəstə ezofaqoqastroduadenoskopiya müayinəsindən keçirilmiş, müayinə zamanı onda “12barmaq bağırsağın aktiv xorası, qanama forrestinin ELA” olduğu müəyyən edilmiş və qanaxma əleyhinə müvafiq tibbi yardımlar göstərilmişdir. Validə Əkbərovaya aparılmış müayinələr və göstərilmiş tibbi yardımlar ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. 10.17.18.19. Validə Əkbərovanın üzərində aparılmış stentləşdirmə əməliyyatından sonar ona göstərilmiş tibbi yardıma əməliyyatın həcmini və vəziyyətinin ağırlığına düzğun olmuşdur.
12. Validə Əkbərovada daha sonra müəyyən edilmiş “qaraciyər və böyrək btməzliyi” orqanizmin müqavimət və kompensator funksiyalarının pozulması nəticəsində meydana çıxa bilərdi və aparılmış müalicələrin buna səbəb olması inkar olunur.
13. Validə Əkbərovada müəyyənedilmiş xroniki böyrək çatmamazlığı səbəbindən ona “dializ seansı“ aparılmasına düzgün qərar verilmiş və icra edilmişdir. 15.20.24. Validə Əkbərovaya hospitalda aparılmış müayinə və müalicələr Səhiyyə sistemində mövcud təlimat qaydalarına uyğun olmuşdur. Təyin edilmiş təkrar komisyon məhkəmə-tibb ekspertizasının 06.06.2019-cu il tarixli 120/MEŞ saylı rəyi ilə də X9 X15 13.11.2018-ci il tarixdə “Durğunluq ürək çatmamazlığı. Dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması. Miokardın kəskin subendokardial infarktı. Dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı” diaqnozu düzgün qoyulduğu, stasionar şəraitdə müayinənin qoyulmuş diaqnoz həcmində aparılması, aparılmış əməliyyatların müəyyən edilmiş diaqnoza uyğun olması, xəstəyə qoyulmuş ürəyin sağ tac arteriyasının stend-plantasiyası əməliyyatının düzgün təyin edilməsi və bu halın tibbi göstəricilərə uyğun olması, xəstəliyin ağırlaşmasında həlledici səbəblərdən birinin kardioloji xəstəliyin və ağır gedişə malik xarakterli olması, həmçinin stend implantasiya edilməsindən əvvəl xəstəyə diaqnoza müvafiq təyin edilmiş antikoaqulyant terapiya, durulducu məhlulların yeridilməsi səbəb ola bilməsi, bu halın həkim səhvi kimi qiymətləndirilmədiyi, xəstəyə ürəyin sağ tac arteriyasının stend implantasiyası əməliyyatından sonra müvafiq tibbi yardımların vaxtında göstərildiyi, aparılmış müayinələr və tibbi yardımlar zamanı normativhüquqi aktların tələblərinin pozulmasına yol verilmədiyi qənaətinə gəlinmişdir. Beləliklə, cinayət təqibi zamanı aparılan araşdırma zamanı 1942-ci il təvəllüdlü X6 20.11.2018-ci il tarixdə X11 aparıldıqdan sonra Akademik M.A.Topçubaşov adına Elmi- Cərrahiyə Mərkəzində baş vermiş ölümündə hər iki xəstəxananın həkimlərinin əməllərində cinayət tərkibinin olmaması müəyyən edilmiş, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və X7 qərardan ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət etmək hüququ izah edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırki iddia tələbi ilə bağlı müəyyən edilməli olan hallar, həmçinin aşağıdakılardır: 1) iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub-olmaması, cavabdehlərin hüquqazidd hərəkət və ya hərəkətsizliyi nəticəsində onların hüquqlarının pozulması; 2) əgər yuxarıda göstərilən hallar mövcuddursa, bunun nəticəsində iddiaçıya ziyanın vurulub-vurulmaması, onların arasında olan səbəbli əlaqə, həmçinin iddiaçıya məhz iddia tələbində göstərilən məbləğdə maddi və mənəvi ziyan vurulmasının sübuta yetirib-yetirilməməsi İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir. Məhkəmə kollegiyası qeyd edilən halların mövcudluğunu ardıcıllıqla yoxlamağı (araşdırmağı) zəruri hesab edir. Məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi qanunla ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gələrkən, iddiaçının sübutetmə yükünü həyata keçirə bilməməsinə əsaslanmışdır. «Əhalinin sağlamlığının qorunması haqqında» Qanunun 59-cu maddəsinə görə, tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. «Özəl tibbi fəaliyyət» haqqında Qanunun 9-cu maddəsinə əsasən, özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərin verdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar. Həmin Qanunun 16-cı maddəsinə əsasən, tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək, xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək, xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifəsidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqlara malik olsa da, məhkəmə baxışı zamanı tələbinin əsası kimi istinad etdiy halları əsaslandıra və sübut edə bilməmişdir. Həmçinin işdə olan sübutlardan, həmçinin cinayət təqibi üzrə qərardan və keçirilmiş ekspertiza rəylərindən – iddiaçının anasının üzərində aparılmış cərrahiyyə əməliyyatı ilə bağlı diaqnozun düzgün qoyulması, stasionar şəraitdə müayinənin qoyulmuş diaqnoz həcmində aparılması, aparılmış əməliyyatların müəyyən edilmiş diaqnoza uyğun olması, xəstəyə qoyulmuş ürəyin sağ tac arteriyasının stend-plantasiyası əməliyyatının düzgün təyin edilməsi və bu halın tibbi göstəricilərə uyğun olması, xəstəliyin ağırlaşmasında həlledici səbəblərdən birinin kardioloji xəstəliyin və ağır gedişə malik xarakterli olması, həmçinin stend implantasiya edilməsindən əvvəl xəstəyə diaqnoza müvafiq təyin edilmiş antikoaqulyant terapiya, durulducu məhlulların yeridilməsi səbəb ola bilməsi, bu halın həkim səhvi kimi qiymətləndirilmədiyi, xəstəyə ürəyin sağ tac arteriyasının stend implantasiyası əməliyyatından sonra müvafiq tibbi yardımların vaxtında göstərildiyi, aparılmış müayinələr və tibbi yardımlar zamanı normativ-hüquqi aktların tələblərinin pozulmasına yol verilmədiyi və s. müəyyən edilmişdir. İddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübutü məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, işdə olan sübutlarla iddiaçının anasının üzərində aparılmış cərrahiyyə əməliyyatı ilə bağlı iddiaçının bildirdikləri (iddiası) öz təsdiqini tapmamış, ölümün baş vermə səbəbi ilə cavabdeh tərəfin hərəkəti arasında səbəbli əlaqənin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1112-ci maddəsinə görə, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və sair nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. MM-nin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları, qanunvericiliyin qeyd edilən normalarını və tədqiq olunmuş sübutları nəzərə alaraq, həmçinin birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı ona ziyanın vurulmasını, həmin ziyanla cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə ziyanın vurulmasında cavabdeh tərəfin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, iddianın təmin olunmaması barədə birinci instansiya məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(006)-274/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(006)- 274/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.