Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6317/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh2 nümayəndəsi və vəkili Səfərov Rövşən Hətəməli oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1814/2020saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçın Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 51 saylı Notariat Ofisinə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adından Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 51 saylı Notariat Ofisində bağlanmış 4Ə-401 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda işə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 1 ünvanında yerləşən 63 saylı mənzilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1814/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı iddianın təmin tədbiri barədə ərizəsinin təmin olunması, ünvan 3 ünvanında yerləşən 46 kv.m sahəsi olan 2 otaqlı mənzilin üzərinə həbsin qoyulması, qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin Bakı Ərazi İdarəsinə həvalə edilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Qərardaddan Cavabdeh2 şikayət verərək, qərardadın ləğv olunmasını xahiş edirlər. Şikayəti onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi əsassızdır və həmin iddia tələbinin təmini tədbiri kimi verilmiş heç bir vəsatət təmin edilə bilməz. Bundan başqa, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 41 ünvanında yerləşən 63 saylı mənzilin dəyərini tam ödəmişdir, həmin mənzildə müəyyən təmir işləri aparılmış və sonradan alqı-satqı müqaviləsi əsasında 3-cü şəxsin mülkiyyətinə və istifadəsinə verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1814/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Səfərov Rövşən Hətəməli oğlu şikayəti müdafiə edərək bildirdi ki, əmlakın pulu tam ödənilməklə alınmış, üçüncü şəxsə satılmışdır və həmin şəxsdə başqa bir şəxsə satmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X2 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə digər tərəfər məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh2 şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1814/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı iddianın təmin tədbiri barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmini tədbiri barədə ərizəni təmin etməkdə düzgün qənaətə gəlməmişdir. Belə ki, iş materiallarınə əlavə olunmuş və apellyasiya icraatı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli AN-İ№ ******* saylı “Daşınmaz Əmlakın Alqı-Satqısı” müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 ünvan 5 ünvanında yerləşən 46.1 kv.m olan mənzili alıcı X3 mülkiyyətlinə vermişdir. Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ünvan 5 ünvanında yerləşən 46.1 kv.m olan mənzil üzərinə həbs qoymaqla X3 hüquqlarını pozmuşdur. Ona görə də hazırki halda iddia təmin tədbiri barədə ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1814/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı iddianın təmin tədbiri barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1814/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı iddianın təmin tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6317/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6317/2020
29.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver