Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6332/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı Şahhüseyn oğlunun iştirakı ilə, İddiaçı Şahhüseyn oğlunun cavabdehlər Cavabdeh1, Suraxanı rayon İcra və Probasiya Şöbəsinə qarşı «qanunsuz tikintinin dayandırılması və sökülmüş obyektin inşaat materialların daşınması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1702/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı Şahhüseyn oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Şahhüseyn oğlu Cavabdeh1 qarşı «qanunsuz tikintinin dayandırılması və sökülmüş obyektin inşaat materialların daşınması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)- 1702/2020 saylı qərardadı ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmiş, ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmışdır. Qərdaddan narazı qalan İddiaçı Şahhüseyn oğlu xx.xx.2020-ci il tarixdə şikayət vermiş, şikayət iş materilları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4181/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 2-(010)- 1702/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilərək, mülki iş iddia ərizəsinin icraata qəbulunun mümükünlüyü barədə məsələnin həlli üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1702/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı Şahhüseyn oğlunun Cavabdeh1 qarşı «qanunsuz tikintinin dayandırılması və sökülmüş obyektin inşaat materialların daşınması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardadda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 151-152-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin forma və məzmuna riayət edilmədən verilmiş, iddiaçı iddia tələbini əsaslandırdığı halları, iddia tələbinin konkret olaraq hansı əmlaka qarşı yönəldiyinə və həmin əmlakın kimin mülkiyyətində olduğuna dair sübutları əlavə etməmişdir. İddiaçı Şahhüseyn oğlu ərizə verərək, Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli 2 (010)-1702/2020 saylı qərardadının ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 267-ci maddəsinə istinadən qeyd edilmişdir ki, verdiyi iddia ərizəsi Azərbaycan Respublikası MPM- nin forma və məzmununa riayət edilərək verilmişdir. Qarabağ müharibəsi əlili olduğuna görə dövlət rüsumunu ödəməkdən azad olduğu üçün müharibə əlili vəsiqəsinin surətini iş materiallarına əlavə etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1702/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1702/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı Şahhüseyn oğlununşikayəti təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Şahhüseyn oğlu Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 434 saylı sərəncamının kseronüsxəsini təqdim edərək, hüquqi savadının olmadığını, əmlak və məhkəmə müdafiə hüquqlarının pozulduğunu bildirmiş, şikayətini müdafiə edərək onun təmin edilməsini və qərardadın ləğv edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Suraxanı rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştiraklarının təmin etmək mümkün olmadığından işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 14, 53, 54, 149-153, 259, 261, 385.2, 387.1, 395.1, 395.2, 397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi tələsik nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, formal baxımdan məzmununda uyğunsuzluq olan tələbin mahiyyəti üzrə əsası müəyyən edilməmiş və qeyd edilmiş məsələ araşdırma predmeti olduğundan iddia ərizəsinin bu əsasla qaytarılması yolverilməzdir. Diqqətə çatdırılmalıdır ki, işdə iddia tələbinin əsaslandırılması və buna istinadən qoşulmuş sənədlər yalnız qətnamə olduğundan birmənalı qiymət verilməsi mümkün deyil. Lakin kollegiyanın iclasında verilmiş suallara cavab olaraq iddiaçı Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin xx.xx.2004cü il tarixli, 434 saylı sərəncamının kseronüsxəsini təqdim edərək əmlak və məhkəmə müdafiə hüquqlarının pozulduğunu bildirmişdir. Ona görə, tələbin dəqiqləşməsi, cavabdehlərin əvəz edilməsi və məhkəmənin iddiaçıya hüquqlarının izah edilməsi baxımından iddianın mümkünlüyü birinci instansiya məhkəməsində tərəflərin iştirakı ilə yenidən müzakirə edilməlidir. İddiaçıya izah edilməlidir ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq iddianın forma və məzmununun tərtibində düzəlişlər etmək hüquqları vardır və bunlara ciddi riayət edilməsi iddianın icraata götürülməsi və müəyyən edilmiş prosessual müddətlər həddində işin müvəffəqiyyətli baxışına şərait yaratmış olar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı Şahhüseyn oğlunun şikayəti qismən təmin edilsin.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1702/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin, iş üzrə yeni qərardad qəbul edilsin. İş iddianın mümkünlüyünə yenidən baxılması üçün Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-6332/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6332/2020
27.07.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver