Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6337/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borc tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(008)-4365/2024 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borc tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 538,40 manat əsas, 80,70 manat cərimə, ümumilikdə 619,10 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh2 "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 4365/2024 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsində qaytarılması qərara alınmışdır (müvafiq forma və məzmuna riayət olunmması). Cavabdeh2 (bundan sonra cavabdeh) həmin qərardaddan xx.xx.2024-cü ildə şikayət vermiş, şikayət Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Adilə Paşayeva) qaytarılmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı xx.xx.2024-cü ildə Cavabdeh2 elektron kabinetinə yerləşdirilmiş, bununla da qərardad rəsmi qaydada verilmişdir. Cavabdehin isə həmin tarixdən 10 gün müddətində qərardaddan şikayət vermək hüququ olmuş, lakin o, müddəti ötürməklə xx.xx.2024-cü ildə şikayət vermiş, eyni zamanda müddətin bərpası barədə ərizə təqdim edilməmişdir. Cavabdeh Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunması və qarşılıqlı iddianın icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, texniki səbəblərdən qərardadı elektron kabinetdə xx.xx.2024-cü ildə oxumuş və ondan 10 gün ərzində, yəni xx.xx.2024-cü ildə şikayət vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 4365/2024 saylı qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. MPM-nin 266.1 və 266.3-cü maddələrinə əsasən məhkəmənin ayrıca akt şəklində çıxardığı müvəqqəti təminat tədbirinin tətbiqi və ya ləğvi barədə qərardadı həmin gündən gec olmayaraq, digər qərardadları isə qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. Eləcə də, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim müvəqqəti təminat tədbirləri haqqında qərardadı çıxardıqdan sonra dərhal, digər qərardadları isə 5 (beş) gün müddətində elektron imzası ilə təsdiq etməklə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. MPM-nin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. MPM-in 135.6-cı maddəsinin tələbinə görə «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər «Elektron məhkəmə» informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış «elektron kabinet»lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-nin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Hazırkı halda isə iş materiallarından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə EMİS-də elektron şəxsi kabinetinin yaradılması üçün qeydiyyatdan keçmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı xx.xx.2024-cü ildə həmin kabinetə yerləşdirilmişdir. Göründüyü kimi, sözügedən qərardad qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2024-cü ildə elektron kabinetə yerləşdirilməklə cavabdehə rəsmi qaydada verilmişdir. Buna baxmayaraq, cavabdeh prosessual qanunvericliklə müəyyən olunmuş şikayət vermə müddətini (10 gün) ötürməklə, yalnız xx.xx.2024-cü il tarixdə şikayət vermişdir. Bununla yanaşı, cavabdeh şikayətə buraxılmış prosessual müddətin bərpasına dair ərizə də əlavə etməmişdir. Cavabdeh qərardadın elektron kabinetdə texniki səbəblərdən xx.xx.2024-cü il tarixdə oxumasını göstərsə də, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, cavabdehin hər hansı üzrlü səbəb olmadan məhkəmə aktı ilə gec tanış olması vəziyyəti dəyişdirməməklə, müvafiq müddətin axımını dayandırmır. Avropa Məhkəməsi də qərarlarında dəfələrlə vurğulamışdır ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (Avropa Məhkəməsinin «Raihani – Belçikaya qarşı», «Məmmədov və digərləri Rusiyaya qarşı» işlərdəki mövqeyi). MPM-nin 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-in 133.2.,133.3. 133.4 və 133.5-cü maddələrinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməli (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməli, eləcə də müddətin bərpasından imtina barədə qərardad qəbul olunur. MPM-nin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh şikayətdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının (qarşılıqlı iddianın qaytarılması) da qanunsuzluğu ilə bağlı dəlillər irəli sürsə də, hazırki apellyasiya baxışı həmin qərardaddan verilmiş şikayətə baxılması ilə bağlı olmadığından, onlara hüquqi qiymət verilməsi mümkün deyildir. Beləliklə, məhkəmə kollegiyassı hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, bu səbəbdən də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borc tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(008)-4365/2024 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 4365/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6337/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6337/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver