Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6351/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5354/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 5354/2023 saylı qərardadı İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.2-ci maddəsinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Hazırki iddia ərizəsində cavabdehin ad, soyadı və atasının adı göstərilsə də, onun şəxsiyyətini eyniləşdiyməyə imkan verən məlumatlar göstərilməmiş, bunu təsdiq edən hər hansı sübut ərizəyə qoşma edilməmişdir. “Elektron məhkəmə informasiya sistemi” vasitəsilə də cavabdehin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmamışdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
4. İddiaçı qərardaddan şikayət verərək şikayətin təmin olunması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, 2(001)-5354/2023 saylı qərardadın ləğv edilməsi, İddiaçı İB tərəfindən Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfin əsas məlumatları, yəni ki cavabdehin adı, soyadı və atasının adı, eləcə də cavabdehin olduğu və yaşadığı yer (daşınmaz əşyanın da olduğu yer) iddia ərizəmizdə tam dəqiqliklə göstərilmiş və cavabdeh tərəfindən qanunsuz inşa edilmiş daşınmaz əşyanın olduğu yerin fotoşəkilləri iddiaərizəsinə əlavə edilmişdir. Məhkəmə, cavabdeh şəxsin əldə etməsi üçün onun olduğu və yaşadığı ünvana, eləcə də cavabdeh şəxsə çatdırılması üçün cavabdeh şəxsin yaşadığı inzibati ərazi üzrə dairə nümayəndəliyinə məhkəmə bildirişi göndərmədən iddia ərizəsində cavabdeh şəxsin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və s.) göstərilmədiyinə görə iddia ərizəsini iddiaçı tərəfə geri qaytarması qanunsuzdur. MPM-in 150-ci maddəsində, cavabdeh şəxsin eyniləşdirmə məlumatlarını təsdiq edən sənədlərin qoşma qismində iddia ərizəsinə mütləq qaydada əlavə edilməsinin zəruriliyi göstərilməmişdir. Cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları təsdiq edən hər hansısübutun iddia ərizəsinə qoşma edilmədiyinə görə iddia ərizəsinin iddiaçı tərəfə geri qaytarılması qanunsuzdur. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Cavabdeh şəxs, ünvan 1 ünvanında qaz xəttini sonradan qanunsuz tikdiyi daşınmaz əşyanın daxilində qapalı şəraitə salmaqla qaz xəttinin mühafizə zonasını pozmuşdur. İddiaçı İB tərəfindən iddia tələbi qanunsuz inşa edilmiş daşınmaz əşyanın olduğu yer üzrə qaldırılmış və həmin qanunsuz inşa edilmiş daşınmaz əşyanın da yerləşdiyi ünvanın faktiki sahibi Cavabdehdır.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 5354/2023 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 avqust 2023cü il tarixli, 2(001)- 5354/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 149.2.2. İddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Maddə 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməklə, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
11. Belə ki, iddiaçı tərəfindən Cavabdeh qarşı ərizə ilə müraciət edilərək, qaz xəttinin mühafizə zonasında tikilmiş fərdi yaşayış evinin sökülməsi xahiş edilmişdir.
12. Birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi geri qaytarılarkən ona istinad edilmişdir ki, iddiaçı tərəfindən cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar iddia ərizəsində qeyd edilməmişdir.
13. Lakin birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin göstərilən norması tətbiq edilərkən iddia ərizəsində cavabdehin ünvanı olaraq qeyd edilmiş (həmçinin qanunun tikilinin yerləşdiyi ünvan) ünvan 3lə əlaqəsinin olması araşdırılmamışdır.
14. Belə ki, Məhkəmə işlərinin X1 araşdırma zamanı müəyyən edilir ki, Cavabdeh qeydiyyat ünvanı ünvan 4r.
15. Belə olan halda elektron informasiya sistemində araşdırma zamanı Cavabdeh şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin AZE 2622906, FİN 2H5AGNG olduğunu müəyyən etmək olur.
16. Göründüyü kimi, birinci instansiya məhkəməsinin belə bir araşdırma aparmadan iddia ərizəsinin geri qaytarılması barədə qərara gəlməsi düzgün deyil.
17. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilməklə, hazırkı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5354/2023 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev