Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6357/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(009)-73/2021 nömrəli qərardadından Cavabdeh4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda İddiaçı-nin nümayəndəsi və vəkili Nümayəndə iddianın təmin tədbiri barədə ərizə verərək, mübahisəyə məhkəmə qaydasında mahiyyəti üzrə baxılıb həll edilənədək Cavabdeh4 adına qeydiyyata alınmış Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinin və onun üzərində olan 81,62 kv.m tikilinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(009)-73/2021 saylı qərardadı ilə ərizə təmin edilərək İddiaçı-nin cavabdehlər Cavabdeh1-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc tələbinə və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh4 adına qeydiyyata alınmış Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinin və onun üzərində olan 81,62 kv.m tikilinin üzərinə həbs qoyulmuşdur. Cavabdeh4 şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(009)-73/2021 saylı qərardadının ləğv edilməsini, iddianın təmini tədbiri barədə ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Odur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(009)-73/2021 saylı qərardadı ləğv edilməli, iddianın təmini tədbiri barədə ərizə rədd edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(009)-73/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1, 158.1.2, 158.1.3cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Yuxarıda qeyd olunan mülki qanunvericiliyin tələblərinə əsasən iddianı təmin etmək barədə qəbul edilmiş qərardad müvəqqəti xarakter daşıyır və iş üzrə gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən hallara dair şübhələr olduqda iddianın təmin etmək üçün nəzərdə tutulmuş tədbirlər görülə bilər. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, Cavabdeh4 adına qeydiyyata alınmış Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi və onun üzərində olan 81,62 kv.m tikili mübahisə predmeti olduğundan, qeyd edilən iddianın təmini tədbirinin mövcudluğu məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək üçün yarana biləcək maneələri aradan qaldırmış olur. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 mart 2021ci il tarixli, 2(009)-73/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(009)-73/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6357/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6357/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver